Rusiyadan Azərbaycana heyrətamiz HƏDƏ: "Bakını raketlə vuraq..."

Rusiyadan Azərbaycana heyrətamiz HƏDƏ: "Bakını raketlə vuraq..."Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (rusca abreviaturası "MQİMO") Hərbi-Siyasi Araşdırmalar Mərkəzinin aparıcı eksperti Mixail Aleksandrov ölkəmizin ünvanına fitnəkar bəyanatla çıxış edib. Musavat.com xəbər verir ki, Aleksandrov azərbaycanlı ekoloqların Laçın-Xankəndi yolunda davam edən aksiyasını şərh edərkən "Bakıya raket zərbələri endirməyə" çağırıb.

Onun sözlərinə görə, Azərbaycan mövcud vəziyyətdən, yəni guya Rusiyanın Ukraynada apardığı işğalçılıq müharibəsindən istifadə edərək Laçın dəhlizinin statusunu dəyişməyə, onu öz nəzarətinə götürməyə çalışır. Buna cavab olaraq da o, hesab edir ki, Bakının neft sənayesinə və enerji infrastrukturuna raket zərbələri endirilməlidir. "Biz onların neft sənayesini bombalasaq, onlar Qərbə neft sata bilməyəcəklər. Bu da neftin qiymətini xeyli artıracaq", - deyə o, sarsaqlayıb.

Ən heyrətamiz məqam odur ki, Rusiyanın aparıcı elmi mərkəzlərindən birinin analitiki bunu hansısa sosial şəbəkədə yox, birbaşa Rusiya İctimai Televiziyasının efirində bəyan edib! Nəyə görə? Ona görə ki, Azərbaycan sadəcə, öz ərazisi üzərində suverenliyini tam bərpa etmək, Qarabağda sərvətlərimizin qanunsuz istismarına son qoymaq istəyir?

Haqqin.az xəbər verir ki, ukraynalı siyasi şərhçi və jurnalist Denis Kazanski özünün YouTube kanalında Aleksandrovun çıxışını Rusiyanın öz qonşularına qarşı nifrət və təcavüzə əsaslanan siyasətinin növbəti təzahürü kimi qiymətləndirib.

"Bu "ekspert"in söylədiyi aqressiya ilə müşayiət olunan neyropsixoloji kəskinləşmə halı kimi qəbul oluna bilər. Çünki bu, Moskva ilə Azərbaycan arasında mövcud olan münasibətlərə köklü şəkildə ziddir. Görünməmiş bir haldır ki, Azərbaycanla müttəfiqlik münasibətləri haqqında bəyannaməyə imza atan dövlətin aparıcı elmi mərkəzlərindən birinin əməkdaşı Bakının mülki infrastrukturuna raket zərbələri endirməyə çağırır", - Kazanski təəccübünü gizlətməyib.

Onun sözlərinə görə, M.Aleksandrovun Mərkəzin aparıcı eksperti olaraq öz adından və ya "Rusiya diplomatiyası üçün kadr hazırlayan Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) adından, yaxud da Rusiyanın müəyyən siyasi dairələri adından danışıb-danışmadığı aydın deyil: "Əgər Azərbaycana qarşı açıq təcavüzə çağırış onun öz mövqeyidirsə, o zaman ukraynalı jurnalistin fikrincə, Rusiya hakimiyyəti Aleksandrova qarşı sərt tədbirlər görməyə borcludur. Nədən ki, bu qəbildən olan çağırışlar Rusiya-Azərbaycan müttəfiqlik münasibətləri haqqında sənədin – prezidentlər İlham Əliyev və Vladimir Putinin imzaladıqları 22 fevral Moskva Bəyannaməsinin məzmununa xələl gətirir".

