Oğlu cinsini dəyişdi, səsi batdı, övladı yasına gəlmədi - Həyat yoldaşı ondan niyə ayrıldı?

Oğlu cinsini dəyişdi, səsi batdı, övladı yasına gəlmədi - Həyat yoldaşı ondan niyə ayrıldı?BiG.AZ Kulis.az-a istinadən Yetim Eyvaz təxəllüsü ilə tanınan şair Eyvaz Qurbanov haqqında maraqlı faktları təqdim edir.

Eyvaz Qurbanov 26 fevral, 1952-ci ildə doğulub. Bütün mənbələrdə onun Siyəzəndə doğulduğu deyilsə də, 2012-ci ildə verdiyi müsahibədə o, indiki Şabran, keçmiş Dəvəçi rayonunda anadan olduğunu deyib.

***

Onun 40 yaşının tamam olduğu gün Xocalı faciəsi baş verir və Eyvazın 40 yaşından sonrakı bütün doğum günləri faciəyə təsadüf etdiyindən həmin gün doğum gününü qeyd etmir.

***

Eyvaz Qurbanov həmçinin Xocalıda şəhid olan Əlif Hacıyevin hərbi xidmət yoldaşı olub.

O, 1958-ci ildə Siyəzən şəhər Cəfər Cabbarlı adına 1 nömrəli məktəbin ilk sinfinə daxil olub. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. Uzun illər toylarda müğənnilik fəaliyyəti ilə məşğul olub. Əməliyyat olunduqdan sonra səsi batıb. Ardınca 21 il avtobus sürücüsü işləyib. 14 yaşından şeir yazmağa başlayan Eyvaz Yetim təxəllüsünü sürücü işlədiyi zamanlarda qazanıb. Özü barədə tez-tez "yetim uşağam" deyən Eyvaz qarajdakı digər sürücülər tərəfindən yetim adlandırılıb.

***

O, dostu Şirəlinin telefonunda Azərbaycana yayılan "Yaz yağışı" şeiri ilə məşhurlaşıb.

***

Yetim Eyvaz özünə heç vaxt şair deməyib. Və şair adlandırılmağını da qəbul etməyib. O, müsahibəsində deyir ki, Füzuli olan yerdə mənim özümə şair deməyim ayıbdı.

***

2500-dən çox şeir və qəzəli var. Təəssüf ki, həmin şeirlərin böyük hissəsi itib. Çünki Eyvaz özü sinədəftər olduğundan həmin şeirlərin qeydinə qalmayıb. Bu gün sosial şəbəkələrdə şairin öz dilindən səslənən şeirlərdən savayı, demək olar ki, heç bir mətni yoxdu.

Onun "Yaz yağışı" adlı kitabı nəşr olunsa da, hazırda həmin kitab da mənbə kimi qalmayıb.

***

Çoxu onu savadsız adam hesab etsə də, Yetim Eyvaz Qərb ədəbiyyatından Hüqo, Bayron, Şekspir və başqalarının əsərlərini, eyni zamanda Şərq klassikasını mütaliə edib.

***

Bir dəfə qışda pivə içdiyinə görə bir restoranda lağa qoyulub. Onunla məzələnən oğlanla çölə çıxıblar. Həmin şəxs restoranın sahibin qardaşı imiş. Eyvaz həmin oğlanı müdafiə eləyənlərə deyib ki, bu adam oğraşdı. Onu döymək istədikləri an biri soruşub ki, bəs sən nəsən? Eyvaz da deyib ki, mən Yetim Eyvazam. Bu sözdən sonra hamı ondan üzr istəyib.

Özü müsahibəsində deyir ki, ailəsi ilə şeirə görə boşanıb. Övladlarını evləndirdikdən sonra həyat yoldaşı ilə şeir üstündə mübahisə edib. Yoldaşı ondan şeirlərindəki qadının kim olduğunu soruşub. Dəfələrlə təkrarlanan bu hadisədən sonra Eyvaz evdən birdəfəlik gedib.

***

2016-cı ildə əməliyyat olunur. Həkim ona spirtli içkini qadağan etsə də, Eyvaz bunu qəbul etmir: "Mən hamıya demişəm, pənco-pənco içəsən gərək. İndi necə deyim ki, pəhrizdəyəm. Allahın verdiyi ömür nədirsə, onu da yaşayacam".

***

Yetim Eyvaz bu sözlərdən bir neçə ay sonra, 2017-ci ilin 23 iyulunda trombdan vəfat edib.

***

Eyvaz Qurbanovun 2 qızı və 2 oğlu var. Yetim Eyvazın ayrıldığı həyat yoldaşında qalan övladlarından biri Aqşinin 2018-ci ildə cinsini dəyişməsi ilə bağlı xəbərlər yayılıb. Mətbuatın yazdığına görə, Aqşin də müğənnilik fəaliyyəti ilə məşğul olub. Hətta səs yarışmasına da qatılan Aqşinin cinsini Türkiyədə dəyişib və hazırda hansı adı daşıdığı bilinmir.

***

Mətbuat onu da yazmışdı ki, Aqşin heç atasının yasında, dəfnində də iştirak etməyib.

