Sabirabadda dəhşət: Kişi arvadının gözü qarşısında oğulluğunu... - Şok təfərrüat

Sabirabadda dəhşət: Kişi arvadının gözü qarşısında oğulluğunu... - Şok təfərrüatSabirabad rayonunda 1991-ci il təvəllüdlü Rəhim qeyri-rəsmi nikahda olduğu həyat yoldaşı Elmira və onun azyşlı övladı Elmirə (adlar şərti verilib - red.) işgəncə verib.

BiG.AZ Teleqraf.com-a istinadən bildirir ki, Rəhim 2021-ci ilin yanvarında Elmira ilə qeyri-rəsmi nikaha daxil olub və Sabirabad rayonunun Narlıq kəndindəki ata evində onunla birgə yaşamağa başlayıb.

Rəhim Elmiranın 2014-cü il təvəllüdlü övladı Elmiri oğulluğaqəbul etməyib. O, mütəmadi olaraq Elmiranı və Elmiri əvvəlcə birgə yaşadıqları ata evində, daha sonra qaldıqları qardaşına məxsus evdə döyüb, onlara fiziki ağrı və psixi iztirab verib. O, 5 yanvar 2021-ci ildə gecə saatlarında atasına məxsus evin həyətində Elmiranın qəfədana su doldurmamışdan qabaq salavat çevirməməsini bəhanə edib. Onun baş və bədəninin müxtəlif nahiyələrindən vurub.

Həmin ilin martın 10-da qardaşına məxsus evdə, dərs oxumadığını bəhanə edərək Elmiri və onun anası Elmiranı yenidən döyüb.

Bundan bir neçə gün sonra Rəhim yenidən dərs oxumadığını əsas gətirərək tənbeh bəhanəsi ilə Elmirin başını stolun tininə vurub. Uşağa sağ qaş üstü nahiyəsində səthi yara və alın nahiyəsində qançırlardan ibarət dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirib.

Daha sonra o, aşyaşlının dərs tapşırıqlarını yerinə yetirmədiyi üçün tənbeh etmək bəhanəsilə həyətə çıxarıb. Azyaşlıya qarşı zorakılıq hərəkətlərini dayandırmasını xahiş edən Elmiranın yalvarışlarına baxmayaraq hərəkətlərinə davam edib. Elmiranın bədəninin müxtəlif nahiyələrinə yumruq və təpik zərbələri vurub. Elmiri isə zirzəmiyə salaraq qapını bağlayıb.

İstintaq orqanı tərəfindən Rəhimin barəsində Cinayət Məcəlləsinin 133.2.1-ci (iki və ya daha çox şəxsə qarşı və ya girov götürülən yaxud oğurlanmış şəxsə qarşı və ya sifarişlə əzab vermə), 133.2.4-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı əzab vermə) və 145.2.3-cü (yetkinlik yaşına çatmayan şəxs barəsində qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə ittiham elan edilib.

"Anası xahiş etdi ki, bir qədər dözüm"

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Elmira bildirib ki, əvvəllər ailəli olub və birinci evliliyindən bir oğlan uşağı var: "Sabirabad rayonu Narlıq kənd sakini Rəhimi 2020-ci ilin oktyabr-noyabr aylarından tanımışam. Onunla həmin vaxtdan qeyri-rəsmi ər-arvad kimi yaşamağa başlamışam. İki dəfə ailəli olmasına baxmayaraq Rəhimin övladı olmayıb.

20-25 gün bir yerdə qalandan sonra Rəhim əsassız yerə evdə mübahisə saldı. Birinci evliliyimdən olan oğlum Elmiri döyməyə başladı. Onu anamgilə göndərməyimi tələb etdi. Rəhimin anası Xanım da bunları görürdü. Rəhimə tapşırdı ki, uşaqla işi olmasın.

Rəhim döydükdə anasıgilə bu barədə demişəm. Lakin anası hər dəfə məndən xahiş etdi ki, bir qədər də dözüm. Daha bir ailəsinin dağıtmasını istəmirdi".

Zərərçəkmişin sözlərinə görə, Rəhim onu atasıgildən çıxarıb və qardaşı Səmədin evində saxlamağa başlayıb: "Buna görə "Xata" ləqəbli Səməd öz ailəsini götürərək ata evinə köçdü. Rəhim qardaşının evində də məni başa düşmədi, hər xırda məsələyə görə mütəmadi olaraq məni döyqb incitdi.