Ukraynalı şərhçi hesab edir ki, MDBMİ rəhbərliyi öz əməkdaşının qalmaqallı bəyanatından kənarda qala bilməz və ona reaksiya verməyə borcludur: "Fikrimcə, Rusiyanın bu ali təhsil ocağı (İlham Əliyev onun məzunudur – red.) Azərbaycanla sıx əməkdaşlıq etdiyi üçün vəziyyəti aydınlaşdırmadan və belə yolverilməz, qalmaqallı duruma səbəb olmuş günahkarı cəzalandırmadan əvvəlki işgüzar və peşəkar münasibətlər səviyyəsini saxlamaq son dərəcə çətin olacaq. Əgər bu baş verməsə, Azərbaycan rəhbərliyi tam haqlı olaraq belə nəticəyə gələ bilər ki, Aleksandrovun Azərbaycanla Rusiya arasında müttəfiqlik münasibətləri haqqında bəyannamənin məzmununu şübhə altına alan bəyanatı Rusiyanın siyasi dairələrinin mövqeyini əks etdirir".

Xatırladaq ki, bu ilin martında Qarabağda Fərrux kəndi ilə bağlı məlum hadisələr fonunda Rusiya Dövlət Dumasının deputatı, Dumanın İqtisadi siyasət üzrə komitəsinin sədr müavini Mixail Delyagin də analoji fitnəkar açıqlama ilə çıxış eləmiş, hətta Bakıya nüvə zərbəsi endirməyə çağırmışdı. O vaxt Azərbaycanın Baş Prokurorluğu onun haqında cinayət işi açmış və beynəlxalq axtarışa vermişdi.

Cinayət işi ilə bağlı Baş Prokurorluğun məlumatında deyilirdi: "Mixail Delyagin 2022-ci il 28 mart tarixində Rusiya Federasiyasının "Rossiya 1" telekanalında yayımlanan verilişdə Azərbaycan Respublikasına qarşı təcavüzkar müharibəni başlamağa açıq çağırışlar edərək ölkəmizin enerji infrastrukturu və neft sənayesinin məhv edilməsi üçün taktiki nüvə silahından istifadə olunması barədə təxribat xarakterli çıxış edərək, sosial media platformasında bu barədə kütləvi sorğu keçirib. Rusiya Federasiyasının vətəndaşı Mixail Delyaginin əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 101.2 (təcavüzkar müharibəni başlamağa açıq çağırışlar), 214.2.3 (terrorçuluq-odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədilməklə hədələdikdə), 283.2.1 və 283.2.2-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələrinin tərkib əlamətləri olduğundan 29 mart 2022-ci il tarixdə Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən həmin maddələrlə cinayət işi başlanmaqla ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə olunub.

İttiham üçün əsas verən kifayət qədər sübutlar toplandığından 29 mart 2022-ci il tarixdə Mixail Delyagin Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə İNTERPOL vasitəsilə beynəlxalq axtarışa elan edilib".

İndi də Mixail Aleksandrov. Yəqin ki, ən azından Baş Prokurorluq ona münasibətdə də bu prosedura başlayacaq. Daha çoxunu isə görəcəyik. Rəsmi Bakı heç şübhəsiz, 22 fevral Moskva Bəyannaməsinə daban-dabana zidd olan bu provokasion çağırışı cavabsız buraxmayacaq.

Deyəsən, Rusiyada başı qaçmış kimlərsə Azərbaycanı hələ də yiyəsiz sayır. Amma çox nahaq yerə. Onlara Şuşa Bəyannaməsini bir daha və diqqətlə oxumağı tövsiyə edirik. Azərbaycana hücum Türkiyəyə hücum demək olacaq, cənablar! Ayılın və özünüzə gəlin...


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2523   Tarix: 18 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Kim Çen In partiya qurultayı ərəfəsində raketləri nümayiş etdirdi

Şimali Koreya lideri Kim Çen In nadir hallarda keçirilən partiya qurultayı ərəfəsində "strateji missiya" üçün nəzərdə tutulmuş onlarla yeni raket buraxılış qurğusunu təqdim edib. xarici mediaya istinadən xəbər verir ki, Koreya Mərkəzi Xəbər Agentliyinin məlumatına görə, ölkənin silah sənayes

12:22 253
.

