Dünyaşöhrətli azərbaycanlı kimyaçı alimə həsr olunan poemaya resenziya yazıldı

Dünyaşöhrətli azərbaycanlı kimyaçı alimə həsr olunan poemaya resenziya yazıldıGənc tədqiqatçı Elmir Həsən Şair Təbibin dünyaşöhrətli azərbaycanlı-kimyaçı alim Yusuf Məmmədəliyevə həsr etdiyi "Yusuf zirvəsi" poemasına resenziya yazıb. "Bütöv Azərbaycan" qəzetinin bu günkü sayında dərc olunmuş həmin resenziyanın maraqla qarşılanacığını nəzərə alaraq "Butov.az"-ın oxucularına təqdim edirik:
Məşhur fransız yazıçısı və şairi Alfons de Lamartinin təbirincə desək, şairlər və qəhrəmanlar bir tayfadır. Onların arasındakı fərq ideya və əməl arasındakı fərq kimidir. Qəhrəmanlar şairlərin seyr etdiklərini həyata keçirirlər, yaxud V.Belinskinin məşhur ifadəsi ilə "Şair həqiqəti sübut etmir, o onu göstərir".
Bu ifadələrdən yola çıxıb deyə bilərəm ki, yaradıcılıq insanın daxili ruhunu, mənəviyyatını bir başqa yöndə istiqamətləndirən istedaddır; həyatı öz pəncərəndən seyr etmək kimi.

Dünyaşöhrətli azərbaycanlı kimyaçı alimə həsr olunan poemaya resenziya yazıldıŞair Təbib

Azərbaycan Yazıçılar Birliyinin üzvü Şair Təbib yaradıcılığı da eynən bu cür poetik düşüncələri özündə cəmləyir.Müəlifin Azərbaycan SSR EA-nın akademiki və prezidenti olmuş kimyaçı alim Yusuf Məmmədəliyevə həsr etdiyi "Yusuf zirvəsi" poeması onun uşaqlıq çağlarından ta ömrünün sonuna qədər olan dövrü əhatə edir. "Yusuf zirvəsi" poemasını ədəbiyyatımızda böyük kəşflər etmiş bir alimin həyatını bu cür geniş təsvir edən ilk əsər hesab edə bilərik. Əsərdə böyük alimin zəngin elm,həyat yolu poetik üslubda işıqlandırılır. Əsərin proloq hissəsində şair özünəməxsus estetik ideallardan çıxış edərək çox gözəl şəkildə elm yolunun nə qədər müqəddəs olduğunu xüsusi obrazlılıqla təsvir edir:

Dahi zəkasının bir damla nuru,
Zülmət gecələri işıqlandırar.
Onun düşüncəsi, ağlı, şüuru,
Möcüzələr dolu bir aləm qurar.

Zirvələrə doğru hey yüksəlirlər,
Elmi çox dərindən duyan dahilər.
Deyirlər dünyaya az-az gəlirlər,
Zamanı arxada qoyan dahilər.

Məşhur yazıçı F.Dostoyevskinin fikrincə dahilər yüz ildən bir yetişirlər. Şair Təbib də buna bənzər fikirdən çıxış edərək bu cümləni bir daha təsdiq edərək qeyd edir ki, dahilər gələcək günləri daha gözəl təxmin edər, yalnız gələcək işlərin, uğurların ardınca gedərlər. Yusuf Məmmədəliyev Azərbaycan elmində xüsusi xidmətləri olmuş alimlərimizdəndir. Şair onun çətinliklərlə dolu keçən ömür yolunu bədii cəhətdən aydınlaşdırır. Misraların xüsusi poetik ifadələrlə işlənilməsi poemanın hər bəndinə məna zənginliyi bəxş eliyir.
Əksər insanları mürəkkəb həyat şəraiti daha zəngin yetişdirir, çünki onlar həyatın bərkinə-boşuna düşmüş şəxslər olaraq daha möhkəm iradəyə sahib olarlar. Yusufun da gəncliyi bu cür çətinliklərlə dolu keçib. Erməni-müsəlman davası bu çətin illərin ardından üstəlik Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və öz beşiyindəcə boğulması, süqutu, daha sonra ölkə ərazisində Sovet imperiyasının qurulması, əhalinin güzəranını daha da ağırlaşdırmışdı ki, bu həm də Yusufun uşaqlıq illərində ailəsinə, təhsilinə mənfi təsir göstərmiş, eyni zamanda valideynlərinin erməni-müsəlman davasında Cənubi Azərbaycana pənah aparması, qardaşı İlyasın vəfatı və s. durumlar gənc Yusufa ciddi təsir göstərsə də, bu yolda öz möhkəm iradəsini ortaya qoyaraq öz məqsədi uğrunda sona qədər gedərək təhsilini davam etdirməyə müyəssər olmuşdu:

Fəqət çox çəkmədi bu sakit zaman-
Arzu yollarını bürüdü duman.
Araya dövrün sərt havası düşdü,
Erməni-müsəlman davası düşdü.
Üz-üzə dayandı xeyir ilə şər,
Arvad-uşağını yığıb birtəhər
Hacı Heydər kişi keçdi Arazı,
Qaldı sinəsində övlad yarası-
Arazda ömrünü bitirdi İlyas,
Ailəyə kədər gətirdi İlyas...

