Dövlət başçısı Suqovuşanda turizm infrastruktur obyektlərinin tikintisi ilə tanış olub
Martın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və qızları Arzu Əliyeva Suqovuşan su anbarının və ondan çıxan magistral su kanalının əsaslı təmiri, su anbarı boyunca yaradılan turizm infrastruktur obyektlərinin tikintisi ilə tanış olublar.
AZƏRTAC xəbər verir ki, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verib.
Bildirilib ki, Birinci Dövlət Proqramı çərçivəsində əsas infrastruktur obyektlərinin təmir-bərpa və yenidənqurma layihələri çərçivəsində Suqovuşan su anbarının və ondan çıxan magistral su kanalının əsaslı təmirinə başlanılıb. Hazırda su anbarının divarlarına beton örtüyün vurulması, oradakı bütün avadanlıqların əsaslı təmiri həyata keçirilir, magistral kanalda zəruri işlər görülür. Eyni zamanda, Suqovuşan su anbarı boyunca ilkin turizm infrastruktur obyektlərinin yaradılmasına başlanılıb. Burada Turizm İnformasiya Bürosu inşa olunur, sahilboyu park salınır, avtodayanacaq tikilir.
Qeyd edilib ki, Qarabağ iqtisadi rayonunda "Xaçınçay", "Köndələnçay-1", "Köndələnçay-2", "Köndələnçay-3" su anbarlarında paralel olaraq aparılan bərpa, əsaslı təmir və yenidənqurma işlərinin bu ilin sonunadək başa çatdırılması nəzərdə tutulur.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 795 Tarix: 18 mart 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşYuğ Dövlət Teatrının aktyorları Zəfər Günü münasibətilə xalqı təbrik ediblər
Yuğ Dövlət Teatrının aktyorları 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, sənətçilər bayram münasibətilə video paylaşaraq həmvətənlərinə xoş arzularını çatdırıb. Onlar çıxışında Zəfər Gününün Azərbaycan xalqı üçün qürur və qəhrəmanlıq rəmzi olduğunu vurğulayıb
12:27 266 HDQ-nin xüsusi təyinatlıları düşmən mövqelərinə necə sızıblar? - Video
Vətən müharibəsinin növbəti ildönümü qeyd olunur. Azərbaycanın 30 ildən artıq müddətdə işğal altında qalan torpaqları 44 gün davam edən döyüşlər nəticəsində azad edildi: Azərbaycan Ordusu Ali Baş Komandan, Prezident İlham Əliyevin sərkərdəliyi ilə düşmənin hərbi təxribatlarına cavab olaraq 2020-ci i
16:47 176 ASAN Xidmət bu tarixlərdə işləməyəcək
ASAN Xidmət və ASAN Kommunal mərkəzlərində noyabrın 8 və 9-u qeyri-iş günü olacaq. Bu barədə -a Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, qeyri-iş günləri Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədardır. Noyabrı
19:10 156 Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Türkiyə Meteorologiya Baş İdarəsi həftəsonu ölkə ərazisində təsirli olacaq soyuq və yağıntılı hava şəraiti ilə bağlı əhaliyə müraciət edib. Türkiyə mətbuatına istinadla bildirir ki, proqnoza əsasən, havanın temperaturu nəzərəçarpacaq dərəcədə aşağı düşəcək. Qara dəniz sahillərində intensiv yağış, ölkəni
16:37 202 İtaliya XİN başçısının şəxsi məlumatları sızdırılıb
İtaliyanın xarici işlər naziri Antonio Tayani cinayətkarların onun fərdi məlumatlarını "darknet"də yaydıqlarını, onu və ailəsi təhdid etdiklərini bildirib. "Report" xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb. A.Tayani qeyd edib ki, kibercinayətkarlar artı
21:00 63 DİN Zəfər Günü münasibətilə videoçarx hazırlayıb
Daxili İşlər Nazirliyi (DİN) 8 Noyabr - Zəfər Günü münasibətilə videoçarx hazırlayıb. BİG.AZ xəbər verir ki, "8 Noyabr - tarixə düşən Zəfər möhürü" adlı videoçarxda Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbədən bəhs olunur
15:29 164 Ron Desantis 2028-ci ildə ABŞ prezidenti seçkilərində iştirak barədə məlumatları təkzib edir
Florida ştatının qubernatoru Ron Desantis 2028-ci ildə keçiriləcək ABŞ prezident seçkilərində Respublikaçılar Partiyasından namizəd olmaq uğrunda mübarizəyə hazırlaşır. "Report" xəbər verir ki, bu barədə onun planlarından xəbərdar olan üç mənbəyə istinadən "The Washington Post" məluma
19:50 130 Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
Azərbaycan mədəniyyət ictimaiyyəti Azərbaycan Prezidenti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb. BİG.AZ -a istinadən təbrik mətnini təqdim edir:. "Möhtərəm cənab Prezident, 8 noyabr - Zəfər Günü Azərbaycan torpaqlarının işğaldan azad olunması, ərazi bütövlüyümüzün və suverenliyimizi
18:51 150 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı - Foto
Noyabrın 6-da Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfirliyinin təşəbbüsü və Sevilya Şəhər Şurasının dəstəyi ilə İspaniyanın Sevilya şəhərində möhtəşəm aksiya keçirilib. xəbər verir ki, Azərbaycan xalqı üçün ən əziz və qürurverici tarixlərdən biri olan 8 Noyabr - Zəfər Gününə həsr olunmu
21:35 0