"Mən seyidəm, İmam Hüseynin qədrini irançılardan yaxşı bilirəm!"
"İrançı qüvvələr məqsədyönlü şəkildə mənim çıxışımdan parçalar yayaraq guya dini inancları təhqir etdiyim barədə rəy yaratmaq istəyirlər".
"Qafqazinfo" xəbər verir ki, bunu REAL TV-nin rəhbəri, jurnalist Mir Şahin Ağayev öz feysbuk səhifəsində yazıb.
O, hazırda maraqlı vəziyyət yarandığını bildirib: "İran İslam Respublikasının Ermənistan (Qeyri-İslam) Respublikasını öz milli maraqlarının tərkib hissəsitək müdafiə etməsi, onun sərhədlərini özünün qırmızı xətti sayması, sırağagünədək qardaş dediyi Azərbaycana sarı silah tuşlayaraq, dron qaldıraraq, Araza mobil körpü salaraq hərbi texnikası ilə üzərimizə yürüş imitasiyası yaratması, Nikol Paşinyan başda olmaqla, Ermənistanı müdafiə etməklə Xocalı soyqırımı müəlliflərinin yanında olduğunu nümayiş etdirməsi qalıb bir kənarda, bu yanaşma tərzini pislədiyimə, ola bilsin bir az sərt, amma haqlı tənqid etdiyimə görə məni linç hədəfinə çevirirlər".
Mir Şahinin sözlərinə görə, İran İslam Respublikası inanclı insanların hissini işğal altındakı məscidlərimizdə donuz saxlayanlara susmaqla təhqir edib: "Mən yox! İnanclı insanlarımızı İrandan gələn azana Azərbaycanın səmimiyyətlə səcdə edən şiə camaatının etibarını ermənilərin ayağına verənlər təhqir edib, mən yox!
Mən seyidəm, ruhani ailəsində doğulmuşam, İmam Hüseynin də, Həzrət Abbasın da qədrini, dəyərini məqsədli irançılardan daha yaxşı bilirəm! Bazar günü mövzuya bir daha qayıdacağam. Görünür, daha bir açıqlamaya ehtiyac var! Amma İran İslam Respublikasının açıqlamasına olan ehtiyac daha böyükdür! Niyə Ermənistanın tərəfinə keçmək qərarına gəldi və ədalətli, öz tarixi haqqını bərpa etmiş Azərbaycanın yox, işğalçıların, Xocalı qatillərinin yanını seçdi? Bu suallara cavab verilməlidir! Mənim İmam Hüseyn həzrətlərinə, Həzrət Abbasa münasibətim hər bir səmimi Azərbaycan şiəsinin münasibətilə eynidir. Böhtanla, iftirayla diqqəti əsas mətləbdən yayındırmaq cəhdlərini yığışdırmaq, Azərbaycanın Qələbəsini həzm edə bilməmələrinin səbəbini izah etmək lazımdır! Azərbaycanı satıb İrana qaçan, orda hansısa Kərimə dövləti yaratmaqla bizi təhdid edən "soydaşlarımıza" görə cavab vermək lazımdır!
İmam Hüseyn, Həzrət Abbas kimi dəyərlərə isə toxunmayın! Onları ucuz siyasi məqsədlərinizə alət etməyin! Mövzu bu deyil! Mövzu İranın Ermənistana hər növ dəstəyidir! Pislənilməli, məhkum edilməli məsələ budur!"
Qeyd edək ki, o, bazar günü yayımlanan "Mir Şahinin vaxtı" verilişində İranın Azərbaycanla sərhəddə keçirdiyi hərbi təlimlər barədə danışaraq bu ölkənin Ermənistanın Qafan şəhərində konsulluq açmasını qınayıb. Bu zaman Mir Şahinin özünü ifadəsi zamanı dini şəxsiyyətlərin adından istifadə etməsi geniş müzakirələrə səbəb olaraq tənqid edilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1747 Tarix: 27 oktyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşNazirlik qeyri-sabit hava ilə bağlı - Müraciət yaydı
Fövqəladə Hallar Nazirliyin gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət yayıb. xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, noyabrın 15-i günün ikinci yarısından başlayaraq 16-sı axşamadək respublika ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasınd
14.11.2026 313 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü
Dağıstanda sambo üzrə Rusiya çempionatının bürünc mükafatçısı, 31 yaşlı Məhəmməd Davudov güllələnərək qətlə yetirilib. xəbər verir ki, bu barədə "Mash na sporte" "Telegram" kanalı məlumat yayıb. Bildirilib ki, banket zallarından birində keçirilən tədbirdə iştirak edən idmançı binada
14.11.2026 182 Tramp Putinlə görüşəcək? - Ağ Evdən açıqlama
ABŞ Prezidenti Donald Tramp 18-19 noyabr tarixlərində Şençjendə keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putin və Çin sədri Si Cinpin ilə görüşmək niyyətindədir. -ın "Reuters"ə istinadən xəbərinə görə, bu barədə Ağ Evin nümayəndəs
14.11.2026 201 Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - ARTIRILIR
"Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyy
14.11.2026 275 Pensiya və maaşların verilməsi ilə bağlı YENİLİK - Vətəndaşlar sevinəcək
Azərbaycanda əməkhaqları və pensiyaların ödənilməsi qaydası dəyişə bilər. Yeni təklifə əsasən, işçilərə verilən əməkhaqqı və digər ödənişlər elektron ödəniş sistemi vasitəsilə onların seçdiyi bank hesabına köçürüləcək. Bu yenilik hansı üstünlükləri vəd edir?. -a danışan iqtisadçı Elçin Rəşidov deyi
14.11.2026 252 Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlanıb
2027-ci il "Büdcə zərfi"ndə göstərilən fiskal risklərlə yanaşı, bir sıra digər amillər də dövlət maliyyə sabitliyinə təsir göstərə bilər. "Report" xəbər verir ki, bu barədə Hesablama Palatasının "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə verdiyi rəydə bildirilir
14.11.2026 194 2027-ci ildə pensiyaçılar üçün YENİ ARTIM - 640 manatla bağlı gözlənti
Azərbaycanda 2027-ci ildə əmək pensiyalarının artırılması gözlənilir. Gələn ilin dövlət büdcəsi və Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcə layihəsində pensiyaların təxminən 7,5 faiz indeksləşdirilməsi üçün 575,5 milyon manat vəsait nəzərdə tutulub. Eyni zamanda, gələn il orta aylıq əmək pensiyasını
00:11 152 Gələn il orta aylıq əməkhaqqı bu qədər artacaq
Cari ilin 9 ayında əhalinin gəlirləri real ifadədə 3,7% artaraq 72711,7 mln. manat təşkil edib. Orta aylıq əməkhaqqı cari ilin yanvar-avqust aylarında 2025-ci ilin müvafiq dövrünə nisbətən real ifadədə 1,4% artaraq 1173,0 manata bərabər olub. "Unikal" xəbər verir ki, bu barədə Hesablama Palatasını
01:14 93 Ötən gün Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb
Ötən gün Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Bildirilib ki, noyabrın 13-də ölkə ərazisində qeydə alınan 51, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis tərəfindən təmin olunub
14.11.2026 198