Tıxacdan boğulan Bakı, boşluqdan sıxılan bölgə: Bəs paytaxtdan kim köçsün?

Tıxacdan boğulan Bakı, boşluqdan sıxılan bölgə: Bəs paytaxtdan kim köçsün?Hazırda ölkədəki avtomobil parkı 1,7 milyon nəqliyyat vasitəsini əhatə edir. Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli mətbuata verdiyi açıqlamada avtomobil parkının 70 faizdən çoxunun məhz Bakı şəhərinin payına düşdüyünü diqqətə çatdırıb.

Qurum rəsmisi onu da əlavə edib ki, qeyri-rəsmi məlumatlara görə, paytaxtda beş milyon nəfərə yaxın vətəndaş yaşayır, bu vəziyyət isə sıxlığa, yol infrastrukturunun yüklənməsinə səbəb olur. Ümumiyyətlə, son vaxtlar əksəriyyət Bakıdakı sıxlıq və tıxacdan şikayətlənir. Hətta mövcud problemin həlli üçün yeni yol xəritəsi təklif edənlər də az olmayıb. Ancaq nəzərdən qaçan bəzi məqamlar var.

Məlumdur ki, ölkənin əsas gəlir mənbəyi neft və qazdır. Bunlar isə Bakıda çıxarılır. Bundan əlavə, Bakı paytaxt və xarici turistlərin Azərbaycandakı əsas ziyarət nöqtəsi olduğu üçün ölkədəki əsas abadlıq işləri də məhz burada aparılır. Fabriklər, zavodlar, tikinti şirkətləri və adını çəkmədiyimiz onlarla müəssisə paytaxtda cəmləşib. Hətta kənd təsərrüfatı və heyvandarlığa diqqət ayıran mərkəz olan Kənd Təsərrüfatı Nazirliyi belə Bakıda fəaliyyət göstərir. Digər şəhər və rayonlarda əhalini məşğul edəcək müəssisələr azlıq təşkil etdiyi üçün insanlar mərkəzə üz tuturlar.

Həmçinin təhsil müəssisələrinin böyük bir hissəsi Bakıda yerləşdiyindən gənclər də Bakıda məskunlaşırlar. Yəni bugünkü sıxlıq və tıxacın bir səbəbi yol infrastrukturunun ürəkaçan olmamasıdırsa, digər səbəbi iş ehtiyacıdır.

Bəs görəsən, mövcud vəziyyətdən çıxış yolu nədir? Əhalinin bölgələrdə sıx məskunlaşmasını təmin etmək üçün hansı işlər görülməlidir?

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov da hesab edir ki, paytaxtda tıxacın azaldılması üçün bölgələrdə iş yerlərinin sayının artırılması vacibdir:

"Bu baxımdan biz təklif edirik ki, bəzi dövlət qurumlarının, o cümlədən universitetlərin bölgələrə köçürülməsi həyata keçirilsin. Nəzərə alsaq ki, ABŞ kimi inkişaf etmiş ölkələrdə aparıcı universitetlərin əksəriyyəti kiçik şəhərlərdədir, deməli, bizdə də bunu reallaşdırmaq olar. Bu, bir tərəfdən, həmin şəhərlərin inkişafını stimullaşdırır, o yerlərə investisiyanın cəlb edilməsinə, nəticədə xidmət sektoru daxil olmaqla bir sıra sahələrin inkişafına zəmin yaradır. Digər tərəfdən də tıxacın ciddi şəkildə azalmasına töhfə verir".

İqtisadçı bildirib ki, universitetlərin Bakıda deyil, bölgələrdə fəaliyyət göstərməsi onların təhsil istiqamətinə hər hansı mənfi təsir göstərməyəcək:

"Əksinə, bu, həmin bölgələrə marağın artmasına imkan verəcək. Ona görə də düşünürəm ki, bu istiqamətlərdə fəaliyyətin gücləndirilməsi daha məqsədəuyğun olar. Bölgələrdə iş yerlərinin yaradılması isə prioritetdir və xüsusilə özəl sektorun vasitəsilə regionlarda iş yerlərinin açılmasına ehtiyac var. Bunun üçün bölgələrdə güzəştli kreditlərin həcminin artırılması, sahibkarların kredit resurslarına çıxış imkanının genişləndirilməsi vacibdir.

Mərkəzi Bankın məlumatına görə, banklar tərəfindən təqdim olunan kreditlərin 80 faizi paytaxtın payına düşür. Bu ondan xəbər verir ki, bölgələrin kredit resurslarına çıxış imkanları məhduddur. Məhdud maliyyə resursları ilə biznesin geniş inkişafı praktiki olaraq mümkün deyil. Ona görə də bölgələrdə fəaliyyət göstərən sahibkarların kredit resurslarına çıxış imkanının artırılması, girov mexanizminin təkmilləşdirilməsiylə bağlı fəaliyyətlərin davam etdirilməsi və bu istiqamətdə yeni mexanizmlərin tətbiqinə ehtiyac var.

