İmtahandan keçənlər dövlət qulluğuna niyə qəbul ola bilmirlər? - AÇIQLAMA
"2016-cı ilə qədər dövlət qulluğuna imtahanlar Dövlət Qulluğuna Qəbul Komissiyası tərəfindən həyata keçirilirdi. Sonradan bu, Dövlət İmtahan Mərkəzinə birləşdirildi. Bu prosesin test mərhələsinin şəffaflığı ilə bağlı hər hansı şübhəmiz yoxdur. Yəni imtahan iştirakçılarının özlərinin fərdi əldə etdikləri biliklər vasitəsilə DİM-in imtahanında uğur qazanmağının şahidiyik".
Bu fikirləri BiG.AZ-a açılamasında təhsil eksperti Kamran Əsədov deyib.
Ekspert bildirib ki, dövlət qulluğuna qəbul üzrə test imtahanları şəffaf olsa da, iştirakçılar müsahibə mərhələsində çətinliklə üzləşirlər:
"Söhbət test imtahanından gedir. Yəni DİM tətəfindən keçirilən dövlət qulluğuna dair test imtahanları şəffafdır, obyektivdir, ədalətlidir. Amma test mərhələsindən sonra müsahibə mərhələsi başlayır. Çox təəssüflər olsun ki, dövlət qurumları çıxarılmış vakansiyaya həqiqətən də Azərbaycanda bilik və bacarıqlı kadr potensialının formalaşmasında müsbət rolu olacaq, xidmət sektorunu inkişaf etdirəcək şəxsləri yox, hansısa yollarla özünə yaxın olan yaxud razılaşdırılmış şəxslərin daha çox işə qəbulunda maraqlı olurlar. Bu prosesə, yəni müsahibə mərhələsinə, təəssüf ki, Dövlət İmtahan Mərkəzi müdaxilə edə bilmir. Onlar yalnız test mərhələsindən keçmə ilə bağlı sertifikatı təqdim edirlər və bundan sonrakı mərhələ, çox təəssüflər olsun ki, keçilməz yollar kimi çətindir. Yəni bu gün imtahanın test mərhələsi nə qədər şəffaf, obyektivdirsə, müsahibə mərhələsində biz bunun əksini açıq şəkildə görürük. Yəni gənclər bu prosesdən kənarda qalırlar. Ona görə də dövlət qulluğuna gedən gənclərin sayında son illər çox ciddi şəkildə azalma müşahidə olunur. Yəni onlar bilirlər ki, ciddi şəkildə burada kənar müdaxilə var, bilikli və bacarıqlı şəxslər kənarda qalırlar".
K.Əsədov təklif edib ki, bunun qarşısını almaq üçün hər iki mərhələyə nəzarət DİM-ə verilməlidir:
"Elə qurumlar var ki, test və müsahibə mərhələsindən keçiblər, lakin iki il ərzində onları ehtiyatda saxlayıb sonra da işə qəbul etməyiblər. Bu, ciddi bir problemdir. Bunun aradan qaldırılması üçün müsahibə mərhələsində dövlət qurumlarından gələn nümayəndələr çıxarılmalıdır və proses tam olaraq həm test, həm də müsahibə mərhələsində birbaşa DİM-ə verilməlidir. Bu gün gənclərin dövlət qulluğuna gəlmələrinə bu amil ciddi şəkildə öz mənfi təsirini göstərir. Dövlət qurumları savadlı gəncləri işə götürmür. Onların yerinə müqavilə ilə öz işçilərini saxlayırlar. Nə qədər vakant yer var və əksər işsiz gənclərimizi işlə təmin etmək mümkündür".
Nuranə
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1451 Tarix: 19 oktyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşKədxudayi: Hörmüz boğazı İranın milli təhlükəsizliyi ilə bağlıdır
Hörmüz boğazı İranın milli təhlükəsizliyi ilə sıx bağlıdır. "Report" ISNA-ya istinadən xəbər verir ki, bu barədə İranın Nizamın Məsləhətini Müəyyənləşdirmə Şurası Katibliyinin rəhbəri Abbas Əli Kədxudayi bildirib. İranın Ali rəhbəri Müctəba Xameneinin adıçəkilən şura ilə əlaqələndiricisi ola
21:15 134 İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan və ailə üzvləri Vətən Müharibəsi Qəhrəmanları ilə görüşdülər
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğanla birlikdə hərbi qulluqçularla görüşüblər. xəbər verir ki, görüşdə Vətən Müharibəsi Qəhrəmanları, eləcə də "Qarabağ" və "Zəfər" ordenlər
19:59 162 ABŞ Kanadanın İranla əlaqəli səkkiz qurumuna sanksiyalar tətbiq edib
ABŞ İranla əlaqəli sanksiyalar siyahısına Kanadada qeydiyyatdan keçmiş səkkiz qurumu əlavə edib. "Report" xəbər verir ki, müvafiq məlumat ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) saytında dərc edilib. Məlumata görə, məhdudiyyətlər valyuta mübadiləsi xidmətləri, pu
19:40 157 Azərbaycanda gələn il kənd təsərrüfatı xərclərinin gözlənilən strukturu açıqlanıb
2027-ci ildə Azərbaycanda dövlət büdcəsindən kənd təsərrüfatı üçün ayrılması nəzərdə tutulan 1 milyard 379,5 milyon manat vəsaitin 477 milyon manatı su təsərrüfatlarının idarə olunmasının təkmilləşdirilməsinə yönəldiləcək. "Report" xəbər verir ki, bu, gələn ilin büdcə zərfinin layihəsində ö
16:50 165 Ərdoğan: "Qarabağda bərpa edilən tarixi irs Azərbaycan xalqının gələcəyə olan inamını göstərir" - Foto
"Qarabağ Zəfərinin 6-cı ildönümünü Azərbaycan Prezidenti, əziz qardaşım İlham Əliyevlə birlikdə tarix, təbiət və mədəniyyət şəhəri olan gözəl Şuşada qeyd etməkdən məmnunluq duydum". xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sosial şəbəkə hesabındakı paylaşımında bildirib
18:21 176 Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - Foto/Video+YENİLƏNİB
Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada mətbuata bəyanatlarla çıxış ediblər. BİG.AZ AZƏRTAC-a istinadla xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti bəyanatla çıxış edib. Prezident İlham Əliyevin bəyanatı. - Hörmətl
18:41 218 Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rənglərinə büründü - Foto
Azərbaycanın 8 Noyabr - Zəfər Günü münasibətilə Türkiyənin paytaxtı Ankarada yerləşən məşhur TOBB əkiz qüllələri dövlət bayrağımızın rəngləri ilə işıqlandırılıb. xəbər verir ki, İstanbulda yerləşən məşhur körpü də Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb. Həmin görüntüləri təqdim edirik:
21:06 139 Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı Azərbaycan Prezidenti İlha
21:09 153 ADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib
"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy
22:17 93