İllərlə ac qalan məşhur ULDUZ– milyonçu ilə nişanlandı və...

İllərlə ac qalan məşhur ULDUZ– milyonçu ilə nişanlandı və...Bu gün bütün qadınlar 90-60-90 ölçülərini gözəllik standartı hesab edir. Bilirsinizmi ki, bu "bəlanı" başımıza məşhur britaniyalı aktrisa Odri Hepbörn açıb? Həm də istəyərək yox.

Lent.az "Bir ulduz axdı" layihəsi çərçivəsində bu dəfə Odri Hepbörn barədə söz açacaq.

Məşhur aktrisa uzun illər aclıqdan əziyyət çəkib, II Dünya Müharibəsi dövrünə düşmüş yeniyetməlik və gənclik illərində o qədər aclıq çəkib ki, bədəni bu travmanı sonralar da qaldıra bilməyib. O, ömrününü sonuna qədər anemiyadan, anereksiyadan əziyyət çəkib.

Lakin ekranlardakı zərif görüntüsü moda dünyasını geri dönüşü olmayan dəli bir cərəyanın içinə atdı, hər kəs Odri kimi olmaq üçün özünə zərər verməyə başladı.İllər keçsə də zərafət yarışı dayanmadı. Kim idi Odri?

Odri Ketlin Raston 1929-cu ilin mayında Brüsseldə dünyaya gəlib. Atası bankir, anası britaniyalı baronessa idi. Aristokrat əsl-nəcabətinə baxmayaraq, uşaqlığı və ilk gəncliyi əziyyətlə keçib. Yaşadığı şəhər faşistlərin işğalına məruz qaldıqdan sonra Odri ölüm qorxusu ilə soyadını dəyişərək, almanlara bənzəyən Hepbörn adını alır. Anası ailəni yaşada bilmək üçün hər bir ağır işi görür, amma yenə yarıac yaşayırdılar. Gənc qız müzikllərdə səhnəyə çıxmağa başlayır, elə orda da ilk dəfə kinoya təklif alır. Zərif, ceyran balasını xatırladan bu gözəlin ilk ekran işi uğurla alınır və dünya kino ulduzlarının sırasına düşməyi bacarır. Onun ifasında aristokrat qızlar sadə. səmimi, saf və gözəl görünürdülər, komik rolları da böyük ustalıqla ifa edirdi. Rejissorlar Odrinin baxışlarındakı gözəl təəccüb ifadəsini alma bilmək üçün çəkiliş zamanı onu tez- tez qorxudur, gözlərindəki ifadəni lentə alırdılar.

Odrini bütün dünyaya tanıdan "Roma tətilləri" filmi oldu. Bu filmdə məşhur Elizabet Teylorun yerinə onu çəkdilər. Elizabet əvvəl bunun üçün qalmaqal yaratsa da, sonralar Odrinin daha gözəl ifa etdiyini etiraf eləmişdi.

Bu filmdən sonra o 3 "Oskar"a layiq oldu, bir milyonçuyla nişanlandı. Lakin bu evlilik baş tutmadı. Həmin film ildırım sürətilə bütün dünyada yayıldı, Odrini həm Avropada, həm Hollivudda çəkməyə başladılar. Lakin birdən-birə o çəkilişlərdən uzaqlaşdı, 1967-ci ildə uzun bir fasiləyə ayrıldı, özünü ərinə, uşaqlarına həsr etdi.

Şəxsi həyatı

Odrinin şəxsi həyatı yalnız 50 yaşdan sonra istədiyi kimi alındı. Buna qədər o anasının israrları ilə zərəli vərdişlərə aludə olur (Anası ömrü boyu Odrinin bütün həyatını nəzarətdə saxlayırdı, "gözəl ledinin çəkisi 46 kilodan çox olmamalıdır" deyirdi. Buna görə Odri tütündən və alkoqoldan asılı qalmışdı, çox az yemək yeyirdi), evil kişilərlə eşq macəraları yaşayırdı. İlk evliliyi aktyorla olmuşdu və uğursuz nəticələnmişdi.

İkinci dəfə uğursuz bir aktyorla ailə qurandan sonra ərinin psixoloji təzyiqləri qadını dəli olmaq səviyyəsinə çatdırmışdı. O özü şöhrətlənmək üçün media qarşısına çıxan Odrinin əlinə yazılı mətnlər verir, yalnız özü barədə danışmasını tələb edirdi. Psixologiyası tamamən pozulmuş Odri ikinci ərindən də ayrılıb, öz psxoloqu ilə sevgi macərası yaşayır. Yalnız 50 yaşdan sonra əsl sevgisini tapır və ömrünün sonuna qədər üçüncü əri Robert Uolderslə birlikdə olur.

Odrinin ikinci evliliyindən Şon adlı bir oğlu doğulmuşdu.

