Azərbaycan qarşısına qoyduğu məqsədlərə nail oldu

Azərbaycan qarşısına qoyduğu məqsədlərə nail olduNoyabrın 26-da Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilib. Görüşdə, regionda sabitlik və təhlükəsizliyə dair məsələlər, Azərbaycan ilə Ermənistanın bir-birinin ərazi bütövlüyünü tanıması, iki tərəf arasında sülh müqaviləsinin imzalanması, kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası və demarkasiyası, həmçinin postmüharibə dövrünün reallıqları ilə bağlı digər bir sıra məsələlər haqqında mühüm fikirlər səsləndirilib. Üçtərəfli görüşdən sonra Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş naziri mətbuata bəyanatla çıxış ediblər.Gözlənildiyi kimi, qalib Azərbaycanın Lideri - Prezident İlham Əliyev dəmir məntiq və yüksək diplomatik məharət nümayiş etdirdi, Azərbaycanın bəhs olunan məsələlərlə əlaqədar prinsipial mövqeyini növbəti dəfə qətiyyətlə ifadə etdi.
Dövlət başçısı Azərbaycanın bölgədə dayanıqlı sülhün, etibarlı təhlükəsizliyin və çoxşaxəli əməkdaşlığın təmin edilməsində maraqlı olduğunu, qarşıda duran vacib məsələlərin həllini tapmasının zəruriliyini nəzərə çatdırdı. Prezident İlham Əliyev vurğuladı ki, bu il ərzində Azərbaycan müharibənin nəticələrinin aradan qaldırılması və kommunikasiyaların bərpası işində maksimum konstruktivlik nümayiş etdirib. Dövlət başçısının bu fikri reallığın ifadəsi olmaqla yanaşı, Azərbaycanın postmüharibə dövründə qurucu və sabitləşdirici mövqeyinin ifadəsidir.Sirr deyil ki, ölkəmiz yeni şəraitdə - yeni reallıqlar fonunda regionda proseslərin tənzimlənməsi üçün həm vacib çağırışlarla, həm də müvafiq təklif və təşəbbüslərlə çıxış edir. Xüsusilə də, Azərbaycan ilə Ermənistanın bir-birinin ərazi bütövlüyünü tanıması, sülh müqaviləsinin imzalanması, sərhədlərin müəyyənləşdirilməsi məsələsində rəsmi Bakının mövqeyi mövcud reallıqlara əsaslanır və regional təhlükəsizliyə yönəlib. Azərbaycan Prezidenti görüş zamanı bu məsələlərə toxunaraq qeyd etdi ki, Ermənistan ilə Azərbaycan arasında sərhəd delimitasiyası aparılmayıb. "Buna görə biz dəfələrlə açıq bildirmişik ki, delimitasiya prosesinə təxirə salınmadan başlamağa hazırıq. Üstəlik, biz Ermənistan tərəfinə açıq təklif etmişik ki, qarşıdurmaya son qoymaq, bir-birinin ərazi bütövlüyünü, suverenliyini tanımaq və gələcəkdə qonşular kimi yaşamağı, yenidən qonşular kimi yaşamağı təşviq etmək üçün sülh müqaviləsi üzərində işə başlayaq", - deyə dövlət başçısı vurğuladı. Yeri gəlmişkən, üçtərəfli görüşlə əlaqədar Bəyanatda Rusiyanın məşvərətçi rolda olmaqla sərhədlərin delimitasiya və demarkasiyasına çağırış etməsi də bu baxımdan mühüm əhəmiyyətə malikdir.
Bunlarla yanaşı, Azərbaycan regionda yeni nəqliyyat dəhlizinin yaranması - kommunikasiya xətlərinin bərpası ilə əlaqədar həm səmərəli, faydalı ideya və təkliflər irəli sürür, həm də əməli addımlar atır. Zəngəzur dəhlizinin həyata keçirilməsi istiqamətində görülən işlər bunun bariz nümunəsi - əyani təsdiqidir. Digər tərəfdən, bölgədə yeni formatda çoxtərəfli əməkdaşlıq platformanın yaradılması - regional inteqrasiyanın sürətləndirilməsi ilə bağlı təşəbbüslər də Azərbaycanın postmüharibə dövründə qurucu, tənzimləyici və konstruktiv fəaliyyətinin təzahürüdür. Ümumiyyətlə, Azərbaycanın mövqeyi regional təhlükəsizlik və əməkdaşlıq müstəvisində tam adekvat yanaşma kimi xarakterizə olunur. Rusiya Prezidenti Vladimir Putinin sözügedən görüşdə səsləndirdiyi fikirlər də bu reallığın təsdiqidir. Bu, rəsmi Bakının fəaliyyətinin Cənubi Qafqazın yeni geostrateji dizaynında həlledici rol oynadığını və əsas götürüldüyünü bir daha təsdiqləyir. Yeri gəlmişkən, Prezident Vladimir Putin mətbuata bəyanatla çıxışında dəfələrlə "dəhliz" ifadəsindən istifadə etdi ki, bu da "Zəngəzur dəhlizi" layihəsinin Rusiya tərəfindən dəstəkləndiyini göstərən mühüm faktlardan biridir. Ümumiyyətlə, Azərbaycan Prezidentinin mövqeyi görüş çərçivəsində imzalanan Bəyanatda öz əksini tapdı. Digər tərəfdən, Bəyanatda "Qarabağ" sözünün olmaması Azərbaycanın haqlı, ədalətli və qətiyyətli mövqeyinin ifadəsidir. Soçi görüşündə səsləndirilənlər, eləcə də Paşinyanın fikirləri Ermənistanın reallıqları qəbul etməkdən, mövcud gerçəkliklər əsasında hərəkət etməkdən başqa çıxış yolu olmadığını göstərir. Yeri gəlmişkən, görüşlə bağlı yekun sənəddə erməni tərəfin həmişə iddia etdiyi əsir və ya girovlar məsələsinə toxunulmadı. Bununla yanaşı, üçtərəfli görüşdə avtomobil və dəmir yollarının açılmasını nəzərdə tutan layihələrə başlanması ilə bağlı qərarlar qəbul olunması da olduqca mühüm əhəmiyyətə malikdir.Görüşün əks etdirdiyi reallıqlardan biri də budur ki, Azərbaycan milli maraqlara əsaslanan, regional təhlükəsizliyə və əməkdaşlığa xidmət edən strateji məqsədlərini reallaşdırmağa davam edir. Üçtərəfli görüşdə Azərbaycan Prezidentinin, Rusiya Prezidentinin və Ermənistan baş nazirinin mətbuata bəyanatlarında əksini tapan məqamlar Soçi görüşünün nəticələrini müsbət qiymətləndirməyə əsas verir. Əminliklə söyləmək olar ki, Azərbaycan qarşısına qoyduğu məqsədlərə nail oldu.

