Astanadakı 6-cı Zirvə Toplantısı ölkəmizin aparıcı rolunu bir daha təsdiq etdi

Astanadakı 6-cı Zirvə Toplantısı ölkəmizin aparıcı rolunu bir daha təsdiq etdiOktyabrın 13-də Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısının plenar iclası keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu mötəbər toplantıda iştirak edərək plenar iclasda çıxış edib.
Prezident İlham Əliyevin hazırda apardığı fəal xarici siyasət və diplomatik səylər Azərbaycanın həm Qərb, həm də Şərqdə mövqeyini gücləndirməklə ölkəmizi yeni yaranmaqda olan dünya düzənində fəal amilə çevirir. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafına mühüm töhfələr verməkdədir.
Bu gün Azərbaycan dünyanın yeni kommunikasiya xəritəsində vacib qovşağa çevrilir. Biz Azərbaycanın nəinki regional, eyni zamanda qlobal əhəmiyyətinin durmadan artdığının şahidiyik. Azərbaycan Prezidenti İlham Əliyevin şəxsi təşəbbüskarlığı nəticəsində artıq Orta Dəhliz logistika xətti reallaşmaqdadır. 2020-ci ildə Ermənistanın 30 illik işğalına son qoymaqla öz ərazi bütövlüyünü bərpa edən Azərbaycan bölgədə yeni siyasi və iqtisadi reallıqlar formalaşdırdı. Artıq Orta Dəhlizin önəmli hissəsini təşkil edəcək Zəngəzur dəhlizinin yaradılması yaxın gələcəyin yeni qlobal layihəsi kimi təqdir olunur.
Prezident İlham Əliyev 6-cı Zirvə Toplantısında çıxışı zamanı Azərbaycan tərəfindən həyata keçirilən genişmiqyaslı nəqliyyat infrastrukturu layihələri ölkəmizi ən mühüm beynəlxalq nəqliyyat və logistika mərkəzlərindən birinə çevrildiyini bildirib. Xüsusilə qeyd etmək lazımdır ki, aparılan uğurlu iqtisadi fəaliyyət nəticəsində 2022-ci ilin ilk doqquz ayı ərzində Azərbaycan ərazisindən keçən tranzit həcmi təxminən 65 faiz artıb.
Prezident İlham Əliyevin təşəbbüsləri və rəhbərliyi altında Azərbaycanda bir sıra mühüm nəqliyyat-logistika infrastrukturu yaradılıb və ölkəmiz beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunub. Bir sözlə, Qərblə Şərq arasında əsas körpü rolunu oynayan Azərbaycanın beynəlxalq statusunun möhkəmləndiyinin şahidi oluruq. Hazırda müşahidə etdiyimiz siyasi proseslər isə onu deməyə əsas verir ki, Azərbaycanın beynəlxalq əhəmiyyəti getdikcə daha da güclənəcək.
Qeyd etmək lazımdır ki, hazırda Azərbaycan və Türkiyə türkdilli dövlətlər arasında əlaqələrin inkişaf etdirilməsində strateji rol oynayır. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın praqmatik siyasəti məhz türkdilli dövlətlər arasında əlaqələrin genişlənməsinə yönəlib.
Qısa zaman kəsiyində Qırğızıstan və Qazaxıstan prezidentlərinin Azərbaycana, Prezident İlham Əliyevin Özbəkistana, Türkmənistana və Qırğızıstana səfərləri, imzalanan sənədlər, əldəolunan razılaşmalar əlaqələrin gələcək inkişafını istiqamətləndirir. Prezident İlham Əliyevin Praqa səfərindən sonra məhz Qırğızıstana və Qazaxıstana səfərləri də türkdilli ölkələrlə əməkdaşlığın nə dərəcədə əhəmiyyətli olduğunun göstəricisidir. Qırğızıstan və Qazaxıstan Ermənistanın da üzv olduğu KTMT-ya daxildir. Azərbaycanın Qırğızıstan və Qazaxıstanla yaxın əlaqələr qurması İrəvanın hərbi blok vasitəsilə Bakıya təzyiq imkanlarını neytrallaşdırılması baxımından çox əhəmiyyətli oldu.
Digər bir tərəfdən isə Azərbaycan böyük enerji resurslarına malik Türkmənistan və Qazaxıstanın təbii ehtiyatlarının dünya bazarına çıxarılması baxımından önəmli rol oynaya bilər. Avropanın Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrdəki enerji resurslarına ciddi ehtiyacının yaranması Azərbaycanın da daxil olduğu bu təşkilatın siyasi təsir imkanlarını daha da artırır.
2019-cu ildən bəri Azərbaycan üzv ölkələrin yekdil qərarı əsasında dünyada BMT-dən sonra ən böyük beynəlxalq struktur olan Qoşulmama Hərəkatına sədrlik edir. Sədrliyimiz yenə də yekdil qərar əsasında daha bir il, 2023-cü ilin sonuna qədər uzadılıb. Azərbaycan Qoşulmama Hərəkatı çərçivəsində həmrəyliyi gücləndirmək, bu Hərəkatın siyasi çəkisini və qlobal nüfuzunu artırmaq üçün böyük səylər göstərir.
Azərbaycanın bu istiqamətdə atdığı addımlar türkdilli dövlətlər arasında əlaqələrin sürətli inkişafı ticarət dövriyyəsinin artmasına, siyasi-iqtisadi əməkdaşlığın genişlənməsinə gətirib çıxaracaqdır.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1877   Tarix: 15 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rənglərinə büründü - Foto

