Cavanşir Paşazadə: "Bəzi hotellərdə əxlaqsızlıqlara yol verilir, gənc qızlar dəvət olunurlar"
Paytaxt ərazisində yaşayış binalarının zirzəmisində, yaxud birinci mərtəbəsində fəaliyyət göstərən gecə klubları, hotellər, müxtəlif iaşə obyektləri ilə bağlı narazılıqlar hər zaman olduğu kimi, bu gün də davam edir. Bu cür iaşə obyektləri yerləşən binaların yuxarı mərtəbələrində yaşayan sakinlər həmin obyektlərdəki səs-küy, kəskin qoxu, gecə saatlarına qədər davam edən musiqi səsindən narahatlıq keçirirlər.
Bakının Nizami rayonu Əlif Hacıyev küçəsində yerləşən 46d nömrəli binanın sakinlərinin vəziyyəti isə daha acınacaqlıdır. Belə ki, bu binada yaşayan sakinlərin sözlərinə görə, birinci mərtəbədə fəaliyyət göstərən "Nord-West" hoteli əxlaqsızlıq yuvasına çevrilib. Gecə saatlarına qədər hotelin həyətində davam edən səs-küy, nalayiq ifadələr, siqaret qoxusu sakinlərin dinc yaşayışına imkan vermir. Onlar bildirirlər ki, məsələ ilə bağlı rəsmi qurumlara dəfələrlə müraciət etsələr də, heç bir tədbir görülmür.
Mövzu ilə bağlı Pravda.az-la fikirlərini bölüşən Milli Məclisin deputatı Cavanşir Paşazadə bildirib ki, dünyanın bir çox ölkələrində yaşayış binalarının aşağı mərtəbələri iaşə obyekti kimi fəaliyyət göstərir.
"Bura müalicə mərkəzləri, kiçik hotellər də daxildir. Azərbaycanda da turistlərin gecələməsi üçün fəaliyyət göstərən hotellər var. Qanunauyğun şəkildə, lisenziyalı fəaliyyət göstərən iaşə obyektlərinin olması normaldır. Əlbəttə, bu məsələdə milli mentalitetimiz, yerli sakinlərin rahatlığı da nəzərə alınmalıdır. Bəzi hotellərdə qeyri-qanuni hallara, əxlaqsızlığa yol verilir, gənc qızlar dəvət olunurlar. Sakinlərin gözü qarşısında bu cür halların yaşanması yolverilməzdir. Bu, ətrafdakı gənclərin gələcəyinə də mənfi təsir göstərə bilər.
İstərdim ki, aidiyyəti strukturlar lisenziya verərkən həmin obyekt sahiblərinin hansı işlə məşğul olmaları, obyektin yerləşdiyi ərazi və bu kimi məsələlərə həssas yanaşsınlar, diqqət etsinlər. Qanunamüvafiq qaydada iaşə obyektləri tez-tez yoxlanılmalı, lazımi tədbirlər həyata keçirilməlidir. Paytaxtda bəzi böyük məhəllələrdə yerləşən 18-20 mərtəbəli binaların aşağı mərtəbəsində kababxana açılır. Bu cür restoranlara xeyli sayda insan gəlir. Ətrafa qoxu yayılır. Bunun gecəsi-gündüzü var. Axı bu binalar yaşayış üçündür, orada körpə, yaşlı, xəstə insanlar yaşayırlar. Həmin obyektlərin gecə saatlarına qədər işləməsi sakinlər üçün narahatlıq yaradır. Bu, insanların şəxsi mülkündə istədikləri kimi yaşamalarına maneədir. Bir nəfərin qazancı, bir ailənin dolanışığı naminə xeyli ailə əziyyət çəkir. Təbii ki, hər şey yerində olmalıdır. Qanunlarımıza, mentalitetimizə uyğun fəaliyyət göstərilməlidir", - deputat bildirib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 876 Tarix: 25 mart 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMənzillərdəki elektron cihazlar qeydiyyata alınacaq
