İlondan danışarkən ağlamışdı... - Maskın ilk gündən "Twitter"dən qovduğu Vijaya Qadde kimdir?

İlondan danışarkən ağlamışdı... - Maskın ilk gündən "Twitter"dən qovduğu Vijaya Qadde kimdir?İlon Mask və "Twitter" arasındakı razılaşma nəhayət ki, yekunlaşdı. Şirkətin yeni sahibiniun ilk addımı şirkətin top-menecerləri ilə yollarını ayırmaq oldu. Onların arasında hüquq və məzmun siyasətinə cavabdeh olan Vijaya Qadde xüsusən diqqəti çəkir. Bəs, son illərdə "Twitter"lə bağlı böhranların hər zaman ön sıralarında yer alan Qadde Maskın niyə hədəf oldu?

BiG.AZ qaynarinfo-ya istinadla bildirir ki, "Tesla" və "SpaceX"in sahibi İlon Maskın aylardır "ilan hekayəsi"nə dönən "Twitter"i satınalması nəhayət yekunlaşdı. ABŞ mətbuatında yer alan xəbərlərə görə, 44 milyard dollarlıq alış-verişdən sonra "Twitter"də xüsusilə rəhbərlik səviyyəsində ciddi kadr dəyişiklikləri olacaq. Anlaşmanın əldə olunduğu elanından saatlar sonra direktorlar - Paraq Agraval, Ned Seqal, hüquq və məzmun siyasəti meneceri Vijaya Qadde və baş müşavir Sean Edgett kimi bir çox yüksək səviyyəli şəxs şirkətlə yollarını ayırıb.

Onların arasında Qadde xüsusilə seçilir. Xanım menecer ABŞ Konqressinə hücum edən qrupları təhrik etməsi səbəbilə ABŞ-ın həmin vaxtkı prezidenti Donald Trampın hesablarının daimi olaraq bloklanmasına qərar verən şəxs kimi tanınırdı.

Mask və Qadde arasındakı fikir ayrılıqları çoxdan ictimaiyyətə məlumdur. Əslində Mask "Twitter"i almaq istədiyini elan etdiyi ilk gündən məzmun siyasətini dəyişəcəyini bildirmişdi. O, hətta aprelin 26-da "Twitter"də açıqlama verərək, Qaddenin qərarlarının "çox yersiz" olduğunu bildirərək, tənqid etmişdi.

Bir sözlə, əvvəlcədən Maskın Qaddeni "Twitter"də "arzuolumaz şəxs" elan edəcəyi bəlli idi. Bəs kimdir Vijaya Qadde kimdir? Və daha da əhəmiyyətlisi, niyə Maskın qəzəbinə tuş gəlib?

Hüquqlarını qorumaq üçün hüquqşünas oldu

1974-cü ildə Hindistanda anadan olan Qadde iki yaşında ikən ailəsi ilə birlikdə ABŞ-a köçüb. Qadde ailəsi Texasın Beaumont şəhərində məskunlaşıb.

İllər sonra Qadde ABŞ-da yaşadıqları ilk illərdə irqçiliklə necə mübarizə aparmalı olması və Hindistanda mühəndis olan atasının ABŞ-da qapı-qapı gəzərək sığorta paketi satmaq üçün ağdərililərin üstünlüyünü müdafiə edən "Ku Klux Klan" təşkilatından razılıq almaq məcburiyyətində qalması barədə danışacaqdı.

Uşaqlıqda şahidi olduğu bu haqsızlıqlar Qaddeni "böyüyəndə hüquqşünas olacağam" deməyə vadar edir. Sonra ailəsi ilə birlikdə Nyu Cersiyə köçən Qadde əvvəlcə Kornell Universitetində təhsil alıb, daha sonra Nyu York Universitetinin Hüquq Məktəbində peşəkar təhsilini davam etdirib və 2000-ci ildə məzun olub.

Qadde 2020-ci ildə "Politico"da dərc olunan profilində karyera seçimini belə izah edib: "Mən öz hüquqlarımı və içində olduğum cəmiyyətin hüquqlarını anladığım bir mövqedə yer almam lazım olduğunu hiss etdim. Heç kimin məndən istifadə etməsini istəmirdim".

Karyerasının ilk illərində Silikon Vadisinin aparıcı hüquq firmalarından olan "Wilson", "Sonsini", "Goodrich & Rosati"nin hüquq departamentində, daha sonra isə "Juniper Networks"in hüquq departamentində çalışan Qadde "Twitter" sıralarına 2012-ci ildə qoşuldu.

