Meyvə-tərəvəz satdı, Rəşad Dağlı onun qohumunu qətlə yetirdi - Ələkbər Yasamallı haqda maraqlı faktlar

Meyvə-tərəvəz satdı, Rəşad Dağlı onun qohumunu qətlə yetirdi - Ələkbər Yasamallı haqda maraqlı faktlarQuliyev Ələkbər Akif oğlu 1979-cu ildə Bakıda doğulub. Evin tək oğlu olub. İki bacısı olub və atasını çox erkən, 42 yaşında itirib. Üz-üzə oturub çay içərkən atası yıxılır və dünyasını dəyişir. Sonradan bəlli olur ki, Akif kişi ürək çatışmazlığından dünyasını dəyişib.

Kulis.az məşhur meyxanaçı Ələkbər Yasamallı haqqında maraqlı faktları təqdim edir.

Ələkbərin əsli Bakının Saray kəndindəndir. Atası saraylı, anası isə neftçalalıdır.

Uşaqlıqda güləşə gedirmiş. İlk meyxanalarını da elə güləşdən çıxandan sonra yaşıdları ilə məşqdə və geyinib-soyunma otağında deyib. Ona meyxananı atası Akif kişi sevdirib. Atası sürücü olsa da, meyxanaya, qəzələ marağı olub. Ələkbər atasının yaratdığı şərait və dəvətlə Nizami Rəmzinin meyxanalarına qulaq asıb.

Güləş üzrə professionallaşmağa başladığı bir vaxtda 20 Yanvar hadisəsi baş verir və onların məşq etdikləri bina hərbi məqsədlə istifadə olunur. Bununla da Ələkbər Yasamallının güləş karyerası, demək olar ki, başlamamış sona çatır.

Atasını erkən yaşında itirdiyindən tibb bacısı olan anası uşaqlara çətinliklə baxıb. Ələkbər 13 yaşından müxtəlif yerlərdə, o cümlədən, meyvə dükanında işləyib. Sonra şəhərin abadlaşdırılması adı ilə həmin dükan da sökülüb. Öz sözlərilə desək, meyxana onun qanının arasına girib. Olduqca çətin günlər yaşayan Ələkbər tanındıqdan sonra artıq meyxana sayəsində həm maddi, həm də ictimai uğurlar qazanmağa başlayıb.

Ələkbər Yasamallı evlidir. İki qızı, bir oğlu var. Onun həyatında dönüş yaradan hadisə 2001-ci ildə baş verib. ANS-in təşkil etdiyi "De, gəlsin" layihəsinin ilk iştirakçılarından biri olan Ələkbər olduqca uğurlu çıxış edir və gəlib finala çıxır. Özü detallarını etiraf etməsə də, həmin layihədə ona qarşı xeyli haqsızlıqlar olunduğunu deyir.

Finalda isə maraqlı hadisə baş verir. Layihə boyu hər iki iştirakçıya mənəvi dəstək və istiqamət verən axund, Aydın Xırdalanlının ustadı Azər Sani finalda onların heç birinə kömək etmir. Hətta öz tələbəsi olan Aydına da deyir ki, sən finalda Ələkbərlə düşmüsənsə, mən heç birinizə kömək etməyəcəyəm. Gedib özünüz deyişin. Bu reallığı görən rəqiblər də televiziya rəhbərliyinə deyirlər ki, finalda ev tapşırığı istəmirlər. Televiziya rəhbərliyi buna etiraz edir. Lakin bu etiraz qarşılığında finalçılar finaldan imtina edəcəklərini, efirə çıxmayacaqlarını deyirlər. Nəticədə çarəsiz qalan televiziya və layihə rəhbərləri finalçılarla razılaşmaq məcburiyyətində qalırlar. Lakin finalçıların bu söz birliyini ANS rəhbərliyi də unutmur və Aydın Xırdalanlının qalib olduğu layihədə qalib və ikinci yer üçün nəzərdə tutulan pul məbləği iştirakçılara verilmir. Onlara yalnız diplom və hədiyyələr təqdim edilir.

Ələkbər Yasamallının əsl adı Ceyhun olub. Ələkbər isə nənəsinin itkin düşmüş qardaşının adı olub. Atası Ələkbərə öncə Ceyhun adı qoyurmuş. Daha sonra Ceyhun adını əmisi oğluna qoyublar.

Meyxanaçılarla dərdini bölüşmədiyini deyən Ələkbər buna səbəb kimi meyxanaçıların bir-birinə rəqib olmalarını göstərir.

Müsahibələrinin birində isə meyxananın sürətli addımlarla uçuruma gedən bir sənət olduğunu deyir.

Onun sözünə görə, erməni prezidentini söyən ilk meyxanaçı olub. O, Sarqsyanı söyəndən sonra hamı söyüş obyekti kimi erməni dövlət rəhbərlərini seçib.

Ələkbər Yasamallı yeni-yeni tanınmağa başladığı vaxtlarda toyda iştirak edərkən eyni mərasimdə Xalq artisti Fəxrəddin Manafov da olur. Ələkbər aktyora yaxınlaşaraq onunla şəkil çəkdirir. Fəxrəddin Manafov da fotoqrafa deyir ki, bu şəkildən iki dənə çıxarın, qoy mənim də Ələkbərlə şəklim olsun.

