Bakı şəhər məktəblilərinin müəllifi olduğu növbəti kitab çap edilib
Bu ilin əvvəlində Bakı Şəhər İcra Hakimiyyəti və Bakı şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin doğum gününə həsr olunmuş paytaxt məktəbliləri arasında "Heydər Əliyev və Azərbaycan tarixi" mövzusunda ənənəvi elmi-praktiki konfranslar keçirilmiş və bu konfranslarda şagirdlər Azərbaycan tarixinin müxtəlif dövrləri barədə öz elmi məqalələri ilə çıxışlar etmişlər. Yekun konfransında rayonlar üzrə təqdim olunan işlərin ən yaxşıları seçilərək kitab şəklində çap olunması qərara alınmış və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə "Heydər Əliyev və Azərbaycan tarixi" adlı növbəti kitab işıq üzü görmüşdür.
Bakı Şəhər İcra Hakimiyyətinin iclas zalında Bakı Şəhər İcra Hakimiyyəti və Bakı şəhəri üzrə Təhsil İdarəsi rəhbərliyi, paytaxt rayonlarında keçirilən konfranslarda qalib seçilmiş məktəblilər, onların elmi rəhbərləri və bir sıra orta məktəblərin rəhbərləri, KİV nümayəndələrinin iştirakı ilə keçirilən və şagirdlərin özlərinin sədrlik etdiyi təqdimat mərasiminin əvvəlində Ulu Öndər Heydər Əiyevin və torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, sonra Ulu Öndər Heydər Əliyev və Vətən müharibəsində qazandığımız tarixi Qələbəmizdən bəhs edən video-çarx nümayiş etdirildi.
Təqdimat mərasimində çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, hər dəfə Azərbaycan tarixinə ekskurs edərkən dahi Heydər Əliyev və Prezident İlham Əliyevin fenomenini daha yaxından başa düşürsən. Azərbaycan tarixində görkəmli şəxsiyyətlər çoxdur, lakin Heydər Əliyevin tariximizdəki yeri əvəzedilməzdir.
Bu gün dünya əhalisinin 25 faizini müsəlmanlar təşkil edir və son 200 il ərzində ilk dəfə müsəlman ölkəsi öz torpağını azad etməyə nail olub. Bu da Azərbaycandır.
Mərasimdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, Səbail rayonu 6 nömrəli məktəbin direktoru, əməkdar müəllim Gülşən Orucova, Nizami rayonu, 201 nömrəli məktəbin müəllimi Nahidə Əliyeva, Suraxanı rayonu, 118 nömrəli məktəbin 10-cu sinif şagirdi Fatimə Məmmədli, Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Anar Şükürovun oğlu Ümid Şükürlü və başqaları çıxış edərək rayonlarda keçirilən tarix konfransları, şagirdlərin hazırladıqları referatlar barədə məlumat verdilər. Bildirildi ki, ənənəvi olan və hər il on minlərlə şagirdi əhatə edən bu konfranslarda şagirdlər Azərbaycan tarixinin müxtəlif dövrləri, o cümlədən Ulu Öndər Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan tarixindəki rolu, Vətən müharibəsində qazanılan Şanlı Qələbə barədə öz elmi məqalələri ilə çıxışlar ediblər. Son nəticədə isə belə bir kitab işıq üzü görmüşdür.
Qeyd olundu ki, Bakı şəhər məktəblərində keçirilən tarix konfranslarında Azərbaycan tarixinin müxtəlif dövrlərinə həsr olunan və 2000-dən çox şagirdin hazırladığı monoqrafiyaların paytaxtın hər rayonundan 5 referat olmaqla ümumilikdə 60 iş komissiya tərəfindən seçilərək Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə çap olunan yeni kitaba daxil edilib.
Ənənəvi xarakterli bu tədbirin növbəti illərdə də keçirilməsi nəzərdə tutulub.






BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 710 Tarix: 16 dekabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Əsir düşməyi mənəvi olaraq qəbul edə bilmirdim" - Vətən müharibəsi veteranı
"Müharibədə qorxmamaq mümkün deyil. Hər bir əsgərin döyüş meydanında öz qorxuları, narahatlıqları və üzləşmək istəmədiyi vəziyyətlər olur. Mənim ən böyük qorxum isə əsir düşmək idi. Bu, əsirlikdə çəkə biləcəyim əzab və işgəncələrlə bağlı deyildi. Sadəcə, Azərbaycan əsgərinin erməni tərəfinin əlind
12:41 97 Mənzillərdəki kompüter, notbuk, planşetlər qeydiyyata alınacaq
Ev təsərrüfatlarının uçotu zamanı mənzillərdəki kompüter və digər elektron cihazların sayı, eləcə də internetə çıxış imkanları barədə məlumatlar toplanacaq. BİG.AZ -a istinadla xəbər verir ki, ev təsərrüfatında kompüter, notbuk və ya planşet varsa, onların növü və sayı qeyd ediləcək. Həmçinin internet
00:29 287 Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib - YENİLƏNİB+VİDEO
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev 8 Noyabr - Zəfər Günü münasibətilə Xankəndi şəhərində Zəfər abidəsini ziyarət edərək önünə əklil qoydu. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edib
12:25 131 Yaponiya kibertəhlükəsizliyi gücləndirmək üçün 63 milyon dollar ayıracaq
Yaponiya hökuməti şirkətlərə və dövlət qurumlarına artan haker hücumlarına cavab olaraq kibertəhlükəsizlik tədbirlərini gücləndirmək üçün büdcənin ehtiyat fondundan 10 milyard yen (təxminən 63 milyon dollar) ayıracaq. "Report"un "Kyodo" agentliyinə istinadən verdiyi məlumata görə
11:45 127 İlham Əliyev: "Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi"
"Təbii ki, uzun illər ərzində Ordu quruculuğu, Silahlı Qüvvələrimizin peşəkarlığının artırılması, müntəzəm olaraq hərbi təlimlərin keçirilməsi, döyüş qabiliyyətinin artırılması, ordumuzun müasir texnika ilə, silahlarla təchiz edilməsi amilləri Qələbəmizin qazanılmasında böyük rol oynamışdır. Amm
12:20 107 Prezident: "Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"
"O binada (Xankəndidəki keçmiş icra hakimiyyətinin binası - red.) oturanlar - hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar". BİG.AZ AZƏRTAC- a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqına təbrikində deyib. "Onlar Bakıya tanklarl
12:35 93 Azərbaycan Prezidenti: "Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür"
"Bizi irəliyə aparan bizim milli-mənəvi dəyərlərimizdir. Azərbaycan dövləti bu təməl üzərində qurulub". BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqına təbrikində söyləyib. Dövlətimizin başçısı qeyd edib: "Milli-mənəv
12:37 103 Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib - Foto
Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanı 8 noyabr - Zəfər Günü münasibətilə təbrik edib. xəbər verir ki, bu barədə Türkiyə XİN-in "X" sosial şəbəkə hesabında paylaşım edilib. "Qarabağın azadlığının altıncı ildönümündə qardaş Azərbaycan xalqını və dövlətini Zəfər Günü münasibətil
11:04 143 Əraqçı 48 saatda 12 ölkənin naziri ilə məsləhətləşdi
İranın xarici işlər naziri Abbas Əraqçı son iki gün ərzində 12 ölkədən olan həmkarı ilə telefon əlaqəsi saxladığını, regionda cərəyan edən prosesləri, həmçinin ABŞ və İsrailin eskalasiyaya səbəb olan addımlarının fəsadlarını müzakirə etdiyini bildirib. xəbər verir ki, bu barədə diplomat sosial şəbək
11:15 144