Azərbaycanda niyə hicablı qadınlar vəsiqə şəklində başını açmalıdırlar?

Azərbaycanda niyə hicablı qadınlar vəsiqə şəklində başını açmalıdırlar?Bildiyimiz kimi, Azərbaycanda pasport üçün fotolarda baş örtüyündən istifadəyə icazə verilmir. Rusiya və ABŞ-da belə, hicablı xanımlar başlarını açmadan vəsiqə ala bilirlər. Azərbaycanın Daxili İşlər Nazirliyi ölkədəki bu qanunu Beynəlxalq Mülki Aviasiya Təşkilatının tələblərinə əsaslandırır. Lakin həmin təşkilatın 9303 nömrəli sənədində fotoşəkillərin yol verilən və yol verilməyən nümunələri dəqiq göstərilib. Nümunələrdə fotoşəklin çəkilməsi zamanı baş örtüklərindən istifadə edilməsinin yolverilməzliyi, istisna hal kimi isə səlahiyyətli dövlət orqanları tərəfindən konkret nəzərdə tutulmuş halların mövcudluğu qeyd olunub. Həmin hallara dini adətlər, tibbi göstərişlər və mədəni ənənələr aid edilib. Bununla belə, Azərbaycan Respublikasının qanunvericiliyində yuxarıda göstərilən müstəsna hallar nəzərdə tutulmur.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Sonxeber.az-a bildirib ki, vətəndaşın fotoşəkli Beynəlxalq Mülki Aviasiya Təşkilatının tələblərinə uyğun formada pasportu verən orqanda çəkilir:

"Fotoşəkil çəkilərkən üzün cizgiləri açıq vəziyyətdə olmalı və baş geyimlərindən, pariklərdən və digər vasitələrdən istifadəyə yol verilməməlidir.

Azərbaycan Respublikasının müvafiq qanunlarına əsasən vətəndaşın fotoşəkli Beynəlxalq Mülki Aviasiya Təşkilatının tələblərinə uyğun formada pasportu verən orqanda çəkilir. Həmin təşkilatın 9303 nömrəli sənədində fotoşəkillərin yol verilən və yol verilməyən nümunələri göstərilib. Həmin sənədə əsasən fotoşəkil çəkilərkən üzün cizgiləri açıq vəziyyətdə olmalı və baş geyimlərindən, pariklərdən və digər vasitələrdən istifadəyə yol verilməməlidir. Təsbit olunan nümunələrdə fotoşəklin başörtüyü ilə çəkilməsinin yolverilməzliyi, lakin istisna hal kimi səlahiyyətli dövlət orqanları tərəfindən konkret nəzərdə tutulmuş halların olduğu da qeyd olunub.

Bütün dünyada təhlükəsizlik məqsədilə pasport və şəxsiyyət vəsiqəsi üçün şəkillə bağlı bir sıra məhdudiyyətlər tətbiq olunur. Şəxsin üz görünüşü sənəddə tamamilə əks olunmalı, yəni, şəxsin üz quruluşu, sifət cizgiləri aydın olmalıdır. Başörtüyü vətəndaşın göz, ağız-burun, alın və çənə nahiyələrini örtməməlidir.

Eynəkdə isə məhz şəxsin göz nahiyəsi aydın görünməli, eynək onu qapamamalı, tünd olmamalı, tam şəffaf olmalıdır.

Bununla yanaşı, qanunvericilikdə şəxsin saqqalla şəklinin çəkilməsinə dair qadağa yoxdur. Əgər vətəndaş gündəlik həyatda saqqal saxlayırsa, saqqalla şəkil çəkdirə bilər".

Vəkil Hüseyn İsmayılov bildirib ki, məsələnin tənzimlənməsi dövlətlərin iradəsindən asılıdır:

"Hicablı xanımlardan şəkli çəkdirəndə hicabı çıxartmaq tələbi Azərbaycan Respublikası Qanunvericiliyinə zidd hesab olunmur, lakin yerli və beynəlxalq məhkəmələrdə mübahisələndirilə bilər.

Adıçəkilən Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) 9303 nömrəli Maşınla oxuna bilən səyahət sənədləri (Machine Readable Travel Documents) haqqında tələblərin bir qismi isə belədir:

