"Bədənindəki gülləni həkimlər evdə çıxardı" - Deputatın xanımı
Ötən gün yaşadığı evin qarşısında terrora məruz qalaz Milli Məclisin deputatı Fazil Mustafanın son durumu açıqlanıb.
BiG.AZ-ın məlumatına görə, bu barədə Lent.az-a deputatın həyat yoldaşı Zülfiyyə xanım danışıb.
Xanımı bildirib ki, həkimlər sağlıq durumu ilə əlaqədar hələlik onun ayılmasını istəmirlər:
"Qanaxması olduğu üçün Fazil Mustafa bu gün yenidən əməliyyat olundu. Hazırda durumu ilə bağlı dəqiq heç nə bilmirik. Amma həkimlər hələlik ayılmamasını məsləhət bilirlər".
Yoldaşı Fazil Mustafanın bədənindəki güllənin həkimlər tərəfindən evdə çıxarıldığını deyib:
"İkinci əməliyyat qanaxması olduğu üçün həyata keçirildi. Güllə isə hadisədən dərhal sonra elə evdə həkimlərin müdaxiləsi nəticəsində bədənindən çıxarılmışdı".
Xatırladaq ki, 2023-cü ilin martın 28-i saat 21:51-də Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında - Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsi ev 2 "Z" ünvanında "Kalaşnikov" konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilib.
Terror aktı nəticəsində Fazil Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb. Ona zəruri tibbi xidmətlər göstərilir və vəziyyəti stabil olaraq qiymətləndirilir, həyati təhlükəsi yoxdur.
Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.
Terror aktını törətmiş şəxsin və cinayət hadisəsi ilə əlaqəsi olan digər şəxslərin müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində kompleks təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri həyata keçirilir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2174 Tarix: 29 mart 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAy və Venera 2026-cı ilin ən yaxın məsafəsində görünəcək - TARİX
Noyabrın 7-də səhər saatlarında Ay və Venera səmada bir-birinə son dərəcə yaxın görünəcək. Bu, 2026-cı il ərzində iki səma cisminin ən yaxın məsafədə müşahidə olunacağı hadisə olacaq. Qaynarinfo xəbər verir ki, bu barədə "Forbes" məlumat yayıb. Məlumata görə, noyabrın 6-da Venera işıqlanm
22:30 80 Əmlak bazarında qiymətlərin enməsi mümkündürmü?-AÇIQLAMA
"Əmlak bazarında qiymətlərin enməsi mümkündür. Lakin hesab edirəm ki, bu prosesi bütövlükdə bazarın ucuzlaşması kimi deyil, bazarın yeni iqtisadi reallıqlara uyğunlaşması və qiymətlərin ayrı-ayrı seqmentlər üzrə differensiallaşması kimi qiymətləndirmək daha doğru olar. İlk növbədə, bir məqamı nəzər
12:12 240 Müstəqil Azərbaycanın Konstitusiyasının qəbul edilməsindən 31 il ötür
Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 31 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-d
12:02 239 Konstitusiyamızın ölkəmizin bütün ərazisində tətbiqindən qürur duyuruq!
Konstitusiya - dövlətin Ali Qanunudur, ali hüquqi qüvvəyə malikdir və həmin dövlətin siyasi, hüquqi və iqtisadi sistemlərin əsaslarını təsbit edir, vətəndaşlarının hüquq və azadlıqlarını elan edir və zəmanət verir. Konstitusiya sözünün hərfi mənası "qurmaq, yaratmaq, əsasını qoymaq" deməkdir
12:18 262 Zəfərin 6-cı ili: Qarabağda böyük dəyişim
Zəfərimizin altıncı ili tamam olur. Ötən altı il Azərbaycanın müasir tarixində yalnız hərbi-siyasi Qələbə və ərazi bütövlüyümüzün bərpası ilə deyil, həm də işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq işləri, iqtisadi həyatın dirçəldilməsi və Böyük Qayıdış prosesi ilə yadda qalıb. "Azərbayca
17:03 276 Dövlətin əsas qanunu - Konstitusiya
Müstəqil Azərbaycanın Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda qəbul edilib. Dövlətin əsas qanunu 1995-ci il noyabrın 27-dən qüvvəyə minib. Artıq 31 ildir Azərbaycan noyabrın 12-ni Konstitusiya günü kimi qeyd edir. 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanı
11:47 234 Mənzillərdəki elektron cihazlar qeydiyyata alınacaq
Ev təsərrüfatlarının uçotu zamanı mənzillərdəki kompüter və digər elektron cihazların sayı, eləcə də internetə çıxış imkanları barədə məlumatlar toplanacaq. -a istinadən xəbər verir ki, ev təsərrüfatında kompüter, notbuk və ya planşet varsa, onların növü və sayı qeyd ediləcək. Həmçinin internetə çıxışı
15:36 284 Müstəqil dövlətimizin ilk Konstitusiyası
Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minib. Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühü
12:18 253 Kişi 1 saniyədə yanıb kül oldu
Çində kişi küçədə faciəvi şəkildə ölüb. xəbər verir ki, hadisə zamanı kişi elektrik xəttinə uzun çubuqla toxunub. Nəticədə güclü partlayış baş verib və kişi yanaraq ölüb. Dəhşətli hadisə təhlükəsizlik kameraları tərəfindən anbaan qeydə alınıb
19:45 248