Son dövrlərdə sürətlə artan panik atak: "Dərmanlarla yanaşı, psixoloji müalicə də şərtdir"
Son dönəmlərdə panik atak şikayətləri fantastik həddə çatıb. Bu artım barədə konkret səbəblər sadalamaq isə çətindir. Sosial şəbəkələrdə bir çox insanlar bu barədə paylaşım edirlər. Paylaşımlarda "panika oldum", "stressə düşdüm" və s. kimi fikirlər qeyd olunur.
Bəs mütəxəssislər necə düşünürlər, bu, insan sağlamlığında ciddi fəsadlar yarada bilərmi? Xüsusilə də intihara səbəb olması, qəbul edilən dərmanların aludəçilik yaratdığı iddiaları doğrudurmu?
Ümumiyyətlə, nədən belə bir şey yaranır və insanlar bundan necə qoruna bilərlər?
Məsələ ilə bağlı Oxu.Az-a danışan psixoloq Fərqanə Mehmanqızı panik atak diaqnozunu psixiatr və nevroloqların qoyduqlarını bildirib.
Onun sözlərinə görə, insanlar bəzən özləri-özlərinə bu diaqnozu qoyurlar, lakin bu, düzgün hal deyil:
"Sosial şəbəkələrdə və ya insanlar öz aralarında söhbət zamanı "panik atak olmuşdum" və s. kimi ifadələr işlədirlər. Bu, emosional yanaşmadır, hər hansı narahatlığın panik atak olduğunu iddia etmək olmur. Bu, asan diaqnoz deyil və təyinatı da rahat şəkildə verilmir. Lakin son dönəmlər, xüsusilə də pandemiya dövründə bu diaqnozun qoyulduğu şəxslərin sayında ciddi artım müşahidə edilir. Bilirik ki, psixi həssas insanlar daha emosional olurlar və hər hansı situasiyadan daha tez təsirlənirlər. Yaşanan vəziyyətdən asılı olaraq insanlarda müxtəlif fobiyalar yarana bilər".
Psixoloq qeyd edir ki, son dövrlərdə panik atakla yanaşı, somatik depressiya, ölüm fobiyası daha çox yayılıb:
"Panik atak əvvəllər qadınlar arasında daha çox rast gəlinirdisə, bu gün kişilər arasında da geniş yayılıb. Bu istiqamətdə diaqnozu psixiatr və nevroloq qoysa da, farmakoloji müalicə ilə yanaşı, psixoloji müalicə də şərtdir. Bu müalicə kompakt şəkildə aparılmazsa, pasiyentlər müsbət nəticə əldə edə bilməyəcəklər".
Müalicə olunmazsa, intihara apara bilər…
F.Mehmanqızı deyir ki, bəzən insanlar bu diaqnozu ciddiyə almırlar:
"Bu elə bir diaqnozdur ki, onun müalicəsinə diqqət edilməlidir. Müalicə edilmədiyi halda insanı intihara qədər sürükləyə bilər. Çünki bu insanlarda kəskin qorxular olur. Onlar elə düşünürlər ki, bu qorxulardan qurtulmağın yeganə yolu ölümdür və intihar edirlər.
Müalicə zamanı təyin edilən dərmanların aludəçilik yaratması məsələsi isə birmənalı deyil. Bunu daha yaxşı nevroloq, psixiatr bilər. Hər hansı antidepressant asılılıq yaratmır. Lakin bütün hallarda müalicələr fərdidir və pasiyentin vəziyyətinə görə təyin edilir. Hər dərmanın təyinat miqdarı fərqlidir və həmin miqdardan artıq qəbul etmək olmaz. Bu da müalicənin pasiyentə hər hansı mənfi təsir etməsinin qarşısını alır".
