Uşaqlarda göz probleminin artmasının səbəbi nədir? - ARAŞDIRMA

Uşaqlarda göz probleminin artmasının səbəbi nədir? - ARAŞDIRMASon illər ətrafımızda eynəkli uşaqların nəzərəçarpacaq dərəcədə artdığını görürük. Bununla paralel olaraq gözündə problem olsa da, eynək taxmayan uşaqlar da var.

Bəs bu qədər uşaqda göz probleminin olmasının səbəbi nədir?

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Optikaçılar və Optometristlər Assosiasiyasının sədri Rüfət Musayevyə bildirib ki, görməni təmin edən proses 3 elementdən ibarətdir:

"Göz almacığı, gözdən beyinə gedən sinirlər və beynin görməyə cavab verən hissəsi. Normal görmənin təmin edilməsi üçün bunların sağlam olması mütləqdir. Funksional olaraq gözdə, patoloji olaraq gözlə beynin arasındakı sinirlərdə, beynin özündə hansısa problem varsa, bunlar müayinə edilməli və normal işləmələri təmin olunmalıdır".

R.Musayev bildirdi ki, uşağın birinci göz müayinəsi doğulduqdan 5-7 həftə sonra, ikinci isə 6-cı ayında olmalıdır:

"Çünki bu ərəfədə binokulyar görmə formalaşır və bu prosesin sağlam getməsi gələcək üçün önəmlidir. Uşağı 7 yaşına kimi hər il göz həkiminə aparmaq və görməsini yoxlatdırmaq mütləqdir. Uşaq böyüyərkən göz almacığı da ölçülərini dəyişir. Lakin ola bilər ki, göz alması bir az kiçik və ya daha böyük olsun, görmə yükünün təsiri altında tamamilə başqa cür işləsin. O zaman funksional pozuntular yarana bilir".

Ekspertin sözlərinə görə, uşağın görməsindən şikayəti olmadıqda, bu, valideynin diqqətini çəkmir:

"Amma şikayətin olmaması valideyni arxayın etməməlidir. Həmişə kənardan uşağa diqqət etməlidir. Əgər uşaq televizora çox yaxından baxırsa, gözlərini tez-tez ovuşdurursa, gözü tez-tez yaşarırsa, konyunktivit olursa, itdirsəyi tez-tez çıxırsa, oynayarkən oyuncağına və ya xırda bir əşyaya baxmaq üçün onu çox yaxınlaşdırırsa, oynadığı oyunda, oxuduğu kitabda, baxdığı şəkildə diqqətini cəmləşdirə bilmirsə, Həkimə demək lazımdır".

R.Musayev qeyd etdi ki, uşaq 6 yaşında dərslərə başlayanda gözlərin funksional təzyiqi artır:

"Görmə və ya funksional qüsuru olan uşaqlar başlarını əyri tutur, nəyəsə baxanda başlarını az çevirib baxır, yaxşı görmək üçün çənələrini aşağı sıxır və ya başlarını həddən artıq yuxarı qaldırıb baxmağa çalışırlar. Uşaq məktəbdən gəlir və deyir ki, filan sırada oturmuşam, lövhədə yazıları görmürəm. Əslində sinfin uzunluğu elə də çox olmur. Əgər uşaq o məsafədən görmürsə, deməli, problem var. Valideyn isə müəllimə deyir ki, uşağımı daha qabaq sıraya keçir. Amma əslində uşağı göz həkiminə aparıb, eynək yazdırmaq lazımdır. Yaxud da uşaq hərflərin birini böyük, digərini balaca yazır. Valideyn də düşünür ki, yəqin xasiyyətdir, diqqətcil deyil, gec inkişaf edir. Uşaq diqqətini cəmləşdirə bilmirsə, kitabı oxuyur, lakin bir müddət sonra oxuduğunu izah etməkdə çətinlik çəkirsə, çox vaxt bu görmə ilə bağlı olur. Valideynlər isə bunu uşağın fikrinin başqa yerdə olması ilə əlaqələndirirlər".