"Twitter" hüquq departamentinin qurucularından olan və ən yüksəkdə yer alan Qadde şirkət daxilində çox əhəmiyyətli bir vəzifəyə sahib idi. O, dövrün baş direktoru Cek Dorsinin sağ əli idi. Konqresdə və Ağ Evdə iştirak etdiyi görüşlərdə həmişə Dorsinin yanında olurdu. Saytdan istifadə qaydalarını müəyyən edən, nələrin bu qaydaları pozduğuna qərar verən və platformada qaydaları pozanların gələcəyini müəyyənləşdirən də məhz Qadde idi.

2020-ci ilin yanvar ayında "Bloomberg"ə verdiyi müsahibədə Qadde "Twitter"in keçmiş baş direktoru Cek Dorsinin məzmun siyasətlərini müəyyənləşdirmək və həyata keçirmək işini tamamilə ona həvalə etdiyini deyib: "Cek nadir hallarda fərdi qərarlar qəbul edir. Ağlıma bir misal belə gəlmir. Mən tez-tez onun yanına gedib "Belə olacaq" deyirəm".

İkilinin ofisləri "Twitter"in baş qərargahında yan-yana olub. "Mən Cekin Vijayanın gözlərinin içinə baxıb "Xeyr" deyəcəyi bir dünya təsəvvür edə bilmirəm" deyə bir işçi Qaddenin Dorsiyə təsiri barədə bildirib. Başqa bir "Twitter" rəsmisi "Müharibəyə gedəndə Cek əmr verən prezident, Vijaya isə qərargah rəisidir" deyib.

Qaddrnin şəxsi həyatı ilə bağlı çox məlumat yoxdur. Onun daha əvvəl həmkarı Ramsi Homsany ilə evli olduğu və cütlüyün 2014-cü ildə razılaşma ilə ayrıldığı məlumdur. Daha sonra yenidən evləndiyi məlum deyil, lakin 2017-ci ildə ana olduğu deyilir.

Dorsinin Konqressdə ifade verdiyi bir iclasda Qadde onunla birlikdədir

Qadde "Twitter"də işlədiyi müddətdə ümumiyyətlə diqqət çəkməyən bir mövqe tutub. Hətta "Politico" tərəfindən hazırlanan profildə Qadde "bu günə qədər eşitmədiyiniz ən əhəmiyyətli Silikon Vadisi idarəçisi" olaraq xarakterizə edilib.

Bununla belə, "Twitter"in son illərdə qəbul etdiyi bəzi mübahisəli moderasiya qərarları gözlərin Qaddeyə çevrilməsinə səbəb olub. Yuxarıda qeyd etdiyimiz kimi, tərəfdarlarının Konqres binasına basqın etməsindən sonra Trampın şəxsi və rəsmi hesabları "Twitter"də tamamilə bloklanıb. Həmin vaxt Havayda tətildə olan Dorsiyə zəng edən Qadde Trampı "Twitter"in zorakılığa təhrik etməyi qadağan edən siyasətini pozduğuna görə bloklamaq qərarına gəldiklərini bildirmişdi.

Gadde həm də startaplara sərmayə qoyan və uğurlu şirkətlərdə çalışan qadınlar üçün "bərabər iş üçün bərabər maaş" siyasətini müdafiə edən #Angels kollektivinin yaradıcılarından biridir. Bundan əlavə, onun səhiyyə məsələləri ilə məşğul olan "Mercy Corps" adlı xeyriyyə təşkilatının İdarə Heyətində yer aldığı da məlumdur.

ABŞ-da 2020-ci il seçkilərindən əvvəl indi prezident olan Co Baydenin oğlu Hunterin noutbukunda tapılan bəzi e-poçtları açıqlayan "New York Post" xəbərlərinin linkinin paylaşılmasına mane olan qərarın arxasında da Qadde dayanırdı.

Xəbərlərdəki e-poçtlarda Hunter Baydenin atası ilə əlaqə saxlanması üçün Ukrayna enerji şirkətinin rəhbəri arasında vasitəçilik etdiyi göstərilirdi. Xüsusilə mühafizəkarların paylaşımı ilə qısa zamanda yayılan xəbərlər Bayden ailəsinə qarşı "etik problem" kimi göstərilib. Bu məqamda "Twitter" e-poçtların "hack and leak" əməliyyatı ilə əldə oluna biləcəyindən şübhələnərək paylaşımı bloklayıb.