Sosial şəbəkələrdə çipslərdə parazit qurd görüntüləri yayıldı - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Son günlər sosial şəbəkələrdə yayılan videolar çipslərin mikroskop altında çəkilən görüntüləri ilə böyük müzakirələrə səbəb olub. Görüntülərdə məhsul üzərində parazit qurdların hərəkət etdiyi açıq şəkildə görünür. Bu hallar izləyicilər arasında ciddi narahatlıq yaradıb və məhsulun təhlükəsizliyi il

14:46 478
.

Kosmosda səssiz mülkiyyət savaşı: Ayın sahibi kimdir?

ABŞ-da bir televiziya aparıcısının "Ay bizimdir" çıxışı gülüşlərə səbəb olsa da, arxa planda dövlətlər və şirkətlərin ciddi bir yarış içində olduğunu ortaya çıxardı. 1967-ci ildə imzalanan beynəlxalq kosmos antlaşmaları, günümüzdəki mədənçilik və yaşayış planları qarşısında kifayət qədər effekti

22:45 1
.

Kimlər oruc tutmamalıdır? - SİYAHI

Uzun müddətli oruc bəzi insanların bədənində müxtəlif fəsadlara səbəb ola bilər. Ölkə.Az xəbər verir ki, oruc əsasən bədən üçün istirahət dövrü olsa da, xüsusilə xroniki xəstəlikləri olanlar üçün risk yarada bilər. Lakin yüngül xroniki xəstəlikləri olanlar müəyyən vəziyyətlərə diqqət yetirmək şərti il

22:30 1
.

Azərbaycanda xəyanət: həyat yoldaşından təzminat tələb etmək mümkündürmü? - HÜQUQŞÜNASDAN AÇIQLAMA

Azərbaycanda ailə münasibətlərində xəyanət məsələsi tez-tez hüquqi mübahisələrə səbəb olur. Həyat yoldaşı xəyanət edən şəxsə qarşı təzminat tələb etmək mümkün olub-olmaması maraq doğuran suallardandır. Azərbaycan qanunvericiliyi ailə və nikah münasibətlərində tərəflərin həm maddi, həm də mənəvi hüquqların

14:28 318
.

Səhiyyə Nazirliyindən üzərlik yandıranlara XƏBƏRDARLIQ

Son vaxtlar sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində üzərlik bitkisinin (xalq arasında "üzərlik", "qarmala" kimi tanınır) istifadəsi, xarici ölkələrə aparılması və buna görə hüquqi məsuliyyətə cəlb olunma halları ilə bağlı müxtəlif məlumatlar yayılmaqdadır. Səhiyy

18:30 276
.

Enerji və sülh gündəliyi: Bakı-Vaşinqton danışıqlarının əsas xətti

"Azərbaycan Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarına səfəri iki ölkə münasibətlərində yeni mərhələnin konturlarını müəyyənləşdirə bilər. Dəvətin məhz ABŞ Prezidenti Donald Tramp tərəfindən edilməsi isə prosesə əlavə siyasi çəki qazandırır və bunu sadəcə protokol jesti kimi qiymətləndirmə

13:51 197
.

Azərbaycanın iki rayonunda GÜCLÜ YANĞIN başlayıb

Beyləqan rayonunun bir neçə kəndində güclü yanğın hadisəsi qeydə alınıb. "Teleqraf"a istinadən xəbər verir ki, küləkli hava şəraiti səbəbindən kolluq sahədə başlayan yanğın rayonun Eyvazalılar və Tatarlar kəndləri yaxınlığındakı meşə massivinə keçib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyini

22:24 0
.

Abşeron Mərkəzi Xəstəxanasında növbə biabırçılığı - Video

Pasiyentlər Abşeron rayon Mərkəzi Xəstəxanasındakı növbə problemi, həkim çatışmazlığı, "sabah gələrsiz" süründürməçiliyindən narazıdır. -a bu barədə yazan, növbə problemindən əziyyət çəkən pasiyentlər bildirib ki, nə vaxt gəlsələr xəstəxanada izdihamdır, növbəyə yazılmaq, həkim tapmaq mümkü

16:33 358
.

TOP MP3