Şuşanın işğaldan azad edilməsi müharibənin taleyini həll etdi

Şuşanın işğaldan azad edilməsi müharibənin taleyini həll etdiArtıq 2-ci ildir ki, Vətən müharibəsində qazanılan şanlı Qələbənin ildönümünü qeyd edirik. Çox qururlu haldır ki, bu təntənələrin əsas keçirilmə mərkəzlərindən biri də Şuşa şəhəridir. Ötən il olduğu kimi bu il də Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Zəfər Gününü Şuşada qeyd edirlər.
Noyabrın 8-də Zəfər Günü münasibəti ilə Şuşada təşkil olunan tədbirdə iştirak edən ölkə başçısı cənab İlham Əliyev öz çıxışında qeyd edib ki, alınmaz qala sayılan Şuşanı iki il bundan əvvəl erməni işğalından azad edən Azərbaycan Silahlı Qüvvələri şanlı tarix yazıb. Bu şanlı tarix bizimlə əbədi olacaq. Azərbaycan xalqı, gələcək nəsillər bu şanlı Qələbə ilə haqlı olaraq fəxr edəcəklər.
Şuşanın strateji mövqeyi faktiki olaraq onun azad olunmasından sonra müharibənin taleyini həll etdiyi üçün müharibənin son məqsədi Şuşanı işğaldan azad etmək idi. Həm də Qarabağın tacı olan Şuşa Azərbaycan xalqının ürəyi, canı olaraq, hər bir azərbaycanlı üçün müqəddəs bir yerdir.
2020-ci il sentyabrın 27-də başlana Vətən müharibənin ilk günündən son gününə qədər Azərbaycan Silahlı Qüvvələri yalnız irəli getdi, 44 gün ərzində bir gün də geri addım atmadı. Şuşanın azad edilməsi gününə kimi ordumuz bir çox şəhər və kəndlərimiz, o cümlədən Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı, Suqovuşan, 300-ə yaxın kənd, Laçının və Kəlbəcərin bir hissəsi döyüş meydanında azad etdi. Nəhayət, Şuşanın azad edilməsi Ermənistan ordusunun belini qırdı, onu kapitulyasiyaya imza atmağa vadar etdi.
Ölkə başçısı xüsusi olaraq vurğuladı ki, Vətən müharibəsi günlərində Azərbaycan xalqı bir yumruq kimi birləşərək tarixi missiyasını yerinə yetirdi. Müharibəyə gedən yol bir çox istiqamətlərdən keçib. Son illərdə aparılan düzgün və məqsədyönlü siyasət nəticəsində ölkədə güclü iqtisadiyyat yaradıldı. Güclü iqtisadiyyat yaradılması müharibədə qələbənin qazanılması işində önəmli amil oldu. Bu da güclü, hərbir silah-sursat, müasir texnika ilə təchiz edilmiş ordunun yaradılmasına kömək oldu.
Bu gün dünyanın əksər ölkələrində çətinliklər yaşanır, dərin iqtisadi, həmçinin enerji böhranı hökm sürür. Lakin buna baxmayaraq Azərbaycan iqtisadiyyatı dayanıqlı iqtisadiyyat olduğunu, daim inkişafda olduğunu göstərdi. Bu gün ağır müharibədən çıxmış ölkə azad edilmiş torpaqlarda iki il ərzində genişmiqyaslı quruculuq işləri aparır. Bütün bu işlərin də maliyyə mənbəyi Azərbaycan büdcəsidir. Biz bu iki il ərzində heç bir ölkədən, heç bir təşkilatdan, heç bir donordan bir manat belə yardım almamışıq, yalnız və yalnız öz gücümüzə, imkanlarımıza arxalanmışıq.
Eyni zamanda İkinci Qarabağ savaşı ölkəmizdə milli həmrəyliyi, milli birliyi daha da gücləndirdi. Azərbaycanda yaşayan bütün xalqlar bir böyük ailənin üzvü olaraq Qarabağ uğrunda ölümə gedirdilər. Bu birlik dünya miqyasında nadir dəyərimizdir. Ağır günlərdə daxili sabitlik, milli birlik və həmrəylik, xalq-iqtidar birliyi öz sözünü dedi. Biz əzəli düşmən üzərində tarixi Qələbə qazandıq. Bunlar ölkəmizdə aparılan dövlət siyasətinin böyük nəticəsidir.
Bütün bunlar bir daha sübut edir ki, bu gün dövlətimizə dahi bir insan rəhbərlik edir. Onun səyləri nəticəsində ölkəmiz günü-gündən inkişaf edir, güclənir. Qazanılan Şanlı Qələbə, əldə edilən uğurlar ölkə başçısı cənab İlham Əliyevin dahi intellekti və müdrik sərkərdəlik qabiliyyəti sayəsində əldə olunub və hər birimiz öz Prezidentimizlə fəxr edirik.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
"Qızıl qələm" mükafatı laureatı


