Tağıyev ənənələri davam etdirilmir: "Bu gün xeyriyyəçilərin əsl məqsədi təbliğatdır" - AÇIQLAMA

Tağıyev ənənələri davam etdirilmir: "Bu gün xeyriyyəçilərin əsl məqsədi təbliğatdır" - AÇIQLAMAİnsan yaradılışdan özünəməxsus xüsusiyyətlərə malik olur. Bu xüsusiyyətlərdən, insani keyfiyyətlərdən biri də xeyirxahlıqdır.

Bu, insanlar arasındakı münasibətlərə də öz təsirini göstərir. Xeyirxahlıq odur ki, sən qarşı tərəfdən heç nə gözləmədən ona yaxşılıq edirsən. Keçmişə nəzər yetirsək, görərik ki, sözügedən xüsusiyyət ənənə olaraq gəlib, bu günümüzə çıxıb. Lakin əvvəllər xeyriyyəçilərin sayı çox idi. İmkanlı şəxslər xeyriyyəçiliklə məşğul olurdular. İndi isə sanki sayları azalıb. Bəziləri hətta bunu etməkdən belə qaçırlar.

Bəs görəsən, indi niyə Tağıyevlər yoxdur? Bu, nə ilə əlaqədardır?

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən yazıçı Varis Yolçuyevin sözlərinə görə, ötən əsrdə xeyriyyəçilər xalqın içərisində olduğu üçün nəcib işlərlərlə məşğul olurdular:

"20-ci əsrin əvvəllərində Azərbaycanda sənaye burjuaziyası, daha dəqiqi neft burjuaziyası təşəkkül tapmışdı, ən məşhur nümayəndəsi Hacı Zeynalabdin Tağıyev idi. Onların gəlirləri artdıqca, milyonlar qazandıqca bu pulun bir hissəsini xalqın güzəranına, maariflənməsinə, mədəni səviyyəsinin yüksəlməsinə xərcləyirdilər. Məktəblər açır, mətbuata, teatra pul ayırır, xaricdə tələbələr oxudur, xəstələri müalicə etdirir, arxitektura şedevrlərinə sərmayə qoyurdular.

İnsanların bu qədər nəcib işlərə imza atmalarının yalnız bir səbəbi vardı, onlar sadə xalqın içindən çıxmışdılar, öz xalqlarına bağlılıqlarını belə göstərirdilər. Və halal qazandıqları pulu ürəklə xeyriyyə işlərinə sərf edirdilər".

V.Yolçuyev qeyd edib ki, indi isə imkanlı şəxslərin məqsədi xalqa fayda vermək deyil, tam əksidir:

"Ümumiyyətlə, bütün xalqların inkişafı milli burjuaziyanın formalaşması hesabına başa gəlir. Çox təəssüf ki, bu gün Azərbaycanda milli burjuaziya bir sinif olaraq mövcud deyil. Özü pul qazanıb dövlətinə və xalqına fayda verən bu təbəqə yoxdur, əvəzində biznesin böyük hissəsini əlində cəmləşdirən inhisarçı məmur təbəqəsi var ki, onların da məqsədi xalqa fayda vermək deyil, büdcədən daha çox pul talamaqla özlərinə xaniman qurmaqdır".

Yazıçı, publisist Həmid Herisçi isə əlavə edib ki, Tağıyevin həmin məktəb ənənələri bərpa oluna bilər:

"Mənim nənəm Zəhraxanım Axundova Tağıyevin qızlar məktəbini bitirib. O mənə danışardı ki, məktəbin məzunlarının buraxılışında qəbul günü keçirilirdi və ora gələn şəxslər xeyriyyə pulları verirdilər".

H.Herisçi bu gün xeyriyyəçilərin məqsədinin başqa olduğunu qeyd edib:

"Xeyirxahlıq edənlər iki cürdür. Bəziləri açıq, digərləri isə qapalı edir. Etdiyi əməli dilə gətirənlər də var, bu haqda ümumiyyətlə danışmayanlar da. Xeyriyyə işləri təbliğat üçün deyil. Təəssüf ki, 99 faiz təbliğata xidmət edir. Kimlərinsə başqa maraqları olur. Məqsəd orada xeyriyyə deyil, tamam ayrıdır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 870   Tarix: 13 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

David Seliverstova Çingiz Qənizadəyə CAVAB: "Hüquqi müzakirələr qanun üzərində qurulmalıdır"

Hörmətli Çingiz Qənizadə!. Siz uzun illərdir hüquq müdafiəçisi kimi çıxış edir, ictimaiyyət qarşısında hüququn aliliyini, qanunçuluğu və Konstitusiyanın prinsiplərini müdafiə etdiyinizi bəyan edirsiniz. Məhz buna görə də cəmiyyət sizdən hər bir məsələyə hüquqi meyarlarla yanaşmağı gözləyir. Azərbayca

06.08.2026 292
.

