Əksər evlərdə olan ölüm təhlükəsi - Uşaqlarınızı qorumaq üçün bunlara mütləq əməl edin

Əksər evlərdə olan ölüm təhlükəsi - Uşaqlarınızı qorumaq üçün bunlara mütləq əməl edinHər birimiz aptekdən sirop alarkən onun saxlanma müddətinə xüsusilə diqqət edirik. Əgər saxlanma müddətinə hələ varsa, deməli, ev şəraitində ondan uzun müddət istifadə etmək olar. Bəs bu yanaşma nə dərəcədə doğrudur? Belə olan halda biz hansı vacib məqamı gözdən qaçırırıq?

BAKU.WS-in məlumatına görə, tibb ekspertləri bildirir ki, siropların saxlanma müddəti qədər onun istifadəyə yararlılıq müddəti də həyati önəm daşıyır.

Belə ki bəzən valideynlər apteklərdən uşaqları üçün müəyyən siroplar (öskürək, immunitet, bəlğəm gətirici) alırlar. Onların üzərində saxlanma müddəti bir neçə il qeyd edilsə də, istifadəyə yararlılıq müddəti yazılmır. Valideyn isə bilmir ki, bu dərmanı hansı müddətə istifadə etsin ki, övladının sağlamlığına zərər vurmadan onu bu xəstəlikdən qurtara bilsin.

Mövzu ilə bağlı BAKU.WS-ə açıqlama verən pediatr Aytən İsmayılzadə bildirib ki, əgər siropun üzərində onun istifadəyə yararlılıq, saxlanma müddəti qeyd edilməyibsə və kimyəvi tərkibli deyilsə, sözügedən preparatı uzun müddət istifadə etmək mümkündür:

"Əgər siroplar kimyəvi tərkiblidirsə, onları uzun müddət saxlamaq məsləhət deyil. Siropun üzərində istifadəyə yararlılıq və saxlama müddəti qeyd edilibsə, ona görə davranmaq lazımdır. Qeyd edilməyibsə, onu soyuducuda, sərin, yaxud da quru yerdə saxlamaq şərtilə uzun müddət istifadə edə bilərlər. Bunlara öskürək siropları və başqaları daxildir".

Pediatrın sözlərinə görə, siropun istifadə müddəti 20 günü ötərsə və əvvəlki təsiri olmazsa, bu onun keyfiyyət müddətini başa vurması demək deyil:

"Ola bilər ki, onu qəbul edən uşaq həmin vaxt yüksək "İntoksikasiya" vəziyyətində olub. Bu isə o demək deyil ki, artıq sirop istifadəyə yararsızdır".

Aytən İsmayılzadə onu da qeyd edib ki, siropun dibində çöküntü yaranarsa, dadı dəyişərsə: məsələn, şirin idi, acı olarsa, deməli, burada oksidləşmə gedir. Onda enerjinin təsirindən orada başqa maddələr yarandığından zəhərlənmə baş verə bilər.

Tibbi ekspert Rasif Bağırov isə BAKU.WS-ə açıqlaması zamanı siropların açıldığı vaxtdan bir ay ərzində istifadəsinin məsləhət olunduğunu deyib. Onun sözlərinə görə, bu dərmanların istifadəyə yararlılıq müddəti 20 günü ötərsə, zəhərləməyə deyil, başqa xəstəliklərə gətirib çıxara bilər:

"Belə ki, böyrəyində problem olan insanda böyrəyin fəaliyyətinə maneə törədə bilər. Əgər qaraciyərində ciddi xəstəlik varsa, onun funksiyasında pozğunluq yarada bilər".

Rasif Bağırov valideynlərə məsləhətində bildirib ki, sirop seçimi zamanı mütləq onun barkodu (ştrixkodu) yoxlanılmalıdır. Əgər həmin preparatın sənədi varsa, orada bütün məlumatlar qeyd edilir. Bura istifadəyə yararlılıq müddəti və saxlanma müddəti də daxildir:

"Apteklərdə zavodlarda istehsal olunan siroplar satılır. Onlar səhiyyə nazirliyi tərəfindən yoxlanılaraq satışa təqdim edilir. Lakin bu gün ölkəyə qeyri-qanuni yollarla da dərmanlar daxil olur. Görürsən ki, keyfiyyəti aşağıdır. Onları mütləq yoxlamaq lazımdır. Bu zaman onların barkodu (ştrixkodu) yoxlanılır. Zavodda istehsal olunan siroplarda bütün inqrediyentlər yerində olur, amma sexlərdə istehsal olunanlarda belə deyil.

