Bahalaşma və şadlıq sarayları: "İndi toya salınan əlli manat əvvəlki deyil" - SORĞU

Bahalaşma və şadlıq sarayları: "İndi toya salınan əlli manat əvvəlki deyil" - SORĞUŞadlıq sarayları və restoranlarda menyu qiymətlərinin bahalaşması ilə bağlı sosial şəbəkələrdə məlumatlar var. Görünən odur ki, ölkəmizdə davam edən bahalaşma şadlıq sarayları və restoranlardan da yan keçməyib.

Menyu qiymətlərinin əvvəlki illərə nisbətən kəskin baha olmasını bəziləri Ramazan ayına görə sifariş sayının azlığı ilə əlaqələndirirlər.

Maraqlıdır, restoranlarda menyu qiymətlərinin artmasının səbəbi nədir?

BiG.AZ xəbər verir ki, bununla bağlı oxu.az restoranlar arasında sorğu keçirib.

Şadlıq saraylarından birinin səlahiyyətlisinin sözlərinə görə, menyu qiyməti ziyafətdə iştirak edəcək şəxslərin sayına görə dəyişir:

"Ramazan ayı olmağına baxmayaraq, müraciət edənlər var. Tələbat o qədər də az deyil. Minimum menyu qiyməti bizdə 55 manatdan başlayır. Bu, sırf toy menyusunun qiymətidir. Ad günündə tamam fərqli olur. Menyu qiymətinin yüksək olduğunu düşünmürəm. Tələbat da o qədər az deyil ki, artım və ya azalma olsun".

Digər bir şadlıq sarayından verilən məlumata görə, tələbatın azlığı yanvar ayından müşahidə olunur:

"Tələbat çox aşağıdır. Yanvar ayından bu vəziyyətdəyik. Ramazana görə sifarişlər bir qədər də azalıb. Bu ayda toy etməyin qadağası yoxdur. Lakin insanların şüurunda elə qalıb ki, orucluqdur, toy etmək olmaz. Menyular bizdə köhnə qiymətlərdir. Artım olsa, əlimizdəki bir-iki toy sahibi də qaçacaq. 2023-cü il daxil olandan bu vəziyyətdəyik".

Başqa bir restoran səlahiyyətlisi toyda iştirak edən şəxslərin sayının azlığından xüsusilə şikayətlənib:

"Tələbat çox aşağıdır. Toy edən yoxdur. Əvvəlki illərə nisbətən göstərici çox aşağıdır. Qiymətlərlə ayaqlaşa bilmirik. Bazar od tutub yanır. Məcbursan ki, qiymətləri qaldırasan. O zaman da müştəri olmayacaq".

O, toylara maksimum 100-150 nəfər çağırıldığını deyib:

"Bizdə qiymətlər 45 manatdan başlayır. İndi toy edən də, biz də ziyana düşürük. Çünki toya salınan 50 manat əvvəlki illərdəki 50 manatla bir deyil. Bununla yanaşı, indi camaat 100-150 nəfərlə toy edir. Bu da koronavirus pandemiyasına görə sərt karantin rejimindən qalma vərdişdir. İndi 200-300 nəfərlik toy edən yoxdur".

Restoranlardan birindən isə iaşə obyekti istifadəyə veriləndən menyu qiymətlərində dəyişiklik etmədikləri bildirilib:

"Tələbat xeyli azalıb. Bunu da Ramazan ayı ilə əlaqələndiririk. Bu ayda toy etmək olar. Sadəcə, spirtli içki olmaz. Amma orucluq ayında müraciət edən olmur. Tək-tük hallarda olur. Bu şadlıq sarayı açılandan minimum qiymət 50 manat üzərindəyik. İllər boyu da bu şəkildə işləmişik. Bahalaşmaya görə qiymətlər qalxdı. Biz eyni qiymətdə qaldıq. İnsanların cibini də fikirləşirik. Ümid edək ki, müraciət edən olar".
Digər bir şadlıq sarayından isə menyunun 40 manatdan başladığı qeyd olunub:

"Müraciətlər həddən artıq zəifləyib. Bizdə menyu qiyməti 40 manatdan başlayır. Menyuya hər şey daxildir. Qiymətləri qaldırmırıq. Çünki müştərilərin cibini nəzərə alırıq".