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 585   Tarix: 10 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56 % artıb

Bu ilin yanvar-sentyabr aylarında Türkiyə ərazisindən Suriyaya 1 milyard 197,1 milyon kubmetr həcmində Azərbaycan təbii qazı göndərilib. "Report" xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu - EPDK) hesabatında qeyd olunub. Bu göstəric

14.11.2026 195
.

TƏCİLİ! Sabah bu ərazilərdə QAZ OLMAYACAQ

16.11.2026-cı il tarixində saat 09:00-dan Balakənin bəzi ərazilərində qazın verilişində fasilə olacaq. xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Bildirilib ki, görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar 16.11.2026-cı il tarixində saat 09:00-dan işlər yekunlaşanadə

01:50 19
.

Birdəfəlik sosial müavinətlər BU TARİXDƏ ÖDƏNİLƏCƏK

Noyabrın 16-da ölkə üzrə birdəfəlik sosial müavinətlərin ödənilməsi nəzərdə tutulub. Bu barədə "Unikal"a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən noyabrın 16-da respublik

00:07 152
.

TƏCİLİ! Azərbaycanda gəmilərə XƏBƏRDARLIQ EDİLDİ

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib. bildirir ki, xəbərdarlığa əsasən, noyabrın 15-i gündüz saatlarından Xəzər Dəniz Akvatoriyasında müşahidə olunaca

14.11.2026 264
.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib. Bazardak

00:09 153
.

Paşinyan öz missiyasını açıqladı: "Bu fürsətdən yararlanmamaq bağışlanmaz olardı"

"Ermənistan və Azərbaycan indi yekun və uzunmüddətli sülh yaratmaq üçün tarixi şansa malikdir". xəbər verir ki, bu barədə Ermənistan baş naziri Nikol Paşinyan Dublində Beynəlxalq və Avropa Əlaqələri İnstitutunda aparılan müzakirələr zamanı bildirib. Nikol Paşinyan bildirib ki, bu fürsətdə

14.11.2026 193
.

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlanıb

2027-ci il "Büdcə zərfi"ndə göstərilən fiskal risklərlə yanaşı, bir sıra digər amillər də dövlət maliyyə sabitliyinə təsir göstərə bilər. "Report" xəbər verir ki, bu barədə Hesablama Palatasının "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə verdiyi rəydə bildirilir

14.11.2026 194
.

ABŞ Kiyevə ilk dəfə NATO-ya üzvlük təklif etdi: Zelenski təklifin şərtini açıqladı

"Son danışıqlar zamanı ABŞ rəsmiləri Ukraynanın NATO üzvlüyü müqabilində qoşunlarını Donbasdan geri çəkməyə hazır olub-olmadığını soruşublar". -ın "Kiyev Post" nəşrinə istinadən xəbərinə görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə müsahibəsində bildirib. Zelensk

14.11.2026 217
.

2027-ci ildə pensiyaçılar üçün YENİ ARTIM - 640 manatla bağlı gözlənti

Azərbaycanda 2027-ci ildə əmək pensiyalarının artırılması gözlənilir. Gələn ilin dövlət büdcəsi və Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcə layihəsində pensiyaların təxminən 7,5 faiz indeksləşdirilməsi üçün 575,5 milyon manat vəsait nəzərdə tutulub. Eyni zamanda, gələn il orta aylıq əmək pensiyasını

00:11 152
.