Bakıda gözəllik salonundan gələn qadın ərinin içki məclisini qana boyadı - ŞOK TƏFƏRRÜAT

Bakıda gözəllik salonundan gələn qadın ərinin içki məclisini qana boyadı - ŞOK TƏFƏRRÜATBakının Sabunçu rayonunda 1977-ci il təvəllüdlü Lalə şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı keçmiş əri Mehralını (adlar şərti verilib - red.) bıçaqlayıb.

BiG.AZ Teleqraf.com-a istinadən bildirir ki, hadisə bu il fevralın 21-də Ramana qəsəbəsində, Sovxoz Ramana yaşayış massivində baş verib. Lalə yaşadığı evdə Mehralını bıçaqlayıb.

İstintaq orqanı tərəfindən Lalənin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Lalə ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş Mehralı keçmiş həyat yoldaşıdır, həmçinin əmi qızı-əmi oğludurlar: "Biz 1998-ci ildə ailə qurmuşuq. Birgə nikahdan 2000-ci ildə Səlim, 2001-ci ildə isə Bahar adlı iki övladımız var. Ailə qurduqdan sonra həyat yoldaşımla ilk vaxtlarında münasibətlərimiz normal olsa da, sonradan Mehralı mütəmadi spirtli içki qəbul edərək evdə münaqişə yaratdı. Uşaqlarının gözü qarşısında məni döyürdü. Ailə münasibətlərimiz bu səbəbdən get-gedə pozuldu. Ərimin məni döyməsini və mütəmadi olaraq işgəncələr verməsi səbəbindən 2022-ci ilin yanvarın 18-də Sabunçu rayon Məhkəməsinin qərarı ilə aramızda olan nikah pozuldu".

Təqsirləndirilən şəxsin sözlərinə görə, nikahları pozulduqdan sonra yaşadıqları evi sataraq bölməyi qərarlaşdırıblar: "Eyni zamanda evimiz satılana qədər birlikdə həmin evdə yaşamağa razılaşdıq. Hər gün səhər işə getmişəm, axşam isə işdən çıxaraq yaşadığım evə gəlmişəm. Boşanmağımıza baxmayaraq Mehralı hər gün spirtli içkilər qəbul edib, sonra məni incidərək, döyməyə davam edib".

Lalə qeyd edib ki, fevralın 21-də, saat 20.10-da işlədiyi gözəllik salonundan evə gəlib: "Saat təqribən 21.00-da evə çatdım. Mehralının evin birinci mərtəbəsində yerləşən mətbəxdəki masada əyləşərək spirtli içki qəbul etdiyini gördüm. İçəri daxil olan kimi Mehralı nə üçün evə gec gəldiyimi soruşdu, mənə qarşı nalayiq ifadələr işlətməyə başladı. Mehralıya cavab verməyərək mətbəxdən çıxmaq istədim. Bu zaman ayağa qalxaraq mənə yaxınlaşdı və mətbəxdən çıxmağıma mane oldu, məni vurdu. Sonra daha da azğınlaşaraq iki əli ilə məni boğmağa başladı.

Mehralının əlindən çıxmağa çalışdım. Hiss etdim ki, mənə hava çatmır, mebelin üzərində olan bıçağı götürüb Mehralıya tərəf atdım. Bu vaxt onun bədənindən qan gəldiyini gördüm, özümü itirdim. Buna görə qaçaraq həyətdən çıxdım. Bıçağı evin giriş qapısının yanında olan taxtaların üzərinə atdım. Küçədən qışqıraraq kömək çağırdım".

Lalə deyib ki, qışqırıq səsinə qonşuluqda yaşayan evlərdən birindən bir nəfər çıxıb: "Ağlayaraq ondan kömək xahiş etdim. Həmin şəxs dərhal yanıma gəldi. Ondan həyat yoldaşımı xəstəxanaya aparmağa yardım istədim. Dərhal avtomobilini gətirərək evin qarşısında saxladı. Mehralını evdən çıxardaraq avtomobilə əyləşdirdim. Onu xəstəxanaya apardıq.

Yolda gedərkən qardaşım Sahibə zəng etdim və Mehralını bıçaqla vurduğumu dedim, xəstəxanaya gəlməsini bildirdim. Xəstəxanada Mehralını əməliyyat etdilər. Daha sonra qardaşım da gəldi. Mehralı cərrahi əməliyyatdan sonra baş verənləri danışdı. Polis əməkdaşları ilə birlikdə Sabunçu rayon Polis İdarəsinin istintaq şöbəsinə getdim. Əməlimidən peşmanam".

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Mehralının sözlərinə görə, ailə qurduqdan sonra ilk vaxtlar münasibətləri normal olsa da, sonradan xasiyyətləri uyğun gəlməməsi səbəbindən münasibətləri pisləşib: "Həqiqətən spirtli içkilərdən istifadə edirəm. Bu səbəbdən 2022-ci ilin yanvarının 18-də Sabunçu rayon Məhkəməsinin qərarı ilə Lalə ilə aramızda olan nikah pozuldu. Ev satılana qədər bir yerdə yaşamağı qərara aldıq. Lakin Lalə ilə heç bir formada ünsiyyət qurmadım.