Aktrisa 1976-cı ildə yaşlı qadın obrazlarıyla ekranlarda yenidən göründü. Odri daha sənətdən çox xeyriyyəçiliklə məşğul olmağa üstünlük verirdi. O UNİSEF-in xüsusi səfiri təyin edildi və bu vəzifəsiylə bütün dünyanı gəzməyə başladı. Niderland, ispan, italyan,ingilis, fransız və alman dillərini yaxşı bildiyinə görə, insanlarla asan dil tapırdı və həyatının sonuna kimi özünü səfil həyat keçirən uşaqların müdafiəsinə həsr etdi.

O dünyanın 20 ölkəsini gəzərək uşaqların taleyi ilə maraqlanır, kömək edirdi. Uzunmüddətli səfərlər bu zərif qadının sağlamlığına güclü zərər vermişdi. 1992-ci ildə Odri UNİSEF-əki fəaliyyətinə görə ABŞ prezidentinin "Azadlıq" medalına layiq görüldü. Keniya və Somali onun son səfəri oldu. Bu səfərlərə çıxarkən onun yoğun bağırsaqlarında xərçəng öz işini görmüşdü. Əməliyyat olunsa da effekt əldə edilmədi və Odri son günlərini ailəsi ilə keçirmək üçün İsveçrədəki evinə getdi. Ömrünün son yeni ilini, 1993-cü ili ailəsi ilə birlikdə qarşılayıb, 63 yaşında həyata vida etdi.

İllərlə ac qalan məşhur ULDUZ– milyonçu ilə nişanlandı və...İllərlə ac qalan məşhur ULDUZ– milyonçu ilə nişanlandı və...İllərlə ac qalan məşhur ULDUZ– milyonçu ilə nişanlandı və...İllərlə ac qalan məşhur ULDUZ– milyonçu ilə nişanlandı və...İllərlə ac qalan məşhur ULDUZ– milyonçu ilə nişanlandı və...


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1617   Tarix: 21 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

İranda nüvə hücumuna hazırlıq başladı: Əhaliyə yod paylayır

ABŞ-nin ehtimal olunan zərbəsi ilə bağlı yaranan təşviş fonunda İran hökuməti nüvə obyektlərinin yaxınlığında yaşayan sakinlərə yod həbləri paylamağa başlayıb. xəbər verir ki, bu barədə "The Times" nəşri İranın Səhiyyə Nazirliyinin nümayəndəsinə istinadən yazıb. Bildirilib ki, dərman preparatlar

17:30 158
.

Rəcəb Tayyib Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər" - Video

"Azərbaycanın 44 günlük müharibədə qazandığı şanlı Qələbə bütün Türk dünyasında sevinc doğurmaqda davam edir və tarixi ədalətin bərpasının göstəricisidir". BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada Azərbaycan Prezidenti İlham Əliyevl

17:41 152
.

İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan və ailə üzvləri Vətən Müharibəsi Qəhrəmanları ilə görüşdülər

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğanla birlikdə hərbi qulluqçularla görüşüblər. xəbər verir ki, görüşdə Vətən Müharibəsi Qəhrəmanları, eləcə də "Qarabağ" və "Zəfər" ordenlər

19:59 162
.

Ağdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib

Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli

21:29 130
.

Seneqal sahillərində qayıq qəzasında ən azı 21 miqrant həlak olub

Seneqal sahillərində miqrantları daşıyan qayığın batması nəticəsində ən azı 21 nəfər həlak olub. "Report" "Euronews"a istinadən xəbər verir ki, bu barədə Seneqalın Daxili İşlər Nazirliyi (DİN) bildirib. Axtarış-xilasetmə əməliyyatı davam edir, hələlik sağ qalan yalnız bir nəfər tapılıb

22:30 75
.

"Reuters": Rubio Dövlət Departamentində nizam-intizamı gücləndirməyi tələb edib

ABŞ-nin dövlət katibi Marko Rubio Dövlət Departamentinin yüksəkvəzifəli əməkdaşlarından öz səlahiyyətləri çərçivəsində hərəkət etməyi tələb edib və hökumətdəki əlaqələrindən asılı olmayaraq qeyri-etik davranışa görə işdən çıxarılmalarla bağlı xəbərdarlıq edib. "Report" xəbər verir ki, bu barəd

16:40 169
.

Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub - Video

8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub. xəbər verir ki, atəşfəşanlıq Dənizkənarı Bulvarda, Saat qülləsinin yaxınlığında baş tutub. Sözügedən görüntüləri təqdim edirik:

19:46 177
.

Azərbaycan və Türkiyə liderlərinin Şuşada görüşünə dair videoçarx

Prezident İlham Əliyevin sosial media hesablarında onun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Şuşada baş tutan görüşünə dair videoçarx paylaşılıb. BİG.AZ həmin paylaşımı təqdim edir:

19:37 172
.

Azərbaycanın və Türkiyənin birinci xanımları çay süfrəsi arxasında söhbət ediblər - Foto

Noyabrın 8-də Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan ilə çay süfrəsi arxasında söhbət ediblər. BİG.AZ xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb

17:39 196
.