Zəngilanın işğaldan azad olunması ilə Azərbaycan-İran sərhədi tam bərpa edildi

Zəngilanın işğaldan azad olunması ilə Azərbaycan-İran sərhədi tam bərpa edildiErməni millətçi və separatçıların 1988-ci ildən istər Elmənistan ərazisində, istərsə də Qarabağ bölgəsində yaşayan Azərbaycanlıların öz doğma yurd-yuvalarından çıxarılması siyasəti nəticəsində Azərbaycan 20 faiz torpaqlarından məhrum oldu. Bunun da nəticəsi idi ki, 1993-cü il oktyabrın 30-da Zəngilan rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. Rayonun 1 şəhər, 5 qəsəbə və 83 kəndi işğala məruz qaldı, 45 mindən çox əhali Azərbaycanın 43 rayonunda qaçqınlıq həyatı yaşamağa məcbur oldu.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə 2020-ci il sentyabrın 27-də başlamış II Qarabağ müharibəsi düşmən üzərində şanlı Qələbə ilə başa çatdı. 30 ilə yaxın işğal altında qalmış torpaqlarımız azad edildi. Cəbrayılın azad edilməsindən sonra zəngilana gedən qələbə yolu açıldı və qoşunlarımız bu torpaqları da düşmən tapdağından azad etmək üçün əməliyyatlara başladı. Oktyabrın 18-də Zəngilan uğrunda döyüşlər başlandı və artıq oktyabrın 20-də Prezident İlham Əliyev Zəngilanın azad edilməsi xəbərini xalqımıza çatdırdı. Üç gün davam edən döyüçlərdə əsgər və zabitlərimiz misilsiz qəhrəmanlıq göstərdilər, onlardan şəhid olan və yaralananlar oldu.
Zəngilanın işğaldan azad olunması ilə 132 kilometr uzunluğunda Azərbaycan-İran sərhədi tam bərpa edildi. Müharibədən dərhal sonra sərhəd boyunca bütün lazımi istehkam, mühafizə işləri görülməyə başlahdi.
Noyabrın 26-da Prezidentin Fərmanı ilə "Zəngilanın azad edilməsinə görə" medalı təsis edildi və Zəngilan uğrunda döyüşlərdə iştirak etmiş 6974 əsgər və zabit bu medalla təltif edildilər.
2020-ci il dekabrın 23-də Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva azad edilmiş Zəngilanda olan zaman bütün dünyaya bəyan etmişlər ki, Zəngilan əzəli Azərbaycan torpağıdır və burada çox tezliklə ikinci həyat başlayacaq, böyük işlər görüləcək və zəngilanlılar tezliklə evlərinə dönəcəklər. Cənab Prezident Zəngilanda görüləcək işlər haqqında danışarkən qeyd etdi ki, bizi burada böyük və təxirəsalınmaz işlər gözləyir. Birinci növbədə azad edilmiş torpaqlarımız minalardan təmizlənməli, təhlükəsiz zonaya çevrilməlidir. İnsanların bura qayıtması üçün kənd və qəsəbələr bərpa edilməlidir.
Zəngilanın bərpası, böyük Qayıdışın burada da həyata keçirilməsi Azərbaycan iqtisadiyyatı və kənd təsərrüfatına böyük təsir göstərəcək amillərdən biridir. Qeyd olunduğu kimi burada qiymətli qızıl yataqları və bir çox faydalı qazıntılar var. Onların planlı şəkildə istismarı ölkəmizin inkişafına təsir göstərən yeni bir amildir.
Zəngilanın yenidən bərpası, kəndlərin dirçəldilməsi ölkənin kənd təsərrüfatına böyük töhvədir. Burada heyvandarlığın inkişaf etdirilməsi üçün böyük zəmin vardır. Hazırlanmış layihələrin həyata keçirilməsi Zəngilanın Azərbaycan iqtisadiyyatına və mədəniyyətinə böyük töhvə verməsi deməkdir. Bu işdə zəngilanlıların böyük rolu var. Hazırda "Böyük Qayıdış" layihəsi uğurla həyata keçirilir. Birinci pilot layihəyə əsasən Zəngilanın Ağalı kəndində 200 evdən ibarət gözəl kənd salınıb. Kəndin genişləndirilməsi və əlavə 150 evin inşa edilməsi nəzərdə tutulub. Burada yaşayış üçün lazım olan bütün şərait yaradılıb. Bu ilin may ayında Ağalı kəndinin ilk sakinləri doğma torpaqlarında məskunlaşmağa başlayıblar. Ilin sonuna kimi daha bir qrup sakin öz döğma yurduna qayıdacaqdır.

Fuad Heydər - politoloq


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 980   Tarix: 17 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.