Aygün Zeynalovaya yeni vəzifə verildi

Aygün Zeynalovaya yeni vəzifə verildiEnergetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (AREA) direktor müavini vəzifəsinə yeni təyinat olub.

BiG.AZ apa-ya istinadən xəbər verir ki, energetika nazirinin 9 dekabr 2022-ci il tarixli əmri ilə Aygün Zeynalova Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktor müavini vəzifəsinə təyin edilib. Bundan əvvəl Aygün Zeynalova AREA-nın Layihələrlə iş və hüquq şöbəsinə rəhbərlik edib.

Aygün Aftandil qızı Zeynalova Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq ixtisasını fərqlənmə diplomu ilə bitirib. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Strasburq Universitetində (Fransa) Avropa Hüququ və Beynəlxalq Hüquq ixtisası üzrə magistr dərəcəsi alıb. Avropa İttifaqının tam təqaüdü ilə Belçika Krallığının Avropa Kollecində Avropa hüququ üzrə magistr təhsili alıb. Hazırda London Kral Kollecində Beynəlxalq maliyyə və kommersiya hüququ üzrə magistr proqramında təhsilini davam etdirir.

Əmək fəaliyyətinə 2012-ci ildə Lüksemburq Hersoqluğunda yerləşən Avropa İttifaqının Ədalət Məhkəməsində hüquqşünas olaraq başlayıb. Fəaliyyətini özəl sektorda korporativ hüquqşünas və baş hüquqşünas olaraq davam etdirib. Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətində və digər qurumlarda məsul vəzifələrdə çalışıb.

2014-cü ildən pedaqoji fəaliyyətlə məşğuldur. İngilis, fransız, türk, rus, holland dillərini bilir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1129   Tarix: 16 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Masazırda DƏHŞƏTLİ HADİSƏ: Qadın və xalası qətlə yetirildi, cinayət işi başlandı - YENİLƏNİB+VİDEO

Masazırda 2 nəfərin qəsdən öldürülməsi faktı ilə bağlı cinayət işi başlanıb. xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. Bildirilib ki, aprelin 11-də Abşeron rayonu, Masazır kəndi ərazisində Pərişan Süleymanova və Nuranə İsgəndərlinin qəsdən öldürülməsi faktı ilə bağlı Abşeron Rayon Prokurorluğund

17:20 544
.

Zubir "Qarabağ"dan gedir

"Qarabağ"ın futbolçusu Abdullah Zubir yayda klubu tərk edəcək. "Qafqazinfo" xəbər verir ki, bu barədə "L Equipe" nəşri məlumat yayıb. Bildirilib ki, fransalı vinger Qətərin "Al Şahaniya" klubuna keçəcək. Zubirin "Qarabağ"la müqaviləsi 2027-ci ilin yayın

10:29 291
.

Cəlilabadda 17 kiloqram narkotik aşkarlanıb

Cəlilabadda əvvəllər məhkum olunmuş şəxsdən 17 kiloqram narkotik vasitə aşkarlanıb. "Report"un Muğan bürosunun məlumatına görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirib. Tədbirlər zamanı əvvəllər məhkum olunmuş 34 yaşlı Ziya Heydərzad

16:20 171
.

7 yaşlı qız kanalda boğuldu

Tərtər rayonunda azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, dünən saat 15 radələrində Tərtər şəhər sakini 2019-cu il təvəllüdlü Aylin Zaur qızı Mustafazadə ehtiyatsızlıqdan evin qarşısındakı kanala düşüb. O boğularaq vəfat edib. A.Mustafazadəni

12:52 271
.

Tapdığı bank kartı ilə onlayn alış-veriş edən şəxs saxlanıldı

Paytaxtın Yasamal rayonunda oğurluq hadisəsi baş verib. BİG.AZ "Teleqraf"a istinadla xəbər verir ki, bir nəfər polisə müraciət edərək bank kartından oğurluq edildiyi barədə məlumat verib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 45 yaşlı N.Kərimov müəyyə

17:50 232
.

İrandan Azərbaycana indiyədək 3 439 nəfər təxliyə olunub

İrandan fevralın 28-i saat 08:00-dan aprelin 11-i saat 10:00-dək Azərbaycana ümumilikdə 3 439 nəfər təxliyə olunub. "Report"un əldə etdiyi məlumata görə, təxliyə olunanların 612 nəfəri Azərbaycan vətəndaşıdır. Eyni zamanda, Çinin 735, Rusiyanın 374, Hindistanın 284, Banqladeşin 198, Tacikistanı

15:01 189
.

İranla danışıqlarının baş tutmasında Vensin hansı rolu olub?

Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Ceyms Devid Vensin İran tərəfi ilə İslamabad şəhərindəki müzakirələrin baş tutmasında xüsusi xidməti olub. xəbər verir ki, bu barədə informasiyanı CNN telekanalı paylaşıb. Telekanalın Pakistanın ali rütbəli rəsmisinə istinadla verdiyi məlumata əsasən, Birləşmi

22:45 5
.

Məhəmməd Rza Aref İranla ABŞ-nin anlaşması üçün Tehranın şərtlərini açıqlayıb

Əgər Vaşinqton "Öncə İsrail" prinsipini rəhbər tutarsa, İran ABŞ ilə razılığa gələ bilməyəcək. "Report" xəbər verir ki, bu barədə İranın vitse-prezidenti Məhəmməd Rza Aref "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib. "Əgər biz İslamabadda "Öncə Amerika"

18:20 203
.

Bakıda 10 min manatlıq oğurluq edən şəxs TUTULDU

Paytaxtın Binəqədi rayonunda talama cinayəti baş verib. Biləcəri qəsəbəsi ərazisində yerləşən iki evdən ümumilikdə 10 050 manat dəyərində nağd pul və qızıl-zinət əşyaları talanıb. BİG.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəs

22:30 60
.

TOP MP3