Əlamətlər eyni, müalicə üsulları fərqli: Koronavirusa görə yeni vaksin dozalarına ehtiyac var? - RƏY

Əlamətlər eyni, müalicə üsulları fərqli: Koronavirusa görə yeni vaksin dozalarına ehtiyac var? - RƏYSon dövrlər Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına yoluxma sayında xeyli azalma müşahidə edilir. Statistikaya görə, ötən gün 41 yeni yoluxma faktı qeydə alınıb, 37 nəfər müalicə olunaraq sağalıb, vəfat edən olmayıb.

Bəzi ölkələrdə virusa yoluxmanın artması isə cəmiyyətin müəyyən qismini həyəcanlandırır: Pandemiya başlayandan Azərbaycanda vaksinasiya aparılır, üçüncü dozadan sonra da immun sertifikatı müddətsiz olur. Bir müddət əvvəl üçüncü dozadan sonra vaksinasiya prosesinin davamlı aparılması - yəni dördüncü, beşinci və s. dozanın da vurulması ilə bağlı çağırışlar səsləndi. Hazırda bəziləri üçüncü dozadan sonra vaksinə ehtiyac olmadığını düşünürlər. Bir qisim şəxs də vaksin ehtiyatının bitməsi səbəbindən çağırışların zəiflədiyini söyləyir.

Maraqlıdır, yenidən vaksinasiya mərhələsi başlana bilərmi? Bizdə vaksin ehtiyatı nə qədərdir?

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən infeksionist Nicat Əzimli yoluxma sayının azalmasını kollektiv immunitetin təsiri ilə əlaqələndirib:

"Yaranmış kollektiv immunitetin təsiri böyükdür. Burada başlıca səbəb aparılmaqda olan effektiv vaksinasiya və qazanılmış təbii immunitetdir. Xüsusilə son aylarda kontagiozluğu (yoluxuculuq xüsusiyyəti) yüksək, letallığı (öldürücülüyü) isə az olan variantların dominantlığı kollektiv immunitetin yaranmasını sürətləndirib.

Bununla yanaşı, bilmək lazımdır ki, cari vəziyyətdə hər nə qədər bu cür müsbət situasiya yaranmış olsa da, SARS-COV-2 özündən sonra davamsız immunitet yaradan virus növüdür. Buna görə də arxayınlamaq olmaz. Həssas şəxslərin revaksinasiyası onların risk daşıdığı aspektdən yanaşdıqda önəmlidir".

N.Əzimli payız-qış mövsümündə tənəffüs yolunun viral infeksiyalarının artmasının təbii hal olduğunu deyib:

"Hazırda bizə qonşu olan ölkələr də daxil olmaqla bir çox ölkədə qripin müxtəlif variantlarına (H1N1, H3N2), eləcə də koronavirusa yoluxmalarda artım qeydə alınır. Lakin bir daha qeyd etmək lazımdır ki, burada hər hansı yeni mutasiyadan və ya yeni bir virusdan söhbət getmir.

Bununla bağlı əsas problem bu xəstəliklərin eyni vaxtda artması, simptomlarının oxşar, müalicələrinin isə fərqli olmasıdır. Buna görə də düzgün diaqnoz və uyğun müalicə üçün vaxtında mütəxəssisə müraciət etmək gərəklidir".

İnfeksionist Mərdan Əliyev qeyd edib ki, vaksin ehtiyatımız kifayət qədərdir:

"Xəstəliyin azalması vaksinasiya ilə əlaqəlidir. Bizdə kollektiv immunitet formalaşıb deyə azalma müşahidə edilir. Vaksin hər zaman var. Ümumiyyətlə, vaksin ehtiyatı həmişə saxlanılır. Müəyyən artmalar olsa da, ciddi olmayacaq. Düşünmürəm ki, vaksinə kəskin ehtiyac olsun".

M.Əliyev vaksin dozalarının artırılmasına ehtiyac olmadığını əlavə edib:

"Artıq üç dəfə vaksin olunanların bəziləri dördüncü dəfə vaksinasiyadan keçiblər. Lakin indi ehtiyac yoxdur. Kim ki risk qrupuna daxildir, xəstəlikdən, yaxud peyvənddən altı ay keçibsə, onların vaksinasiyası tövsiyə olunur. Sağlamların vaksinasiya edilməsinə ehtiyac olduğunu düşünmürəm".

Səhiyyə Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, üç doza peyvənd alan şəxslər tam peyvənd olunmuş hesab edilirlər:

"Əlbəttə, koronavirusa yoluxmanın azalması vaksinasiyanın təsiridir. Ölkəyə gətirilən peyvəndlərin istifadə müddəti bitməyib və vaxtı bitmiş peyvənd yoxdur.

Hazırda epidemioloji vəziyyət dozaların artırılmasını tələb etmir və üç doza peyvənd alan şəxslər tam peyvənd olunmuş hesab edilirlər. Lazımi qədər vaksin ehtiyatımız var. Yeni kampaniyanın başlanılması nəzərdə tutulmayıb".


