"Dəli Kür" filmində açıq-saçıq səhnələrə çəkildi, əri ona görə adam döydü - Əməkdar artist haqqında maraqlı faktlar

"Dəli Kür" filmində açıq-saçıq səhnələrə çəkildi, əri ona görə adam döydü - Əməkdar artist haqqında maraqlı faktlarBiG.AZ Kulis.az-a istinadən aktrisa, Əməkdar artist Zemfira Sadıxova haqqında on maraqlı faktı təqdim edir.

Zemfira Emin qızı Sadıxova 17 iyun, 1939-cu ildə Bakıda anadan olub. Ailədə iki bacı, bir qardaş olublar. Zemfira xanım məktəb illərində qılıncoynatma dərslərinə, idman gimnastikasına və at sürməyə gedir. Musiqini çox sevir. O vaxtlar çoxunun evində radio yox idi. Sevdiyi melodiyaları dinləmək üçün tez-tez xalasıgilə qaçırmış.

***

Məktəbi bitirdikdən sonra qonşu olduğu, uşaqlıqdan bir yerdə oynadığı oğlanla ailə həyatı qurur. Bu evlilikdən onların bir oğlu dünyaya gəlir. Ancaq bir neçə ildən sonra aktrisanın həyat yoldaşı dünyasını dəyişir.

Daha sonra o, Moskva Kinematoqrafiya İnstitutuna daxil olmaq istəyir. Valideynləri isə onu buraxmır. Deyirlər ki, ora uzaqdır, orada tək yaşaya bilməzsən. Bundan inciyən Zemfira növbəti sənət seçimini də özü etmir, valideynlərinin ixtiyarına buraxır. Və sənədlərini ADU-nun İqtisad fakültəsinə verir. O, hər dəfə Bakıda yerləşən Teatr İnstitutunun yanından keçəndə göz yaşlarını saxlaya bilmirmiş. Ürəyində qalan arzusuna görə xiffət çəkirmiş.

***

İqtisad fakültəsində yarım semestr oxuduqdan sonra nəhayət ki, özündə cəsarət tapıb sənədlərini geri götürür və Teatr institutuna gedir. Adil İskəndərov, Məlik Dadaşov, Müxlis Cənizadə, Rza Təhmasib və Rahib Hüseynov kimi tanınmış pedaqoqların qarşısında imtahan verib Teatr İnstitutuna qəbul olunur.

***

İnstitutu bitirdikdən sonra onu təyinatla Gənc Tamaşaçılar Teatrına göndərirlər. Xalq artisti Yusif Vəliyevlə ilk tanışlığı da orada olur. İşlədiyi iki il ərzində o teatrda heç bir rol almır, ancaq kütləvi səhnələrə çıxır. Yalnız "Son məktub" tamaşasında sonradan başqa ifaçının yerinə təyin olunur. Burada Yusif Vəliyev onun atasını oynayır. Yusif Vəliyevin ikinci evliliyi də uğursuz olandan sonra o, özündən 24 yaş kiçik aktrisa Zemfira Sadıqova ilə tanış olur. Həyat yoldaşından ayrılan Zemfira xanım Yusifin evli olduğunu biləndə onunla münasibəti kəsir və İrəvan teatrına işləməyə gedir. Lakin Yusif rejissor Şamil Mahmudbəyov vasitəsilə onu geri qaytarmağa nail olur. Aktrisa həmin illəri belə xatırlayır:

"Yusifi ilk dəfə 1965-ci ildə Kürdəmirdə "Komsomol" tamaşasındakı Gəray bəy rolunda görüb vuruldum. O vaxta qədər onu tanımırdım. Səhəri günü hamılıqla bərabər yemək yeyəndə söhbət edib, tanış olduq. Kürdəmirdən qayıtdıqdan sonra ailə qurduq. 1965-ci ildə rəsmi nikahımız olsa da, bir yerdə yaşamırdıq. Mən anamla, Yusif də qızları ilə yaşayırdı. Yusifin o zaman evi yox idi. Yoldaşının sağ olduğunu biləndən sonra oğlumu, anamı götürüb İrəvana getdim. Ayrılıq vaxtı mənə çoxlu məktublar yazırdı, oxuyub ağlayırdım. Heç kim bilmir, amma Yusif çox romantik idi. Məni çox sevirdi. Niyə onun yanına qayıtdım - soruşursunuz. Onu mənə, mənim ona sevgim tükənməzdi... Gəldim və ayrıla bilmədim. Nə mən, nə o... Birlikdə anamgildə yaşamağa qərar verdik. Məni teatrda işləməyə qoymadı, ona görə radioya getdim".

