Sənətçilərin bayramı: Biri "əvvəlki sevinc hissi ilə keçirmirəm" deyir, digəri bahalıqdan şikayətlənir - FOTO

Sənətçilərin bayramı: Biri "əvvəlki sevinc hissi ilə keçirmirəm" deyir, digəri bahalıqdan şikayətlənir - FOTOBu gün Novruz bayramıdır. Hər kəs bu günü özünəməxsus şəkildə bayram süfrəsi açıb. Lakin insanlar Novruz süfrəsini açmaq üçün əvvəlcədən hazırlıq işləri aparıblar. Bazarlara da daha öncədən üz tutmaq məcburiyyətində qalıblar. Bir qisim şəxs bahalaşma səbəbindən bayram bazarlığını etmədiklərini, hətta ötən illərə nisbətən daha az alış-veriş edəcəklərini söyləyirlər.

Bəs görəsən, bahalaşma azərbaycanlı sənət adamlarına necə təsir göstərib?

Oxu.Az-ın əməkdaşı bir neçə sənət adamı ilə danışıb.

Aktyor Allahverdi Yolçuyev bayrama yaxın qiymətlərin bahalaşmasından şikayətlənib:

Sənətçilərin bayramı: Biri "əvvəlki sevinc hissi ilə keçirmirəm" deyir, digəri bahalıqdan şikayətlənir - FOTO"Digər ölkələrdə bayramdan öncə qiymətlərdə endirimlər olur. Bizdə isə əksinə olur. Yazılmayan adətə çevrilib. Bayram qurtarsa da, qiymətlər aşağı düşmür. Camaatın cibini nəzərə almırlar. Novruz müqəddəs, gözəl bayramdır. Hər şey bahadır. Dükanda normal qiymətə nə isə almaq mümkün deyil. 5 qəpik maaş artırsa, ərzaq 15 qəpik artır. Qoz, yağ, un bahadır. Ötən illərə nisbətən ciddi bahalaşma müşahidə olunur".

A.Yolçuyev sonda bayramı əvvəlki sevinc hissi ilə keçirmədiyini qeyd edib:

"Hələ bayram bazarlığı etməmişəm. Bir qazan xörək bişirib, qeyd etmək olar. Biri var sevinclə keçirəsən, biri də var ki, məcburi. Əvvəlki sevinc hissi də yoxdur. Ümidlə yaşayırıq. İnşallah ucuzlaşar".

Xalq artisti Firəngiz Mütəllimova hər zaman sadə süfrə açdığını söyləyib:

Sənətçilərin bayramı: Biri "əvvəlki sevinc hissi ilə keçirmirəm" deyir, digəri bahalıqdan şikayətlənir - FOTO"Dünyanın hər yerində bahalaşma var. Təmtəraqlı süfrə açmamışıq. Hər zaman sadə qeyd etmişik. Bayram aşımızı bişirib, xonçamızı qurmuşuq. Bədxərclik etməmişik".

F.Mütəllimova əvvəlki illərə nisbətən bu il bahalaşma olduğunu əlavə edib:

"Əvvəlki illərə nisbətən bu il bahalaşma var. Biz əsas İlaxır çərşənbəni qeyd edirik. Şuşada da edirdik. Ən çox əyləncə tonqal qalamaq, papaq atmaq idi. Novruz deyəndə o günlər yadıma düşür. Onlar xatirimdə qalıb. Mütləq plov bişirirdik".

Müğənni Roza Zərgərli artıq hazırlıq işlərinə başladığını bildirib:

Sənətçilərin bayramı: Biri "əvvəlki sevinc hissi ilə keçirmirəm" deyir, digəri bahalıqdan şikayətlənir - FOTO"Hər il olduğu kimi bu il də Novruza hazırlaşıram. Təəssüf ki, ailəmin yanında ola bilməyəcəyəm. Qastrol səfərlərim var. Lakin bayrama hazırlıq gedir. Hər il səmənini də özüm cücərdirəm. Heç vaxt almıram. Evimdə ola bilməyəcəyəm. Valideynlərim, övladlarım bir yerdə olacaqlar. Mən Vyana, Praqa və Budapeştdə olacağam. Konsertlərim var".

Müğənni Elnarə Xəlilova bayram bazarlığı etməyə zamanının olmadığını əlavə edib:

Sənətçilərin bayramı: Biri "əvvəlki sevinc hissi ilə keçirmirəm" deyir, digəri bahalıqdan şikayətlənir - FOTO"Hələ bayram bazarlığı etməyə vaxtımız olmayıb. Bayramlarda məlum məsələdir, biz sənət adamları tədbirlərdə çıxış edirik. Böyük ehtimalla bayram bazarlığını martın 18-də edərik. Yəqin ki, hamıda necə, bizdə də elə olacaq. 6 nəfərin bayramını keçirməyə yetən qədər olsa, bəs edər. Bizim çoxlu xeyriyyə tədbirimiz də var. Əsas gücü o tədbirlərin bayram bazarlığına verməyini düşünürük".

