Dostugildə məclis qurdu, onun arvadına intim mesajlar yazdı: "Mənimlə..."

Dostugildə məclis qurdu, onun arvadına intim mesajlar yazdı: "Mənimlə..."Samux rayonunda 1990-cı il təvəllüdlü Sərdar qısqanclıq zəminində tanışı Vüqarı (adlar şərti verilib - red.) qətlə yetirib.

Teleqraf.com xəbər verir ki, 22 iyun 2022-ci ildə gecəyarısı Sərdar yaşadığı evin yataq otağına daxil olarkən arvadı Nüşabənin telefonla danışdığını, onu gördükdə isə telefonu kilidə saldığını görüb. Sərdar arvadından şübhələnərək telefonu onun əlindən alıb.

Lakin Nüşabənin israrla telefonu geri almaq istəməsindən daha da şübhələnib. O, Nüşabəni itələyib və evdən çıxıb. Həyətin darvazasından təxminən 200 metr aralaşdıqdan sonra telefonun kilid şifrəsini açaraq "WhatsApp" sosial şəbəkəsinin yazışma mesajında "Aydan" adı ilə qeyd edilmiş şəxsin arvadına yazdığı "mənə istədiyimi verə bilərsənmi?" sözlərini oxuyub. Mesajı yazan nömrəyə baxdıqda tanışı Vüqar olduğunu bilib.

Sərdar bu nömrədən daxil olan başqa mesajları da görüb, amma oxuya bilməyib, özünü itirərək hədsiz əsəbiləşib. Həmin vaxt yanına çatan Nüşabəni şillə ilə vuraraq qolundan tutub evə gətirib.

Mətbəxdən bıçaq götürüb, onlarda qonaq olan Vüqarı vurmaq məqsədi ilə həyətə çıxanda Vüqarın darvazaya tərəf getdiyini görüb. O, olanlara aydınlıq gətirmək məqsədi ilə Vüqarı həyətə çağırıb. Hirsli vəziyyətdə qışqırdığından bacısı onu sakitləşdirmək üçün üstünə gəldikdə əlindəki bıçağı kənara atıb.

Sərdar həyətdə dayanmış Vüqara tərəf gedib, əli ilə onu vurmaq istəsə də, buna nail ola bilməyib. Kənarda olan taxta oturacağı Vüqarın üstünə atdıqdan sonra daha da qəzəblənib. Bıçağı götürüb və evin həyət darvazasının çöl tərəfində avtomobilinə minməyə çalışan Vüqara döş qəfəsinin ön səthindən iki dəfə vurub. Vüqar aldığı xəsarətdən vəfat edib.

İstintaq orqanı tərəfindən Sərdarın barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

"Mənə "dostum" deyən insanın hərəkəti pis təsir etdi"

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sərdar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

O bildirib ki, arvadı Nüşabənin Vüqara sevgi mesajı yazdığını gördüyü üçün çox əsəbiləşib:

"Mənə "dostum" deyən insanın bu hərəkəti pis təsir etdi, mətbəxdən bıçaq götürdüm və döş qəfəsinə 2 zərbə vuraraq onu öldürmüşəm. Vüqarı həmkəndlim kimi uzun illərdir tanıyıram, onunla dostluq əlaqəm olub. Bir-birimizin evinə gedib-gəlmişik. Bir ilə yaxındır həm də birlikdə evlərdə və tikililərdə təmir işləri görmüşük.

Vüqarın bacısı mənim arvadım Aygünlə Gəncə şəhərində bir-birinə yaxın məsafədə yerləşən qadın paltarları mağazasında satıcı işləyir. Odur ki, arvadım, 3 yaşlı qızım və Vüqarın bacısı Lalə hər gün onun idarə etdiyi VAZ-21099 markalı avtomobillə Gəncə şəhərinə getmişik.

Onları işlədikləri mağazaya düşürmüşük, qızımı isə Yeni Gəncədə yaşayan qohumunun evinə qoymuşuq. Vüqarla danışaraq hamımız birlikdə geri qayıtmışıq".

"Kredit borcumuzu ödədik"

Təqsirləndirilən şəxsin sözlərinə görə, sonuncu dəfə 21 iyun 2022-ci ildə, səhər saat 9 radələrində arvadı Nüşabə və qızı ilə birgə yaşadığı evdən çıxıb və qapının qabağında dayanmış Vüqarın idarə etdiyi avtomobilə miniblər:

"Gəncə şəhərinə getdik. Nüşabə və Laləni işlədikləri mağazaya ötürdük, qızımı apararaq qohumumun evinə qoyduq. Həmin gün Vüqarla iş götürmədiyimiz üçün kredit borclarımı ödəmək üçün Gəncə şəhərində "Univermaq" deyilən yerə getdim. Sonradan Vüqar məni yaşadığım evə düşürdü".

"10-15 dəqiqə keçsə də, gəlmədi"

Təqsirləndirilən şəxs qeyd edib ki, saat təxminən 17-18 radələrində Vüqarla zəngləşib və birlikdə Vüqarın idarə etdiyi avtomobillə Nüşabə ilə Lalənin işlədikləri mağazaya gediblər:

"Əvvəlcə onları, sonra isə Yeni Gəncə tərəfə gedərək qızım götürdük. Yenidən kəndə qayıtdıq.

