Azərbaycan Fransanın vasitəçiliyinə "yox" deyir
Heç kəsə sirr deyilki, Fransa həmişə Ermənistanın yanında olub, onun işğalçılıq planlarına dəstək verib və indi də verir. Çoxsaylı erməni diasporunun yaşadığı Fransada ermənilərə hər zaman doğmalıq göstərilib, onların ən gizli və məkrli planlarına dəstək verilib. Son illərdə, xüsusilə də 44 günlük Vətən müharibəsi günlərində Fransanın dövlət rəhbərləri və ictimai xadimlərinin açıq-aşkar ermənipərəst mövqeyi nümayiş etdirmələri, işğalçıya hərtərəfli dəstək olmalarının əyani şahidi olmuşuq. Fransa təcavüzkar Ermənistanın yanında olub və bunu açıq şəkildə bəyan edib.
İyirmi üç aydır ki, əsasən Fransanın pozucu fəaliyyəti ucbatından müharibədə məğlub olan Ermənistan Azərbaycanla sülh müqaviləsi bağlamaqdan qaçır. Ordusu darmadağın olmuş məğlub ölkə sülhə gəlməkdən yayınır. Ancaq bu addıma Ermənistanı təhrik edənlər var və onların birincisi də Fransadır. Hətta bu günlərdə Makron Avropa İttifaqı və Azərbaycan tərəfindən arzuolunmaz qonaq sifəti ilə Praqa görüşündə özünü ortalığa soxaraq Ermənistanın xeyirinə çalışmağa cəhd etməkdən belə çəkinməyib.
Fransa Prezidenti Emmanuel Makron bu dəfə öz çıxışında Rusiyanı Cənubi Qafqazda və bu bölgənin hüdudlarından kənarda sabitliyi pozmaqda ittiham edib. Lakin deyəsən yaddan çıxarıb ki, Fransa özü Azərbaycandan və Ermənistandan 5000 kilometr uzaqdadır. Makron "France 2" telekanalına müsahibəsində Rusiyanı Ermənistan və Azərbaycanı son toqquşmalara məqsədyönlü şəkildə təhrik etdiyini söyləyib.Makronun iddiasına görə, Moskva son aylarda Azərbaycanın xeyirinə gərginliyi artırıb. Fransa prezidenti Azərbaycanı Ermənistana "hücum etməkdə" ittiham edib. O, əmin edib ki, Fransa Ermənistanı tək qoymayacaq: "Ermənistan bizim unikal əlaqəmiz olan ölkədir. Azərbaycan sərhəddə bir neçə dəfə hücuma keçib. Bunu qınadıq. Biz erməniləri tərk etməyəcəyik".
Fransa hökumətinin bu cür münasibəti çərçivəsində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması işində Fransanın hər hansı rol oynamasının heç bir mümkünlüyünü görmürük.Azərbaycanın nümayiş etdirdiyi xoş mərama baxmayaraq, Praqadakı görüşdən bir həftə sonra Fransa Prezidenti təhqiramiz, qəbulolunmaz, yalan və təxribat xarakterli bəyanatlarla çıxış edib. Bu bəyanatlarda o, Azərbaycanın dəhşətli müharibə törətdiyini bildirib, bununla da faktları manipulyasiya edərək, Fransa və dünya ictimaiyyətini çaşdırmağa səy göstərib. Azərbaycan beynəlxalq səviyyədə tanınan öz ərazisində müharibə aparırdı. Qarabağ bütün dünya tərəfindən Azərbaycanın tərkib hissəsi kimi tanınıb. Biz özünümüdafiə hüququndan istifadə edərək, ərazi bütövlüyümüzü güc hesabına bərpa etmişik.
Bütün qeyd edilənlər bir daha göstərdi ki, Fransa Ermənistan və Azərbaycan arasında danışıqlarda neytral tərəf deyil və Azərbaycan onun zorən vasitəçiliyini qəbul etməyəcək. İstər Birinci, istərsə də İkinci Qarabağ müharibələrində və münaqişənin davam etdiyi uzun illərdə Fransanın bizə qarşı təhdidləri yadımızdadır. Qısaca desək, Azərbaycan ədalətsiz ölkənin vasitəçiliyinə "yox" deyir.