- Foto ağ fonda və naxışsız olmalıdır, arxa fonda kölgə olmamalıdır, son vəziyyətini göstərmək üçün şəxs tərəfindən son 6 (altı) ay ərzində çəkilmiş olmalıdır.
- Üz tam görünməli, saç düzümü ilə birlikdə fotoşəkilin ortasında olmalıdır. Fotoşəkildə heç bir ləkə və ya əyilmə olmamalıdır. Rənglər neytral olmalı və üzün təbii rənglərini əks etdirməlidir. Kontrast yaxşı tənzimlənməli, detallar kifayət qədər kəskin və aydın olmalıdır.
- Gözlər açıq vəziyyətdə olmalı və aydın görünməlidir. Şəkil çəkərkən saçlar gözləri örtməməli və birbaşa kameraya baxmalıdır. İşıq üzə bərabər şəkildə əks olunmalı, əks və kölgə olmamalıdır.
- Fotoşəkildə "qırmızı göz" olmamalıdır. Gözlər aydın görünməli, eynəkdə əks olunmamalı, rəngli eynək və ya gün eynəklərindən istifadə edilməməlidir. Eynək lensinin kənarı və ya çərçivəsi gözləri örtməməli və ya onları örtəcək qədər qalın olmamalıdır.
- Uşaqların fotoşəkillərində başqa insanlar və əşyalar olmamalıdır.
- Fotoşəkildə şəxsin mütləq istifadə etdiyi eynək və buna bənzər aksesuarlar istisna olmaqla, papaqlar, papaqlar, borular və s. obyektlər mövcud olmamalıdır.
- Hicablı fotolarda üz çənənin ucundan alnına qədər görünməli, üzdə kölgə olmamalıdır.

Sənəddə hicablı fotolara dair tələblər də müəyən edildiyindən və Beynəlxalq Mülki Aviasiya Təşkilatı tərəfindən hicablı fotolara dair hər hansı qadağa olmadığından həmin məsələnin tənzimlənməsi dövlətlərin iradəsindən asılıdır. Odur ki, şəxsiyyət vəsiqəsində hicablı fotonun yerləşdirilməsinə yol verilməməsi və hicablı xanımlardan şəkli çəkdirəndə hicabı çıxartmaq tələbi Azərbaycan Respublikası Qanunvericiliyinə zidd hesab olunmur, lakin yerli və beynəlxalq məhkəmələrdə mübahisələndirilə bilər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 4070   Tarix: 21 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İranda nüvə hücumuna hazırlıq başladı: Əhaliyə yod paylayır

ABŞ-nin ehtimal olunan zərbəsi ilə bağlı yaranan təşviş fonunda İran hökuməti nüvə obyektlərinin yaxınlığında yaşayan sakinlərə yod həbləri paylamağa başlayıb. xəbər verir ki, bu barədə "The Times" nəşri İranın Səhiyyə Nazirliyinin nümayəndəsinə istinadən yazıb. Bildirilib ki, dərman preparatlar

17:30 158
.

Rəcəb Tayyib Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər" - Video

"Azərbaycanın 44 günlük müharibədə qazandığı şanlı Qələbə bütün Türk dünyasında sevinc doğurmaqda davam edir və tarixi ədalətin bərpasının göstəricisidir". BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada Azərbaycan Prezidenti İlham Əliyevl

17:41 152
.

İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan və ailə üzvləri Vətən Müharibəsi Qəhrəmanları ilə görüşdülər

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğanla birlikdə hərbi qulluqçularla görüşüblər. xəbər verir ki, görüşdə Vətən Müharibəsi Qəhrəmanları, eləcə də "Qarabağ" və "Zəfər" ordenlər

19:59 162
.

Ağdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib

Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli

21:29 130
.

Seneqal sahillərində qayıq qəzasında ən azı 21 miqrant həlak olub

Seneqal sahillərində miqrantları daşıyan qayığın batması nəticəsində ən azı 21 nəfər həlak olub. "Report" "Euronews"a istinadən xəbər verir ki, bu barədə Seneqalın Daxili İşlər Nazirliyi (DİN) bildirib. Axtarış-xilasetmə əməliyyatı davam edir, hələlik sağ qalan yalnız bir nəfər tapılıb

22:30 75
.

"Reuters": Rubio Dövlət Departamentində nizam-intizamı gücləndirməyi tələb edib

ABŞ-nin dövlət katibi Marko Rubio Dövlət Departamentinin yüksəkvəzifəli əməkdaşlarından öz səlahiyyətləri çərçivəsində hərəkət etməyi tələb edib və hökumətdəki əlaqələrindən asılı olmayaraq qeyri-etik davranışa görə işdən çıxarılmalarla bağlı xəbərdarlıq edib. "Report" xəbər verir ki, bu barəd

16:40 169
.

Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub - Video

8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub. xəbər verir ki, atəşfəşanlıq Dənizkənarı Bulvarda, Saat qülləsinin yaxınlığında baş tutub. Sözügedən görüntüləri təqdim edirik:

19:46 177
.

Azərbaycan və Türkiyə liderlərinin Şuşada görüşünə dair videoçarx

Prezident İlham Əliyevin sosial media hesablarında onun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Şuşada baş tutan görüşünə dair videoçarx paylaşılıb. BİG.AZ həmin paylaşımı təqdim edir:

19:37 172
.

Azərbaycanın və Türkiyənin birinci xanımları çay süfrəsi arxasında söhbət ediblər - Foto

Noyabrın 8-də Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan ilə çay süfrəsi arxasında söhbət ediblər. BİG.AZ xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb

17:39 196
.