"Qadınlarımız dəyişib, artıq onları tanımıram" - Xuraman Qasımova

"Qadınlarımız dəyişib, artıq onları tanımıram" - Xuraman Qasımova"Mən və bacım Fidan xanım (Xalq artisti Fidan Qasımova - red.) təhsilə böyük diqqətlə yanaşmışıq. Bəzən səhnəyə təhsilsizlər çıxır. Biz buna cəsarət etməzdik. Birincisi, sən özünü güvənli hiss edirsən, heç nədən çəkinmirsən, məsuliyyəti hiss edirsən. Nə zaman demək, nə zaman susmaq lazımdır anlayırsan".

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Xuraman Qasımova "Açıq söhbət" verilişində deyib. Opera ifaçısı "Deyirsiniz ki, bacımla məqsədimiz Azərbaycan mədəniyyətini tanıtmaq idi" sualına belə cavab verib:

"Onlar daha çox özlərini tanıtmaq istəyirlər. Deyə bilmərəm hamısı. Gənclərə deyirəm ki, bu, heç də asan məslək deyil. Başlayanda düşünmürdüm ki, sənəti fəth edəcəm, qazandığımız nailiyyətlər, uğurlar bizə nə verəcək. İndi səhnədə elə qəribə adamlar görürsən ki...".

Xuraman Qasımova "Estrada ifaçılarını götürsək, səhnə var? Səhnə artıq restoranlarda, toyxanalarda deyilmi" sualına belə reaksiya verib:

"İndi sizin suallarınızı cavablandırsam, məni top, tüfəngə tutarlar. Baxın, görün aparıcılar nə kimi hərəkətlərə yol verirlər, kimi tərifləyir, kimi söyürlər? Əvvəl televiziya az idi, amma aparıcılar bilirdi kimi çağıranda nə danışacaqlar. Biz indi nadir halda verilişə qatılırıq, bilmək istəyirik qarşımızda kim olacaq. Buna haqqım var ki, soruşum. Elə səviyyəsiz, yalan danışan, doğru bilgi verməyən, tamaşaçıya gerçəyi çatdırmayan, musiqi tarixini dəyişənlər var ki... Musiqi haqqında biliyi olmayan gəncləri çağırır söhbət edirlər. Sən nə bilirsən Niyazi nəyi sevirdi, necə hərəkətlər edir? Niyə onu qəddar və sərt insan kimi tanıyırlar? Axı o, elə deyil, siz onlarla elə söhbət etməmisiniz. Niyə belə şeylər danışırsınız?".

Opera ifaçısı hazırda gündəmdə olan ifaçılardan danışaraq tənqid edib:

"Biliksizlikdən, mədəniyyətsizlikdən irəli gəlir. Daxili aləmi boşdur. Bunlar hamısı mədəniyyətdir: gəzmək, yemək, baxış. Bəzən aparıcılar onları o qədər tərifləyirlər ki... Dünən çıxan ifaçı haqda elə yazırlar ki, deyir, böyük musiqiçiyəm, hər yerdə tanınıram. Axı səni kiçik bir çevrə tanıyır".

İfaçı sosial şəbəkələrdə qadınlarla bağlı yayılan videolardan, avtobusda qadının davasından bəhs edib:

"O, artıq Azərbaycan qadını deyil. Tərbiyədən, savadsızlıqdan... Qadınlarımız dəyişib, artıq onları tanımıram. Bizim Həcərimiz, Nigarımız, Natavanımız olub... Şövkət Ələkbərovanı səhnədə görmüşük, örnək olub. Siz nə vaxt onları "cıncıxlı-mıncıxlı", hərəkətli görmüsüz".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 914   Tarix: 21 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İranda nüvə hücumuna hazırlıq başladı: Əhaliyə yod paylayır

ABŞ-nin ehtimal olunan zərbəsi ilə bağlı yaranan təşviş fonunda İran hökuməti nüvə obyektlərinin yaxınlığında yaşayan sakinlərə yod həbləri paylamağa başlayıb. xəbər verir ki, bu barədə "The Times" nəşri İranın Səhiyyə Nazirliyinin nümayəndəsinə istinadən yazıb. Bildirilib ki, dərman preparatlar

17:30 158
.

Rəcəb Tayyib Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər" - Video

"Azərbaycanın 44 günlük müharibədə qazandığı şanlı Qələbə bütün Türk dünyasında sevinc doğurmaqda davam edir və tarixi ədalətin bərpasının göstəricisidir". BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada Azərbaycan Prezidenti İlham Əliyevl

17:41 152
.

İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan və ailə üzvləri Vətən Müharibəsi Qəhrəmanları ilə görüşdülər

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğanla birlikdə hərbi qulluqçularla görüşüblər. xəbər verir ki, görüşdə Vətən Müharibəsi Qəhrəmanları, eləcə də "Qarabağ" və "Zəfər" ordenlər

19:59 162
.

Ağdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib

Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli

21:29 130
.

Seneqal sahillərində qayıq qəzasında ən azı 21 miqrant həlak olub

Seneqal sahillərində miqrantları daşıyan qayığın batması nəticəsində ən azı 21 nəfər həlak olub. "Report" "Euronews"a istinadən xəbər verir ki, bu barədə Seneqalın Daxili İşlər Nazirliyi (DİN) bildirib. Axtarış-xilasetmə əməliyyatı davam edir, hələlik sağ qalan yalnız bir nəfər tapılıb

22:30 75
.

"Reuters": Rubio Dövlət Departamentində nizam-intizamı gücləndirməyi tələb edib

ABŞ-nin dövlət katibi Marko Rubio Dövlət Departamentinin yüksəkvəzifəli əməkdaşlarından öz səlahiyyətləri çərçivəsində hərəkət etməyi tələb edib və hökumətdəki əlaqələrindən asılı olmayaraq qeyri-etik davranışa görə işdən çıxarılmalarla bağlı xəbərdarlıq edib. "Report" xəbər verir ki, bu barəd

16:40 169
.

Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub - Video

8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub. xəbər verir ki, atəşfəşanlıq Dənizkənarı Bulvarda, Saat qülləsinin yaxınlığında baş tutub. Sözügedən görüntüləri təqdim edirik:

19:46 177
.

Azərbaycan və Türkiyə liderlərinin Şuşada görüşünə dair videoçarx

Prezident İlham Əliyevin sosial media hesablarında onun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Şuşada baş tutan görüşünə dair videoçarx paylaşılıb. BİG.AZ həmin paylaşımı təqdim edir:

19:37 172
.

Azərbaycanın və Türkiyənin birinci xanımları çay süfrəsi arxasında söhbət ediblər - Foto

Noyabrın 8-də Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan ilə çay süfrəsi arxasında söhbət ediblər. BİG.AZ xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb

17:39 196
.