Deputatdan gənclərə irad: TikTokda atılıb-düşürlər
Son illər ölkəmizdə gənclərin bayağı musiqilərə meylinin artdığı açıq hiss olunur. Muğama, saz havalarına, xalq musiqisinə qulaq asmayan gənclərin sayı günü-gündən artır. Gənclərin bir qismi bayağı musiqilərə, bir qismi xarici musiqilərə, çox az qismi də xalq musiqilərinə qulaq asırlar. Əslində bu çox ciddi tendensiyadır. Haqqında zamanla tez-tez danışdığımız qloballaşmanın, milli kimlikdən uzaqlaşmanın, bayağılaşmanın başqa bir təzahür formasıdır.
Modern.az xəbər verir ki, bu fikirləri deputat Ceyhun Məmmədov sosial şəbəkə hesabında paylaşıb.
"Avtomobildə gedərkən bayağı musiqinin sədaları altında hərəkət edən, sosial şəbəkələrdə, xüsusilə TikTokda bayağı musiqinin sədaları altında atılıb-düşən gəncləri yəqin ki, çoxlarımız müşahidə etmişik. Təəssüf ki, bir sıra hallarda televiziya və radiolarımız da bayağı musiqilərə geniş yer verirlər. Bəs gənclərin bayağı musiqilərə bu qədər meyl göstərməsinin günahkarı kimdir? Hesab edirəm bu məsələdə ailələrimizin, məktəblərimizin, ali təhsil müəssisələrimizin, televiziya və radiolarımızın üzərinə çox böyük məsuliyyət düşür. Çünki bu həm də milli məsələdir. Ailələrimiz övladlarının milli ruhda tərbiyəsi üçün ciddi cəhdlə çalışmalıdırlar. Onlara ilk yaşlarından xalq musiqilərini, saz havalarını, muğamımızı dinlətdirməli, zövqlərinin korlanmasına imkan verməməlidirlər",- deputat fikirlərini əsaslandırıb.
C.Məmmədov qeyd edib ki, məktəb və ali təhsil müəssisələri işlərini təhsil verməklə bitmiş hesab etməli deyil:
"Məktəb və ali təhsil müəssisələrimiz nə üçün məsuliyyət daşıyırlar? Ona görə ki, bu gün müxtəlif səbəblərdən bəzi ailələr öz övladlarına düzgün tərbiyə verə bilmirlər. Çünki bır sıra hallarda valideynlərin özlərinin tərbiyəsi, dünyagörüşü, intellektual səviyyəsi nəyin səhv və ya düz olduğunu onlara tam dərk eləməyə imkan vermir. Belə olduğu halda isə əsas güc və yük məktəb və ali təhsil müəssisələrinin üzərinə düşür. Onlar işlərini yalnız təhsil verməklə bitmiş hesab etməli deyillər. Hərçənd ki, onların bir qismi əslində heç normal təhsil də vermirlər. Başları başqa "mühüm" işlərə qarışıb. Ona görə məktəb direktorlarının və ali təhsil müəssisələrinə rektor təyinatlarının ciddi həssaslıqla həyata keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Belə müəssisələrə mütləq savadlı, intellektual səviyyəsi yüksək, milli, milli-mənəvi dəyərlərə bağlı, zəngin dünyagörüşünə malik şəxslər rəhbər təyin edilməlidir. Təəssüf ki, bunu bu gün biz bütün məktəb və ali təhsil müəssisələrimiz haqqında söyləyə bilmirik. Əslində bu çox ciddi məsələdir.Gənclərin belə bayağı musiqilərə meyl göstərməsində yuxarıda qeyd etdiyim kimi, bəzi televiziya və radiolarımız da ciddi məsuliyyət daşıyırlar. Onlar öz efirlərinə belə bayağı musiqiləri söyləyən müğənniləri dəvət etməməli, belə musiqilərə yer verməməlidirlər. Heç şübhəsiz ki, dövlətləri, xalqları güclü edən onun dəyərləridir. Bu həm də milli təhlükəsizlik məsələsidir. Gələcək dəyərlərinə sahib çıxan, onu qoruyan, sıradan çıxarılmasına imkan verilməyən dövlətlərindir. Gəlin dəyərlərimizə sahib çıxaq, onları göz-bəbəyimiz kimi qoruyaq".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1022 Tarix: 28 mart 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşParlament Abşeron dəniz blokuna dair Sazişin yeni redaksiyasını təsdiqləyəcək
APA-nın xəbərinə görə, bu, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Azərbaycan Respublikasını
06.11.2026 167 Hansı xarici dili öyrənmək daha sərfəlidir?
