"Kupça"larla bağlı MÜHÜM XƏBƏR VAR - Əks halda vətəndaşlar...

"Kupça"larla bağlı MÜHÜM XƏBƏR VAR - Əks halda vətəndaşlar..."Vətəndaş hər hansısa bir əmlaka külli miqdarda pul ödəyirsə, o əmlakın tikilmə və istismar müddəti ilə bağlı onlara rəsmi olaraq yazılı məlumatlar verilməlidir".

Bu fikirləri açıqlamasında Mərkəzi Rieltor Bürosunun direktoru, əmlak eksperti Elnur Fərzəliyev deyib. Onun sözlərinə görə, dünya təcrübəsində istismar müddətini bitirmiş binalardakı mənzillərin satış qiymətləri normal və nisbətən yeni tikilmiş mənzillərin satış qiymətlərindən bir neçə dəfə ucuz təklif olunduğu halda Azərbaycanda vətəndaşlar aldıqları əmlaklarla bağlı dolğun məlumat əldə edə bilmədikləri üçün qiymətlərlə bağlı məlumatsız olurlar.

Bakıda güclü zəlzələ olsa, yeni tikili binalar çökə bilər? –

"Vətəndaş hər hansısa bir əşya və yaxud məhsul alarkən aldığı məhsulun istehsal və bitmə tarixinə baxır. Həmçinin istehsalçı müəssisə və yaxud şirkətin rekvizitləri məhsullar üzərində qeyd olunur. Avtomobillərin texniki pasportlarında da onların istehsal tarixi və markaları qeyd olunur. Hər hansısa bir məhsul üzərində onun istehsal tarixi olmadıqda vətəndaş haqlı olaraq öz iradını satıcıya və yaxud istehsalçıya bildirməlidir. Ölkəmizdə son 20 ildə tikinti sahəsi çox sürətlə inkişaf edir. Lakın inşa edilən nə çoxmənzilli binalardakı mənzillərin sənədlərində, nə də fərdi yaşayış evlərinin çıxarış və texniki pasportlarında bu tikililərin tikilmə və istismar müddətinin bitməsi ilə bağlı məlumatlar var. Bu gün ölkəmizdə, xüsusən də paytaxt Bakı və digər böyük şəhərlərimizdə daşınmaz əmlakların satış qiymətləri əhalinin gəlirləri nisbətində yetəri qədər bahadır. Vətəndaş hər hansısa bir əmlaka yüksək məbləğfə pul ödəyirsə, o əmlakın tikilmə və istismar müddəti haqqında ona rəsmi olaraq yazılı məlumatlar verilməlidir. Əks halda vətəndaşların özlərinin də bilmədən ucuz əmlakları baha qiymətə almış olurlar".

Elnur Fərzəliyev qeyd etdi ki, bu qanunla da tənzimlənərsə alıcıların fırıldaqçılar tərəfindən aldanılmasının qarşısını ala bilər.

Uzun illərdir ki, artıq ölkəmizdə satılan əmlakların böyük bir hissəsi ipoteka və digər kreditli şərtlərlə satılır. Bəzən alıcı ipoteka krediti üçün banka müraciət edir, sənədlər toplayır, bəyəndiyi evə beh verir və sonda bütün sənədləri banka təqdim edərkən bank həmin binanın istismar müddətini bitirdiyi üçün sənədləri geri qaytarır və o mənzilə kredit ayırmır. Belə hallarda isə vətəndaş vaxt və pul itkisi ilə qarşılaşır, əlavə olaraq bəzi hallarda verdiyi behi belə geri ala bilmir. Bütün bu cür halların qarşısının alınması üçün mütləq şəkildə əmlakların rəsmi sənədlərində istehsal və istismar müddəti ilə bağlı məlumatlar yazılmalıdır. Bu cür məlumatların çıxarış və texniki pasportlarda yazılmaması onu deməyə əsas verir ki, istehlakçıların hüquqları uzun illərdir özləri də bilmədən pozulur. Yaxşı olardı ki, bütün çoxmənzilli yaşayış binalarının qarşısında həmin binaların tikilmə tarixi və tikən şirkətlə bağlı məlumatlar yazılsın".

metbuat.az


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1897   Tarix: 31 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Gəncə sakini niyə övladlarına vətəndaşlıq ala bilmir? - VİDEO

Gəncə sakini Elşən Cəfərov övladlarına Azərbaycan vətəndaşlığı ala bilmir. xəbər verir ki, o, üzləşdiyi problemlə bağlı Baku TV-yə müraciət edərək məsələnin həllinə kömək göstərilməsini istəyib. Müəllif: İlkin Məmmədkərimov

11:29 213
.

Müstəqil dövlətimizin ilk Konstitusiyası

Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minib. Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühü

12:18 222
.

"Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi

Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Mikayıl Əliyev küçəsində yerləşən "Xəmsə" şadlıq sarayında zərərli qaz tullantılarının normadan artıq buraxılmasına görə cərimə tətbiq edilib. Qaynarinfo-nun məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya və Təbii Sərvətlə

11:32 214
.

Dövlət Bayrağı Günü ölkəmiz üçün ən tarixi günlərdən biridir

Dövlətimizin üçrəngli bayrağı Azərbaycan suverenliyinin və müstəqilliyinin rəmzidir. Bayraq tarixən hər bir xalq üçün müqəddəs olub. İnsanlar öz dövlətlərinin bayraqlarına həmişə ehtiramla yanaşıblar. Ona görə də, bayraq insanlar, xalqlar üçün həmişə müqəddəs hesab edilib. Bu mənada ölkəmizdə Dövlə

11:28 225
.

Zəfərin ildönümünə 2 gün qaldı - Video

İki gün sonra ölkəmizdə 8 Noyabr - Zəfər Gününün altıncı ildönümü qeyd olunacaq. bu münasibətlə hazırlanan videoçarxı təqdim edir:

14:16 168
.

Mənzillərdəki elektron cihazlar qeydiyyata alınacaq

Ev təsərrüfatlarının uçotu zamanı mənzillərdəki kompüter və digər elektron cihazların sayı, eləcə də internetə çıxış imkanları barədə məlumatlar toplanacaq. -a istinadən xəbər verir ki, ev təsərrüfatında kompüter, notbuk və ya planşet varsa, onların növü və sayı qeyd ediləcək. Həmçinin internetə çıxışı

15:36 191
.

Dövlət Bayrağımız qürurumuzdur

Dövlət Bayrağı Günü Prezident İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli "Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında" Sərəncamı ilə təsis edilib. Həmin il dekabrın 4-də Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib. Azərbaycanın dövlət bayrağ

11:49 212
.

Zəfərin 6-cı ili: Qarabağda böyük dəyişim

Zəfərimizin altıncı ili tamam olur. Ötən altı il Azərbaycanın müasir tarixində yalnız hərbi-siyasi Qələbə və ərazi bütövlüyümüzün bərpası ilə deyil, həm də işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq işləri, iqtisadi həyatın dirçəldilməsi və Böyük Qayıdış prosesi ilə yadda qalıb. "Azərbayca

17:03 98
.

Həkimlər niyə qaynadılmış su içməyi məsləhət görmürlər?

Tədqiqatçılar müəyyən ediblər ki, qaynadılmış su sağlamlıq baxımından filtrdən keçirilmiş sudan daha zərərli ola bilər. Bunun səbəbləri açıqlanıb. Sürixdən olan isveçrəli alimlər araşdırma apararaq qaynadılmış su ilə bağlı mövcud məlumatları sistemləşdiriblər və onun zərərli hesab edilməsinin səbəblərin

18:30 1
.