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 687   Tarix: 27 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Marketlərdə satılan duru yağlar niyə ağappaq olur? - SƏBƏB TƏƏCCÜBLƏNDİRDİ

Marketlərdə satılan bitki mənşəli duru yağların rənginin bəzən çox açıq, hətta ağımtıl-sarı olması istehlakçılarda suallar yaradır. Bəs bu, istehsal zamanı tətbiq edilən emal və təmizlənmə prosesləri ilə bağlıdır, yoxsa yağın təbiiliyi və keyfiyyəti barədə şübhələrə əsas verir?. Mövzu ilə bağlı -a danışa

01.11.2026 567
.

Bəy şadlıq sarayına çatmamış yuxuya getdi - Video

Toy günü lentə alınan maraqlı video sosial şəbəkələrdə diqqət çəkib. xəbər verir ki, görüntüdə bəy və gəlinin şadlıq sarayına yollanarkən avtomobildə olduğu görünür. Lakin bəyin məclisə çatmamış yuxuya getməsi izləyicilərin marağına səbəb olub. Toy həyəcanı və hazırlıqların yorğunluğu ilə əlaqələndirilə

31.10.2026 709
.

Xalçadakı pis qoxudan qurtulmaq üçün üzərinə səpin - 30 dəqiqə gözləyin

Xalçalara hopan arzuolunmaz qoxuları kənarlaşdırmaq üçün bahalı təmizlik vasitələrinə ehtiyac yoxdur. Mətbəxdə olan sadə bir ərzaq - çay sodası xüsusilə yemek və ev heyvanlarından yaranan yüngül qoxuları azalda bilir. xəbər verir ki, tətbiqdən əvvəl xalça səthinin tamamilə quru olduğuna əmin olun. Sod

01.11.2026 461
.

Ofis mebeli seçərkən nələrə diqqət yetirilməlidir ?

Müasir dövrdə ən çox tələb olunan mebellər sırasında ofis mebelləri də var. Ofis mebelləri dedikdə bura müxtəlif mebellər daxildir. ofis kreslosu, ofis divanı, ofis masaları, qeydiyyat şöbəsi üçün masa, müdir kresloları, salon kreslosu, kompüter masası, sənəd dolabı və ofis stol-stulu aiddir. Ofis mebellər

05.11.2026 590
.

Mətbəxdə paket yığanlara mütəxəssislərdən xəbərdarlıq: Təhlükə saçır

Milyonlarla evdə marketlərdən gətirilən plastik paketlər "bir gün lazım olar" deyə mətbəx şkaflarında və ya rəflərin altında toplanır. Lakin mütəxəssislər demək olar ki, hər kəsin etdiyi bu vərdişin ciddi səhiyyə təhlükələri yaratdığını bildirərək, həmin paketlərin dərhal evdən atılması üçü

07.11.2026 230
.

Bu çətin kibrit çöpü tapmacasını yalnız dahilər 10 saniyədə həll edə bilər

Səhv riyazi tənliyi yalnız bir hərəkətlə düzəltməlisiniz, ancaq bunun üçün 10 saniyəniz var. 21 kibrit çöpündən ibarət tapmaca internetdə viral hala gəlib. Bu tapmaca, yalnız bir kibrit çöpünü hərəkət etdirərək səhv tənliyi düzəltməyinizi tələb edir. Hər kəs ilk cəhddə düzgün həlli tapmağı bacarmır

01.11.2026 703
.

"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO

"WhatsApp" istifadəçiləri şəxsi profillərinə üz qabığı fotosu əlavə edə biləcəklər. xarici mediaya istinadən xəbər verir ki, yeni funksiya əvvəlcə "Android"in beta versiyasında sınaqdan keçirilib, indi isə "iOS" istifadəçiləri üçün də əlçatan olmağa başlayıb. Yenilik sayəsind

00:15 340
.

Tək səyahət üçün ən yaxşı şəhərlər - Siyahı

Təkbaşına səyahət etmək son illərdə sürətlə məşhurlaşsa da, düzgün istiqamət seçmək xüsusilə ilk dəfə yola çıxanlar üçün asan deyil. Beynəlxalq yük saxlama platforması "Radical Storage" tərəfindən hazırlanan "Tək Səyahət İndeksi" ("Solo Travel Index") Avropanın ən çox ziyarə

03.11.2026 606
.

Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı

İngiltərədə bir kolleksiyaçının cəmi 15 sterlinqə aldığı sınıq və qapaqsız çaydanlığın ABŞ-da istehsal edilmiş ən qədim çini nümunələrindən biri olduğu üzə çıxıb. Təxminən 30 ildir keramika kolleksiyası toplayan alıcının diqqətini çəkən tarixi əşya hərracda 575 min sterlinqə satılıb. Çaydanlıq Nyu-Yorkdak

07.11.2026 203
.

Son Xəbərlər