Həcər Verdiyeva – Tarix elmləri doktoru, professor


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 749   Tarix: 03 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Allahşükür Paşazadə Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə noyabrın 15-16-da Omanda Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək. Bu barədə "Report"a QMİ-dən məlumat verilib. Bildirilib ki, Maskat Forumu Oman Sultanlığı, BMT-nin Soyqırımının Qarşısının Alınması üzrə Xüsus

14.11.2026 197
.

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56 % artıb

Bu ilin yanvar-sentyabr aylarında Türkiyə ərazisindən Suriyaya 1 milyard 197,1 milyon kubmetr həcmində Azərbaycan təbii qazı göndərilib. "Report" xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu - EPDK) hesabatında qeyd olunub. Bu göstəric

14.11.2026 195
.

Prezident İlham Əliyev COP31 çərçivəsində jurnalistin qeyri-adi sualını cavablandırıb - Video

Türkiyəli jurnalist Hamid İhtiyar Antalya şəhərində keçirilmiş COP31 çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevə qlobal iqlim dəyişikliyi ilə bağlı sual ünvanlayıb. xəbər verir ki, bununla bağlı jurnalist öz "Instagram" səhifəsində paylaşım edib. "Əgər dünyanın prezidenti olsaydınız

14.11.2026 196
.

Bakıda qızıl oğrusunun başqa əməlləri üzə çıxdı

Bakının Qaradağ rayonundakı evlərdən birindən 7050 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, əməli törədən F.Fərəcov müəyyən olunaraq saxlanılıb. Araşdırmada onun rayondakı digər evlərdən elektri

14.11.2026 220
.

Pirquluda qış mənzərəsi... - Fotolar

Qafqaz dağlarının yüksəkliklərində, Pirqulu ərazisində yerləşən Şamaxı Safari Parkının qış mənzərəsini əks etdirən yeni görüntülər paylaşılıb. "Qafqazinfo" xəbər verir ki, görüntülər "Experience Azerbaijan"ın sosial şəbəkə hesabında yerləşdirilib. Paylaşımda qış mövsümündə ərazidək

14.11.2026 282
.

Dondurucu soyuqlar gəlir - XƏBƏRDARLIQ

Dünya 2026-2027-ci illərin qışına qeyri-adi atmosfer hadisəsi ilə daxil olur. Şimal qütbü üzərindəki soyuq hava sistemində tarixdə ən erkən pozulma qeydə alınarkən, güclənən El Nino hava proqnozlarını dəyişdirib. Ekspertlər noyabrın sonu və dekabrın əvvəlində Avropa və Şimali Amerikada yeni soyuq hav

14.11.2026 331
.

TƏCİLİ! Azərbaycanda gəmilərə XƏBƏRDARLIQ EDİLDİ

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib. bildirir ki, xəbərdarlığa əsasən, noyabrın 15-i gündüz saatlarından Xəzər Dəniz Akvatoriyasında müşahidə olunaca

14.11.2026 264
.

İkinci əl avtomobil almaq istəyənlərə ŞAD XƏBƏR - VİDEO

Rəsmi dilerlər tərəfindən satılan bəzi ikinci əl avtomobillərin qiymətləri ucuzlaşa bilər. Buna səbəb həmin avtomobillərin satışına tətbiq edilən əlavə dəyər vergisinin (ƏDV) hesablanması qaydasının dəyişdirilməsinin təklif olunmasıdır. BİG.AZ "Xəzər" TV-yə istinadən xəbər verir ki, Milli Məclisd

00:13 138
.

Tramp özü ilə birlikdə milyarderi də Çinə aparacaq

İş adamı İlon Mask ABŞ Prezidenti Donald Trampı Çin səfərində müşayiət edəcək. -ın xəbərinə görə, bu barədə "Reuters" agentliyi Birləşmiş Ştatlar rəsmisinə istinadən məlumat yayıb. Səfər çərçivəsində ABŞ liderinin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) və Cənub-Şərqi Asiy

14.11.2026 163
.