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 812 Tarix: 13 noyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"WhatsApp" naməlum nömrələrə mesaj göndərənlərə xəbərdarlıq ediləcək
"WhatsApp" istifadəçilər üçün dələduzluq cəhdlərindən qorumaq məqsədilə yeni təhlükəsizlik funksiyası hazırlayır. xəbər verir ki, yeni sistem sayəsində istifadəçilər telefon kitabçasında qeydə alınmayan nömrə ilə söhbətə başlamazdan əvvəl xəbərdarlıq pəncərəsi ilə qarşılaşacaqlar. Xəbərdarlı
28.06.2026 162 Pikassonun oğurlanmış tablosu tapıldı
Fransanın Val-de-Marn departamentinin narkotiklərlə mübarizə bölməsinin əməkdaşları qadağan olunmuş maddələrin qanunsuz dövriyyəsi ilə bağlı aparılan istintaq çərçivəsində keçirilən axtarış zamanı ispan rəssam Pablo Pikassoya məxsus oğurlanmış tablo aşkar ediblər. xəbər verir ki, bu barədə "Actu17"
21.06.2026 417 Günəşdən yanmısınız? - Dərini bərpa etməyin ən doğru yolları
Yayda çimərlikdə istirahət çox vaxt yalnız gözəl qaralma ilə deyil, həm də dəridə qızartı, quruluq və dartılma hissi ilə nəticələnir. Çimərlikdən sonrakı ilk günlərdə dəriyə düzgün qulluq uzunmüddətli qıcıqlanmanın və piqmentasiyanın qarşısını almağa kömək edir. bildirir ki, bu barədə məlumat yayıb
27.06.2026 160 Avtomobil şinlərindəki rəngli xətlərin sirri məlum oldu
Yeni alınan avtomobil şinlərinin üzərindəki qırmızı, sarı, mavi və ya yaşıl rəngli xətlər əksər sürücülərin diqqətini çəkir. Bəs bu xətlər nəyi ifadə edir? Əksər sürücülərin düşündüyünün əksinə, bu işarələr şinin keyfiyyəti və ya performansı ilə bağlı deyil. xəbər verir ki, mütəxəssislərin bildirdiyin
28.06.2026 192 Bağbanların yeni sirri: adi un bitkilər üçün möcüzə yaradır
Mətbəxdə gündəlik istifadə etdiyimiz unun bağçılıqda da faydalı ola biləcəyini çox az adam bilir. Halbuki bu sadə məhsul zərərvericilərlə mübarizə aparmağa, kompostun keyfiyyətini yaxşılaşdırmağa, torpağı zənginləşdirməyə və hətta küləyin istiqamətini müəyyən etməyə kömək edə bilər. xəbər verir ki, müasi
21.06.2026 222 Evinizdən çiçək iyi gəlir, ciyərlərimiz "əldən gedir" - Ətirli spreylərin təhlükələri - ARAŞDIRMA
İllərdir təmizlik dedikdə ağlımıza ilk gələn şeylərdən biri xoş qoxudur. Evə daxil olan kimi hiss edilən lavanda, limon, vanil və ya okean mehini xatırladan ətirlər insanlarda təmizlik təəssüratı yaradır. Elə buna görə də milyonlarla insan hər gün otaq spreylərindən, avtomatik hava təravətləndiricilərindən
21.06.2026 225 Avadanlıq icarəsi Xidmetler.AZ saytında
Xidmətlər saytı -da axtardığınız avadanlıqları icarəyə götürmək imkanınız var!. Eviniz və ya ofisiniz üçün avadanlıqlar icarəyə götürmək istəyirsiniz? Keyfiyyətli avadanlıq olsa, birdəfəlik satın almaq fikriniz var? Elədirsə, saytından faydalanın. Onlayn, pulsuz elanlar platforması olan -da məhz sizi
25.06.2026 2974 Qarğalar onları incidən insanların üzünü 5 il yadda saxlayır
Qarğanı incidirsinizsə, o, sizi uzun illər unutmaya bilər. Alimlərin araşdırmalarına görə, qarğalar insan simalarını ən azı beş il yadda saxlaya bilir və onları təhdid edən insanlar barədə məlumatı digər qarğalara, hətta öz balalarına da ötürür. xəbər verir ki, qarğalar "təhlükəli insanları"
21.06.2026 214 Beş dəqiqəyə tanıdığı qadınla evləndi, 9 gün sonra boşanmaq istədi
Çində 32 yaşlı bir kişi beş dəqiqəlik videozəngdən sonra evləndiyi qadına görə peşman olub və boşanmaq istəsə də, hadisə məhkəmə çəkişməsinə çevrilib. xarici KİV-ə istinadla bildirir ki, toydan cəmi doqquz gün sonra peşman olan kişi boşanmaq qərarına gəlib. Çinin şərqindəki Çjetszyan əyalətində yaşaya
21.06.2026 229