2022-ci ilin yanvar ayında Ələkbər Yasamallının hərbi xidmətdən yeni qayıdan bacısı oğlu, 1999-cı il təvəllüdlü Niftəliyev Şamxal Təbriz oğlu yaşadığı evdə özünü asır. Bu hadisə Ələkbərə çox pis təsir edir. O, mətbuata açıqlama verərkən bacısı oğlunu övladı qədər çox istədiyini, 40 yaşında bala dağı gördüyünü deyir.

Ələkbər Yasamallı meyxanaçı olmaqla yanaşı, həm də hazırcavablığı və məzəli atmacaları ilə tanınır. Onun müsahibələrində, deyişmələrindəki atmacaları insanlar, adətən, xeyli sonra başa düşürlər.

2005-ci illərə qədər meyxana aləminin ən yaxşılarından idi. Son illər isə meyxanaçılar arasında ən güclülər sırasında adı hallanmır. Özü də son illər deyilən meyxanaları və meydanları bəyənmir. O, asta ritmli, avazlı, klassik meyxanaları xoşlayır və toylardakı səs-küy və hiperaktivlik fonunda deyilən meyxanaları sevmir. Ələkbər qeyd edir ki, ürəklərdə gözəl meyxanaçı kimi yox, gözəl insan kimi qalmağı daha önəmli sayır.

Bu ilin noyabr ayında meyxanaçının yaxın dostu, həmkarı Rəşad Dağlı Ələkbərin əmisi oğlunu bıçaqlayaraq qətlə yetirir. Xəbəri eşidən Ələkbərin halı pisləşir, onu xəstəxanaya aparırlar. O hadisədən sonra Ələkbər mətbuata bu barədə heç bir açıqlama vermir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2305   Tarix: 01 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Bakıda qızıl oğrusunun başqa əməlləri üzə çıxdı

Bakının Qaradağ rayonundakı evlərdən birindən 7050 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, əməli törədən F.Fərəcov müəyyən olunaraq saxlanılıb. Araşdırmada onun rayondakı digər evlərdən elektri

14.11.2026 220
.

17 yaşlı qızı qaçıran iki qardaşa hökm oxundu: Analarına 10 illik cəza

Gədəbəydə 17 yaşlı qızı evlənmək niyyəti ilə qaçıran nişanlısı, onun qardaşı və anası cinayət məsuliyyətinə cəlb ediliblər. BİG.AZ "Qafqazinfo"ya istinadla xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə hökm elan edilib. 32 yaşlı Emin qaçırdığı qızla bir müddət əvvəl nişanlanıb

14.11.2026 233
.

Ötən gün Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb

Ötən gün Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Bildirilib ki, noyabrın 13-də ölkə ərazisində qeydə alınan 51, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis tərəfindən təmin olunub

14.11.2026 198
.

Pirquluda qış mənzərəsi... - Fotolar

Qafqaz dağlarının yüksəkliklərində, Pirqulu ərazisində yerləşən Şamaxı Safari Parkının qış mənzərəsini əks etdirən yeni görüntülər paylaşılıb. "Qafqazinfo" xəbər verir ki, görüntülər "Experience Azerbaijan"ın sosial şəbəkə hesabında yerləşdirilib. Paylaşımda qış mövsümündə ərazidək

14.11.2026 282
.

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlanıb

2027-ci il "Büdcə zərfi"ndə göstərilən fiskal risklərlə yanaşı, bir sıra digər amillər də dövlət maliyyə sabitliyinə təsir göstərə bilər. "Report" xəbər verir ki, bu barədə Hesablama Palatasının "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə verdiyi rəydə bildirilir

14.11.2026 194
.

Prezident İlham Əliyev COP31 çərçivəsində jurnalistin qeyri-adi sualını cavablandırıb - Video

Türkiyəli jurnalist Hamid İhtiyar Antalya şəhərində keçirilmiş COP31 çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevə qlobal iqlim dəyişikliyi ilə bağlı sual ünvanlayıb. xəbər verir ki, bununla bağlı jurnalist öz "Instagram" səhifəsində paylaşım edib. "Əgər dünyanın prezidenti olsaydınız

14.11.2026 196
.

İran AEBA yoxlamalarının bərpası şərtlərini açıqlayıb

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi Tehrana qarşı texniki və hüquqi cəhətdən əsassız qətnamələrə əsaslanır. "Report" xəbər verir ki, bu barədə "Al Jazeera" İranın Vyanadakı (Avstriya) Daimi Nümayəndəliyinin bəyanatına istinadən məlumat yayıb

14.11.2026 160
.

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb - Foto

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Türkiyənin Antalya şəhərində davam edən COP31 çərçivəsində Azərbaycan pavilyonunda keçirilən "Qadınlar və iqlim investisiyaları: Türk dünyasında qadın liderlərin iqlim fəaliyyətinə töhfə vermək imkanlarını

00:40 106
.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - ARTIRILIR

"Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyy

14.11.2026 275
.