Müğənni Mətanət Əsədova qeyd edib ki, indi hər şey od qiymətinədir:

Sənətçilərin bayramı: Biri "əvvəlki sevinc hissi ilə keçirmirəm" deyir, digəri bahalıqdan şikayətlənir - FOTO"İndi hər şey çox bahadır. Bir tək onu deyə bilərəm. Ötən illərə nisbətən hər şey od qiymətinədir. Bayram bazarlığı etmişəm. Əvvəl necə idisə, indi də o şəkildə hazırlıq işləri gedir".


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 1750   Tarix: 20 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Röyanın illər əvvəl atası ilə təsirli dialoqu KÖVRƏLTDİ - VİDEO

Xalq artisti Röya Ayxanın illər əvvəl lentə alınan arxiv görüntüsü sosial şəbəkələrdə yenidən gündəmə gəlib. xəbər verir ki, videoda müğənninin "Maşın şou"nun efirində atasının doğum gününü təbrik etdiyi görünür. Röya Ayxanın atasına ünvanladığı duyğusal sözlər izləyicilərin diqqətini çəkib

19.09.2026 304
.

Samir Bağırov bu səbəbdən depressiyaya düşüb

Məşhur müğənni Samir Bağırov bir zamanlar depressiyaya düşməsinin səbəbini açıqlayıb. xəbər verir ki, o bu barədə aparıcı İsa Şükürovun "Sevilən səhər" verilişinə qonaq olarkən danışıb. Sənətçi qeyd edib ki, onun depressiyaya düşməsinə səbəb haqqında yayılan "efir qadağası" xəbərlər

29.09.2026 432
.

2 aktrisa saxlanıldı

Amerikalı aktrisalar Syuzan Sarandon və Hanna Aynbinder Nyu-Yorkda keçirilən İsrail əleyhinə aksiyada saxlanılan fəallar arasında olublar. Axşam.az xəbər verir ki, hüquq-mühafizə əməkdaşları hər iki aktrisanın əllərinə plastik qandal taxaraq onları "Sülh üçün Yəhudi Səsi" hərəkatının icazəsi

26.09.2026 240
.

"Zaman yaraları sağaltmır, sadəcə boşluqla yaşamağı öyrədir"

Əməkdar artist Bəhram Bağırzadə mərhum atası Arif bəylə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, o, ölüm ildönümündə atasını bu sözlərlə yad edib:. "17 sentyabr. Bu tarixdə atamı itirdim. Sentyabr ümumiyyətlə qəribə aydır. Hələ hava istidir, hələ dəniz və yetişmiş əncir qoxusu duyulur, həl

20.09.2026 277
.

Zarina uşaqlıq arzusunu gerçəkləşdirdi

Aktrisa Zarina Qurbanova uşaqlıq arzusunu gerçəkləşdirib. Axşam.az xəbər verir ki, aktrisa bu barədə "Xəzər axşamı" verilişində danışıb. O, uşaqlıqdan müəllim olmaq istədiyini və arzularının ardınca getdiyini bildirib:. "Mən uşaqlıq arzularımı reallaşdıran bir fərdəm. Uşaqlıqda arzum va

26.09.2026 310
.

Nübar bu kanalda çalışacaq

Aparıcı Nübar Əbilov Space TV-də fəaliyyətə başlayır. Axşam.az xəbər verir ki, o, "Səhər növbəsi" verilişinin aparıcısı olacaq. Bu barədə Nübar sosial şəbəkədə məlumat yayıb:. "Mən səhərin sehrinə həmişə inanmışam, çünki ümidin səhərlər çiçəkləndiyini yaxşı bilirəm. Elə ona görə həft

30.09.2026 273
.

Yeni layihəsi bəlli oldu

"Haysiyet" serialının aktyor heyətinə yeni aktyor daxil olacaq. Axşam.az xəbər verir ki, ekran işində Emin Günenç rol alacaq. O, "Ender" adlı obrazı canlandıracaq. Qeyd edək ki, Emin sonuncu dəfə "Arafta"da çəkilib

27.09.2026 249
.

Vəfaya "iPhone 18 Pro Max" hədiyyə olundu, ilk paylaşımını etdi - VİDEO

Vəfa Şərifovaya "iPhone 18 Pro Max" hədiyyə olunub. Ona telefondan əlavə, hədiyyə olaraq gül və şokolad göndərilib. Müğənni həmin anları sosial media hesabında paylaşıb. O bildirib ki, telefonunu dəyişmək fikrində olmayıb. Vəfa Şərifova yeni "iPhone" modellərini ilk əldə edənlər sırasınd

27.09.2026 508
.

Bu da Gülay Zeynallının MAKİYAJSIZ HALI - FOTOLAR

Müğənni Gülay Zeynallı yeni görüntüləri ilə gündəmə gəlib. xəbər verir ki, müğənni İnstaqram hesabında paylaşım edib. Görüntülərdə Gülay makiyajsız halı ilə diqqət çəkib. Onun təbii görünüşü izləyicilərin marağına səbəb olub. Həmin fotoları təqdim edirik:

20.09.2026 553
.