Bundan başqa, həmin sahibkarlar üçün daha güzəştli vergi rejiminin yaradılması və bölgələrə investisiyanın təşviq edilməsi önəmlidir. Bütövlükdə, sahibkarların dəstəklənməsinin genişləndirilməsi, maliyyə resurslarının onlar üçün əlçatanlığının təmin edilməsi bölgələrdə daha çox iş yerlərinin yaradılmasının və rayonlarda məskunlaşmanın artmasına şərait yaradar. Bu da paytaxtda məskunlaşmanın azalmasına və tıxacın minimumlaşmasına gətirib çıxara bilər".(oxu.az)


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1306   Tarix: 11 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Turlar.az - Turizm elanları saytı

saytında bir-birindən maraqlı və sərfəli elanlar sizi gözləyir!. İstirahət etmək üçün yeni məkan axtarırsınız? Tez-tez getdiyiniz yerlər daha sizə darıxdırıcı gəlir? Gedəcəyiniz yeni məkanı müəyyənləşdirməkdə çətinlik çəkirsiniz? O zaman vaxt itirmədən pulsuz turizm elanları saytına daxil olun. Bu fürsə

03.11.2026 653
.

Telefon işığı beynimizi aldadırmış - Yuxusuz gecələrin səbəbi...

Smartfon və digər rəqəmsal cihazlardan yayılan mavi işıq insan sağlamlığına və yuxu rejiminə ciddi zərər vurur. "Qafqazinfo"nun xəbərinə görə, Harvard Tibb Məktəbinin tədqiqatçıları müəyyən ediblər ki, mobil telefon ekranlarının şüalanması yuxuya getməyi təmin edən melatonin hormonunun ifrazın

04.11.2026 490
.

Xüsusi aparata ehtiyac yoxdur - Tiftiyi bir hərəkətlə yox edir

Qış aylarında tez-tez geyinilən yun, trikotaj və kaşmir geyimlərdə sürtünmə nəticəsində yaranan tüklənmə (tiftiklənmə) geyimlərin köhnə görünməsinə səbəb olur. Xüsusi tiftik təmizləyən aparatlar olmadan, adi ülgüclə geyimləri zədələmədən ilk günkü görünüşünə qaytarmaq mümkündür. xəbər verir ki, yunu

31.10.2026 455
.

Gündüz yuxunuz gəlirsə - Bu xəbəri mütləq oxuyun!

ABŞ-də aparılan yeni elmi araşdırma 65 yaş və yuxarı şəxslərdə tez-tez, qeyri-iradi və qısamüddətli gündüz yuxularının demans və yaddaş problemləri riski ilə əlaqəli olduğunu üzə çıxarıb. "Qafqazinfo" xəbər verir ki, "The Journals of Gerontology: Series A" jurnalında dərc olunan tədqiqa

05.11.2026 433
.

Xalçadakı pis qoxudan qurtulmaq üçün üzərinə səpin - 30 dəqiqə gözləyin

Xalçalara hopan arzuolunmaz qoxuları kənarlaşdırmaq üçün bahalı təmizlik vasitələrinə ehtiyac yoxdur. Mətbəxdə olan sadə bir ərzaq - çay sodası xüsusilə yemek və ev heyvanlarından yaranan yüngül qoxuları azalda bilir. xəbər verir ki, tətbiqdən əvvəl xalça səthinin tamamilə quru olduğuna əmin olun. Sod

01.11.2026 461
.

Plastik pəncərələr də evə soyuq buraxır - Bu cür həll edin

Soyuq havalarda pəncərələrin kifayət qədər izolyasiya olunmaması evin sürətlə soyumasına və istilik xərclərinin artmasına səbəb ola bilər. Lakin pəncərələri dəyişdirmədən də evdə istiliyi qorumağın bir neçə sadə və effektiv üsulu var. xarici mediaya istinadla xəbər verir ki, pəncərələr evdəki istili

01.11.2026 466
.

Tozsoran niyə zəif çəkir? - 3 əsas səbəb

Tozsoran əvvəlki kimi tozları yaxşı təmizləmirsə, bu, cihazın sıradan çıxması demək deyil. Əksər hallarda problem çirklənmiş filtrlər, tıxanmış boru və ya dolmuş toz qabı ilə bağlı olur. xəbər verir ki, mütəxəssislərin fikrincə, bir neçə sadə yoxlama ilə problemin səbəbini müəyyənləşdirmək və əlavə xər

01.11.2026 483
.

12 yaşlı uşaq qızıl külçəsi tapdı

1799-cu ildə ABŞ-də 12 yaşlı Konrad Ridin dərədə tapdığı daşın əslində 7,7 kiloqramlıq qızıl külçəsi olduğu məlum olub. Ailə qiymətli metalın dəyərindən xəbərsiz olduğu üçün onu üç il ərzində qapı tutacağı kimi istifadə edib. Şimali Karolina ştatında yaşayan Konrad Rid Litl Medou Krik dərəsində oynayarkə

14:10 23
.

Gələn il maaşlar BU QƏDƏR ARTACAQ

2027-ci ildə Azərbaycanda minimum əməkhaqqının artırılması gözlənilir. İqtisadi göstəricilər və inflyasiya səviyyəsi nəzərə alınmaqla, artımın 10-15 faiz arasında ola biləcəyi ehtimal edilir. Minimum əməkhaqqının artırılması zamanı əhalinin alıcılıq qabiliyyəti ilə yanaşı, biznes sektorunun imkanlarını

01.11.2026 695
.