Əssə də illərin sərt küləkləri,
Yusuf öz yolundan dönmədi geri-
Təhsil almağına o davam etdi,
Təbriz şəhərində məktəbə getdi.
Müəllimlər ona valeh oldular,
İti zəkasına heyran qaldılar.

Şairin poemasının hər bəndi incə detalları ilə zəngindir. Və hər bənddə tarixilik dayanır. Alimin həyatı və yaradıcılığı fonunda gərgin siyasi məqamlara geniş yer verilib ki, bu da əsərin məna yükünü daha da yüksəldir.

O vaxtlar İran da çalxalanırdı,
Azadlıq müjdəli işıq yanırdı.
Boğuldu inqilab, qanlar töküldü,
Nə qədər azəri türkləri öldü.
Şahid olub xeyli günaha, aha,
Ordubada döndü Yusufgil daha.

Akademikin o dövrdə - müharibədən sonra raket yanacağı kəşf etməsi onun SSRİ-də hörmətini bir qədər də artırmışdı. Hətta Nobel mükafatına namizəd olaraq onun adını vermək qərara alınsa da, böyük kimyaçı alimin əməyini qiymətləndirməyən, gözü götürməyənlər də az deyildi. Onların ədavətli niyyətləri sayəsində Yusufun namizədliyinin qarşısına sədd çəkdilər. Bu məqamı poetik düşüncələrlə misralara hopduran Şair Təbib həm də oxucunu hadisələri sona qədər diqqətlə izləməyə vadar edir.

Etdiyi kəşfləri alıb nəzərə,
Elmi dairələr çox haqlı yerə,
Məmmədəliyev - o böyük alimi
İrəli sürdülər namizəd kimi
Ona layiq Nobel mükafatına...
Lakin müzakirə etməkdən yana
Mərkəzi komitə iclas eylədi.
Xruşşov bəyənib xoş sözlər dedi.
Çox yüksək fikirlər səsləndi, fəqət
Oxundu anonim məktub nəhayət.
Guya dövlət sirri olduğu üçün,
Bu kəşflərə aid məlumat bu gün
Stokholma getsə təhlükəsi var,
Hərbi sirlərimiz aşikar olar...
Əslində bu kəşflər haqqında çoxdan
Hətta Ameruka mətbuatından
Xəbər yayılmışdı dünyaya,amma
İclasda danışan bir iblis sima
Qərəzli olaraq haqqı yandırır,
Şeytanın sözünə haqq qazandırır.
Beləcə, namizəd olmadı Yusuf,
Nobel mükafatı almadı Yusuf.

Əsərin dilinə gəldikdə isə əsər başdan-başa nitq aydınlığından ibarətdir. Müəllifin Azərbaycan dilinə bələd olması vacib önəm daşıyır. Üstəlik nəzm formasında yazılması onun bədii yükünü, identik anlaşılmasını müəyyən edir. Təbii ki, burda biz Səməd Vurğun intonasiyasını da duyuruq, xüsusilə "Komsomol" poeması sanki göz önümüzdə canlanır. Poema bir tərəfdən roman təsiri bağışlayır, çünki bütöv bir şəxsin həyat yoluna işıq saçan bu poema həm də bir xalqın istedadını, taleyini öz açıqlığı ilə ortaya qoyan bir şəxsin nümunəsində ömür romanıdır.
Hadisələr həzin ardıcıllıqla öz formasında nəql edilərək hiss olunmayacaq dərəcədə bir mətləbdən digər mətləbə keçid edilir. Bu yöndə yazılacaq əsərlərə bu gün ədəbiyyatımız ciddi ehtiyac duyur. "Yusuf zirvəsi" poemasının tarixilik kontekstində yazılması və öz elmi kəşfləri ilə sovet imperiyasına və onun vətən müharibəsindəki nailiyyətlərinə ciddi təsir göstərmiş Azərbaycanlı elm xadiminin əməyinin diqqətdə saxlanmasına müstəsnasız xidmətdir. Əsəri istər sosioloji, istərsə də strukturalist metod çərçivəsində uğurlu hesab etmək lazımdır. Bədii material olaraq ədəbiyyatımız üçün dəyərli yöndə yazılmış əsər kimi məxsusi bədii dəyər daşıyır.

