Alman alim Fransa Prezidentinə açıq etiraz məktubu yazaraq Azərbaycanı müdafiə edib

Alman alim Fransa Prezidentinə açıq etiraz məktubu yazaraq Azərbaycanı müdafiə edibAlmaniyalı alim, doktor Mixael Reynhard Hess Fransa Prezidenti Emmanuel Makrona açıq etiraz məktubu yazaraq, onun bu il oktyabrın 14-də "France 2" telekanalına verdiyi müsahibədə Azərbaycanla bağlı fikirlərinə tutarlı dəlillərlə tənqidi münasibət bildirib.

"Report" xəbər verir ki, açıq məktubu alim özünün feysbuk sosial şəbəkəsində paylaşıb.

"Nə Fransa, nə Ermənistan, nə də Azərbaycan vətəndaşıyam, bu ölkələrdə yaşayan xalqlardan heç biri ilə də etnik bağlılığım yoxdur, bununla belə, Ermənistan və Azərbaycan arasında münaqişə barədə bir neçə kitabın və məqalələrin müəllifi olan tədqiqatçı kimi Sizə kiçik bir açıq məktub yazmağı vacib saydım". E.Makrona müraciətini bu sözlərlə başlayan alman alim, ilk növbədə, Fransa Prezidentinin müsahibədə münaqişə barədə söylədiklərini özünün şəxsi fikri kimi qələmə verməsi ilə razılaşmır və onun mövqeyini həm də Fransanın rəsmi mövqeyi hesab etdiyini bildirir. Bunu aşkar məntiqsizlik kimi səciyyələndirən M.R.Hess yazır: "Çünki, bir tərəfdən siz Fransanı "vasitəçi qüvvələrin bir hissəsi" kimi təsvir edir, digər tərəfdən, həvəslə, böyük emosionallıqla və təsirli şəkildə vurğulayırsınız ki, Fransa bu münaqişədə Ermənistanı dəstəkləyir və ondan "əlini çəkməyəcək". Mən anlamıram, hər hansı dövlət və ya siyasətçi "vasitəçilik" səylərində iştirak etməklə neytral mövqedə olmalı ikən münaqişə tərəflərindən birinin tərəfini necə saxlaya bilər?".

Alman alim, həmçinin, hesab edir ki, məhz Fransa kimi tərəfsizliyi bacarmayan dövlətlərin vasitəçilik missiyası yerinə yetirən dövlətlərarası siyasi qurumların (Minsk qrupu kimi) tərkibində olması münaqişənin tənzimlənməsi üçün 1992-ci ildən həyata keçirilən diplomatik səylərin uğursuzluğunun səbəblərindən biridir.

E.Makronun Qarabağla bağlı qaranlıq tarixi, siyasi və hüquqi istinadlarını da qəbul etmədiyini bildirən M.R.Hess Fransa Prezidentinin "Gördüyünüz kimi, Dağlıq Qarabağ beynəlxalq səviyyədə tanınmadı və buna görə də münaqişə yarandı" sözlərini misal gətirir, keçmiş muxtar vilayətin daim Azərbaycanın tərkibində olduğunu xatırladır. Alman alim "Qarabağdan və Azərbaycanın digər rayonlarından bütün işğalçı qüvvələrin dərhal çıxarılması haqqında" 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Fransanın iştirakı ilə qəbul etdiyi qətnamələri də E.Makronun yadına salır. O, həmçinin Fransanın Prezidentinin diqqətini Normandiya əyalətindəki separatçıların, adalarla yaxınlığına görə, bu ərazinin Böyük Britaniyaya birləşdirilməsi barədə iddialara da yönəldir və yazır: "Siz çıxışınızda BMT-nin qəbul etdiyi beynəlxalq hüququn prinsiplərinə açıq və birmənalı şəkildə üstünlük vermir, sanki xalqlar və dövlətlər arasında münasibətlərdə, əksərən yersiz qeyri-rəsmi söhbətlərin istənilən vaxt "mübahisə" üçün dəlil kimi istifadə edildiyi, separatçıların işinə yarayan konsepsiyadan yapışırsınız".

M.R.Hess "müharibəni Azərbaycanın başlaması, əraziləri işğal etməsi" barədə Fransa Prezidentinin əsassız iddialarına da açıq məktubda tutarlı cavablar verir, 1991-ci ildən başlanan erməni təcavüzü, erməni silahlı dəstələrinin törətdiyi kütləvi qətllər, o cümlədən Xocalı hadisəsi barədə həqiqətləri xatırladır.

Almaniyalı alim ötən əsrin əvvəllərində baş verdiyi iddia edilən uydurma "erməni genosidi"ni Ermənistan-Azərbaycan konflikti kontekstində xatırlatmasını isə E.Makronun çıxışının ən təhlükəli məqamı kimi səciyyələndirir.

