Xalq hərəkatına qoşuldu, nişanlanacağı qız onu yuxuda gördü, evlərinin şəklini divardan asdı - Oqtay Əliyevin ən böyük arzusu nə idi?

Xalq hərəkatına qoşuldu, nişanlanacağı qız onu yuxuda gördü, evlərinin şəklini divardan asdı - Oqtay Əliyevin ən böyük arzusu nə idi?Kulis.az ötən gün dünyasını dəyişən Əməkdar mədəniyyət işçisi, Televiziya prodüseri və rejissoru Oqtay Əliyev haqqında maraqlı faktları təqdim edir.

Əliyev Oqtay Vidadi oğlu 19 iyun 1968-ci ildə İrəvan şəhərində doğulub. 1975–1985-ci illərdə İrəvan şəhəri M. F. Axundov adına orta məktəbdə oxuyub.

***
İrəvandan Azərbaycana deportasiya olunduqdan sonra Oqtay ailəsi ilə birgə Bakıya köçür. O, Azərbaycan Dövlət İncəsənət İnstitutunun Kino və Dram Rejissoru fakültəsində təhsil alır.

Oqtay Əliyev 90-cı illərdə başlanan milli hərəkatın iştirakçılarından olub. Müsahibəllərinin birində bu haqda deyir:

"O vaxtı Azərbaycan bayrağını fəxrlə əlimdə gəzdirirdim. İllərlə ən böyük arzum Azərbaycan bayrağı olan döş nişanını sinəmdə gəzdirmək idi. Amma təəssüf ki, tapa bilmirdim. İndi mənim qızlarım bayrağımızı eyvandan, avtomobildən asırlar. Sevindirici haldır".

***

Oqtay Əliyev erməni dilini çox mükəmməl bilib. Bu baxımdan erməni mətbuatını və mediasını yaxından izləyib, orda baş verən hadisələrdən xəbərdar olub.

Özünü həmişə qaçqın kimi hesab edən Oqtay bəy müsahibələrinin birində bu haqda deyir:

"Mən həmişə qaçqınam. Neçə ki, öz torpağıma qayıtmamışam, özümü qaçqın kimi hiss edəcəm. İrəvan mənim babalarımın şəhəridir. Mən indi də ora getsəm, gözüyumulu evimizi taparam, hər yeri tanıyaram. Ora gedə bilməmək məni yandırır. Bizim ev şəhərin mərkəzindəydi. İndi Rusiya kanallarında İrəvanın mərkəzini göstərəndə, öz evimizi görürəm. Görürəm, pis oluram ki, evimizə gedə bilmirəm. Ağrı dağın fonunda son dəfə şəhərin şəklini çəkmişdim. O şəkildə bizim evimiz də var. Həmin fotonu evimdə saxlayıram, telefonumda da gəzdirirəm. Bir dəfə bir erməni ilə yazışırdıq. Mənə dedi ki, siz İrəvan, Zəngəzur deməklə o torpaqlar sizin olmur. Onda mən ona dedim ki, bax, mən irəvanlıyam, İrəvan xanının nəslindənəm. Sən mənə İrəvanda bir dənə qədim erməni abidəsi göstər və yaxud da tarixi bir məkan göstər, mən deyim ki, sən orda yaşayıbsan. Mən çox istəyirəm ki, İrəvana yenidən qayıdaq. Hər bir irəvanlı üçün bu həyati məsələdir".

***

Oqtay Əliyev 1983–1985-ci ildə Cəfər Cabbarlı adına İrəvan 1993-cü ildə Azərbaycan televiziyasında "Virtuoz" adlı layihənin prodüseri olub.

1990-cı ildə "Ər və arvad", "Molla Nəsirəddin və Əzrayıl", "Gəlin, açıq danışaq, lap açıq", "Əkizlərin nağılı" pyeslərinin və bir sıra əlamətdar bayramların quruluşçu rejissoru olub, ssenarilərini yazıb. "Korifey", "Həftə çal-çağırı", "İşdən sonra", "Yeni ulduz" layihələrinin müəllifi və baş prodüseri olub.

***

O, 23 yaşında aktrisa Dilarə Əliyeva ilə ailə həyat qurub. Dilarə Əliyeva Oqtayla tanış olmazdan əvvəl onu yuxuda görür. Belə ki, qruplarında oxuyan bir qızın nişan konfetini balışının altına qoyub yatan Dilarə gecə yuxuda Oqtayı görür. Səhər durub bacısına deyir ki, yuxuda kök, saqqallı bir oğlan görmüşəm. Bir neçə aydan sonra isə Oqtay Dilarəni yaxın dostlarının məsləhəti ilə filmə çəkmək istəyir. Oqtayla ilk dəfə rastlaşan Dilarə ona deyir ki, mən səni yuxumda görmüşəm. Bir il sonra isə onlar ailə qurur. Cütlüyün Aytən və Banu adlı qızları dünyaya gəlir.

Oqtay Əliyev 1998-ci il oktyabr ayının 5-də "SOY" production şirkətinin təsisçisi və prezidenti idi. "Ən yaxşı ssenariyə görə" I Audiovizual festival, Bakı- 2001, "Ən yaxşı animasiya işinə görə" III Beynəlxalq Audiovizual festival Bakı- 2003 mükafatlarını qazanmışdır.