Saat 22 radələrində atam Vüqarla birlikdə əllərində spirtli içki olan sellofanla bizim yaşadığımız evə gəldilər. Mən araq içmədiyim üçün evdən çıxdım və kənddə çayxanaya getdim. Gecə saat 12-yə bir neçə dəqiqə işləmiş evə qayıtdım. Həyətdə qurulmuş masanın kənarında atam və Vüqarla oturdum. Əlimdəki telefonla sosial şəbəkələrə baxdım. Bir də gördüm arvadım həmin masa ilə məsafəsi təxminən 5-10 metr olan hamama getdi. 15-20 dəqiqə sonra hamamdan çıxdı və elə hamamın giriş qapısına bitişik olan, evin giriş qapısından içəri evə girdi.

Bu an Vüqar masadan durdu və həyətdə ayrıca tikili olan tualetə getdi. 10-15 dəqiqə keçsə də, Vüqar gəlmədi. Mən də durub evə girdim".

"Arvadıma yazdığı mesajı oxudum"

Sərdarın ifadəsinə görə, yataq otağına daxil olanda arvadı Nüşabənin əlində telefonla kiminləsə görüntülü danışıq apardığını görüb: "Telefondan səs eşitmədim. Lakin Nüşabənin telefonu tutmağından elə başa düşdüm ki, görüntülü danışır. Məni görən kimi dərhal telefonu kilidə saldığı üçün şübhələndim. Telefonu əlindən aldım.

Lakin Nüşabənin özünü mənim üstümə yıxaraq telefonu almaq istəməsi, dayanmadan "telefonu ver, telefonu ver" deməsi məndə şübhələr yaratdı. Onu itələdim və qaçaraq evdən çıxdım. Həyətdə darvazadan çıxıb evdən təxminən 200 metr uzaq məsafəyə getdim.

Orada kilid nömrəsini yazaraq telefonu açdıqda ekrana dərhal "WhatsApp" sosial şəbəkəsində yazışma mesajı çıxdı. Mesajda "Aydan" adı ilə qeyd edilmiş şəxsin arvadıma "mənə istədiyimi verə bilərsənmi?" yazdığını oxudum. Nömrəyə baxdıqda Vüqarın olduğunu gördüm. Orada həmin nömrədən daxil olan başqa mesajlar da olub. Lakin ancaq bu mesajı oxuya bildim. Həmin vaxt artıq Nüşabə də gələrək yanıma çatdı".

"Hara gedirsən, gəl otur, səninlə söhbətim var"

Sərdar qeyd edib ki, əsəbiləşərək arvadı Nüşabəni şillə vuraraq evə gətirib:

"Həyətə daxil olanda Vüqar hələ masanın kənarında oturmuşdu. Mətbəxdən gündəlik məişətdə istifadə etdiyimiz bıçağı götürdüm və həyətə çıxdım. Həmin vaxt darvazadan çıxıb getməkdə olan Vüqarı tutdum. Ona "hara gedirsən, gəl otur, səninlə söhbətim var, necə mənə qarşı belə hərəkət etdin" dedim. Vüqar da "gedim, sabah söhbətləşərik" dedi.

Lakin hirsli olduğumu gördüyündən həyətə keçdi. Bu zaman bacımın sakitləşdirmək üçün üstümə tərəf gəldiyini gördüm. Əlimdəki bıçağı kənara atdım və həyətdəki otluq olan yerdə dayandım.

Sonra Vüqara tərəf getdim. Vüqar mənə əl-qol atdı. Amma mənə heç bir yumruğu dəymədi. Mən də kənarda olan taxta materialdan oturacağı götürdüm və Vüqarın üstünə atdım".

"Adam öldürdüyümü etiraf etdim"

Təqsirləndirilən şəxs bildirib ki, ardınca dərhal mətbəxə qaçıb və yenidən qara qulplu bıçaq götürüb, sonra həyətə çıxıb:

"Vüqar artıq darvazanın qarşısında saxladığı avtomobilə minmək istədiyi üçün elə onu oradaca tutdum. Əlimdəki bıçaqla 2 dəfə onu vurdum. Bacım və anam isə məni geri həyətə tərəf çəkdilər. Vüqarın sonra necə olduğunu görməmişəm.

Vüqarı vurduğum bıçağı isə kiminsə əlimdən aldığını və ya harasa atdığımı xatırlamıram. Bundan sonra istifadəmdə olan mobil nömrə ilə Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng etdim. Adam öldürdüyümü etiraf etdim, könüllü təslim olmaq istədiyimi deyərək polis əməkdaşı göndərilməsini xahiş etdim.

Təxminən bir neçə dəqiqə ərzində polis əməkdaşları gəldilər və polislərlə birlikdə Samux Rayon Polis Şöbəsinə getdim".