Eyvaz Qurbanovun oğlu Aqşin Qurbanov sərt və aşağılayıcı sözlərlə onu "Gay" olmaqda ittiham edənlərin cavabını verərək anasının onları əziyyətlə böyüdüyünü bildirib:

"Anam çörək, xlor satıb bizi dolandırıb. Mən özümü tanıyandan atam narkotik, içki aludəçisi olub. Evimizdəki soyuducumuz, çarpayımız, əşyalarımız borclara gedirdi. Hər gün evdə göz yaşı görürdüm. Anam hər gün ağlayırdı. Mən ondan atalıq görməmişəm. O qədər yazdılar ki, heyif o kişidən ki belə oğlu var. Axırda dözməyib intihar etmək qərarına gəldim. Məni güclə polislər bu fikrimdən daşındırdı. Mən ən böyük travmaları qohumlarımdan almışam. Uşaqlıqdan mənə qul kimi yanaşıblar. Qohumlarım yediyim tikəni də sayırdılar. Atamı öldürən elə onlar oldu. Bütün günü ondan anama, anamdan ona xəbər aparırdılar. Yazıq kişi axırda özünü yandırdı da. Çoxları monitor arxasında şir olur. Deyəndə ki, gəl görüm, kimsiz, həmin an dovşan olurlar. Elə insanlara demək istəyirəm ki, kimə nə mənim həyatımdan? Kişiyəm, geyəm, transam, özüm bilərəm. Şərhlərə fikir verirdim. Gecənin bir yarısı ağızlarına nə gəldi yazırdılar".


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 1415   Tarix: 19 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

43 ildir buna görə evlənmirlər

Hollivudun əfsanəvi aktrisası Qoldi Houn aktyor sevgilisi Kurt Rassellə 43 ildir rəsmi nikahda olmamasının səbəbini izah edib. Axşam.az xəbər verir ki, bu barədə aktrisa "Hello" nəşrinə danışıb. Houn bildirib ki, onlar evlənməyərək özlərini qoruyurlar. "Evlənsək, bir-birimizdən nəsə itirəcəyimiz

10.05.2026 304
.

Türkiyəli müğənni qalmaqallı bələdiyyə sədri ilə ailə qurur

Türkiyəli aktrisa, müğənni Sevcan Orhan ailə qurur. Axşam.az xəbər verir ki, ifaçı sevgilisi, Buca Bələdiyyəsinin rəhbəri Görkem Dumanla nikah masasına əyləşməyə hazırlaşır. Cütlüyün toyu sentyabrda olacaq. Qeyd edək ki, bir müddət əvvəl sözügedən bələdiyyənin işçiləri maaşlarının verilmədiyini bildirərə

17.05.2026 187
.

Gülay Zeynallı paylaşımı ilə DİQQƏT ÇƏKDİ - FOTOLAR

Müğənni Gülay Zeynallı sosial mediada paylaşım edib. xəbər verir ki, müğənni "instagram" hesabında yeni fotolarını paylaşıb. Fotoda Gülay fit görünüşü ilə hər kəsi heyran edib. Onun paylaşımına çoxsaylı bəyəni gəlib. Sözügedən fotoları təqdim edirik:

09.05.2026 576
.

Cabir İmanovun oğlu ilə fotosunu paylaşdı

Mərhum Əməkdar artist Cabir İmanovun oğlu Cahangirin fotosu yayılıb. Axşam.az xəbər verir ki, şəkli Əməkdar artist Dilara Əliyeva sosial şəbəkədə izləyiciləri ilə bölüşüb. O, paylaşımına "Əzizimiz Cabir İmanovun özünə bənzəyən yaraşıqlı oğlu Cahangir. Allah qorusun" sözlərini yazıb. Qeyd edə

16.05.2026 387
.

"Maşın sürmürlər, telefonla oynayırlar"

Müğənni Ayaz Qasımov bəzi sürücülərdən şikayət edib. Axşam.az xəbər verir ki, sənətçi "Xəzər axşamı" proqramına gedərkən tıxacda qalmasından danışıb. O bildirib ki, bəzi sürücülər maşın sürərkən telefonla oynayırlar:. "Şəhərdə dəhşət tıxac var. Bir şeyə baxıram ki, sürə bilməyən sürücülə

16.05.2026 209
.

Ramaldan ona "tənbəl" deyənlərə cavab

Müğənni Ramal İsrafilov tənbəl olması və çox yatması ilə bağlı iddialara münasibət bildirib. Axşam.az xəbər verir ki, müğənni bu barədə "İki başlı" verilişində danışıb. O, yayılan söz-söhbətin həqiqəti əks etdirmədiyini bildirib:. "Mənim yatmağımla bağlı deyilənlər zarafatdır. Əgər yatmağım

10.05.2026 264
.

Aygün Kazımova səhhətindən DANIŞDI: "Allah məni sevənlərimə qaytardı" - VİDEO

Xalq artisti Aygün Kazımova ilk dəfə səhhəti ilə bağlı danışıb. Bizim.Media xəbər verir ki, paytaxtın məşhur məkanlarının birində səhnə alan sənətçi bu barədə jurnalistlərə müsahibəsində deyib:. "Çox yaxşıyam, müalicə prosesindəyəm. Min şükür. Bir onu deyə bilərəm ki, yaradan məni sevənlərimə yenidə

17.05.2026 3457
.

"İstəyirsən, adını de, medal verim sənə, söy məni"

"Sevgi, hörmət, bunlardan da əvvəl məntiq olmalıdır. Gənclər daha çox müstəqil olmaq istəyirlər. Yaşayışlarını qurmaq, kirayədə qalmaq istəmirlər. Bu da zaman tələb edir. Buna görə də cavanlar evlənmək istəmir. Çoxu karyera dalınca qaçır ki, maddiyyatını düzəltsin, sonra evlənsin". Axşam.a

15.05.2026 525
.

Adil Kərimlinin ailəsinə ağır itki - Foto

Mədəniyyət naziri Adil Kərimlinin ailəsinə itki üz verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, nazirin dayısı 1946-cı il təvəllüdlü Zakir Abbasov vəfat edib. O, bu gün Gəncə şəhərində "Köhnə Səbiskar" qəbiristanlığında dəfn olunub. Dəfn mərasimində A.Kərimli də iştirak edib. Qey

12.05.2026 578
.

TOP MP3