"Müğənnilər arasında ilk mühafizə məndə olub, amma yenə də özümə sənətkar deyə bilmərəm"

"Müğənnilər arasında ilk mühafizə məndə olub, amma yenə də özümə sənətkar deyə bilmərəm""Hər ilimiz uğurlu, düşərli olsun. Mənə elə gəlir ki, torpaqlarımızın işğaldan azad olunması ilə hər bir azərbaycanlının ən böyük arzusu həyata keçib. Həyata keçməyən isə sadəcə kiçik arzularımızdır. Bu bizim sənətimizlə də bağlı ola bilər, şəxsi işlərimizlə də. Mən hər ildən yeganə bir şey istəyirəm. O da özümə, yaxınlarıma, sevənlərimə can sağlığı və rifahdır. İnanın ki, can sağlığı olmayan yerdə heç nədən danışmaq, heç nə ilə şadlanmaq olmaz. Ətrafımızda yaxşı, güvənli insanların olmasını arzulayıram. O ki, qaldı mənə... Bütün həyatımı sevənlərimə, ailəmə-oğluma, nəvələrimə həsr etmişəm. Oxumağım da, bütün yaşantım da onlar üçündür. Mən hər zaman onlar üçün yaşamışam. İnşallah ki, yeni-yeni mahnılarımla, işlərimlə, layihələrimlə tamaşaçılarımı, sevənlərimi ürəkdən sevindirəcəm".

BiG.AZ xəbər verir ki, bunu moderator.az-a açıqlamasında xalq artisti Nisə Qasımova deyib. Xalq artisti birincilik iddiasında olan həmkarlarından da danışıb.

"Bu gün gözəl ifaçılarımız az deyil. Həm muğam, həm də estrada sahəsində yetişirlər. Hər kəsə biz pis deyə bilmərik. Hamının səhvi, günahları var. Xalqın gözü tərəzidir. Xalq bilir ki, sən birincisən yoxsa 2-ci. Şəxsən mən heç vaxt birinci olmaq istəməmişəm. Mənim üçün əsas atamın, anamın mənə verdiyi adı, dövlətimin mənə verdiyi titulu, xalqın bəxş etdiyi sevgini doğrultmaq vacib olub. Hər zaman Allaha yalvarmışam ki, insanların mənə olan hörmətini əlimdən alma. Hər şeyi pulla almaq olar. Amma sevgini, hörməti, rəğbəti almaq olmaz. Bəzən həyat insanı çox şeyə məcbur edir. Elə addımlar ata bilərsən ki, bağlı qapıların açılar, elə addım da ola bilər ki, atasan qapın ümumiyyətlə bağlı qalar. Həyat insanı elə yerə sürükləyir ki, fikirləşirsən, indiki ağlım olsaydı bu addımı atmazdım. O qədər haqsızlıqlar görmüşəm ki. O illərdə elə kədərli həyatım var idi ki. 1972-ci ildən, sənətə gəldiyim ilk günlərdən həyatımı alt-üst etmək istəyənlər var idi. Bütün mənə olunan təzyiqlərə susdum, onlara cavab vermədim. Mahnılarımla, oxuduğum əsərlərlə onlara bir növ cavab verdim" deyə sənətkar bildirib.

Nisə Qasımova insanların vəziyyətdən asılı olaraq xasiyyətlərini dəyişməsini sərt tənqid edib.

"İnsanlar çox dəyişiblər. Bəzən kiminsə puluna, xasiyyətinə görə xasiyyətlərini, xarakterlərini dəyişirlər. İnsanın xasiyyəti sənətə, vəzifəyə, peşəyə görə dəyişilməməlidir. Nə qədər yemək yesən də, bir gün doyacaqsan. O qədər milyonlarını bir gündə itirən milyonçular olub ki. Sakit, sadə bir ömür yaşasam məni heç nə qorxutmayacaq" deyə müğənni bildirib.

Sənətkar bildirib ki, zaman-zaman bəzi sözlərin mənası da dəyişib.

"Heç vaxt sənətkar sözündən xoşum gəlməyib, yəqin ki, heç vaxt da gəlməyəcək. Sənət adamı tamaşaçıdan bir pillə hündürdə dayanırsa, o demək deyil ki, sənətkardır! Həmin müğənnilər oxumağı, davranışı, hərəkəti ilə tamaşaçılara nümunə, örnək olmalıdırlar. Mən yeniliyi, novatorluğu xoşlayıram. Son zamanlar kreativ sözü yaman dəbdədir. İmic sözü dəbə mindi, elə bildilər ki, kipriklərini, saçlarını yuxarı qaldırmaqla, bədən nahiyələrində hansısa əməliyyat keçirməklə bu imic olur. Əslində imic obraz deməkdir. Bir insanın həyatdakı, səhnədəki obrazı. Hər bir musiqiçi, bəstəkar, müğənni sənətə yenilik gətirməyə çalışır. Estradada bir çox yeniliklərə məhz mən imza atmışam. Restoranda ilk çıxışları mən təqdim etmişəm, ilk mühafizə məndə olub. Amma yenə də özümə "mən böyük sənətkaram" deyə bilmərəm" deyə sənətkar bildirib.