Rəhim mənimlə bərabər azyaşlı oğlum Elmiri də həm qardaşının evində, həm də atasının evində döyürdü. Elmiri ən çox dərs oxumadığına görə incidirdi. Qardaşı həmişə Rəhimi sakitləşdirməyə çalışırdı ki, bizi döyməsin".

"Yalvardım ki, məni döysün"

Elmira qeyd edib ki, 25 mart 2021-ci ildə axşam saatlarında Rəhim dərs oxumadığına görə Elmirin başını stolun tininə vurub və onun qaş nahiyəsinə xəsarət yetirib: "Səhəri günü axşam saat 20 radələrində Rəhim evə gəldi. Oğlumun televizora baxdığını gördü, yanına çağıraraq çantasını gətirməyi və dərslərini hazırlamağı tapşırdı. Onu dərsləri barədə sual-cavab eləməyə başladı.

Elmir suallara cavab verə bilmədiyi üçün onu qolundan tutaraq həyətə apardı. Mən də onların arxasınca çıxdım. Rəhuimə yalvarmağa başladım ki, uşağı heç bir yerə aparmasın. O, oğlumu apara-apara yumuruq-təpiklə döyürdü. Buna imkan verməyəndə məni də döyməyə başladı.

Həmin vaxt Rəhim yumuruqla vuraraq mənim sol gözümə, eyni zamanda ayaq nahiyəmə də xəsarət yetirdi. Buna baxmayaraq yenə də Rəhimə yalvardım ki, məni döysün, oğlumu vurmasın, yazıqdı".

"Səsin çıxsa, bıçaqla doğrayıb öldürəcəm"

Elmira deyib ki, Rəhim Elmiri evin altında olan zirzəmiyə salıb və qapısını çöldən bağlayıb: "Elmirə tapşırdı ki, səsini çıxarma, səsin çıxsa, bıçaqla doğrayıb öldürəcək. Mənə də tapşırdı ki, Elmirin çağırışına cavab verib, onun hayına getsəm, məni də öldürəcək. Özü isə evə çıxaraq televizora baxmağa başladı. Mən də çarəsizlikdən ancaq ağlamağa başladım. Hətta azyaşlı oğlumun yalvararaq məni çağırmasını eşitsəm də, ona köməyə geymədim. Fikirləşdim ki, getsəm, Rəhim çölə çıxaraq məni və oğlumu öldürər. Gecə saat 02 radələrinə qədər gözlədim.

Sonra Rəhimi yuxudan qaldırdım. Dedim, Elmiri zirzəmidən gətir, uşaqdı, yazıqdı, qorxudan ağlayır. Rəhim də bir təhər razı oldu, Elmiri zirzəmidən çıxarmağa razılaşdı. Elmiri oradan götürərək evə gətirdim.

Səhəri gün anam, xalam bizə gəldi. Elmirin qaşının partladığını, mənim gözümün altının qaraldığını, normal yeriyə bilməmədiyimi gördülər. Məndən nə baş verdiyini soruşdular. Ağlaya-ağlaya Rəhimin 2 gündür bizi lap pis döydüyünü, Elmirin qaşını partlatdığını, onu gecə saat 2 radələrinə qədər zirzəmidə saxladığını danışdım.

Anam məni və azyaşlı oğlumu götürərək ata evimizə gətirdi. Ordan da birbaşa Sabirabad rayon polis şöbəsinə gəldim. Rəhimin məni və azyaşlı oğlumu döyməsi, bizi öldürməklə hədələməsi barədə şikayət etdim".

Zərərçəkmiş qeyd edib ki, Rəhim yanvarın 5-də gecə saatlarında həyətdə qəfədana su doldurmamışdan qabaq nə səbəbə salavat çevirmədiyini deyib, onu yumuruq və təpiklə döyüb, qış havasında soyuq suyu dolduraraq üzərinə töküb, belə vəziyyətdə onu həyətdə saxlayıb.

"Bizə zülm edib"

Zərərçəkmiş əlavə edib ki, martın 10-da dərs oxumamağı üstündə azyaşlı oğlu Elmiri yumruq və təpiklə döydüyünü görüb: "Özümü qabağa verdim ki, uşağı döyməsin, bu dəfə oğlumu kənara qoydu, məni döyərək bədənimin müxtəlif nahiyələrinə xəsarətlər yetirdi.

Rəhim birgə yaşamağa başladığımız gündən 20-25 gün sonra demək olar ki, bizi daima döyüb, bizə zülm edib. Oğlum Elmiri evin zirzəmisində ac-susuz saxlayıb.