***

Müsahibələrinin birində Dilarə Əliyeva həyat yoldaşı haqqında deyir:

"Nə qədər güclü görünsəm də, özünə əmin görünsəm də, mən həyatımı Oqtay olmadan Oqtaysız təsəvvür edə bilmirəm. Mənim gücümün arxasında Oqtay dayanıb. Onun varlığı mənə meydan verib. Oqtay mənim cekpotumdur".

Oqtay Əliyevin adı müəyyən dövrlərdə Natəvan Həbibi, Kərim Abbasovla qalmaqallarda hallanıb. O, hətta Kərim Abbasovu məhkəməyə verərək ondan 200 min manat təzminat da tələb edib.

***

Əməkdar mədəniyyət işçisi Oqtay Əliyev 22 mart 2023-cü ildə idarə etdiyi avtomobildə qəza keçirərərk 54 yaşında həyatını itirib.


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 9863   Tarix: 25 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"20 il yataq xəstəsi olsan da..." - Hüseyn AĞIR İTKİSİNDƏN yazdı - FOTO

Məşhur klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, Hüseyn "İnstagram" hesabında bir müddət öncə dünyasını dəyişən anası ilə fotosunu paylaşıb. O, paylaşımına:. 'Sən bizə həm ana həm də ata oldun. Allah səni cənnətlə müjdələsin

16.09.2021 5054
.

Beyonsun 500 milyonluq özəl günü - Fotolar

Amerikalı məşhur müğənni Beyons yeni yaşını lüks yaxtasında həyat yoldaşı Cey-Z və övladları ilə birlikdə qeyd edib. Axşam.az xarici mediaya istinadən xəbər verir ki, ifaçının 40 yaşı tamam olub. O, 500 milyon dollarlıq yaxta ilə səyahətə yollanaraq özəl gününü qeyd edib. Kirayəsi həftəlik 4 milyon dollar

16.09.2021 2230
.

"O səs Türkiyə"nin münsifləri açıqlandı

Türkiyənin məşhur aparıcısı, TV 8-in rəhbəri Acun Ilıcalı "O səs Türkiyə"nin yeni mövsümdəki münsiflərini açıqlayıb. xəbər verir ki, münsif kürsüsündə Ebru Gündeş, Oğuzhan Koç, Bəyazid Öztürk və Murad Boz əyləşəcək. Qeyd edək ki, yarışmanın çəkilişlərinə noyabrda başlanılacaq

15.09.2021 2403
.

Fahriye Karan üçün 15 dayə dəyişdi

Türkiyəli aktrisa Fahriye Evcen oğlu Karan üçün yenidən dayə axtarışına başlayıb. Axşam.az-a istinadən xəbər verir ki, bu barədə "2.Sayfa" verilişində məlumat verilib. Aparıcıların sözlərinə görə, aktrisa artıq 15-ci dayə ilə də yollarını ayırıb. Qeyd edək ki, Fahriye Evcen bu il "Alparslan"

16.09.2021 2609
.

Səyyad Əlizadə başqa xəstəxanaya köçürülüb

Səyyad Əlizadə müalicə olunduğu Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanadan Mərkəzi Gömrük hospitalına köçürülüb. Bu barədə sənətçinin qohumu Razim Qasımov məlumat verib. Qeyd edək ki, müğənni Səyyad Əlizadə bir müddət öncə koronavirusa yoluxub. Hazırda vəziyyəti ağırdır

16.09.2021 2690
.

Yusif Mustafayev: "260 manat pensiya alıram, buna da şükür"

"Toy yox, düyün yox, bütün günü evdəyəm. Çalışıram ki, evdən bayıra çıxmayım. Bəladan qorunmağın yolu ancaq budur". Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Yusif Mustafayev deyib. Müğənni yaşı ilə əlaqədar toylara az dəvət aldığını bildirib:. "Məhərrəmlikdən əvvəl bir-iki toy

16.09.2021 2063
.

Türkan Şoray son görünüşü ilə GÜNDƏM OLDU - FOTO

Türkiyə kinosunun ulduzu Türkan Şoray 76 yaşını tamamlayıb. Aktrisanın 20 kilo arıqlayaraq əvvəlki formasına qayıtması diqqətdən yayınmayıb. Onun fransız üsulu ilə (üzün saplarla dartılması) arıqlaması da bildirilir. Qatıldığı bir məclisdə cazibədar aktrisanı görənlər heyrətlərini gizlədə bilməyiblər

18.09.2021 4536
.

"Həmin Xalq artistlərinə pullar vermişəm"

Əməkdar artist Qorxmaz Əlili bir çox Xalq artistinə maddi yardım etdiyini deyib. Axşam.az xəbər verir ki, aktyor "Onun sirri" verilişində maraqlı açıqlama verib. O bildirib ki, bir çox sənət adamının hesabına pullar köçürüb:. "Artistlərin ağır vəziyyəti idi. Xeyriyyə konsertinə başladım

16.09.2021 1964
.

Bu səhnənin "Aşkı memnu"dan oğurlandığı iddia edildi

"Kanal D"də yayımlanan "Camdaki kız" serialı yenidən izləyicilərin tənqidlərinə tuş gəlib. Axşam.az-a istinadən xəbər verir ki, ekran işində baş rol ifaçılarından Nur Sürerin yeni ailə həyatı quran qızı ilə kürəkəninin ilk gecələrini yan evdən binoklla izləməsi bəyənilməyib. İzləyicilə

17.09.2021 4785
.