İşğaldan azad edilmiş ərazilərdə görülən işlər Prezidentimizin və xalqımızın quruculuq əzmindən xəbər verir

İşğaldan azad edilmiş ərazilərdə görülən işlər Prezidentimizin və xalqımızın quruculuq əzmindən xəbər verirPrezident İlham Əliyevin Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarına səfərləri əsnasında həmin rayonlarımızda həyata keçirilən geniş quruculuq işləri ilə bağlı dövlətimizin başçısının verdiyi göstərişlər, təməlini qoyduğu çoxsaylı müəssisələr və verdiyi mesajlar hər bir azərbaycanlıda qürur hissi doğurmaqdadır. Prezidentimizin səfəri əsnasında Zəngilan beynəlxalq hava limanının açılışı da həyata keçirildi ki, bu da dövlətimizin iqtisadi qüdrətindən, quruculuq əzmindən xəbər verir.
Zəngilan Beynəlxalq Hava Limanının həm iqtisadi, həm siyasi, həm də hərbi baxımdan mühüm əhəmiyyətə malik olduğunu qeyd edən C.Xəlilov bu hava limanının istifadəyə verilməsinin təkcə Zəngilan rayonunun deyil, bütün bölgənin iqtisadi inkişafına təkan verəcəyini, bölgənin nəqliyyat kommunikasiyasının özəyini təşkil edəcəyini vurğulayıb. Bildirib ki, bu hava limanı vasitəsi ilə yük və sərnişinlərin sürətli daşınmasını təşkil etmək mümkün olacaq. Bundan başqa, ehtiyac yaranacağı təqdirdə hava limanından hərbi məqsədlər üçün də istifadə oluna bilər ki, bu da təhlükəsizliyimiz və müdafiə qabiliyyətimizin möhkəmlənməsi baxımından mühüm önəm kəsb edir.
Zəngilan Beynəlxalq Hava Limanının açılışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı da əlamətdar hadisələrdən biridir: "Hava limanının açılışında Prezident Rəcəb Tayyib Ərdoğan da iştirak etdi ki, bu da qardaş Türkiyənin Azərbaycana, onun işğaldan azad edilmiş ərazilərdə apardığı quruculuq işinə nə qədər böyük önəm verdiyini göstərir. Rəcəb Tayyib Ərdoğan Zəngilan Beynəlxalq Hava Limanının önəmindən danışaraq bildirdi ki, bir ildə iki hava limanının açılışı etmək hər ölkənin işi deyil. Əslində, Türkiyə Prezidentinin bu sözləri Azərbaycanın iqtisadi gücünə, dövlət başçımızın və xalqımızın yaradıcılıq, quruculuq əzminə verilən qiymətdir.
Rəcəb Tayyib Ərdoğanın Zəngilan Beynəlxalq Hava Limanının açılışında iştirakının siyasi əhəmiyyəti də olduqca böyükdür. Bu səfər bir daha bütün dünyanın diqqətini Azərbaycan-Türkiyə qardaşlığının nə qədər möhkəm olduğuna yönəltdi. Bütün dünya bir daha anladı ki, Azərbaycan və Türkiyənin dostluğu əbədidir və bu ölkələrdən hər hansı birinə qarşı bədxah addım atmaq istəyən qüvvə olarsa, o zaman həmin qüvvə iki dövlətlə mübarizə aparacağını bilməlidir.
Prezidentin Cəbrayıl, Qubadlı və Zəngilana səfəri çərçivəsində uzun illər erməni işğalında qalan bu ərazilərdə ekologiyanın yaxşılaşdırılması istiqamətində də mühüm layihələrə start verildi. Cəbrayıl rayonu ərazisində yaradılacaq "Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi", "Ağıllı Tingçilik" və "Dostluq Meşəsi" Kompleksinin layihələri əsasında görülməsi planlaşdırılan işlər buna nümunədir.
Qubadlı rayonu ərazisində yaradılması nəzərdə tutulan "Zabuxçay" və "Bərgüşadçay" su anbarları, bütövlükdə bu bölgədə su təsərrüfatının yenidən qurulması kənd təsərrüfatının inkişafı ilə yanaşı, ekologiyamızın yaxşılaşmasına da mühüm töhfəsini verəcək.
Qubadlı şəhərinin baş planının hazırlanması, İşğal və Zəfər muzeyləri kompleksinin, Zəngilan şəhərində ilk yaşayış binasının, məktəb binasının təməlinin qoyulması dövlətimizin işğaldan azad edilmiş torpaqlarda böyük və miqyaslı işlər həyata keçirdiyini göstərir. Bütün bu işlər onu söyləməyə əsas verir ki, yaxın gələcəkdə bütün məcburi köçkünlərimiz doğma dədə-baba torpaqlarına qayıda biləcəklər.