"Dayanmadan mesajlar yazdı"

İş üzrə şahid qismində ifadə verən Nüşabənin sözlərinə görə, 2014-cü ildə Sərdarla evlənib, ərinin ailəsinə məxsus evdə yaşayır:

"Birgə nikahımızdan 3 yaşlı və 8 yaşlı qız övladımız var. Ərimlə münasibətim həmişə mehriban olub. Vüqar isə həmkəndlim, həm də son aylardır ki, ərimin iş yoldaşı olub. Təxminən hadisədən 3-4 ay əvvəl istifadəmdə olan mobil nömrə ilə qeydiyyatdan keçdiyim "WhatsApp" sosial şəbəkəsi vasitəsilə Vüqarın mənə mesaj yazdığını gördüm.

Vüqar məndən xoşu gəldiyini yazdı və boşanaraq onunla evlənməyimi xahiş etdi. Əvvəlcə ona qəti şəkildə iradımı bildirdim. Lakin Vüqar dayanmadan mesajlar yazdı".

"Məndən əl çəkməyəcəyini bildirdi"

Nüşabə qeyd edib ki, hər dəfə Vüqarın yazdığı mesajları silib:

"Çünki ərim qısqancdır və mənim istifadə etdiyim mobil telefonu gün ərzində imkan etdikcə yoxlayırdı. Son bir neçə gündə isə Vüqar mənə lap açıq-saçıq formada sevgi etirafları yazdı. Məndən əl çəkməyəcəyini bildirdi, onunla olmağımı xahiş etdi. Mən isə bu mesajlar barədə ərimə nəsə deməyə qorxdum. Ona görə də Vüqarı adi sözlərlə yola verməyə çalışdım. Lakin nə onunla haradasa görüşmüşəm, nə də aramızda yaxınlıq olub.

Vüqar mənə bəzən intim mesajlar yazaraq birlikdə olmağını arzuladığını bildirdi. Mən də həmin mesajlara qorxumdan nəsə cavablar yazdım ki, birdən mənə əsəbiləşər, şər ataraq ərimə deyər ki, onunla nəsə əlaqəm var".

Nüşabənin ifadəsinə görə, sonuncu dəfə iyunun 21-də Vüqar gün ərzində yenə ona sevgi etirafı mesajları yazıb:

"Lakin həmin mesajları silməyi unutdum. Həmin gün axşam saat təxminən 22-23 radələrində qaynatam və Vüqar yaşadığımız evin həyətində araq içərək yemək yedi. Vüqar orada ola-ola mənə mesaj yazdı. Saat təxminən gecə on ikinin yarısı hamama girdim. 10-15 dəqiqə sonra hamamdan çıxaraq yataq otağına getdim.

Otaqda telefonunu əlimə alanda gördüm ki, Vüqar yenə intim mövzuda yazılar yazıb. Birdən qapı açıldı və otağa ərim girdi. Mən təntidim və telefonu tez söndürdüm. Ərim dərhal telefonu əlimdən aldı, evdən qaçaraq həyətə, oradan da bayıra, küçəyə çıxdı. Mən də ərimin arxasınca qaçdım.

Küçədə Sərdara çatdıqda artıq onun telefonda nəsə oxuduğunu, çox əsəbi vəziyyətə düşdüyünü gördüm. Sərdar qolumdan tutaraq həyətə gətirdi. Özü isə qaçaraq mətbəxə getdi, oradan bıçaq götürdü və həyətə çıxdı. Bu vaxt Vüqar darvaza tərəfə getmək istədi. Amma Sərdar ona qışqıraraq "sən getmə, otur, səninlə işim var" dedi. Sərdarın bacısı da ona tərəf getdi, özünü ərimin üstünə atdı ki, heç kimə heç nə eləməsin".

"Şikayətim yoxdur"

Nüşabə qeyd edib ki, əri Vüqar mübahisə edib və evin mətbəxinə gəlib: "Oradan bıçaq götürdü və həyətə çıxdı. Baldızımın və qayınanamın qışqırıq səsindən başa düşdüm ki, Sərdar Vüqarı bıçaqla vurub.

Sərdar geri evə qayıtdı. Yenə Sərdarın arxası ilə evə girdim. Mətbəxdə ancaq ikimiz olmuşuq. Onun qolundan tutaraq sakitləşdirmək istədim. Lakin Sərdar mənə "yaxın durma, sənə əl vurmaq istəmirəm" dedi. Sərdar uzaqlaşmaq istəsə də, onun əlindən tutaraq telefonu almaq istədim.

Bu vaxtı Sərdar mətbəxdəki siyirtmədən bıçaq götürdü və mənə "sənə heç nə etmərəm, amma uzaq dur" dedi. Mən isə Sərdarı qucaqladım, əlindən tutmaq istədim. Bıçaq sol əlimdən bilək nahiyəmə dəydi. Mən yenə Sərdardan yapışdım. Məni mətbəxdə olan divanın üstünə itələyəndə əlindəki bıçaq sol ayağımda bud nahiyəmə dəydi və xəsarət aldım. Sərdardan heç bir şikayətim yoxdur".

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Məhkəmənin hökmü ilə Sərdar 10 il müddətinə azadlıqdan məhrum edilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2092   Tarix: 28 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

TOP MP3