Bakıda ev almaq istəyənlərin NƏZƏRİNƏ: vəziyyət dəyişir... - XƏBƏRDARLIQ
"Yanvar-fevral aylarında daşınmaz əmlak bazarında təklifin sayı azalıb. Demək olar ki, stabillik hökm sürüb. Qiymətlərdə 2-3 faiz bahalaşma müşahidə olunur".
BiG.AZ xəbər verir ki, bunu Musavat.com-a açıqlamasında daşınmaz əmlak üzrə ekspert Ramil Qasımzadə deyib.
Ekspertin sözlərinə görə, ilin birinci rübündə daşınmaz əmlak bazarında bahalaşma müşahidə ediləcək:
"Bu bahalaşma 5 faizə qədər olacaq. Ötən ilin avqustundan etibarən mənzillərin qiymətində bahalaşma müşahidə olundu. Bu bahalaşma ilin sonuna qədər 20-25 faiz təşkil etdi. Azərbaycanın daşınmaz əmlak bazarında qiymətlərin sıçrayışlı artımından sonra bir qədər stabillik hökm sürür. Sonra yenidən artım müşahidə olunur. Hələ ki, qiymətlər stabildir. Təkliflərin azalması göstərir ki, qiymətlər artıma doğru gedəcək. Dünya ölkələrində də daşınmaz əmlak bazarında qiymətlərdə artımlar qeydə alınır.
Təkrar mənzil bazarında 1 otaqlı mənzillər hazırda 70 min manatdan yuxarı təklif olunur. 2 otaqlı mənzillər 90 mindən yuxarı, 3 otaqlılar isə 105 mindən yuxarı satılır. Metrostansiyaların yaxınlığında olan mənzillər daha bahadır. Məsələn, 1 otaqlı mənzil Köhnə Günəşli qəsəbəsində 65-68 min manatdırsa, "Xalqlar dostluğu" metrostansiyası yaxınlığında eyni mənzilin qiyməti təxminən 80 min manatdır. Metrostansiya yaxınlığında olan 2 otaqlılar 100 min manata, 3 otaqlı mənzil isə 120 mindən yuxarı təklif olunur.
Torpaq bazarında da qiymətlər bir qədər artmaqdadır. Paytaxtın mərkəzində demək olar ki, torpaq tapmaq mümkün deyil".
"Türkiyədəki zəlzələnin Azərbaycanın mənzil bazarına təsiri oldumu" sualına ekspert belə cavab verib:
"Türkiyədəki zəlzələnin yeni tikililərə bir qədər təsiri oldu. Vətəndaşlar yeni tikililərdə mənzil alışına bir qədər ehtiyatla yanaşmağa başladılar. İlkin bazarda qiymətlər demək olar ki, stabildir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1092 Tarix: 12 mart 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşFHN-də Zəfər Gününə həsr olunmuş təntənəli tədbir keçirilib
Fövqəladə Hallar Nazirliyində (FHN) 8 Noyabr - Zəfər Gününə həsr olunmuş təntənəli tədbir keçirilib. Bu barədə "Report"a FHN-dən məlumat verilib. Bildirilib ki, tədbirdə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və Nazirliyin əməkdaşları, Vətən müharibəsi veteranları iştira
16:34 167 Qazaxıstan və Tacikistan ticarət sahəsində əməkdaşlığı müzakirə edib
Qazaxıstan və Tacikistan ticarət, o cümlədən nəqliyyat və logistika, energetika sahələrində əməkdaşlığın genişləndirilməsini müzakirə edib. "Report" Akordaya istinadən xəbər verir ki, bununla bağlı müzakirələr Astanada Tacikistan Prezidenti Emoməli Rahmon ilə Qazaxıstan dövlət başçısı Kasım-Jomar
18:50 142 Kaliforniyada havada toqquşmadan sonra iki paraşütçü həlak olub
ABŞ-nin Kaliforniya ştatının Leyk-Elsinor şəhərində iki qadın paraşütçü havada toqquşduqdan sonra həlak olublar. "Report" NBC-yə istinadən xəbər verir ki, hadisə noyabrın 6-da yerli vaxtla saat 11:45 radələrində "Skydive Elsinore" mərkəzinin üzərində baş verib. Mərkəzin məlumatın
18:40 140 Ərzaq bazarında ucuzlaşma: Ən çox hansı məhsulların qiyməti düşüb?
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) açıqladığı son hesabatda dünya bazarında ərzaq qiymətlərinin oktyabr ayında azaldığı bildirilib. Təşkilatın məlumatına görə, ərzaq məhsullarının beynəlxalq qiymətlərindəki dəyişiklikləri əks etdirən Ərzaq Qiymətləri İndeksi oktyabrda orta hesabla 133,
18:10 155 Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
Azərbaycan mədəniyyət ictimaiyyəti Azərbaycan Prezidenti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb. BİG.AZ -a istinadən təbrik mətnini təqdim edir:. "Möhtərəm cənab Prezident, 8 noyabr - Zəfər Günü Azərbaycan torpaqlarının işğaldan azad olunması, ərazi bütövlüyümüzün və suverenliyimizi
18:51 150 XİN-dən bəyanat: "Heç bir qüvvə xalqımızın iradəsini sarsıda bilməz"
"8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən biridir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir". BİG.A
18:51 147 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb. BİG.AZ paylaşımı təqdim edir:
20:20 97 ABŞ-nin BƏƏ-dəki səfirliyi Yaxın Şərqdəki amerikalıları yüksək sayıqlığa çağırıb
ABŞ-nin Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfirliyi artan silahlı hücum təhlükəsi səbəbindən Yaxın Şərqdəki ABŞ vətəndaşlarını yüksək sayıqlıq nümayiş etdirməyə çağırıb. "Report" xəbər verir ki, bu barədə diplomatik missiyanın rəsmi bəyanatında bildiirlib. Səfirlik təhlükəni Yəmən husilərini
17:40 156 Fransa Polineziyasından tarixi qərar: Təbii sərvətlər üzərində suverenlik elan edildi
Fransa Polineziyası (Maohi) Assambleyası xalqın gələcəyini dəyişdirəcək müstəsna bir qərara imza ataraq, ölkənin bütün təbii sərvətləri üzərində daimi suverenliyini nəzərdə tutan qətnaməni yekdilliklə qəbul edib. xəbər verir ki, bu barədə Bakı Təşəbbüs Qrupu (BTQ) məlumat yayıb. Məlumatda qeyd edili
18:30 148