Dorsi bu qərarı dəstəkləmədiyini açıq şəkildə bildirmişdi. Ertəsi gün Qadde sözügedən siyasətin dəyişdiyini və "New York Post"un xəbərlərinin tvitlərdə görünməsinə icazə veriləcəyini açıqlamışdı. "New York Post"un "Twitter" hesabı iki həftəyə yaxın bloklandığı halda, digər media orqanlarının da iştirakı ilə kompüterin həqiqətən də Hunter Baydenə məxsus olduğu təsdiqlənmişdi.

Bu hadisə həm də mühafizəkarların "Twitter"ə qarşı tənqidlərinin əsasını təşkil edirdi. Maskın "çox açıq-aydın yersiz" olaraq tənqid etdiyi moderasiya qərarları da bu hadisə ilə bağlı idi.

Siyasətə gəlincə, Qadde Demokrat Partiyasına yaxın bir ad kimi tanınır. Rəsmi qeydlərə görə, son 20 ildə Demokrat namizədlərə 18 min dollardan çox pul bağışlayan Qadde ən son 2019-cu ildə Kamala Harris üçün 2700 dollarlıq çek yazıb. Onun siyasi baxışları və siyasi qərarları bir çox respublikaçının, xüsusən də Tramp tərəfdarlarının Qadde tərəfindən formalaşdırılan "Twitter" siyasətini "qərəzli" və "sola meylli" adlandırmasına səbəb olub. Qadde isə "Politico"ya verdiyi açıqlamada "Twitter"in son söz dediyi məqamlarda tərəf tutmadığını bildirib.

Maskın "Twitter"i alacağını deyərkən göz yaşlarını saxlaya bilməyib

Aprel ayında "Politico"da yayımlanan bir xəbərdə Qaddenin 350 nəfərlik komandasına Maskın "Twitter"i almaq prosesi haqqında məlumat vermək üçün toplantı keçirdiyi və burada danışarkən göz yaşlarını saxlaya bilmədiyi yazılırdı.

"Politico"ya danışan üç mənbə, görüşdə Maskın rəhbərlik etdiyi "Twitter" ilə bağlı mümkün ssenarilərin müzakirə edildiyini, Qadde isə şirkətin yaşaya biləcəyi dəyişikliklərlə bağlı narahatlığını ifadə edərək ağladığını bildirib. Xəbərdə fikirləri yer alan "Twitter" sözçüsü Trenton Kennedi Qaddenin göz yaşlarına boğulmasının səbəbinin "komandası ilə fəxr etməsi" olduğunu bildirib.

"Podcast" naşiri Saaqar Enjeti bu xəbəri tvit edərək, Qaddenin "New York Post" olayındakı rolunu vurğuladıqdan sonra Mask belə cavab vermişdi: "Məzmunu doğru olan bir xəbər yayımladı deyə məşhur media orqanının "Twitter" hesabını dayandırmaq olduqca yersizdir".

"Twitter" işçiləri aprel ayında yaşanan gərginliklər zamanı Maskın siyasətinin şirkəti yenidən başladığı nöqtəyə qaytaracağını və bunun son 10 ildəki hər şeyin silinməsinə, Qadde dövründə əldə edilən qazancların itirilməsiunə səbəb olacağını bildirirdi.

2010-cu illərin əvvəllərində şirkət rəsmiləri arasında "Twitter"in moderasiya siyasətinin yerli qanunları əks etdirməklə məhdudlaşmasına dair fikir üstünlük təşkil edirdi. Lakin aradan keçən zamanda baş verən zorakılıq, təqib və seçki saxtakarlığı hadisələri idarəçilərin fikirlərini dəyişməsinə səbəb olub. Həm "Twitter"də, həm də bir çox digər sosial media şirkətlərində məzmun moderasiyası siyasətləri söz azadlığını qoruyan ən fundamental elementə çevrilib.

"Twitter"in kiçik bir startap olduğu zaman qəbul etdiyi "Tvitlər axsın" fəlsəfəsinə uyğun olaraq onun platformadakı dialoqa müdaxiləsi çox məhdud idi. Uyğun olmayan məzmunun digər istifadəçilərin əks-tvitləri ilə boğulduğuna inanılırdı. "Twitter" yalnız spam xarakterli və ya uşaq istismarı, digər böyük cinayətlərə dair ABŞ qanunlarını pozan məzmunları silirdi.