Mütəxəssis dedi ki, daimi və vaxtaşırı istifadə olunan eynəklər var:

"Eynək daimi istifadə üçündürsə, nəzarət etmək lazımdır ki, uşaq eynəkdə olsun. Həkim uşağa eynək yazıbsa, müalicənin effektiv olması üçün deyildiyi kimi istifadə olunmalıdır. Yoxsa "həkim özü üçün deyir, səhər taxsın, axşam yox, uşaq eynək taxmaqdan yoruldu, çıxar" demək düzgün deyil. Bəzi həkimlər deyir ki, uşaqlara kontakt linza taxmaq olmaz. Əslində, olar. Sadəcə kontakt linza istifadəsi zamanı gigiyenaya əməl edilməli, taxılıb-çıxarılanda mütləq əllər sabunla yuyulmalıdır. Uşaqlar isə çirkli əlini də gözünə vura bilər. Ona görə uşaqlara 12-13 yaşına kimi kontakt linza tövsiyə etməkdən çəkinirlər. Amma bəzi hallarda görmə qüsurlarının düzəlməsi, müalicəsi üçün kontakt linzanın istifadəsi eynəkdən daha effektiv və faydalıdır. Əslində, hər ikisi paralel istifadə olunmalıdır".

R.Musayev bildirdi ki, insana informasiyanın 80 faizi gözlə daxil olur:

"Əgər gözdə problem varsa, deməli, bu informasiyanın bir hissəsindən məhrum oluruq. Uşağı göz həkiminə aparmaqdan yox, aparmamaqdan qorxmaq lazımdır. Vaxtında problemi aşkar etmədikdə, eynək yazılmayıb, müalicə edilmədikdə, gözlə beynin arasındakı sinirlərdə sönmə yaranır. Sonra onu bərpa etmək demək olar ki, qeyri-mümkün olur. Yüngül bərpa olunsa da, effektivliyi aşağı olur. 2019-cu ilin statistikasına görə dünyada 1,5 milyon korluğu olan uşaq var. Onların 50 faizinə vaxtında müdaxilə olunsaydı, korluq yaranmazdı. Dünya əhalisinin 70 faizində görmə qüsuru var. Bu insanların cəmi 40 faizi görmə qüsurunun olmasını bilir. Praktikada da tez-tez rast gəlirik, xəstə gəlir, oturur, deyir "uzağı yaxşı, yaxını pis görürəm". Amma müayinədə görürük ki, heç uzağı da yaxşı görmür".
Ekspertin sözlərinə görə, adətən uşaqların gözlərini kompüter, planşet, telefonun zəiflətdiyini düşünürük:

"Amma uşağın əlindən texnologiyanı birdəfəlik almaq da olmaz. Bu zaman intellektual inkişafdan geri qalacaq. Sadəcə, düzgün istifadə etməyi öyrətmək lazımdır. Yazı yazmaq, oxumaq, kompüter, planşet, telefonu bir saat istifadə etdikdən sonra fasilə vermək, uzağa baxmaq lazımdır. Belə fasilələr nə qədər tez-tez olarsa, göz o qədər sağlam işləyəcək və gələcəkdə problemlər yaranmayacaq. Otağın işıqlanması da önəmlidir. Çalışmaq lazımdır ki, uşağın olduğu otaq qaranlıq olmasın. Uşaq tez-tez təmiz havada, fiziki aktiv olmalıdır. Fiziki aktivlik olmayanda da görmə pozuntusu əmələ gələ bilir. Qidalar balanslı, vitamin tərkibli olmalıdır. Uşağın eynək taxmaq istəməməsinin səbəbi onun nadincliyi deyil. Düzgün eynək yazılıbsa, uşaq heç vaxt yaxşı görmədən imtina etməz. Eynək seçərkən mütəxəssislərə müraciət edin. Küçədəki piştaxtalardan eynək sifariş vermək düzgün deyil".


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1857   Tarix: 05 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

5 5 5 5 = 24: Bu tənliyi doğru edəcək üç riyazi işarə hansılardır?

Tənliyi doğru etmək üçün dörd 5 arasında üç riyazi işarə qoymalısınız. Dörd eyni rəqəm və istədiyiniz nəticə. Bu riyazi tapmacada yalnız üç hesab işarəsi yoxdur. Tapmaca şərti:. 5 5 5 5 = 24. -ın xəbərinə görə, tənliyi doğru etmək üçün dörd beşlik arasında üç riyazi simvol yerləşdirməlisiniz. Toplama

08.11.2026 352
.