Dünyaşöhrətli azərbaycanlı kimyaçı alimə həsr olunan poemaya resenziya yazıldı


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1221   Tarix: 16 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Rusiyalı turistlərə qarşı rəftar iddiaları Gürcüstanda cinayət işi ilə nəticələndi

Gürcüstanda rusiyalı turistlərə qarşı qeyri-adekvat rəftar edilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan paylaşımlar üzrə cinayət işi açılıb. xəbər verir ki, bu barədə RİA Novosti Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinə (DTX) istinadən məlumat yayıb. Məlumata görə, böhtan xarakterli informasiya kampaniyas

10:34 172
.

Tehran: ABŞ İrana zərbə endirsə, regiondakı enerji obyektləri hədəfə çevrilə bilər

İran Fars körfəzi ölkələrini ABŞ-ın İslam Respublikasına qarşı həyata keçirə biləcəyi hər hansı yeni hücumun regionun mühüm enerji infrastrukturuna yönəlmiş cavab tədbirləri ilə nəticələnəcəyi barədə xəbərdar edib. xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb. Agentliyin mənbəsinə istinadə

10:44 173
.

Dənizdə batan Zeynəbdən bir aydır xəbər yoxdur

Mərdəkanda dənizdə itkin düşən BDU tələbəsi 19 yaşlı Zeynəb Məmmədzadədən bir aydır xəbər yoxdur. "Qafqazinfo" xəbər verir ki, bu barədə itkin tələbənin yaxını Üzeyir Eldar Cəfərov sosial şəbəkə hesabında paylaşım edib. Onun sözlərinə görə, bu gün artıq 30 gün tamam olur ki, Zeynəblə bağl

16:00 253
.

Aydan Axundovadan sevgi paylaşımı

Aktrisa Aydan Axundova sevgi ilə bağlı paylaşımıyla diqqət çəkib. Axşam.az xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında sevginin çətin günlərdə özünü göstərdiyini vurğulayan fikirlər yazıb. "Dünya qədər qoca bir sevgi elmi var. Sevgi zəngin, sağlam və xoşbəxt günlərdə yox, yalın, yavan, naxo

12:15 247
.

Arayik və digərləri ilə bağlı YEKUN QƏRAR VERİLDİ

Avqustun 6-da Bakı Apellyasiya Məhkəməsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, terrorçuluq, terrorçuluğ

12:50 238
.

Ölkənin ən yaxşı futbolçusu silahlı hücumda öldürüldü

Uqandanın paytaxtı Kampala şəhərində tanınmış futbolçu silahlı hücumun qurbanı olub. "Villa" futbol klubunun kapitanı Devid Ovori avqustun 4-ü axşam saatlarında Makindaye rayonunda, yaşadığı evin yaxınlığında naməlum şəxslərin hücumuna məruz qalıb. xəbər verir ki, "Daily Monitor"

18:15 109
.

Dənizə getməzdən əvvəl oxuyun - 10 vacib qayda

Son günlər ölkənin müxtəlif çimərliklərində, xüsusilə nəzarətsiz ərazilərdə baş verən boğulma hadisələri narahatlıq doğurur. "Qafqazinfo" xəbər verir ki, bu cür hadisələrin əksəriyyəti təhlükəsizlik qaydalarına əməl olunmaması ilə bağlıdır. Boğulma riskini minimuma endirmək üçün aşağıdakı təhlükəsizli

05.08.2026 382
.

Trampın müdaxiləsi: ABŞ sursat çatışmazlığını müzakirə edəcək

ABŞ Prezidenti Donald Trampın Müdafiə Nazirliyinin müavini Stiven Feynberqə şəxsən zəng etməsindən sonra Pentaqonda sursat çatışmazlığının aradan qaldırılması ilə bağlı təcili iclas keçiriləcək. xəbər verir ki, bu barədə NBC News məlumat yayıb. Telekanalın məlumatına görə, Müdafiə Nazirliyinin ikinc

11:54 166
.

Bu gün çimərliyə getmək istəyənlər əvvəlcə bunu oxusun

Küləkli hava şəraiti ilə əlaqədar çimərliklərə üz tutan vətəndaşlara müraciət edilib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, gün ərzində Bakıda və Abşeron yarımadasında küləkli hava şəraitinin müşahidə ediləcəyini nəzərə alaraq, Fövqəladə Hallar Nazirliy

12:28 179
.

TOP MP3