Bəstəkarlar İttifaqında yubiley gecəsi - FOTO

Bəstəkarlar İttifaqında yubiley gecəsi - FOTOTanınmış Musiqişünas Zemfira Qafarovanın 80 illiyinə həsr olunmuş kitabın təqdimatı keçirilib.

21 noyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Bəstəkarlar İttifaqında görkəmli musiqişünas, Azərbaycanın Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Zemfira Qafarovanın 80 illik yubileyi münasibətilə yeni nəşr olunmuş "Seçilmiş məqalələr" adlı kitabının təqdimatı keçirilmişdir. Kitabın tərtibçi-redaktoru musiqişünas Nərgiz Qulamovadır. Məqalələr toplusu 3 hissədən ibarətdir: Zemfira Qafarovanın dərc olunmuş məqalələri və müsahibələri; onun haqqında yazılmış məqalə və müsahibələr; Zemfira xanımın 75 illik yubileyinə həsr olunmuş elmi-praktiki konfrans materialları. Kitab "Renessans" nəşriyyatında çap olunmuşdur.

Zemfira Qafarova tədqiqatçı-alim, pedaqoq və ictimai xadim kimi Azərbaycan musiqişünaslığına dəyərli töhfələr vermişdir. Onun Azərbaycanın görkəmli bəstəkarları haqqında yazdığı monoqrafiya, müxtəlif tədbirləri əks etdirən məqalə və resenziyalar, televiziya və radio verilişlərində və konsert salonlarında çıxışları Azərbaycan mədəniyyət tarixinin əvəzsiz xəzinəsidir. Zemfira Qafarovanın çoxşaxəli yaradıcılığında pedaqoji fəaliyyəti də önəmli yer tutr. Onun illərdir yetişdirdiyi musiqiçilər hazırda professional fəaliyyətləri ilə məşğul olaraq uğurlar qazanırlar. Peşəkar pedaqoq, həmçinin qələmi tükənməyən musiqişünas kimi o, öz işinə daim məsuliyyətlə yanaşır. Həm Bakı Musiqi Akademiyasında, həm də Bəstəkarlar İttifaqında Zemfira xanım professional musiqişünas, incəsənət xadimi, qayğıkeş müəllim, eyni zamanda xeyirxah insan, səmimi dost və güclü qadın kimi bizə örnəkdir.

Bəstəkarlar İttifaqının təşkil etdiyi bu mötəbər tədbirdə tanınmış incəsənət xadimləri, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin nümayəndələri, musiqişünaslar, bir sözlə Zemfira xanımı sevən və ona böyük rəğbət bəsləyən insanlar toplaşmışdır. Yubiley tədbirinin aparıcısı Əməkdar incəsənət xadimi, professor Həcər Babayeva idi. Məruzə edən hər bir şəxs Zemfira xanıma olan isti münasibətini, onunla bağlı xatirələrini bölüşürdü, eyni zamanda onun elmi, pedaqoji, ictimai fəaliyyətləri haqqında maraqlı söhbətlər edirdi.

Çıxış üçün ilk söz Mədəniyyət Nazirinin müavini Vaqif Əliyevə verildi. Daha sonra Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə tədbiri açıq elan etdi. Çıxış edənlər sırasında Bakı Musiqi Akademiyasının tanınmış simaları, professorlar Gülnaz Abdullazadə, Ülviyyə İmanova, İmruz Əfəndiyeva, Asəf Zeynallı adına Musiqi Kollecinin direktoru Nazim Kazımov Zemfira xanımın yaradıcı fəaliyyətini müxtəlif rakursalrdan işıqlandırdı. Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı təbriklərə qoşularaq Zemfira Qafarovanın geniş ictimai fəaliyyətini vurğuladı. Kitabın tərtibçisi, BMA-nın dissertantı Nərgiz Qulamova Zemfira xanımın ümumi yaradıcılığı ilə tanış etdi. Tanınmış musiqişünas Raya Abbasova təqdim olunan kitabın dəyərindən və quruluşundan söz açdı. Çıxışlar musiqi nömrələri ilə əvəz olunurdu.

Konsert proqramında Zemfira xanımın yaradıcılıqlarını tədqiq etdiyi bəstəkarların – Üzeyir Hacıbəyli, Ramiz Mustafayev, Tofiq Bakıxanov, Hacı Xanməmmədov, Şəfiqə Axundovanın əsəsrləri səsləndi. İfaçılar – Xalq artistləri Gülyanaq Məmmədova (xanəndə), Ülviyyə Hacıbəyova (piano), Əməkdar artist Sahib Paşazadə (tar), Prezident təqaüdçüsü Zərrin Əliyeva (violin), Fəxri Kazım-Nicat (vokal) tədbirə xüsusi rəng qatdılar.