***

Hüseyn Seyidzadə "Torpaq, dəniz, od, səma" filmində Zemfiranın rolunu görür və onu "Dəli Kür" filmində çəkməyi planlaşdırır. Filmdəki açıq-saçıq səhnəsi isə ona sonralar müəyyən problemlər yaradır. Bu barədə aktrisa müsahibələrinin birində deyir:

"Bir gün trolleybusda kinostudiyaya gedərkən hiss etdim ki, kimsə diqqətlə mənə baxır... Hüseyn Seyidzadə idi. Yaxınlaşıb məni "Dəli Kür" filminin fotosınaq çəkilişlərinə dəvət edib dedi, eşitmişəm, sən açıq-saçıq filmlərə çəkilməzsən, Yusif icazə verməz. Dedim, Yusif həyat yoldaşımdır, mən isə aktrisayam. Əgər siz məni dəvət etmisinizsə, nə lazımdır, necə lazımdırsa, elə də çəkiləcəyəm. O səhnəni oynamasaydım və məni filmdən azad etsəydilər, deməyəcəkdilər ki, Zemfira həya-abır edib çəkilmədi, deyəcəkdilər ki, gör nə qədər qabiliyyətsizdir. Çünki sonralar da mənə qabiliyyətsiz damğası vurmuşdular. Mənim qabiliyyətli və qabiliyyətsiz olmağımı filmlərim göstərdi. Atam filmə baxıb çox bəyənmişdi. Yusif də heç bir etiraz etmədi, bircə 9 yaşlı oğlum dedi ki, mama, bir də elə filmlərə çəkilmə."

Yusif Vəliyev və Adil İsgəndərovun yaxşı yoldaşlığı olub. Lakin sonradan onların münasibətləri soyuqlaşıb, hətta bir-birlərini danışdırmayıblar. Zemfira Sadıqovanın sözlərinə görə, Adil İsgəndərovla Yusif Vəliyevin münasibətlərinin pozulmasına səbəb aktrisanın özü ilə bağlı bir problem səbəb olub:

"Bir dəfə kinostudiyada bir balaca insident olmuşdu. Mənə qarşı bir nəfər özünü lazımı səviyyədə aparmamışdı, Yusif onu döymüşdü. Bunu Adil müəllim də eşitmişdi. Biləndən sonra iş nə yerdədir, o adamı oradan çıxardı. Adil müəllimə bizim haqqımızda yalandan çox sözlər çatdırmışdılar. Məni çağırdı. Mən də pasportumu götürüb getdim yanına. Dedim, kim nə deyir bilmirəm, amma baxın, biz evlənmişik. Heç kəs başa düşə bilmirdi ki, belə cavan, gözəl xanım 47 yaşlı kişiyə ərə gedir. Başa düşmürdülər, deyirdilər, bunun nəyinə gedib?"

***

Zemfira xanımla ailə quranda aktrisa xörək bişirməyi bacarmırmış. Ona bu məsələdə Yusif Vəliyev köməklik edib, xörəkləri bişirməyi öyrədib.

Yusif Vəliyev erkən dünyasını dəyişdiyi üçün aktrisa gənc yaşda dul qalır. Üstəlik, atasının ölümündən sonra qızı Bahar böyük şok keçirir, ürək xəstəliyi yaşayır, beş il həkimlərin nəzarətində müalicə alır. Oğlunu və qızını təkbaşına böyüdən aktrisa çox məhrumiyyətlərlə üz-üzə qalır. Üstəlik işsiz qalmaq təhlükəsi də yaşayır:

"Cəmil Əlibəyli "Azərbaycanfilm" kinostudiyasının direktoru olanda məni filmlərə çəkilməyə qoymurdu. Çünki onun dediyini eləmirdim. Bu haqda danışmaq mənə yaraşmaz. Kino sınaqlarından uğurla keçirdim, hamı razı qalırdı, bircə Cəmil Əlibəyov deyirdi ki, Zemfiranın potensial imkanları yoxdur. Bir gün iclas keçirdi, Eldar Quliyev, Həsən Turabovu və başqalarını çağırdı, hamının yanında məni "yararsız aktrisa" adlandırıb, işdən çıxarmaq istədi. Yusif rəhmətə getmişdi, iki uşaqla qalmışdım. Dedim, mənim başqa sənətim yoxdu. Məsələ böyüdü və mənim işdən çıxarılmağıma icazə vermədilər".

***

82 yaşlı aktrisa hazırda qızı və nəvələri ilə birgə yaşayır. Onlardan heç biri aktrisanın yolunu davam etdirməyib. Zemfira xanım buna özü razılıq verməyib.