Azərbaycanın 8 Noyabr - Zəfər Günü münasibətilə Türkiyənin paytaxtı Ankarada yerləşən məşhur TOBB əkiz qüllələri dövlət bayrağımızın rəngləri ilə işıqlandırılıb. xəbər verir ki, İstanbulda yerləşən məşhur körpü də Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb. Həmin görüntüləri təqdim edirik:

21:06 156
.

Ərdoğanın səsləndirdiyi "Şuşa gözləyir bizi" şeirinin müəllifi kimdir? - Video

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı "Şuşa gözləyir bizi" adlı şeiri səsləndirib. Türkiyə prezidentinin şeirin müəllifini qeyd etməməsi onun kimliyi ilə bağlı suallar yaradıb. -ın əldə etdiyi məlumata görə, şeirin müəllifi Əməkdar jurnalis

20:03 175
.

Kədxudayi: Hörmüz boğazı İranın milli təhlükəsizliyi ilə bağlıdır

Hörmüz boğazı İranın milli təhlükəsizliyi ilə sıx bağlıdır. "Report" ISNA-ya istinadən xəbər verir ki, bu barədə İranın Nizamın Məsləhətini Müəyyənləşdirmə Şurası Katibliyinin rəhbəri Abbas Əli Kədxudayi bildirib. İranın Ali rəhbəri Müctəba Xameneinin adıçəkilən şura ilə əlaqələndiricisi ola

21:15 149
.

"Bülbülə bənzədiyi üçün "Xarıbülbül" deyirik" - Video

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və Türkiyə Lideri Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər. "Qafqazinfo"nun məlumatına görə, bu zaman Prezidentlər arasında maraqlı söhbət baş tutub. Belə ki, Türkiyə Prezidenti "Xarıbülbül" çiçəyini "Orkide"ni

21:20 188
.

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər - Foto

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər. 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, üzv və tabe təşkilatların kollektivləri Zəfər abidəsini ziyarət ediblər

21:11 160
.

İraqda "Kətaib Hizbullah" liderinin oğlunun həbsinə order verilib

İraqın məhkəmə orqanları "Kətaib Hizbullah" qruplaşmasının baş katibi Əbu Hüseyn əl-Həmidavinin oğlunun həbsinə order verib. "Report" "Al Hadath"a istinadən xəbər verir ki, order Bağdadın Əl-Bələdiyyat rayonunda yaşayan, 1994-cü il təvəllüdlü Əl-Hüseyn Möhsün Əhməd Fərə

22:45 99
.

Azərbaycan 9 ayda təxminən 33 milyon dollarlıq xurma ixrac edib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 41 min 414,5 ton xurma ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə xurmanın dəyəri 32,7 milyon ABŞ dolları olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 6 min 311,9 ton (13,2 , dəyər baxımında

18:40 171
.

Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - Foto/Video+YENİLƏNİB

Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada mətbuata bəyanatlarla çıxış ediblər. BİG.AZ AZƏRTAC-a istinadla xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti bəyanatla çıxış edib. Prezident İlham Əliyevin bəyanatı. - Hörmətl

18:41 221
.

Ağdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib

Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli

21:29 150
.