Ramil Qədimquliyev – hüquqşünas, BDU-nin doktorantı
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 724 Tarix: 16 oktyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİsti havalarda sağlam qalmağın yolu düzgün qidalanmadan keçir
"İsti hava həm maye itkisini artırır, həm də həzm sisteminin fəaliyyətinə təsir göstərir. Buna görə də bu mövsümdə qida seçimlərinə diqqət yetirmək sağlamlığın qorunması baxımından xüsusi əhəmiyyət daşıyır". Bunu BİG.AZ-a açıqlamasında qida eksperti Fərid Səfərov bildirib. O, qeyd edib ki
15:11 147 Şirkətlər niyə bağlanır? Problemin görünməyən tərəfləri
"Azərbaycanda şirkətlərin fəaliyyətini dayandırması və ləğv edilməsi ilə bağlı xəbərlər son dövrlərdə daha çox diqqət çəkir. Mən hesab edirəm ki, bu prosesə yalnız ayrı-ayrı hüquqi şəxslərin taleyi kimi baxmaq düzgün deyil.Şirkətlərin bağlanması iqtisadiyyat üçün əhəmiyyətli indikatorlardan biridi
15:30 177 Bir səhv bütün vəsaitinizi itirməyinizə səbəb ola bilər
"Son vaxtlar "faizsiz kredit", "dövlət proqramı", "hesabınıza pul köçürəcəyik" kimi vədlərlə vətəndaşların bank kartı məlumatlarını ələ keçirməyə çalışan dələduzların sayı artır. Unutmayın ki, bank kartınızın nömrəsi, son istifadə tarixi, CVV kodu və bankdan göndərilə
14:28 163 "Oğlu Almaniyada təhsil alır, Azərbaycana gəlib-gəlmədiyini bilmirəm"
Mərhum aktrisa Çimnaz Sultanovanın oğlu hazırda Almaniyada təhsil alır. Anasının vəfatından sonra onun Azərbaycana gəlib-gəlməməsi barədə məlumatım yoxdur. Bunu aktrisa Sonaxanım Əliyeva Qaynarinfo-ya açıqlamasında deyib. Aktrisa mərhumun yaxınları ilə əlaqə saxlamadığını bildirib:. "Ona görə d
16:14 162 Ən ağıllı insanların iki qəribə xüsusiyyəti - Psixoloqlar AÇIQLAYIR
Kütləvi şüurda çox ağıllı insan obrazı adətən eyni cür görünür: o, həmişə öz əməllərində əmindir, tez düzgün qərarlar qəbul edir, təmkinini qoruyur və heç vaxt şübhə etmir. xarici mediaya istinadən xəbər verir ki, psixoloqlar reallıqda yüksək intellektin çox vaxt tamamilə başqa cür təzahür etdiyini iddi
18:30 2 1967-ci ildə ölümün astanasında olan qadının iddiası diqqət çəkdi
ABŞ-da yaşayan 83 yaşlı Ket Dankl 1967-ci ildə ölümün astanasında olduğunu, həmin vaxt cənnət və cəhənnəmlə bağlı görüntülər gördüyünü, daha sonra isə həyatının tamamilə dəyişdiyini iddia edib. xəbər verir ki, bu barədə Need To Know nəşri məlumat yayıb. Dankl bildirib ki, həmin il oğlunu itirib və b
11:36 222 20 manatlıq ödəniş ləğv olundu
Jurnalist vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə ödəniş ləğv edilib. "Qafqazinfo" xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı "Media haqqında" qanuna dəyişikliklərdə əksini tapıb. Qeyd edək ki, jurnalist vəsiqəsinin verilməsinə və dəyişdirilməsin
13:49 209 18 yaşlı ana 3 aylıq körpəsini öldürdü
Rusiyanın Krasnoyarsk diyarında 18 yaşlı ana üç aylıq oğlunu öldürüb. yerli mediaya istinadla bildirir ki, hadisə avqustun 5-də Ujur şəhərində baş verib. İlkin məlumata görə, gənc qadın uşağı və valideynləri ilə birlikdə yaşayırmış. Səhər saatlarında körpə ilə evdə tək qalıb və ağlayan uşağı sakitləşdirməy
18:15 1 Bu universitetlər BAĞLANA BİLƏR - XƏBƏRDARLIQ
Bakı Qızlar Universitetinin fəaliyyətinin dayandırılması ali təhsil müəssisələrinin fəaliyyəti məsələsini yenidən gündəmə gətirib. Bu qərar universitetlərin keyfiyyət standartlarına uyğunluğu, tədris və idarəetmə prosesləri, maddi-texniki baza və digər tələblərin nə dərəcədə vacib olduğunu göstərir
12:22 318