Əmlak bazarında qiymətlər niyə ucuzlaşmır? Ekspertdən təhlil

"Əmlak bazarında rəqabətin zəifləməsinin əsas səbəblərindən biri mənzil təklifinin tələblə eyni tempdə artmamasıdır. Son illərdə tikinti materiallarının bahalaşması, torpaq qiymətlərinin yüksəlməsi, şəhərsalma tələblərinin sərtləşdirilməsi və yeni layihələrin icrasında yaranan məhdudiyyətlər bazard

06.08.2026 232
.

Tahir Kərimlinin şəhid anası olan bacısı vəfat etdi

Sabiq deputat Tahir Kərimliyə ağır itki üz verib. -a istinadən xəbər verir ki, T.Kərimlinin bacısı Saabxanım uzunsürən xəstəlikdən sonra vəfat edib. Mərhum bu gün Şamaxı şəhər qəbiristanlığında dəfn olunacaq. Qeyd edək ki, mərhum həm də şəhid anası olub. Onun oğlu Şahin Seyidov 1989-cu ildə Bakı Dövlə

06.08.2026 345
.

18 yaşında universitet professoru oldu - 306 illik rekord

ABŞ-də yaşayan Natan Tomas cəmi 18 yaş 346 günlüyündə universitet professoru kimi fəaliyyətə başlayaraq, "Ginnesin Rekordlar Kitabı"na düşüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Ginnesin Rekordlar Kitabı" təşkilatı açıqlama yayıb. Bildirilir ki, Tomas 2023-cü ilin avqustund

06.08.2026 236
.

2026-cı ildə bu smartfonları almağa dəyməz

Smartfon almağa tələsməyin - əvvəlcə onun haqqında daha çox öyrənin. Smartfon bazarı hazırda nəhəng bir supermarketi xatırladır: büdcəyə uyğun "işçi atlar"dan tutmuş ağır oyunları daşıya bilən flaqmanlara qədər hər şey var. Lakin hər bir model sizin pulunuza layiq deyil. Bəziləri artıq yeniləm

06.08.2026 261
.

Ər-arvadın yanaraq ölməsinə görə həbs edilən var - Evdən 15 min də oğurlanıb

Dünən səhər saatlarında Tərtər şəhərində ər və arvadın yanaraq öldüyü hadisənin qəsdən törədilməsi bəlli olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisənin rayon sakini 1987-ci il təvəllüdlü Vüqar Baxşəliyev tərəfindən törətdiyi üzə çıxıb. Məlum olub ki, o, sübh saatlarında 1941-c

10:14 0
.

Məhkəmə Sevinc Hüseynovanın Səidə Bəkirqızına qarşı şikayətini təmin etmədi

xəbər verir ki, Avqustun 6-da Sumqayıt Apellyasiya Məhkəməsində bloger Sevinc Hüseynovanın jurnalist Səidə Bəkirqızına qarşı xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə apellyasiya baxışı keçirilib. Jurnalistin vəkili Yaqub Nəcəfli -a açıqlamasında bildirib ki, məhkəmə apellyasiya şikayətini təmi

06.08.2026 370
.

Məhərrəmlik bitir: Toy qiymətləri artacaq?

Məhərrəmliyin başa çatmasına sayılı günlər qalıb. Bu o deməkdir ki, ölkəmizdə toy mövsümü yenidən canlanmağa başlayacaq. Evlənməyə hazırlaşan cütlükləri ən çox maraqlandıran məsələlərdən biri şadlıq saraylarında qiymətlərin dəyişib-dəyişməməsi, eləcə də uyğun tarix tapmağın mümkünlüyüdür. Bəs real duru

06.08.2026 337
.

Avqust pensiyaları NƏ VAXT ÖDƏNİLƏCƏK?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqustun 14-dən gec olmayaraq Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərdə tutulub. BİG.AZ xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məluma

06.08.2026 372
.

TOP MP3