Azərbaycandan İrana xəbərdarlıq: Konkret addımlar atılacaq
İran Ordusunun Quru Qoşunlarının komandanı Kiomərs Heydəri Azərbaycana münasibətdə böhtan xarakterli fikirlər səsləndirilib. K.Heydəri Azərbaycanda guya sionist qüvvələrin olması və 44 günlük Vətən müharibəsində Azərbaycanın Suriyadan gətirilən İŞİD terrorçularının istifadə etdiyini və onların hələ də ölkə ərazisində olduğunu iddia edir.
Bu sərsəm açıqlamaya Azərbaycan Müdafiə Nazirliyi cavab verərək bildirib ki, Azərbaycanda sionist qüvvələrin olması və 44 günlük müharibədə Azərbaycanın Suriyadan gətirilən İŞİD terroristlərindən istifadə etməsi çirkin iftira və böhtandır. Generalın "İran tərəfindən Ermənistan ilə sərhəddə dəyişikliklərə icazə verilməyəcək" fikrinə cavab olaraq isə nazirlik bildirib ki, İrəvan 30 il ərzində Azərbaycan ərazilərini işğal altında saxlasa da, İran bir dəfə də olsun Ermənistana qarşı ittihamedici açıqlamalar verməyib. Nazirlik bəyanatda İranı terrorizmi dəstəkləyən dövlət adlandırıb.
Hərbi ekspert Üzeyir Cəfərov Qaynarinfo-ya açıqlamasında bildirib ki, Azərbaycan Müdafiə Nazirliyinin xəbərdarlığı Tehran üçün ciddi bir siqnal olmalıdır:
"İran unutmamalıdır ki, Azərbaycanın müttəfiqləri - Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı Bakının yanındadır. İran bir sıra hallarda həddini aşan bəyanatlar verir. İran Quru Qoşunları komandanının son bəyanatı da həmin tendensiyanın davamıdır.
İran heç bir əsas, dəlil olmadan Azərbaycanı müxtəlif cinayətlərdə suçlayır. Yaxşı olar ki, onlar daxili problemlərini həll etsin. İranla bağlı böyük güclərin planları mövcuddur. 2023-cü ildə onlar tərəfindən mütləq mənada İrana qarşı müəyyən addımlar atılacaq. Tehran bu barədə düşünməlidir. Bunun əvəzində, heç bir əsas gətirmədən Azərbaycanı yersiz yerə ittiham edir. Azərbaycan Ordusu öz gücünə torpaqları işğaldan azad edib. İran isə bu zaman bəzi addımları ilə müəyyən problemlər yaratmağa çalışıb.
İranı daha çox qıcıqlandıran Azərbaycan-İsrail münasibətləridir. Bakı ilə Təl-Əviv arasında münasibətlər üçüncü dövlətə qarşı çevrilmədən artan xətt üzrə gedəcək. İran bunu başa düşməlidir. Tehran Quranı təhqir edən Ermənsitanla qardaşlaşır. Bu ürəyimizdən olan vəziyyət olmasa da, ona da sakit yanaşırıq. İran tərəfindən səslənən belə bəyanatların heç bir hüquqi və mənəvi əsası yoxdur. İran bu kimi çirkin əməllərindən əl çəkməlidir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1297 Tarix: 31 mart 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşGəncə sakini niyə övladlarına vətəndaşlıq ala bilmir? - VİDEO
Gəncə sakini Elşən Cəfərov övladlarına Azərbaycan vətəndaşlığı ala bilmir. xəbər verir ki, o, üzləşdiyi problemlə bağlı Baku TV-yə müraciət edərək məsələnin həllinə kömək göstərilməsini istəyib. Müəllif: İlkin Məmmədkərimov
11:29 213 Müstəqil dövlətimizin ilk Konstitusiyası
Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minib. Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühü
12:18 222 "Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi
Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Mikayıl Əliyev küçəsində yerləşən "Xəmsə" şadlıq sarayında zərərli qaz tullantılarının normadan artıq buraxılmasına görə cərimə tətbiq edilib. Qaynarinfo-nun məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya və Təbii Sərvətlə
11:32 214 Dövlət Bayrağı Günü ölkəmiz üçün ən tarixi günlərdən biridir
Dövlətimizin üçrəngli bayrağı Azərbaycan suverenliyinin və müstəqilliyinin rəmzidir. Bayraq tarixən hər bir xalq üçün müqəddəs olub. İnsanlar öz dövlətlərinin bayraqlarına həmişə ehtiramla yanaşıblar. Ona görə də, bayraq insanlar, xalqlar üçün həmişə müqəddəs hesab edilib. Bu mənada ölkəmizdə Dövlə
11:28 225 Zəfərin ildönümünə 2 gün qaldı - Video
İki gün sonra ölkəmizdə 8 Noyabr - Zəfər Gününün altıncı ildönümü qeyd olunacaq. bu münasibətlə hazırlanan videoçarxı təqdim edir:
14:16 168 Mənzillərdəki elektron cihazlar qeydiyyata alınacaq
Ev təsərrüfatlarının uçotu zamanı mənzillərdəki kompüter və digər elektron cihazların sayı, eləcə də internetə çıxış imkanları barədə məlumatlar toplanacaq. -a istinadən xəbər verir ki, ev təsərrüfatında kompüter, notbuk və ya planşet varsa, onların növü və sayı qeyd ediləcək. Həmçinin internetə çıxışı
15:36 191 Dövlət Bayrağımız qürurumuzdur
Dövlət Bayrağı Günü Prezident İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli "Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında" Sərəncamı ilə təsis edilib. Həmin il dekabrın 4-də Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib. Azərbaycanın dövlət bayrağ
11:49 212 Zəfərin 6-cı ili: Qarabağda böyük dəyişim
Zəfərimizin altıncı ili tamam olur. Ötən altı il Azərbaycanın müasir tarixində yalnız hərbi-siyasi Qələbə və ərazi bütövlüyümüzün bərpası ilə deyil, həm də işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq işləri, iqtisadi həyatın dirçəldilməsi və Böyük Qayıdış prosesi ilə yadda qalıb. "Azərbayca
17:03 98 Həkimlər niyə qaynadılmış su içməyi məsləhət görmürlər?
Tədqiqatçılar müəyyən ediblər ki, qaynadılmış su sağlamlıq baxımından filtrdən keçirilmiş sudan daha zərərli ola bilər. Bunun səbəbləri açıqlanıb. Sürixdən olan isveçrəli alimlər araşdırma apararaq qaynadılmış su ilə bağlı mövcud məlumatları sistemləşdiriblər və onun zərərli hesab edilməsinin səbəblərin
18:30 1