Rəhim işdə olanda qaynımın qızı bizə gəldi. Mənə Rəhimin paltarlarını götürərək onlara getməli olduğumuzu dedi. Elə də etdim. Rəhim gecə gəldi. Qaynımgildə çay içdi. Ona dedim ki, dur get hamama, paltarlarını gətirmişəm. Rəhim hamama getmədi və əsəbləşdi. Mənə paltarları yığışdırmağı, daha sonra isə evə getməli olduğumuzu söylədi. Gecə vaxtı özü velosipedə əyləşərək evə tərəf yola düşdü. Mən isə qaranlıq olduğuna və qorxduğuma görə evə gedə bilmədim.

Rəhim bir az sonra geri qayıtdı və nəyə görə evə gəlmədiyimi soruşaraq əsəbləşdi. Mən gecə vaxtı təkbaşıma evə necə gedə biləcəyimi söylədim. Rəhim daha da əsəbləşdi. Məni həyətdə yerləşən mətbəx kimi istifadə olunan otağa saldı. Boynumdan tutaraq güclə aşağı saldı, məni döydü. Alın nahiyəmdən və sol qol nahiyəmdən xəsarət yetirdi".

Zərərçəkmiş Elmirin sözlərinə görə, orta məktəbin 1-ci sinif şagirdidir: "Anam atamdan ayrılandan sonra Rəhimə ərə getdi. Rəhimin evində qalan gündən məni və anamı həmişə döyürdü, bizi evdə qaz yandırmağa qoymurdu. Evdə ancaq peçdə odun yandırtdırırdı.

Sonra Rəhimin qardaşıgilin evinə köçdük. Həmin evdə də məni və anamı hər gün döyür, evdə işıqları yandırmağa icazə vermirdi. Məni hər dəfə dərs oxumağa çağırır, üstümə qışqırırdı, dərs yadımda qalmırdı. Ona görə Rəhim məni hər dəfə döyüb".

"Anamı çağırmadım ki..."

Azyaşlı qeyd edib ki, atalığı onu məhlədə anası ilə birlikdə işlədirmiş: "Yaxşı işləyə bilməyəndə yenə məni döyürdü.

Martın 25-də axşam saatlarında da yaşadığım evdə olan zaman dərsi yaxşı oxuya bilmədiyim üçün başımı stolun tininə vurdu. Gözümün üstündən qan gəldiyini görəndə ağladım.

Anam gözümdən gələn qanı siləndə Rəhim anamı da döydü. Səhəri günü yenə dərsi yaxşı oxumadığım üçün məni döydü, əvvəlcə küçəyə apardı. Daha sonra yenə də məni və anamı döyə-döyə evə gətirdi. Məni evin altında olan zirzəmiyə saldı, qapısını bağladı. Tapşırdı ki, səsin çıxsa, səni öldürəcəm. Həmin vaxt bərk qorxdum. Zirzəmi həm qaranlıq, həm də soyuq idi. Lakin qorxumdan anamı çağırmadım ki, Rəhim məni və anamı öldürər".

Bu cinayət işinə Sabirabad rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Rəhim 3 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Rəhim apellyasiya şikayəti verib. O, barəsində olan hökmün ləğv edilməsini, bəraət hökmünün çıxarılmasını istəyib.

"Heç bir zorakılıq göstərməmişəm"

Rəhim qeyd edib ki, Elmira ilə faktiki nikah münasibətlərinə daxil olmaqla ailə qurduğu ilk gündən onun övladı Elmiri vladlığa qəbul edib və ona ata qayğısı göstərib: "Elmira ilə ailə qurduğumuz ilk gündən o bizimlə birlikdə yaşayıb. Birgə yaşadığımız dövrdə nə Elmiranı, nə də Elmiri döymüşəm. Elmiri zirzəmiyə salmamışam. Dərslərini hazırlamadığı vaxtlarda valideyn kimi onu danlasam da, heç vaxt zorakılıq göstərməmişəm".

Rəhimin şikayətinə bir müddət əvvəl baxılıb və Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə Rəhimin cəzası 2 ilə endirilib.

Bu qərardan narazı qalan prokuror kasasiya protesti verib. Prokuror Şirvan Apellyasiya Məhkəməsinin qərarının ləğv edilməsini, işin yenidən apellyasiya instansiyasına qaytarılması barədə qərar qəbul edilməsini istəyib.