Sonda gecənin səbəbkarı bütün qonaqlara dərin təşəkkürünü bildirərək təqdimatı keçirilən kitabın ərsəyə gəlməsində əməyi olan yaradıcı kollektivə ürək sözlərini və minnətdarlığını çatdırdı.

Tədbirin fərəhləndirici məqamlarından biri, Üzeyir Hacıbəylinin irsinin tədqiqatı və təbliği istiqamətində gördüyü işlərə görə Zemfira Qafarovanın Bəstəkarlar İttifaqı tərəfindən "Üzeyir Hacıbəyli" medalı ilə təltif olunmasıdır.

Bu gün Zemfira xanım Qafarovanın 80 yaşı tamam olur. Ona möhkəm can sağlığı, ruh yüksəkliyi, könül xoşluğu və uzun ömür arzulayırıq. Bundan sonra yazıb yaratmaq üçün bol enerji diləyirik ki, yeni kitablarla musiqi xəzinəmiz daha da zənginləşsin.

Hörmət və ehtiramla
sənətşünaslıq üzrə fəlsəfə doktoru
Aytən İBRAHİMOVA

Bəstəkarlar İttifaqında yubiley gecəsi - FOTOBəstəkarlar İttifaqında yubiley gecəsi - FOTOBəstəkarlar İttifaqında yubiley gecəsi - FOTOBəstəkarlar İttifaqında yubiley gecəsi - FOTO


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 676   Tarix: 22 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ölkə başçısı: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

"Biz keçmişdə də bir yerdə olmuşuq, müharibə dövründə də bir yerdə idik, bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq". BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatında səsləndirib. "Hesa

16:35 0
.

Prezident: "Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur"

"44 günlük Vətən müharibəsi Türkiyə-Azərbaycan birliyini bir daha göstərdi". BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatında səsləndirib. Müharibədən sonra Şuşada tarixi Şuşa Bəyannaməsinin imzalandığın

16:19 37
.

Misir 12 illik fasilədən sonra Liviyanın paytaxtında səfirliyini yenidən açıb

Misir 2014-cü ildən fəaliyyət göstərməyən səfirliyini Liviyanın paytaxtı Tripolidə yenidən açıb. "Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Misirin Xarici İşlər Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, bu addım Qahirənin Əbdülhəmid Dbeibənin rəhbərlik etdiyi, beynəlxal

12:50 149
.

Demokratlar Ukraynaya 15 milyard dollarlıq yardım paketi hazırlayır

ABŞ Demokratlar Partiyasının nümayəndələri Ukraynaya təxminən 15 milyard dollar məbləğində yeni hərbi yardım paketinin ayrılması, eləcə də Rusiyaya qarşı sanksiya təzyiqinin gücləndirilməsi imkanlarını müzakirə edirlər. "Report" xəbər verir ki, bu barədə "Financial Times" müzakirələrl

13:50 143
.

Prezident İlham Əliyev Şahbaz Şərifə təşəkkür edib - Foto

Azərbaycan Prezidenti İlham Əliyev Pakistanın Baş naziri Şahbaz Şərifə onun Zəfər Günü ilə bağlı təbrikinə görə təşəkkür edib. xəbər verir ki, bu barədə Prezidentin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb. "Əziz qardaşım Məhəmməd Şahbaz Şərif, Zəfər Günü münasibətilə mənə və Azərbayca

13:15 254
.

İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

"Bizi birləşdirən ortaq tarixdir, etnik köklərdir, dilimizdir, ədəbiyyatımızdır, mənəvi dəyərlərimizdir. Bu, böyük sərvətdir və bu sərvət üzərində, bu güclü təməl üzərində bu gün dövlətlərarası münasibətlər də inkişaf edir". BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Preziden

16:24 24
.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib - Foto/Video

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan

13:59 183
.

Trampla demokratlar arasında qarşıdurma dərinləşir

ABŞ prezidenti Donald Tramp, onun administrasiyası, tərəfdaşları və respublikaçı donorları ilə bağlı Konqres araşdırmaları aparmaq planlarını açıqladıqdan sonra Ədliyyə Nazirliyinə Demokrat Partiyasının üzvlərini araşdırmağı əmr edib. "Report" xəbər verir ki, bu barədə ABŞ lideri "Trut

13:40 149
.

Azərbaycan Prezidenti: "44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi"

"Şuşanın azad edilməsi həm böyük rəmzi məna daşıyırdı, həm də İkinci Qarabağ müharibəsinin önəmli hissələrindən biri idi". BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatında bildirib. "44 gün ərzind

16:16 54
.

Son Xəbərlər