Bahalaşma şadlıq saraylarına da təsir edib: Qiymətlər 45 manatdan başlayır - SORĞU
Məhərrəm və Səfər ayları başa çatdıqdan sonra ölkəmizdə sentyabrın 27-dən etibarən toy məclislərinin keçirilməsinə başlanıldı. Ölkəmizdə davam edən bahalaşma şadlıq sarayları və restoranlardan da yan keçməyib. Menyu qiymətlərinin əvvəlki illərə nisbətən kəskin şəkildə yüksək olduğu, bu səbəbdən də müraciət edənlərin sayında azalma müşahidə edildiyi bildirilib.
Mövcud durumla maraqlanmaq üçün Oxu.Az-ın əməkdaşı restoranlar arasında sorğu keçirir.
Şadlıq saraylarından birinin səlahiyyətlisi standart menyu tətbiq etmədiklərini bildirib:
"Ölkəmizdə davam edən bahalaşma, əlbəttə ki, şadlıq saraylarına da öz təsirini göstərir. Lakin biz menyunu əvvəlki kimi tərtib etmişik. Qiymət qaldırmırıq. Menyunu yerində danışırıq. Standart qiymət yoxdur. Ortalama 40-45 manatdır. Qiymət ev sahibinə görə müəyyən edilir".
Səlahiyyətli gediş-gəlişin azlığından şikayətlənib:
"Müraciət edənlərin sayında kəskin azalma müşahidə olunur. Son aylarda gediş-gəliş çox azalıb".
Digər bir şadlıq sarayı isə minimum menyularının 45 manatdan başladığını söyləyib:
"Qiymətlər çox qalxıb. Biz menyu qiymətlərini artırmamışıq. Müştəri gələndə endirim istəyir. Endirim edəndə də ziyana gedirik. Minimum qiymət 45-dən başlayır. Müəyyən endirimlər olur. Müraciət edənlərin sayında da get-gedə azalma müşahidə olunur. Oktyabr, noyabr və digər aylar çox zəifdir. Halbuki əvvəllər noyabr və dekabrda müraciət edənlər çox olurdu".
Başqa bir restoran səlahiyyətlisi isə menyunun fərdə görə dəyişdiyini qeyd edib:
"İnsanların müraciəti azalıb. Bu, şübhəsiz ki, belədir. Qiymət artımı yoxdur. Sadəcə olaraq incəliklər var. Biz bir nəfərlik üçün qiyməti 35-40 manat edə bilirik. Amma gərək qonaq sayı 300-350 nəfər olsun ki, biz o toyu edə bilək. Standart menyu qiyməti tətbiq etməmişik. Müştəri ilə danışıb yerindəcə tərtib edirik. Kimsə menyuda fərqli təam istəyirsə, o təamın qiymətini iştirak edən insan sayına görə hesablayıb menyunun üzərinə əlavə edirik. Menyunun tərkibinə görə, qiymətlər müəyyənləşir. Bir qiymət siyasəti aparmırıq. İnsanlara uyğunlaşmağa çalışırıq.
Müraciətlərdə qonaq sayları azalıb. 300 əvəzi 100-150 nəfər gəlir. Bunu da etmək bizə sərf etmir. Çünki işçilərin maaşlarını ödəmək lazımdır. Bizdə qiymətlərdə bahalaşma yoxdur. Çox münasib qiymətlərdir. Minimum 45 manatdır. Noyabr ayı üçün zəiflik var. O da başa düşüləndir. Oktyabr ayında toylar çox olub deyə zəifləyib. Gözləniləndir".
Restoranlardan biri başlanğıc menyunun 120 manat olduğunu bildirib:
"Bahalaşma menyu qiymətlərinə də öz təsirini göstərir. Standart menyu 120 manatdır. Müraciətlər bir qədər azalıb. Amma müraciət edənlər o qədər də az deyil".
Digər bir şadlıq sarayında isə minimum menyu 70-75 manatdır:
"Menyu qiymətlərinin dəyişməsi gözləniləndir. Təbii prosesdir. Standart menyumuz 70 manatdan başlayır. Lakin müştəri sayı da az deyil".