Prokurorun protestinə baxan Ali Məhkəmənin hakiməri sonda qərar verib. Qərara görə, prokurorun protesti təmin edilib və işə yenidən baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə qaytarılıb.

Bu dəfə Şirvan Apellyasiya Məhkəməsində şikayətə baxan hakim heyəti qərar qəbul edib. Qərara görə, Rəhimin apellyasiya şikayəti təmin edilməyib və Sabirabad rayon Məhkəməsinin hökmü qüvvədə saxlanılıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1817   Tarix: 19 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

ABŞ və İsrail Bəndər-Xamirdəki sement zavoduna zərbə endirib

ABŞ və İsrail pilotsuz uçuş aparatları ilə İranın cənubunda, Hörmüzqan əyalətində yerləşən Bəndər-Xəmirdəki sement zavoduna zərbə endirib. "Report" xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Bildirilib ki, tələfat yoxdur, zavodda istehsal isə davam edir. Daha əvvəl ABŞ və İsrai

16:20 166
.

Küləklə bağlı növbəti - Xəbərdarlıq

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Aprelin 4-6-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Bakıda v

13:08 240
.

"JEK"lər ləğv edilir - Əvəzində nə olacaq?

Bakı şəhərində uzun illərdir fəaliyyət göstərən və idarəetmə mexanizmi tez-tez tənqid hədəfinə çevrilən Mənzil Kommunal Təsərrüfatı Birlikləri (MKTB) üçün artıq yolun sonu görsənir. Paytaxtın mənzil təsərrüfatı sistemində inqilabi dəyişiklik kimi qiymətləndirilən bu addım, ölkənin 2022-2026-cı illə

16:58 179
.

İran humanitar mallar daşıyan gəmilərin Hörmüzdən keçməsinə icazə verib

İran hakimiyyəti humanitar yüklər və zəruri tələbat malları olan gəmilərin ölkə limanları istiqamətində Hörmüz boğazından keçməsinə icazə verib. "Report" "Tasnim"ə istinadən xəbər verir ki, qərar İran hökuməti və ölkənin silahlı qüvvələrinin razılığı əsasında qəbul edilib. Bildirili

18:40 107
.

Xınalıq və Şahdağa qar yağır

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata görə, ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur, şimşək çaxır, dağlıq ərazilərdə qar yağır. Bakıda və Abşeron yarımadasında, eyni zamanda Şahbuz, Ordubad, Ağstafa

13:41 188
.

Papoyan: Azərbaycan üzərindən Ermənistana mal tədarükü müntəzəm hal alır

Ermənistana Azərbaycan mənşəli bəzi mallar, o cümlədən benzin və dizel yanacağı daxil olur, eləcə də Azərbaycan ərazisindən müntəzəm olaraq yüklərin tranziti həyata keçirilir. "Report" Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin iqtisadiyyat naziri Gevorq Papoyan bildirib

15:02 175
.

"Hüseyn narkotik aludəçisi olandan sonra yalanlar danışdı"

Bir vaxtlar aparıcılıq edən İdris Cəfərov mərhum reper Hüseyn Dəryadan danışıb. Axşam.az xəbər verir ki, "Həftənin qonağı"nda yer alan aparıcı H.Dəryanın narkotikə qurşandığı vaxtlardan söz açıb. O bildirib ki, münasibətlərinin korlanmasına səbəb narkotik olub:. "Brlikdə işlədik və ço

13:27 275
.

Ali Radanın alt komitəsinin sədri: Ukrayna müharibəni texnoloji müstəviyə keçirir

Rusiyanın Ukrayna ərazisində qoşunlar qrupunu 2024-cü ildəki 520 mindən 2025-ci ildə 700 minə qədər artırmasına rəsmi Kiyev simmetrik cavab verib vətəndaşlarının səfərbərliyini artıra bilməz. Bunu "Report"un Şərqi Avropa bürosuna Ukrayna Ali Radasının Müdafiə və milli təhlükəsizlik, kəşfiyya

18:50 90
.

Yeməklərinə peyin qataraq alpinistləri xəstələndiriblər - Everestdə 20 milyonluq fırıldaq

Nepalda aparılan genişmiqyaslı araşdırma Everest bölgəsində fəaliyyət göstərən bələdçilər, tur operatorları və səhiyyə işçilərindən ibarət şəbəkənin alpinistləri aldadaraq, milyonlarla dollar qazandığını üzə çıxarıb. "Qafqazinfo" xəbər verir ki, polisin məlumatına görə, 2022-2025-ci illər arasınd

03.04.2026 562
.

TOP MP3