Ev təsərrüfatlarının uçotu zamanı mənzillərdəki kompüter və digər elektron cihazların sayı, eləcə də internetə çıxış imkanları barədə məlumatlar toplanacaq. -a istinadən xəbər verir ki, ev təsərrüfatında kompüter, notbuk və ya planşet varsa, onların növü və sayı qeyd ediləcək. Həmçinin internetə çıxışı
06.11.2026 308 Müstəqil dövlətin Konstitusiya günüdür
1995-ci il noyabrın 12-də Azərbaycan xalqı referendum yolu ilə öz dövlətinin Əsas Qanununu - Konstitusiyasını qəbul etdi. Bu Konstitusiya müstəqilliyini bərpa etmiş Azərbaycan dövlətinin ilk Milli Konstitusiyasıdır. "Konstitusiya" latın sözü olub quruluş, təsisat mənası verir. Dövlətin al
06.11.2026 254 MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir
Uşaqlar və yeniyetmələr üçün üç mərhələli biznes və sahibkarlıq proqramı. MiniBoss Business School Bakıda ikinci filialı üzrə qəbul elan edir və uşaqlar və yeniyetmələr üçün iqtisadiyyat və sahibkarlığın əsaslarını əhatə edən yeni tədris proqramını təqdim edir. Proqramın əsas məqsədi iştirakçılarda sahibkarlı
06.11.2026 242 Telefonunuz sizi dinləyir? - Söhbətdən sonra çıxan reklamların səbəbi
Hansısa məhsul haqqında danışdıqdan sonra telefonda məhz onun reklamını görmək bir çox insanda şübhə yaradır. İstifadəçilər smartfonun söhbətlərini gizlicə dinlədiyini düşünürlər. Lakin belə reklamların görünməsi özlüyündə dinlənilmənin sübutu deyil. xarici mediaya istinadla xəbər verir ki, reklam sistemlər
06.11.2026 219 Bakıdakı səs-küylü ad gününə dünya ulduzu gəlib
Ötən gün Bakıda keçirilən ad günü məclisi dekorasiyası və qonaqları ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, gecə üçün cəngəllik üslubunda dekorasiya qurulub. Məclisdə dünya şöhrətli reper Frenç Montana da yer alıb. Gecənin qonaqları arasında Xalq artisti Aygün Kazımova da olub. Hotellərdən birind
06.11.2026 399 "Fənərbaxça"lı Arina "Qalatasaray"ın ulduz oyunçusuna aşiq olub
"Fənərbaxça Medicana"nın rusiyalı voleybolçusu Arina Fedorovtseva ilə "Qalatasaray"ın seneqallı futbolçusu İsmayıl Yakobs arasında münasibətlərin olduğu iddia edilir. -ın Türkiyə mediasına istinadla xəbərinə görə, iddia olunur ki, cütlük "Qalatasaray"ın "Ştutqart"
06.11.2026 248 Əmlak bazarında qiymətlərin enməsi mümkündürmü?-AÇIQLAMA
"Əmlak bazarında qiymətlərin enməsi mümkündür. Lakin hesab edirəm ki, bu prosesi bütövlükdə bazarın ucuzlaşması kimi deyil, bazarın yeni iqtisadi reallıqlara uyğunlaşması və qiymətlərin ayrı-ayrı seqmentlər üzrə differensiallaşması kimi qiymətləndirmək daha doğru olar. İlk növbədə, bir məqamı nəzər
06.11.2026 247 39 yaşlı kişinin meyiti bağda tapıldı
Qazaxda 39 yaşlı kişinin meyiti tapılıb. -ın məlumatına görə, Qazax rayon sakini, 1987-ci il təvəllüdlü S.Orucovun meyiti bağ ərazisində aşkarlanıb. Onun ölüm səbəbi hələ məlum deyil. Faktla bağlı Qazax rayon Prokurorluğunda araşdırma aparılır
06.11.2026 180 Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi
Xalq artisti Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, aktrisa bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində Zəfər Gününü canlı yaşamağın böyük xoşbəxtlik olduğunu vurğulayıb, şəhidlərə rəhmət, qazilərə isə can sağlığ
06.11.2026 225