Fransa Prezidentinin müsahibəsində söylədiklərinin onun bir siyasətçi kimi ölkəsindəki erməni dairələri ilə yaxşı münasibət qurmaq istəyi ilə bağlı olduğunu ehtimal edən M.R.Hess onu qarşı tərəfindən səsini eşitməyə, fransızdilli mühitdə azərbaycanlıların dəlillərini ortaya qoyacaq çox az sayda araşdırmaçıları və publisistləri də görməyə çağırır, həmçinin, münaqişə tərəfləri arasında sülhə nail olmaq naminə E.Makrona vasitəçi və arbitr mövqelərini bir-birinə qarışdırmamağı tövsiyə edir.

Xatırladaq ki, 55 yaşlı alim Mixael Reynhard Hess hazırda Azad Berlin Universitetində və Giezen şəhər Universitetində çalışır. Azərbaycan ədəbiyyatına, tarixinə və mədəni irsinə dair bir neçə kitabın müəllifidir. Onun bu il çapdan çıxmış almanca "Şuşanın irsi. Azərbaycan mədəniyyət paytaxtının tarixi və inkişaf yolu" kitabının ADA Universitetində və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində təqdimatı təşkil edilib.

Açıq məktubun fransız dilində mətni ilə bu linkdə tanış olmaq mümkündür.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 586   Tarix: 16 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Mətbuat və Media və Yayım Şurasının kollektivi Zəfər abidəsini ziyarət edib

Azərbaycan Mətbuat Şurasının və Media və Yayım Şurasının kollektivi 8 noyabr Zəfər Günü münasibəti ilə Zəfər Parkında olublar. "Report" xəbər verir ki, ziyarət zamanı 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiraml

22:26 119
.

Ərdoğan Xocalı Soyqırımı Memorialının xatirə kitabına ürək sözlərini yazıb - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Xocalı şəhərində yerləşən Xocalı Soyqırımı Memorialını ziyarət ediblər. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Memorialın xatirə kitabına ürək sözlərini yazıb

21:00 148
.

Paraqvayın sabiq prezidenti ev dustaqlığına məhkum edildi

Paraqvayın sabiq prezidenti Santyaqo Penya impiçment qərarından dərhal sonra Asunson şəhərindəki şəxsi iqamətgahında saxlanılıb. xəbər verir ki, bu barədə ABC məlumat yayıb. Bildirilib ki, Penyanın tutulması noyabrın 6-da axşam saatlarında - Senat tərəfindən vəzifədən uzaqlaşdırılmasından sonra onu əvə

18:30 177
.

Bakıda 33 yaşlı kişi bıçaqlanıb

Bakıda 33 yaşlı kişi bıçaqlanıb. -ın əldə etdiyi məlumata görə, hadisə ötən gecə baş verib. Bakı sakini, 1993-cü il təvəllüdlü Nəcməddin Fəxrəddin oğlu Mehdiyev bıçaq xəsarətləri ilə xəstəxanaya çatdırılıb. O, dərhal əməliyyat olunub və Reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılı

23:30 47
.

İraqda "Kətaib Hizbullah" liderinin oğlunun həbsinə order verilib

İraqın məhkəmə orqanları "Kətaib Hizbullah" qruplaşmasının baş katibi Əbu Hüseyn əl-Həmidavinin oğlunun həbsinə order verib. "Report" "Al Hadath"a istinadən xəbər verir ki, order Bağdadın Əl-Bələdiyyat rayonunda yaşayan, 1994-cü il təvəllüdlü Əl-Hüseyn Möhsün Əhməd Fərə

22:45 99
.

ABŞ Kanadanın İranla əlaqəli səkkiz qurumuna sanksiyalar tətbiq edib

ABŞ İranla əlaqəli sanksiyalar siyahısına Kanadada qeydiyyatdan keçmiş səkkiz qurumu əlavə edib. "Report" xəbər verir ki, müvafiq məlumat ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) saytında dərc edilib. Məlumata görə, məhdudiyyətlər valyuta mübadiləsi xidmətləri, pu

19:40 163
.

Qubernator ABŞ prezidentliyinə namizəd olur: Pul toplamağa başladı

ABŞ-nin Florida ştatının qubernatoru Ron Desantis 2028-ci ildə keçiriləcək növbəti prezident seçkisində öz namizədliyini irəli sürmək üçün hazırlıqlara başıayıb. xəbər verir ki, bu barədə "The Washington Post" məlumat yayıb. Məlumata görə, Desantis Respublikaçılar Partiyasından ABŞ prezidentliyin

19:20 160
.

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb. "Report"un Gürcüstan bürosu xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub. Bu ölkənin aparıcı televiziya kanalları, xəbər agentliklər

23:03 84
.

Kədxudayi: Hörmüz boğazı İranın milli təhlükəsizliyi ilə bağlıdır

Hörmüz boğazı İranın milli təhlükəsizliyi ilə sıx bağlıdır. "Report" ISNA-ya istinadən xəbər verir ki, bu barədə İranın Nizamın Məsləhətini Müəyyənləşdirmə Şurası Katibliyinin rəhbəri Abbas Əli Kədxudayi bildirib. İranın Ali rəhbəri Müctəba Xameneinin adıçəkilən şura ilə əlaqələndiricisi ola

21:15 149
.