Bu qış dəbdə olacaq ayaqqabılar - Stilistdən əsas trendlər

2026-2027-ci ilin qış mövsümündə hündür çəkmələr, 70-ci illərin üslubunu xatırladan zamşa modellər və müxtəlif tokalı botlar dəbdə olacaq. Qaynarinfo xəbər verir ki, bu barədə ukraynalı stilist Qalina Denisük UNIAN-a açıqlamasında danışıb. Onun sözlərinə görə, soyuq mövsümdə dizə qədər uzanan çəkmələ

12.11.2026 171
.

Kombi istifadəçilərinin bilməli olduqları vacib məqamlar açıqlandı

Payızın gəlişi ilə havalar tədricən soyumağa, evlərdə isə kombilər yenidən işə düşməyə hazırlaşır. Soyuq günlərdə istilik problemi ilə üzləşməmək və yüksək kommunal xərclərdən yayınmaq üçün kombinin mövsüm başlamazdan əvvəl yoxlanılması vacibdir. Bəs kombiləri payız-qış mövsümünə necə hazırlamalıyıq

08.11.2026 326
.

Kişilər və qadınlar üçün ən təhlükəli yaş dövrləri

Alimlər kişilərin və qadınların hansı yaş dövrlərində ciddi xəstəliklərə daha çox həssas ola biləcəyini araşdırıblar. Bildirilir ki, ürək-damar xəstəliklərinin yaranma riski yaşla birlikdə artır və bu proses kişilərlə qadınlarda fərqli xüsusiyyətlər göstərə bilər. xarici mediaya istinadla xəbər veri

01.11.2026 782
.

Şabalıd soyarkən çətinliyə son: Küçə satıcılarının gizli fəndı

Qış aylarının vazkeçilməz ləzzəti olan şabalıdı sobada və ya tavada bişirərkən qabığının ətinə yapışması və soyularkən parçalanması çətinlik yaradır. xəbər verir ki, şabalıdların lokum kimi yumşaq bişməsini və qabığının tək bir toxunuşla soyulmasını təmin edən əsas formul qənd imiş. Kəsilmiş şabalıdlar

07.11.2026 407
.

Misir piramidalarının daşdan tikilmədiyi iddia olunur: Fizik yeni nəzəriyyə irəli sürdü

Misir piramidalarının necə inşa edildiyi ilə bağlı əsrlərdir davam edən müzakirələrə yeni bir nəzəriyyə əlavə olunub. Belçikalı nüvə fizikası professoru Gi Demortye hesab edir ki, Xeops piramidasının nəhəng blokları daş karxanalarından gətirilməyib, tikinti yerində xüsusi qəliblər vasitəsilə hazırlanıb

07.11.2026 350
.

Xidmetler.az - Bütün Xidmətlər bir saytda

XİDMETLER.AZ saytinda sizi narahat edən hər məsələ ilə bağlı kömək almaq imkanınız var!. Gündəlik işlər üçün icraçı və ya daimi iş sifarişi axtaran, saytımızda tapar. Siz də qoşulun və lazım olan insanları tapın! Saytımız üzləşdiyiniz problemləri bir göz qırpımında həll edəcək. İstənilən usta axtarışın

07.11.2026 538
.

ABŞ-də pilotlar 12 min metr yüksəklikdə UNO gördülər

ABŞ-nin Uçan Naməlum Obyektlərin (UNO) Öyrənilməsi üzrə Milli Mərkəzi (NUFORC) Ohayo ştatı üzərində naməlum obyektlə qarşılaşan pilotların hesabatını dərc edib. xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Məlumata görə, 2026-cı il avqustun 16-da mülki təyyarəni idarə edən pilotla

01.11.2026 732
.

"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO

"WhatsApp" istifadəçiləri şəxsi profillərinə üz qabığı fotosu əlavə edə biləcəklər. xarici mediaya istinadən xəbər verir ki, yeni funksiya əvvəlcə "Android"in beta versiyasında sınaqdan keçirilib, indi isə "iOS" istifadəçiləri üçün də əlçatan olmağa başlayıb. Yenilik sayəsind

08.11.2026 546
.