Şeyxin qudası: "Evdə nəvələrimə tapşırmışam ki, Allahşükür babanızdan heç nə istəməyin"
Sabiq deputat Qalib Salahzadənin bu il növbəti dəfə Həcc ziyarətinə getməsi ilə bağlı verdiyi açıqlama birmənalı qarşılanmayıb.
Sosial şəbəkə istifadəçiləri onun belə bir açıqlama verməsini tənqid edib, dəfələrlə Həcc ziyarətinə getmənin artıq xərc olduğunu və ora sərf edilən məbləğin xəstələrə, imkansız ailələrə verilməsini məqsədəuyğun hesab etdiklərini bildiriblər.
Globalinfo.az-a danışan Qalib Salahzadə deyib ki, hər il Həcc ziyarətinə getmək onun böyük arzusudur:
"Allah izn verərsə, bu il 34-cü dəfə Həcc ziyarətinə gedəcəyəm. Sosial şəbəkələrdə bildirilən iradlarla razıyam. Amma onlar mənim yardım etmədiyimi haradan bilir?! 1985-ci ildən bu günə kimi əlimdən gələn yardımı etmişəm və edirəm. Adam var, bir dana kəsib, başlayır bütün efirlərdə bunu danışmağa. Adam etdiyi yardımı reklam etməz".
Q.Salahov deyib ki, Həccə getməsinin sayını gizlədə bilməz:
"Necə yalandan deyim ki, bu il Həcc ziyarətinə getməyəcəyəm?! Axı mənimlə gedən insanlar hər şeyi görürlər. Sabah çıxıb desəm, getmirəm, məni söyərlər ki, yalan danışır. Allahın evini ziyarət edən zaman dua edirəm ki, gələn il də gəlib burada namaz qıla bilim. Hər dəfə dövlətimizin salamat olmasını arzu edirəm".
Sabiq deputat bu günə qədər qudası, QMİ sədri, Qafqazın şeyxi Allahşükür Paşazadədən dəstək almadığını bildirib:
"Şeyxdən bu vaxta kimi heç bir şey qəbul etməmişəm. Hətta evdə nəvələrimə tapşırmışam ki, Allahşükür babanızdan heç nə istəməyin. Şeyx özü də bunu gözəl bilir. Bizim qohumluğumuz hədiyyə üzərində qurulmayıb. Mən 30 il ərzində 500 nəfər Həcc ziyarətinə yola salmışam. Ona görə də, qudamdan jestlər qəbul etmirəm".
Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsi bu il Həcc ziyarətinə getmək istəyən vətəndaşlar üçün qiymətlər təyin edib. Belə ki, bir nəfərlik ziyarət paketinin qiyməti 5750 ABŞ dolları, yəni 9775 manatdır.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1937 Tarix: 19 mart 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşKaliforniyada havada toqquşmadan sonra iki paraşütçü həlak olub
ABŞ-nin Kaliforniya ştatının Leyk-Elsinor şəhərində iki qadın paraşütçü havada toqquşduqdan sonra həlak olublar. "Report" NBC-yə istinadən xəbər verir ki, hadisə noyabrın 6-da yerli vaxtla saat 11:45 radələrində "Skydive Elsinore" mərkəzinin üzərində baş verib. Mərkəzin məlumatın
18:40 140 Prezident bu şəxslərə ali hərbi rütbələr verdi - Adlar
Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. "Qafqazinfo" xəbər verir ki, Sərəncama əsasən Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilib:. "general-leytenant" hərbi rütbəsi
13:41 219 Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Zəfər Günü qeyd olunub
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) 8 Noyabr - Zəfər Gününə həsr olunmuş "Zəfər tarixi" tədbiri keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və Vətə
14:54 167 FHN-də Zəfər Gününə həsr olunmuş təntənəli tədbir keçirilib
Fövqəladə Hallar Nazirliyində (FHN) 8 Noyabr - Zəfər Gününə həsr olunmuş təntənəli tədbir keçirilib. Bu barədə "Report"a FHN-dən məlumat verilib. Bildirilib ki, tədbirdə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və Nazirliyin əməkdaşları, Vətən müharibəsi veteranları iştira
16:34 167 Ron Desantis 2028-ci ildə ABŞ prezidenti seçkilərində iştirak barədə məlumatları təkzib edir
Florida ştatının qubernatoru Ron Desantis 2028-ci ildə keçiriləcək ABŞ prezident seçkilərində Respublikaçılar Partiyasından namizəd olmaq uğrunda mübarizəyə hazırlaşır. "Report" xəbər verir ki, bu barədə onun planlarından xəbərdar olan üç mənbəyə istinadən "The Washington Post" məluma
19:50 130 Şuşanın hər daşı bir tarix, hər küçəsi bir qəhrəmanlıq dastanıdır
Zəfər Günü Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir. Bu tarix xalqımızın onilliklər boyu ürəyində gəzdirdiyi torpaq həsrətinin, doğma yurdlarına qayıtmaq arzusunun və milli qürurunun təntənəsidir. 8 Noyabr təkcə hərbi qələbənin ildönümü deyil, həm də Azərbaycanın öz tarixi torpaqlarının müdafiəsi
14:44 162 İtaliya XİN başçısının şəxsi məlumatları sızdırılıb
İtaliyanın xarici işlər naziri Antonio Tayani cinayətkarların onun fərdi məlumatlarını "darknet"də yaydıqlarını, onu və ailəsi təhdid etdiklərini bildirib. "Report" xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb. A.Tayani qeyd edib ki, kibercinayətkarlar artı
21:00 63 Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. "Qafqazinfo" xəbər verir ki, təbrikdə deyilir:. "Azərbaycan Respublikasının Prezidenti Zati-alilari cənab İlham Əliyevə. Cənab Prezident, əziz Qardaşım. Otuz il işğal altınd
14:47 198 Qızıl almaq istəyənlərin nəzərinə
Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb. birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun "COMEX" əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,94% azalaraq 4 074,9 dollarına bərabər olub
19:00 144