Başqa bir restoran səlahiyyətlisi ümumi durğunluğun olduğunu söyləyib:

"Ramazan ayına görə tələbat düşüb. Müraciət edən ümumiyyətlə yoxdur. Bu aylarda həmişə belə olur. Menyu 45 manatdan başlayır. Ümumi durğunluq var. Qiymətlə bağlı deyil".

Şadlıq sarayı səlahiyyətlisi həftəsonlarına edilən sifarişlərin çoxluğundan danışıb:

"Sifariş çox zəifdir. Əsasən, həftəsonlarında müraciət edirlər. Həftəiçi daha azdır. Menyu qiymətləri münasibdir. 45-50 manatdan başlayır".

Digər bir restorandan verilən məlumata görə, menyu 70 manatdan başlayır:

"Menyu qiymətlərinin dəyişməsi gözləniləndir. Təbii prosesdir. Standart menyumuz 70 manatdan başlayır. Lakin müştəri sayı da az deyil".

Müşahidələrdən aydın oldu ki, ən aşağı menyu 40-45 manat üzərindədir. Əvvəlki illərdəki 30-35 manat olan menyuya, demək olar, rast gəlinmir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1071   Tarix: 01 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

İlham Əliyevlə xanımı Zəngilanda sakinlərlə görüşdü - Video

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, sonra dövlət başçısı və birinci xanım burada Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunu

14:34 266
.

Azərbaycan Respublikası Konstitusiya quruluşunun tarixi

Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən əhəmiyyətli hadisələrindən biri olub, eyni zamanda Azərbaycan Xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi

12:12 221
.

12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günüdür

Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 30 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqi

11:44 224
.

Dövlət Bayrağı Günü ölkəmizin hər bir yerində təntənə ilə qeyd olunur

2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb. Sənəddə deyilir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq - indiki Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasınd

11:38 228
.

Dövlətin əsas qanunu - Konstitusiya

Müstəqil Azərbaycanın Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda qəbul edilib. Dövlətin əsas qanunu 1995-ci il noyabrın 27-dən qüvvəyə minib. Artıq 31 ildir Azərbaycan noyabrın 12-ni Konstitusiya günü kimi qeyd edir. 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanı

11:47 221
.

Üçrəngli bayraq bizim tariximiz və şərəfimizdir

Hər bir dövlətin bayrağı ona doğmadır. Azərbaycanın üçrəngli bayrağı da xalqımız üçün müqəddəsdir. Tarix boyu müsəlman dünyasında böyük qələbələr qazanıldıqdan sonra bayrağı ucaldıb və öpərək ehtiram göstəriblər. Azərbaycan da 1918-ci ildə müsəlman Şərqində ilk cümhuriyyəti elan etdikdən sonra 1918-c

11:35 226
.

Zəfərin 6-cı ili: Qarabağda böyük dəyişim

Zəfərimizin altıncı ili tamam olur. Ötən altı il Azərbaycanın müasir tarixində yalnız hərbi-siyasi Qələbə və ərazi bütövlüyümüzün bərpası ilə deyil, həm də işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq işləri, iqtisadi həyatın dirçəldilməsi və Böyük Qayıdış prosesi ilə yadda qalıb. "Azərbayca

17:03 98
.

Kişi 1 saniyədə yanıb kül oldu

Çində kişi küçədə faciəvi şəkildə ölüb. xəbər verir ki, hadisə zamanı kişi elektrik xəttinə uzun çubuqla toxunub. Nəticədə güclü partlayış baş verib və kişi yanaraq ölüb. Dəhşətli hadisə təhlükəsizlik kameraları tərəfindən anbaan qeydə alınıb

19:45 1
.

Telefonunuz sizi dinləyir? - Söhbətdən sonra çıxan reklamların səbəbi

Hansısa məhsul haqqında danışdıqdan sonra telefonda məhz onun reklamını görmək bir çox insanda şübhə yaradır. İstifadəçilər smartfonun söhbətlərini gizlicə dinlədiyini düşünürlər. Lakin belə reklamların görünməsi özlüyündə dinlənilmənin sübutu deyil. xarici mediaya istinadla xəbər verir ki, reklam sistemlər

19:15 1
.