Cəlil Xəlilov - Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları
Təşkilatının sədr müavini, polkovnik


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 740   Tarix: 21 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İranda nüvə hücumuna hazırlıq başladı: Əhaliyə yod paylayır

ABŞ-nin ehtimal olunan zərbəsi ilə bağlı yaranan təşviş fonunda İran hökuməti nüvə obyektlərinin yaxınlığında yaşayan sakinlərə yod həbləri paylamağa başlayıb. xəbər verir ki, bu barədə "The Times" nəşri İranın Səhiyyə Nazirliyinin nümayəndəsinə istinadən yazıb. Bildirilib ki, dərman preparatlar

17:30 158
.

Rəcəb Tayyib Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər" - Video

"Azərbaycanın 44 günlük müharibədə qazandığı şanlı Qələbə bütün Türk dünyasında sevinc doğurmaqda davam edir və tarixi ədalətin bərpasının göstəricisidir". BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada Azərbaycan Prezidenti İlham Əliyevl

17:41 152
.

İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan və ailə üzvləri Vətən Müharibəsi Qəhrəmanları ilə görüşdülər

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğanla birlikdə hərbi qulluqçularla görüşüblər. xəbər verir ki, görüşdə Vətən Müharibəsi Qəhrəmanları, eləcə də "Qarabağ" və "Zəfər" ordenlər

19:59 162
.

Ağdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib

Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli

21:29 130
.

Seneqal sahillərində qayıq qəzasında ən azı 21 miqrant həlak olub

Seneqal sahillərində miqrantları daşıyan qayığın batması nəticəsində ən azı 21 nəfər həlak olub. "Report" "Euronews"a istinadən xəbər verir ki, bu barədə Seneqalın Daxili İşlər Nazirliyi (DİN) bildirib. Axtarış-xilasetmə əməliyyatı davam edir, hələlik sağ qalan yalnız bir nəfər tapılıb

22:30 75
.

"Reuters": Rubio Dövlət Departamentində nizam-intizamı gücləndirməyi tələb edib

ABŞ-nin dövlət katibi Marko Rubio Dövlət Departamentinin yüksəkvəzifəli əməkdaşlarından öz səlahiyyətləri çərçivəsində hərəkət etməyi tələb edib və hökumətdəki əlaqələrindən asılı olmayaraq qeyri-etik davranışa görə işdən çıxarılmalarla bağlı xəbərdarlıq edib. "Report" xəbər verir ki, bu barəd

16:40 169
.

Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub - Video

8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub. xəbər verir ki, atəşfəşanlıq Dənizkənarı Bulvarda, Saat qülləsinin yaxınlığında baş tutub. Sözügedən görüntüləri təqdim edirik:

19:46 177
.

Azərbaycan və Türkiyə liderlərinin Şuşada görüşünə dair videoçarx

Prezident İlham Əliyevin sosial media hesablarında onun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Şuşada baş tutan görüşünə dair videoçarx paylaşılıb. BİG.AZ həmin paylaşımı təqdim edir:

19:37 172
.

Azərbaycanın və Türkiyənin birinci xanımları çay süfrəsi arxasında söhbət ediblər - Foto

Noyabrın 8-də Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan ilə çay süfrəsi arxasında söhbət ediblər. BİG.AZ xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb

17:39 196
.