2008-ci ildə "Twitter"in 25-ci işçisi kimi işə başlayan Del Harvi tam zamanlı məzmun moderasiyasından məsul olan ilk şəxs olub. 2010-cu ildə "Ərəb baharı" etirazlarının başlaması ilə "Twitter" fəalların səsini bütün dünyaya çatdırması üçün meqafona çevrildi və bir çox işçinin "Sonda yaxşı söz qalib gəlir" şüarına inamı təzələndi.

Lakin 2014-cü ildə "Twitter"in oyun sənayesindəki qadınlar, təcavüz və ölüm təhdidlərinin də daxil olduğu dəhşətli internet təqib kampaniyasının hədəfinə çevrildiyi zaman ortaya çıxdı. "Gamergate" kimi yaddaşlarda qalan bu hadisədən sonra "Twitter" moderasiya siyasətlərinin əhatəsini genişləndirməyə başladı.

2016-cı ilin sentyabrında Rusiyada yerləşən trol qrupu sakitcə 2700 saxta "Twitter" profili yaradıb onlardan Tramp və Hillari Klinton arasında qarşıdan gələn seçkilərlə bağlı nifaq salmaq üçün istifadə etdi. Saxta profillər aylarla fəaliyyətlərini aşkar edilmədən davam etdirdiyi halda ittihamlar da davam etdi. 2017-ci ildə Dorsi məzmun siyasətlərinin tətbiqinin şirkətin bir nömrəli prioriteti olacağını bəyan etdi.

Bir neçə ay sonra başlayan #MeToo hərəkatı zamanı qadınlar "Twitter"i boykot etdikdən sonra Dorsi şirkətin "hələ də kifayət qədər iş görmədiyini" yazıb. Bu etirafla yanaşı, Dorsi "Twitter"də qadağan olunmuş məzmunların siyahısını da açıqladı: Şəkildəki şəxsin razılığı olmadan paylaşılan çılpaq fotolar, nifrət simvolları və şiddəti tərifləyən tvitlər qadağan edildi.

2019-cu ilin oktyabrında "Twitter" qarşıdan gələn seçkilərdə yalan məlumatların yayılmasının qarşısını almağa yönəlmiş yeni siyasətini tətbiq etməyə başladı. Bu kontekstdə seçiciləri səs verməməyə yönəldən və ya səsvermə prosesləri ilə bağlı onları yanlış yönləndirən tvitlər qadağan olundu. Dorsi siyasi reklamın hər hansı formasını qadağan etdi, lakin sərt moderasiya qərarlarını əsasən Qaddenin ixtiyarına buraxdı.

Qadde həm də "Twitter"də siyasi reklamı qadağan edən siyasət dəyişikliyinin də memarı idi. Əvvəlcə bu dəyişikliyə qarşı olan Dorsi Qadde onu razı saldıqdan sonra - oktyabrın 30-da 11 tvit zəncirini paylaşaraq yeni siyasəti açıqladı. Platformanın qərarının arxasında 2016-cı il seçkilərindəki neqativ hadisələrdən alınan dərslər dayanırdı. "Spotify" və "Reddit" kimi digər platformalar daha sonra bu qadağanı qəbul etdilər. Əks siyasəti qəbul edən "Facebook" isə "Twitter"in bu addımlarının ictimaiyyətlə əlaqələr hiyləsi olduğunu iddia edirdi.

"Twitter" həmçinin tvitlərin sayını azaltmadan izləyicilərini məlumatlandırmaq üçün strategiya hazırladı. Seçkilərlə bağlı yalan və yanlış məlumatların yer aldığı tvitlərə müəyyən teqlər əlavə edildi və bu tvitlərin platformada yayılma sürəti məhdudlaşdırıldı

ABŞ-da 2020-ci ildə keçirilən prezident seçkilərinə hazırlıq çərçivəsində "Twitter" "deepfakes" adlı manipulyasiya edilmiş videoları qadağan etdi və istifadəçilərin haker əməliyyatları nəticəsində əldə edilən məzmunlarını paylaşmağı qadağan etdi. Bu siyasətin ən böyük sınağı Hunter Baydenin e-poçtları oldu.

Pandemiya dövründə "COVID-19"la bağlı bəzi mübahisəli tvitlərin silinməsi də ABŞ-da mühafizəkarların etirazına səbəb oldu. O zaman ittihamların hədəfi yenə Qadde idi.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 726   Tarix: 05 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571
.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.