Xarici dil seçərkən təkcə həmin dildə neçə nəfərin danışdığını bilmək kifayət etmir. Dilin iş, səyahət və gündəlik ünsiyyət üçün nə dərəcədə faydalı olması, həmçinin onu öyrənməyə sərf ediləcək vaxt da əhəmiyyət daşıyır. xarici mediaya istinadla xəbər verir ki, dünyada ən çox danışılan dillərin sıralamas
06.11.2026 196 39 yaşlı kişinin meyiti bağda tapıldı
Qazaxda 39 yaşlı kişinin meyiti tapılıb. -ın məlumatına görə, Qazax rayon sakini, 1987-ci il təvəllüdlü S.Orucovun meyiti bağ ərazisində aşkarlanıb. Onun ölüm səbəbi hələ məlum deyil. Faktla bağlı Qazax rayon Prokurorluğunda araşdırma aparılır
06.11.2026 155 Şənbə günü yağış yağacaq
Sabah Azərbaycanda yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək, külək əsəcək. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, noyabrın 7-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz yarımadanın ayrı-ayrı yerlərində qısamüddətl
06.11.2026 245 Qəfil infarkt riski kimləri təhdid edir?
Böyük şəhərlərdə yaşayan insanlar ürək-damar xəstəlikləri, xüsusilə infarkt riski ilə daha çox üzləşə bilərlər. Alimlər bunun əsas səbəblərindən birinin havanın çirklənməsi olduğunu müəyyən ediblər. xəbər verir ki, ABŞ-ın Yel Universitetinin mütəxəssisləri çirklənmiş havada olan ultrakiçik hissəcikləri
06.11.2026 192 İllərlə polisdən gizlənən ailə: Ana, qız və nəvə tutuldular
Türkiyənin İstanbul şəhərində zərgərlik mağazalarından etdikləri oğurluqlara görə məhkəmədən uzun illər gizlənən bir ailənin üç üzvü - ana, qızı və nəvəsi saxlanılıblar. Onlar Sancaqtəpə rayonunda yerləşən evlərin birində saxlanılıblar. Türkiyə mətbuatına istinadən xəbər verir ki, qadınlar "alıcı"
06.11.2026 182 İlham Əliyevlə xanımı Zəngilanda sakinlərlə görüşdü - Video
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, sonra dövlət başçısı və birinci xanım burada Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunu
06.11.2026 382 Müstəqil dövlətin Konstitusiya günüdür
1995-ci il noyabrın 12-də Azərbaycan xalqı referendum yolu ilə öz dövlətinin Əsas Qanununu - Konstitusiyasını qəbul etdi. Bu Konstitusiya müstəqilliyini bərpa etmiş Azərbaycan dövlətinin ilk Milli Konstitusiyasıdır. "Konstitusiya" latın sözü olub quruluş, təsisat mənası verir. Dövlətin al
06.11.2026 250 Əmlak bazarında qiymətlərin enməsi mümkündürmü?-AÇIQLAMA
"Əmlak bazarında qiymətlərin enməsi mümkündür. Lakin hesab edirəm ki, bu prosesi bütövlükdə bazarın ucuzlaşması kimi deyil, bazarın yeni iqtisadi reallıqlara uyğunlaşması və qiymətlərin ayrı-ayrı seqmentlər üzrə differensiallaşması kimi qiymətləndirmək daha doğru olar. İlk növbədə, bir məqamı nəzər
06.11.2026 241