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 983   Tarix: 10 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Gülay Zeynallı tanınmaz halda - ŞOK GÖRÜNTÜLƏRİ YAYILDI

Müğənni Gülay Zeynallının yeni görünüşü diqqət çəkib. Onun fərqli obrazda çəkdirdiyi fotolar sosial şəbəkədə maraqla qarşılanıb. Müğənninin yeni saç düzümü və makiyajı izləyicilərin diqqətindən yayınmayıb. Gülayın əvvəlki görünüşlərindən fərqlənən stili müzakirələrə səbəb olub. Bəzi izləyicilər Zeynallın

19.09.2026 568
.

"Məni silkələyən ikinci belə hadisə olmayıb"

Xalq artisti Murad Dadaşov ötən il dünyasını dəyişən dostu, Əməkdar artist Cabir İmanovla bağlı duyğularını bölüşüb. Axşam.az xəbər verir ki, "Sabahın xeyir, Azərbaycan" proqramına danışan Dadaşov Cabirlə bağlı xatirələrindən söz açıb. O, sənətçinin vəfatının həyatında böyük sarsıntı yaratdığın

29.09.2026 444
.

Hakan Sabancı Bakıda

Məşhur türkiyəli iş adamı Hakan Sabancı Azərbaycana səfər edib. Axşam.az xəbər verir ki, o, "Formula 1" Azərbaycan Qran-Prisini izləmək üçün Bakıya gəlib. Hakan yarışda lentə aldığı görüntüləri izləyiciləri ilə bölüşüb. Qeyd edək ki, Hakan daha əvvəl aktrisalar Hande Erçel, Rabia Soytürkl

25.09.2026 366
.

Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO

Tanınmış müğənni Tacir Şahmaloğlu xəstəxanaya yerləşdirilib. Bununla bağlı sosial şəbəkələrdə görüntü yayılıb. Görüntülərdə sənətçi özünü yaxşı hiss etdiyini bildirib. ( )

20.09.2026 852
.

"Deyirlər ki, Mələkxanımın bloger qızı, amma..."

Xalq artisti Mələkxanım Eyubova bloger qızı Nəzrindən danışıb. Axşam.az xəbər verir ki, xanəndə "Qonaqcanlı" verilişində övladının yaradıcılığından söz açıb. O bildirib ki, hər yerdə Nəzrinin onun bloger qızı kimi təqdim edirlər:. "Deyirlər ki, Mələkxanımın bloger qızı. Nəzrin hazırd

19.09.2026 300
.

Samir Bağırov bu səbəbdən depressiyaya düşüb

Məşhur müğənni Samir Bağırov bir zamanlar depressiyaya düşməsinin səbəbini açıqlayıb. xəbər verir ki, o bu barədə aparıcı İsa Şükürovun "Sevilən səhər" verilişinə qonaq olarkən danışıb. Sənətçi qeyd edib ki, onun depressiyaya düşməsinə səbəb haqqında yayılan "efir qadağası" xəbərlər

29.09.2026 440
.

Kardaşyan xəstəliyini açıqladı - Atası da eyni xəstəlikdən ölüb

Amerikalı televiziya ulduzu Kim Kardaşyan səhhəti ilə bağlı açıqlaması ilə gündəmə gəlib. 45 yaşlı məşhur yeni televiziya proqramının tanıtım çarxında ona özofajit diaqnozu qoyulduğunu açıqlayıb. xarici mediaya istinadən xəbər verir ki, "Kardaşyanlar" verilişinin yeni mövsümünün treylerind

20.09.2026 552
.

Aysel Teymurzadə belə dincəlir - FOTOLAR

"Avroviziya" təmsilçilərimizdən olan müğənni Aysel Teymurzadə istirahətə yollanıb. Axşam.az xəbər verir ki, sənətçi tətilini Yunanıstanda keçirdiyini bildirib. A.Teymurzadə istirahət zamanı çəkdirdiyi fotoları sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb

27.09.2026 1433
.

Almaxanım HƏYAT YOLDAŞI İLƏ - YENİ GÖRÜNTÜLƏRİ

Heydər Əliyev Fondu, Azərbaycan Dövlət Televiziyası, Mədəniyyət və Turizm Nazirliyi və Mədəniyyət Fondunun birgə təşkil etdiyi VI Muğam Müsabiqəsinin qalibi - Qran Pri mükafatının sahibi Almaxanım Əhmədlidən xəbər var. xəbər verir ki, Almaxanımın sosial mediada yeni görüntüsü yayımlanıb. Fotoda onu

20.09.2026 283
.