Valideynlərə məsləhətim, sirop seçimində mütləq onun barkodunu (ştrixkodunu) yoxlasınlar. Bu da ki mobil telefonlarda "QR kod" oxuyan proqramlarla mümkündür. Əgər "QR kod"la daxil olduqda dərmanın sənədinin olduğu yazılırsa, deməli, bu, zavodda istehsal olunan dərmandır. Yox əgər sənəd tapılmırsa, o, sexdə, qeyri-qanuni yolla istehsal edilən siropdur. "QR kod"la tapılan sənəddə sirop haqqında bütün məlumatlar olur. Bu zaman valideyn o dərmanı hansı müddətə saxlaya bilər, ya da hansı müddətə istifadə edə bilər - bunlar barədə məlumatı olur".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1566   Tarix: 06 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Həkim qəbuluna onlayn yazılmaq mümkün olan yeddi tibb müəssisəsi - Siyahı

Səhiyyə sahəsində vətəndaşların tibbi xidmətlərdən istifadəsini asanlaşdırmaq və tibb müəssisələrində yaranan uzun növbələrin qarşısını almaq məqsədilə yeni rəqəmsal sistem tətbiq ediləcək. İlin sonunadək bir sıra tibb müəssisələrində onlayn növbə sisteminin istifadəyə verilməsi nəzərdə tutulur. Bu barəd

12:20 143
.

Moldova və Rumıniyanın birləşməsi prosesi praktiki mərhələyə keçib

Moldova ilə Rumıniya arasında yaxınlaşma prosesi artıq birgə infrastruktur və enerji layihələri sayəsində praktiki aləmə qədəm qoyub. "Report" xəbər verir ki, bunu Moldovanın Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoy TVR Moldova telekanalının efirində bildirib. Onun sözlərin

14:40 20
.

Yaponiya kibertəhlükəsizliyi gücləndirmək üçün 63 milyon dollar ayıracaq

Yaponiya hökuməti şirkətlərə və dövlət qurumlarına artan haker hücumlarına cavab olaraq kibertəhlükəsizlik tədbirlərini gücləndirmək üçün büdcənin ehtiyat fondundan 10 milyard yen (təxminən 63 milyon dollar) ayıracaq. "Report"un "Kyodo" agentliyinə istinadən verdiyi məlumata görə

11:45 140
.

Prezident İlham Əliyev Şahbaz Şərifə təşəkkür edib - Foto

Azərbaycan Prezidenti İlham Əliyev Pakistanın Baş naziri Şahbaz Şərifə onun Zəfər Günü ilə bağlı təbrikinə görə təşəkkür edib. xəbər verir ki, bu barədə Prezidentin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb. "Əziz qardaşım Məhəmməd Şahbaz Şərif, Zəfər Günü münasibətilə mənə və Azərbayca

13:15 138
.

"Əsir düşməyi mənəvi olaraq qəbul edə bilmirdim" - Vətən müharibəsi veteranı

"Müharibədə qorxmamaq mümkün deyil. Hər bir əsgərin döyüş meydanında öz qorxuları, narahatlıqları və üzləşmək istəmədiyi vəziyyətlər olur. Mənim ən böyük qorxum isə əsir düşmək idi. Bu, əsirlikdə çəkə biləcəyim əzab və işgəncələrlə bağlı deyildi. Sadəcə, Azərbaycan əsgərinin erməni tərəfinin əlind

12:41 144
.

Xankəndidəki Zəfər Muzeyinin məkanı bəlli olub

Xankəndi şəhərində yerləşəcək Zəfər Muzeyinin məkanı bəlli olub. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqına təbrikində bu barədə danışıb. Dövlətimizin başçısı deyib: "Bu təbrik sözlərimi mən Xankəndidə, Zəfər tağının önündə deyirəm

12:34 127
.

Şuşada Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub - Video

Noyabrın 8-də Şuşada Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Azərbaycan Respublikasının Prezident

15:03 0
.

Rumıniya sahillərində tankerdə beş nəfərin meyiti aşkarlanıb

Rumıniyanın Qara dəniz sahillərində ötən ay dron hücumuna məruz qalan tankerdə beş dənizçinin meyiti aşkarlanıb. xəbər verir ki, bu barədə "BurgasMedia" nəşri məlumat yayıb. Qeyd olunub ki, gəmiyə oktyabrın 15-də zərbə endirilib. Həmin vaxt tankerdə 12 dənizçi olub. Onlardan beşi xilas edilib

13:20 112
.

Azərbaycan və Türkiyə jurnalistləri üçün Şuşaya mediatur təşkil olunub - Foto/Video

Zəfər Günündə Azərbaycan və Türkiyə mediasının nümayəndələri üçün Şuşa şəhərinə press-tur təşkil olunub. BİG.AZ "Report"a istinadən xəbər verir ki, tədbir Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsinin altıncı ildönümünə həsr edilib. Tur Yuxarı Gövhər ağa məscidinin ziyarət edilməs

11:31 143
.