Müşahidələrdən aydın oldu ki, ən aşağı menyu 45 manatdır. 30-35 manata demək olar rast gəlinmədi.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 701 Tarix: 15 oktyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşKonor Makqreqor oktaqona qayıdır
İki çəki dərəcəsində sabiq UFC çempionu, irlandiyalı ulduz Konor Makqreqor dizindən keçirdiyi əməliyyatın uğurla başa çatdığını müjdələyib və oktaqona möhtəşəm qayıdış üçün hazırlıqlara başladığını bildirib. xəbər verir ki, bu barədə məşhur idmançı sosial şəbəkə hesabında paylaşım edib. "Əməliyya
07.08.2026 0 18 yaşlı ana 3 aylıq körpəsini öldürdü
Rusiyanın Krasnoyarsk diyarında 18 yaşlı ana üç aylıq oğlunu öldürüb. yerli mediaya istinadla bildirir ki, hadisə avqustun 5-də Ujur şəhərində baş verib. İlkin məlumata görə, gənc qadın uşağı və valideynləri ilə birlikdə yaşayırmış. Səhər saatlarında körpə ilə evdə tək qalıb və ağlayan uşağı sakitləşdirməy
07.08.2026 1 Dünyada şəkər qıtlığı təhlükəsi artır: Ən böyük təsir Avropada hiss olunacaq
Əkin sahələrinin azalması və anomal isti hava şəraiti səbəbindən Avropada şəkər istehsalının son on ildən artıq müddətdə ən aşağı səviyyəyə enəcəyi proqnozlaşdırılır. Bu isə qlobal şəkər qıtlığı ilə bağlı narahatlıqları artırır. Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb
07.08.2026 1 Toyuq döşünü səhv bişirirsiniz: ətin şirəli və yumşaq olması üçün nə etməli
Toyuq döşü yüksək zülal tərkibi, tez bişməsi və müxtəlif qarnirlərlə uyğunluğu sayəsində ən çox istifadə olunan məhsullardan biridir. Ancaq bir çox insanın qarşılaşdığı ümumi problem var - bişdikdən sonra ətin quru və sərt olması. xarici mediaya istinadən xəbər verir ki, bunun qarşısını almaq düşündüyünüzdə
07.08.2026 1 İsti havalarda sağlam qalmağın yolu düzgün qidalanmadan keçir
"İsti hava həm maye itkisini artırır, həm də həzm sisteminin fəaliyyətinə təsir göstərir. Buna görə də bu mövsümdə qida seçimlərinə diqqət yetirmək sağlamlığın qorunması baxımından xüsusi əhəmiyyət daşıyır". Bunu BİG.AZ-a açıqlamasında qida eksperti Fərid Səfərov bildirib. O, qeyd edib ki
07.08.2026 147 Ən ağıllı insanların iki qəribə xüsusiyyəti - Psixoloqlar AÇIQLAYIR
Kütləvi şüurda çox ağıllı insan obrazı adətən eyni cür görünür: o, həmişə öz əməllərində əmindir, tez düzgün qərarlar qəbul edir, təmkinini qoruyur və heç vaxt şübhə etmir. xarici mediaya istinadən xəbər verir ki, psixoloqlar reallıqda yüksək intellektin çox vaxt tamamilə başqa cür təzahür etdiyini iddi
07.08.2026 2 2018-ci ildə dünya səssizcə əbədi dəyişdi, amma heç kim fərqinə varmadı: nə baş verdi
İndiki nəsildən əvvəlki hər bir nəsil kiçik uşaqların yaşlılardan çox olduğu bir dünyada böyümüşdü. Dünya sadəcə olaraq belə qurulmuşdu və bütün yazılı tarix boyunca bütün planet üçün bu, belə idi. Və sonra, səssizcə, heç bir elan olmadan, bu, həqiqət olmaqdan çıxdı. xarici mediaya istinadən xəbər veri
07.08.2026 1 Bakıda bloqerin həyat yoldaşı qəfil vəfat etdi - Foto
Tanınmış jurnalist, teleaparıcı Turan İbrahimovun bacanağı vəfat edib. "Qafqazinfo" xəbər verir ki, T.İbrahimovun baldızının həyat yoldaşı Emin Səfiyarov qəfil dünyasını dəyişib. E.Səfiyarov özəl şirkətlərdən birində çalışırmış. Mərhumun həyat yoldaşı Pərvin Səfiyarova və onun bacısı Nərmi
07.08.2026 429 Məhkəmədə Sənubər də dindirilib
Xəbər verdiyimiz kimi, bloqer İlduzə Hacıyevanın (Arzum) növbəti apellyasiya məhkəməsi keçirilib. Axşam.az xəbər verir ki, məhkəmə zamanı blogerin vəkillərinin təkrar ekspertiza təyin edilməsi istəyi təmin olunub. Məhkəmə qeyri-müəyyən vaxta təyin edilib. Məhkəmədə qəza zamanı avtomobildə olan Sənubə
07.08.2026 218