"Minaları təmizləmək üçün illər lazım olacaq" - Ukrayna baş nazir müavininin Oxu.Az-a MÜSAHİBƏSİ
Ukrayna ölkənin əvvəllər işğal olunmuş ərazilərini uğurla azad etməkdə davam edir. Bəs Ukrayna hökuməti azad edilmiş ərazilərdə hansı çətinliklərlə üzləşir?
Bildiyiniz kimi, Azərbaycan üçün bu yöndə əsas çətinlik tamamilə dağılmış infrastruktur və mina təhlükəsi idi (hesablamalara görə, artıq azad edilmiş Azərbaycan torpaqlarına bir milyondan çox mina basdırılıb).
Bəs Ukraynada vəziyyət necədir? Əsas aktual problemlər hansılardır?
Oxu.Az-ın ünvanladığı bu sualları Ukraynanın baş nazirinin müavini, müvəqqəti işğal olunmuş ərazilərin reinteqrasiyası üzrə nazir İrina Vereşçuk cavablandırıb:
- Son bir neçə həftə ərzində Ukrayna ordusu 9 000 kvadrat kilometrdən çox ərazidə 700-dən çox yaşayış məntəqəsini azad edib. Müvəqqəti İşğal Olunmuş Ərazilərin Reinteqrasiyası Nazirliyinin işi artıb. Biz işğaldan azad edilmiş bütün ərazilərin reinteqrasiyasını həyata keçirməliyik, ən əsası isə işğal altında yaşamaq məcburiyyətində qalan insanları. Dövlətin, qeyri-hökumət sektorunun və beynəlxalq əlaqələr üzrə mütəxəssislərin fəaliyyətini əlaqələndirməkdən ötrü xüsusi olaraq İşğal olunmuş ərazilər üzrə koordinasiya qərargahı yaradılıb. İlkin olaraq ordu və xüsusi xidmət orqanları stabilləşdirmə tədbirləri həyata keçirirlər. Sonra minalardan ilkin təmizləmə prosesi aparılır. Lakin ərazilərin tam şəkildə minalardan təmizlənməsi üçün illər lazım olacaq.
Siz doğru qeyd edirsiniz, əsas problemlərdən biri mina təhlükəsidir (Azərbaycanda olduğu kimi - red.). Biz hakimiyyət orqanlarının fəaliyyətini və asayişi bərpa edirik. Bununla belə, bizim əsas vəzifəmiz kritik infrastrukturun - işığın, suyun, qazın və istilik təchizatının tez bir zamanda bərpasını təmin etməkdir. Mobil rabitə və internetin bərpası da vacibdir.
Mənzil fondunun və mülki infrastrukturun məhv edilmə dairəsi çox böyükdür. Məsələni qəlizləşdirən amil odur ki, qarşıdan qış gəlir və hər yerdə müvafiq infrastrukturu bərpa etməyə vaxtımız çatmayacaq. Ona görə də azad edilmiş müəyyən ərazilərdə yaşayan əhalini soyuq dövr üçün ölkənin mərkəzinə və qərbinə təxliyə edirik.
Hərəkət imkanları məhdud insanlara, əlillərə və tənha qocalara xüsusi diqqət yetiririk. Biz çalışırıq ki, işğaldan azad edilmiş ərazilərdə tibbi xidmət, poçt şöbəsi, banklar və pərakəndə ticarət sahəsi ən qısa zamanda fəaliyyətə başlasın. Biz beynəlxalq donorların köməyi ilə işğaldan əziyyət çəkən və işğaldan azad olunan zaman ərazilərdə yaşayan sakinlərə birdəfəlik pul yardımı ayırırıq.