Hər gün Lalə səhər saatlarında işlədiyi "Lalə" gözəllik salonuna gedib, axşam evə gəlib. Fevralın 21-də, saat təqribən 21.00-da Lalə evə gəldi. Ondan evə gec gəldiyini soruşdum. O da ayrıldıdığımızı, evə istədiyi vaxt gələ biləcəyini bildirdi. Bu sözündən sonra əsəbiləşdim. Aramızda mübahisə yarandı. Lalə mətbəxdən çıxaraq getmək istədi. Onun getməsinin qarşısını almaq üçün ayağa qalxdım. Bu zaman Lalə mətbəx mebelinin üzərində olan bıçağı götürərək məni vurdu".

Zərərçəkmiş qeyd edib ki, təqsirləndirilən şəxslə barışıblar. O, Lalənin azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş edib.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Lalənin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 1 il 6 ay sınaq müddəti olmaqla 3 il şərti cəza verilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1117   Tarix: 16 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Mətbuat və Media və Yayım Şurasının kollektivi Zəfər abidəsini ziyarət edib

Azərbaycan Mətbuat Şurasının və Media və Yayım Şurasının kollektivi 8 noyabr Zəfər Günü münasibəti ilə Zəfər Parkında olublar. "Report" xəbər verir ki, ziyarət zamanı 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiraml

22:26 119
.

Ərdoğan Xocalı Soyqırımı Memorialının xatirə kitabına ürək sözlərini yazıb - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Xocalı şəhərində yerləşən Xocalı Soyqırımı Memorialını ziyarət ediblər. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Memorialın xatirə kitabına ürək sözlərini yazıb

21:00 148
.

Paraqvayın sabiq prezidenti ev dustaqlığına məhkum edildi

Paraqvayın sabiq prezidenti Santyaqo Penya impiçment qərarından dərhal sonra Asunson şəhərindəki şəxsi iqamətgahında saxlanılıb. xəbər verir ki, bu barədə ABC məlumat yayıb. Bildirilib ki, Penyanın tutulması noyabrın 6-da axşam saatlarında - Senat tərəfindən vəzifədən uzaqlaşdırılmasından sonra onu əvə

18:30 177
.

Bakıda 33 yaşlı kişi bıçaqlanıb

Bakıda 33 yaşlı kişi bıçaqlanıb. -ın əldə etdiyi məlumata görə, hadisə ötən gecə baş verib. Bakı sakini, 1993-cü il təvəllüdlü Nəcməddin Fəxrəddin oğlu Mehdiyev bıçaq xəsarətləri ilə xəstəxanaya çatdırılıb. O, dərhal əməliyyat olunub və Reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılı

23:30 47
.

İraqda "Kətaib Hizbullah" liderinin oğlunun həbsinə order verilib

İraqın məhkəmə orqanları "Kətaib Hizbullah" qruplaşmasının baş katibi Əbu Hüseyn əl-Həmidavinin oğlunun həbsinə order verib. "Report" "Al Hadath"a istinadən xəbər verir ki, order Bağdadın Əl-Bələdiyyat rayonunda yaşayan, 1994-cü il təvəllüdlü Əl-Hüseyn Möhsün Əhməd Fərə

22:45 99
.

ABŞ Kanadanın İranla əlaqəli səkkiz qurumuna sanksiyalar tətbiq edib

ABŞ İranla əlaqəli sanksiyalar siyahısına Kanadada qeydiyyatdan keçmiş səkkiz qurumu əlavə edib. "Report" xəbər verir ki, müvafiq məlumat ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) saytında dərc edilib. Məlumata görə, məhdudiyyətlər valyuta mübadiləsi xidmətləri, pu

19:40 163
.

Qubernator ABŞ prezidentliyinə namizəd olur: Pul toplamağa başladı

ABŞ-nin Florida ştatının qubernatoru Ron Desantis 2028-ci ildə keçiriləcək növbəti prezident seçkisində öz namizədliyini irəli sürmək üçün hazırlıqlara başıayıb. xəbər verir ki, bu barədə "The Washington Post" məlumat yayıb. Məlumata görə, Desantis Respublikaçılar Partiyasından ABŞ prezidentliyin

19:20 160
.

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb. "Report"un Gürcüstan bürosu xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub. Bu ölkənin aparıcı televiziya kanalları, xəbər agentliklər

23:03 84
.

Kədxudayi: Hörmüz boğazı İranın milli təhlükəsizliyi ilə bağlıdır

Hörmüz boğazı İranın milli təhlükəsizliyi ilə sıx bağlıdır. "Report" ISNA-ya istinadən xəbər verir ki, bu barədə İranın Nizamın Məsləhətini Müəyyənləşdirmə Şurası Katibliyinin rəhbəri Abbas Əli Kədxudayi bildirib. İranın Ali rəhbəri Müctəba Xameneinin adıçəkilən şura ilə əlaqələndiricisi ola

21:15 149
.