Azərbaycan tezliklə quru sərhədlərini açacaq - Mühüm açıqlama
Azərbaycanda quru sərhədlərinin açılmamasının səbəbi məlum olub.
BiG.AZ xəbər verir ki, bu barədə modern.az-a müsahibəsində Milli Məclisin deputatı Soltan Məmmədov danışıb.
Onun sözlərinə görə, pandemiyanın səngiməsinə baxmayaraq, quru sərhədlərinin bağlı qalmasının bir sıra səbəbləri var. Bununla belə deputat sərhədlərin açılmasının anonsunu verib.
"Azərbaycanda quru sərhədlərinin bağlanması o zaman pandemiya ilə əlaqədar atılan addım idi. Bu gün sərhədlərin açılmasında əhalidən daha çox dövlət maraqlıdır. Çünki istənilən halda sərhədlərin bağlı olması iqtisadiyyata ziyan vurur. Amma sərhədlərin açılmaması o deməkdir ki, bunun üçün səbəblər var. Bu, ilk növbədə dünyada baş verən mürəkkəb proseslər fonunda milli maraqlarımıza xələl gətirə biləcək halların qarşısının alınması üçün vacibdir. Mövcud reallıqlarda bütün risklərin qiymətləndirilməsinin nəticəsi olaraq sərhədlərin bağlı olması zərurətdən doğan addımdır.
Yenə də qeyd edirəm ki, Azərbaycan özü sərhədlərin açılmasında maraqlıdır. Sərhədlər açılacaq, buna şübhə yoxdur. Bu gün biz görürük ki, Çində də yoluxma artıb. Yenidən hər hansı məhdudiyyətin tətbiq olunması insanlarda qıcıq yaradır. Ona görə də məhdudiyyətlərin ləğv edilib, yenidən bərpası düzgün olmazdı. Sərhədlərin açılmamasının səbəbi dünyada və regionda gedən geosiyasi vəziyyət, eyni zamanda pandemiyadır. Ümid edirik ki, bu vəziyyət tezliklə dəyişəcək və sərhədlərimiz açılacaq", - deyə deputat vurğulayıb.
Xatırladaq ki, Azərbaycanın quru sərhədləri pandemiya səbəbindən 2020-ci ilin mart ayında bağlanıb. Hazırda Azərbaycanı tərk etmək yalnız hava nəqliyyatı vasitəsilə mümkündür.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2966 Tarix: 06 dekabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAvqust pensiyaları NƏ VAXT ÖDƏNİLƏCƏK?
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqustun 14-dən gec olmayaraq Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərdə tutulub. BİG.AZ xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məluma
06.08.2026 307 Yeniyetmənin "iPhone"unu əlindən alıb 20 Yanvarda satdı - Video
Paytaxtın Nizami rayonunda yetkinlik yaşına çatmayan bir nəfərə qarşı soyğunçuluq edilib. "Qafqazinfo" xəbər verir ki, naməlum şəxs zərərçəkənin əlində olan, dəyəri 1750 manat təşkil edən "iPhone 16" mobil telefonu alaraq hadisə yerindən uzaqlaşıb. Nizami Rayon Polis İdarəsinin 24-c
06.08.2026 294 Süni intellektə yeni qaydalar: Dünya AI-ni necə tənzimləyir?
"Süni intellekt texnologiyalarının sürətlə inkişafı dövlətləri və beynəlxalq təşkilatları bu sahədə yeni qaydalar və tələblər formalaşdırmağa sövq edir. Çünki süni intellekt artıq təkcə texnoloji yenilik deyil, həm də məlumat təhlükəsizliyi, müəllif hüquqları, şəxsi məlumatların qorunması və ictima
06.08.2026 191 18 yaşında universitet professoru oldu - 306 illik rekord
ABŞ-də yaşayan Natan Tomas cəmi 18 yaş 346 günlüyündə universitet professoru kimi fəaliyyətə başlayaraq, "Ginnesin Rekordlar Kitabı"na düşüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Ginnesin Rekordlar Kitabı" təşkilatı açıqlama yayıb. Bildirilir ki, Tomas 2023-cü ilin avqustund
06.08.2026 131 Sabiq nazirin 1 milyonluq evi yarı qiymətə satıldı
Şərti məhkum edilmiş sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun müsadirə edilmiş daha bir əmlakı satılıb. "Qafqazinfo" xəbər verir ki, Müslümovun paytaxtın Yasamal rayonunda yerləşən 370.4 kvadratmetrlik mənzili beş dəfə hərraca çıxarılıb. İlk dəfə 1 milyon manata təkli
06.08.2026 268 Suyun altında sirli ildırımlar çaxır: Alimlər səbəbini tapa bilmir
Sakit okeanda əsrlərdir müşahidə olunan və "te lapa" ("işıq parıltısı") adlandırılan sirli sualtı işıq saçmaları alimlər üçün hələ də açılmamış təbiət hadisələrindən biri olaraq qalır. Qaynarinfo xəbər verir ki, "Popular Mechanics" nəşrinin yazdığına görə, bu hadisə okeanı
06.08.2026 146 Əmlak bazarında qiymətlər niyə ucuzlaşmır? Ekspertdən təhlil
"Əmlak bazarında rəqabətin zəifləməsinin əsas səbəblərindən biri mənzil təklifinin tələblə eyni tempdə artmamasıdır. Son illərdə tikinti materiallarının bahalaşması, torpaq qiymətlərinin yüksəlməsi, şəhərsalma tələblərinin sərtləşdirilməsi və yeni layihələrin icrasında yaranan məhdudiyyətlər bazard
06.08.2026 220 Düyü haqqında maraqlı fakt: dünya əhalisinin yarısı üçün əsas qidadır
Heç düşünmüsünüzmü ki, dünyada neçə milyard insan hər gün səhər, günorta və axşam eyni məhsulu yeyir?. Düyü sadəcə qarnir deyil. O, planetdə yaşayan milyardlarla insan üçün əsas qida mənbəyidir. Təsadüfi deyil ki, onu Asiyanın "çörəyi" adlandırırlar. xarici mediaya istinadən xəbər verir ki
06.08.2026 164 Antarktikadakı Qan Şəlaləsi yaxınlığında canlıların izləri tapıldı
Alimlər Antarktika qitəsi yaxınlığındakı Qan Şəlaləsində araşdırma aparıblar. Nəticədə mikroskopik evakariot canlılardan ibarət bir topluluğun molekulyar sübutları kəşf edilib. Tədqiqatçılar bu tapıntının dəniz suyunun Antarktikanın qədim dövrlərində dərəyə daxil olmuş və buzlaq altında hapsola bilmi
06.08.2026 166