Biz azad edilmiş ərazilərdə hökumətin humanitar proqramlarını dəstəklədikləri üçün beynəlxalq humanitar təşkilatlara çox minnətdarıq. Biz azad edilmiş ərazilərin inteqrasiyasında böyük rol oynayan ukraynalı könüllülərimizə də sonsuz olaraq minnətdarıq.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 590 Tarix: 17 oktyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMedia və Yayım Şurası yaradıldı - Fərman
Azərbaycan Respublikası Media və Yayım Şurasının strukturu formalaşdırılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb. Fərmana əsasən, Media və Yayım Şurası Audiovizual Şuranın hüquqi varisidir, onun hüquq və öhdəlikləri, habelə əmlakı Şuraya keçir. Medi
13:32 169 1967-ci ildə ölümün astanasında olan qadının iddiası diqqət çəkdi
ABŞ-da yaşayan 83 yaşlı Ket Dankl 1967-ci ildə ölümün astanasında olduğunu, həmin vaxt cənnət və cəhənnəmlə bağlı görüntülər gördüyünü, daha sonra isə həyatının tamamilə dəyişdiyini iddia edib. xəbər verir ki, bu barədə Need To Know nəşri məlumat yayıb. Dankl bildirib ki, həmin il oğlunu itirib və b
11:36 222 Sabah 39 dərəcə isti olacaq
Avqustun 8-i gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 22-25 isti, gündüz 31-3
15:03 142 Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
Azərbaycanda bölgələrin hansı ərzaq məhsullarını daha çox istehlak etdiyi açıqlanıb. -ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, son dövrlər iqtisadi rayonlar üzrə qida məhsullarının adambaşına istehlakında ciddi fərqlər müşahidə olunub. Belə ki, çörək və çörək məhsullarının (una çevirməklə
22:45 1 "Mumiya"nın sirli döyüşçüsü illər sonra yenidən ekrana qayıdır
Uzun illər sonra israilli aktyor Oded Fehr yenidən "Mumiya" filmində oynayacaq. xarici KİV-ə istinadla xəbər verir ki, aktyor yeni çəkilən filmdə Ardet Bəy obrazını bir daha canlandıracaq. Ekran əsəri klassik trilogiyanın davamı olacaq. Filmdə Brendan Freyzer və Reyçel Vays da ilk hissələrdək
20:15 1 Bakıda bloqerin həyat yoldaşı qəfil vəfat etdi - Foto
Tanınmış jurnalist, teleaparıcı Turan İbrahimovun bacanağı vəfat edib. "Qafqazinfo" xəbər verir ki, T.İbrahimovun baldızının həyat yoldaşı Emin Səfiyarov qəfil dünyasını dəyişib. E.Səfiyarov özəl şirkətlərdən birində çalışırmış. Mərhumun həyat yoldaşı Pərvin Səfiyarova və onun bacısı Nərmi
12:04 429 "Toppuş bacı"nın ailəsində daha bir ağır itki
Mərhum Əməkdar artist Tünzalə Əliyevanın atası Məcid Əliyev vəfat edib. Axşam.az xəbər verir ki, M.Əliyev bu gün 88 yaşında dünyasını dəyişib. Qeyd edək ki, "Toppuş bacı" ləqəbi ilə tanınan aktrisa onkoloji xəstəlikdən əziyyət çəkirdi və 2023-cü ildə vəfat edib. Bir neçə gün əvvəl isə onu
17:15 103 İsti havalarda sağlam qalmağın yolu düzgün qidalanmadan keçir
"İsti hava həm maye itkisini artırır, həm də həzm sisteminin fəaliyyətinə təsir göstərir. Buna görə də bu mövsümdə qida seçimlərinə diqqət yetirmək sağlamlığın qorunması baxımından xüsusi əhəmiyyət daşıyır". Bunu BİG.AZ-a açıqlamasında qida eksperti Fərid Səfərov bildirib. O, qeyd edib ki
15:11 147 48 bal necə 50 oldu? - Sertifikasiyada cavab gözləyən suallar
"Müəllimlərin sertifikatlaşdırılması təhsildə keyfiyyətin yüksəldilməsi və pedaqoqların bilik və bacarıqlarının obyektiv qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Lakin belə bir sistemə etimadın formalaşması üçün imtahanın keçirilməsi ilə yanaşı, nəticələrin hesablanması və apellyasiy
15:40 171