"Dəli Kür" filmində açıq-saçıq səhnələrə çəkildi, əri ona görə adam döydü - Əməkdar artist haqqında maraqlı faktlar"Dəli Kür" filmində açıq-saçıq səhnələrə çəkildi, əri ona görə adam döydü - Əməkdar artist haqqında maraqlı faktlar"Dəli Kür" filmində açıq-saçıq səhnələrə çəkildi, əri ona görə adam döydü - Əməkdar artist haqqında maraqlı faktlar"Dəli Kür" filmində açıq-saçıq səhnələrə çəkildi, əri ona görə adam döydü - Əməkdar artist haqqında maraqlı faktlar


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 1402   Tarix: 20 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Röyanın illər əvvəl atası ilə təsirli dialoqu KÖVRƏLTDİ - VİDEO

Xalq artisti Röya Ayxanın illər əvvəl lentə alınan arxiv görüntüsü sosial şəbəkələrdə yenidən gündəmə gəlib. xəbər verir ki, videoda müğənninin "Maşın şou"nun efirində atasının doğum gününü təbrik etdiyi görünür. Röya Ayxanın atasına ünvanladığı duyğusal sözlər izləyicilərin diqqətini çəkib

19.09.2026 304
.

Samir Bağırov bu səbəbdən depressiyaya düşüb

Məşhur müğənni Samir Bağırov bir zamanlar depressiyaya düşməsinin səbəbini açıqlayıb. xəbər verir ki, o bu barədə aparıcı İsa Şükürovun "Sevilən səhər" verilişinə qonaq olarkən danışıb. Sənətçi qeyd edib ki, onun depressiyaya düşməsinə səbəb haqqında yayılan "efir qadağası" xəbərlər

29.09.2026 432
.

2 aktrisa saxlanıldı

Amerikalı aktrisalar Syuzan Sarandon və Hanna Aynbinder Nyu-Yorkda keçirilən İsrail əleyhinə aksiyada saxlanılan fəallar arasında olublar. Axşam.az xəbər verir ki, hüquq-mühafizə əməkdaşları hər iki aktrisanın əllərinə plastik qandal taxaraq onları "Sülh üçün Yəhudi Səsi" hərəkatının icazəsi

26.09.2026 240
.

"Zaman yaraları sağaltmır, sadəcə boşluqla yaşamağı öyrədir"

Əməkdar artist Bəhram Bağırzadə mərhum atası Arif bəylə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, o, ölüm ildönümündə atasını bu sözlərlə yad edib:. "17 sentyabr. Bu tarixdə atamı itirdim. Sentyabr ümumiyyətlə qəribə aydır. Hələ hava istidir, hələ dəniz və yetişmiş əncir qoxusu duyulur, həl

20.09.2026 277
.

Zarina uşaqlıq arzusunu gerçəkləşdirdi

Aktrisa Zarina Qurbanova uşaqlıq arzusunu gerçəkləşdirib. Axşam.az xəbər verir ki, aktrisa bu barədə "Xəzər axşamı" verilişində danışıb. O, uşaqlıqdan müəllim olmaq istədiyini və arzularının ardınca getdiyini bildirib:. "Mən uşaqlıq arzularımı reallaşdıran bir fərdəm. Uşaqlıqda arzum va

26.09.2026 310
.

Nübar bu kanalda çalışacaq

Aparıcı Nübar Əbilov Space TV-də fəaliyyətə başlayır. Axşam.az xəbər verir ki, o, "Səhər növbəsi" verilişinin aparıcısı olacaq. Bu barədə Nübar sosial şəbəkədə məlumat yayıb:. "Mən səhərin sehrinə həmişə inanmışam, çünki ümidin səhərlər çiçəkləndiyini yaxşı bilirəm. Elə ona görə həft

30.09.2026 273
.

Yeni layihəsi bəlli oldu

"Haysiyet" serialının aktyor heyətinə yeni aktyor daxil olacaq. Axşam.az xəbər verir ki, ekran işində Emin Günenç rol alacaq. O, "Ender" adlı obrazı canlandıracaq. Qeyd edək ki, Emin sonuncu dəfə "Arafta"da çəkilib

27.09.2026 249
.

Vəfaya "iPhone 18 Pro Max" hədiyyə olundu, ilk paylaşımını etdi - VİDEO

Vəfa Şərifovaya "iPhone 18 Pro Max" hədiyyə olunub. Ona telefondan əlavə, hədiyyə olaraq gül və şokolad göndərilib. Müğənni həmin anları sosial media hesabında paylaşıb. O bildirib ki, telefonunu dəyişmək fikrində olmayıb. Vəfa Şərifova yeni "iPhone" modellərini ilk əldə edənlər sırasınd

27.09.2026 508
.

Bu da Gülay Zeynallının MAKİYAJSIZ HALI - FOTOLAR

Müğənni Gülay Zeynallı yeni görüntüləri ilə gündəmə gəlib. xəbər verir ki, müğənni İnstaqram hesabında paylaşım edib. Görüntülərdə Gülay makiyajsız halı ilə diqqət çəkib. Onun təbii görünüşü izləyicilərin marağına səbəb olub. Həmin fotoları təqdim edirik:

20.09.2026 553
.