Türkiyədə partlayışda ölənlərin sayı 40-a çatdı: Ərdoğan hadisə yerinə yollanır – YENİLƏNİB + FOTO/VİDEO

Türkiyədə partlayışda ölənlərin sayı 40-a çatdı: Ərdoğan hadisə yerinə yollanır – YENİLƏNİB + FOTO/VİDEOTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bartında mədəndə baş verən partlayışla bağlı başsağlığı verib.

"İtirdiyimiz mədənçi qardaşlarımızın ailələri və uşaqları bizim əmanətimizdirlər. Həyat itkisini kompensasiya edə bilməsək də, vəfat etmiş bacı-qardaşlarımızı geri qaytara bilməsək də, onların ailələrinin qayğısına qalacağıq", - deyə Ərdoğan "Twitter" hesabında paylaşım edib.

Baş verən hadisə ilə bağlı Diyarbəkir proqramını ləğv edən Türkiyə lideri bu gün Bartına - hadisə yerinə gedəcəyini bildirib.

"Ədliyyə orqanlarımız canımızı ağrıdan, ciyərlərimizi parçalayan bu faciəli hadisəni ətraflı araşdıracaq, ən kiçik səhlənkarlığı belə cavabsız qoymayacaqdır. Bir azdan Bartına gedəcəyəm və bütün işlərə yerində nəzarət edəcəyəm", - deyə Rəcəb Tayyib Ərdoğan qeyd edib.

Eyni zamanda Türkiyənin daxili işlər naziri Süleyman Soylu Bartında baş verən partlayışda ölənlərin sayının 40-a çatdığını açıqlayıb.

Baş vermiş faciə ilə əlaqədar Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarına başsağlığı verib.

Mənbə: AHaber, Haber Global

12:34

Türkiyənin Bartın vilayətinin Amasra rayonunda mədəndə baş verən partlayışın səbəbi bəlli olub.

Bununla bağlı Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönmez açıqlama verib.

Nazir bildirib ki, ilkin araşdırmalara görə, hadisə mədən qazından qaynaqlanan partlayış nəticəsində baş verib. Partlayış zamanı meydana gələn yüksək təzyiq və temperatur çox sayda işçinin həyatını itirməsinə səbəb olub.

Nazir Fatih Dönmezin sözlərinə görə, partlayış nəticəsində bəzi yerlərdə qismən çökmə baş verib. O, həmçinin yeraltı tuneldə havalandırma sisteminin düzgün işlədiyini qeyd edib.

Dönmez 15 işçinin xilas edilməsi üçün işlərin davam etdiyini əlavə edib.

"Hazırda 15 yoldaşımız mədəndədir, axtarışlar hələ də davam edir. Partlayışdan sonra yeraltı tuneldə yanğın baş verib. Hazırda komandalarımız yanğının və orada əmələ gələn dəm qazının təsirini azaltmağa çalışırlar", - deyə nazir bildirib.

Fatih Dönmez qeyd edib ki, 15 işçinin harada olduğu məlumdur. Nazir həmçinin partlayış yerinin də təxmini bəlli olduğunu əlavə edib.

"10-11 işçi yanğının davam etdiyi bölgədədir. Çox böyük yanğın deyil. Təhlükəsiz şəkildə oraya girmək üçün yanğının və karbonmonoksit qazının dəf edilməsi lazımdır. Bəzi yerlərdə qismən çökmə var. 4-5 işçimiz də çökmə olduğu bölgədədir. İşlər davam edir", - deyə o vurğulayıb.

09:15

Türkiyənin Bartın vilayətinin Amasra rayonunda mədəndə partlayış zamanı ölənlərin sayı 28-ə çatıb.

Bu barədə Türkiyə səhiyyə naziri Fahrettin Koca məlumat verib.

Koca qeyd edib ki, yaralılardan 6-sı İstanbulda, 5-i Bartında olmaqla 11 xəstənin müalicəsi üçün lazım olan hər şey edilir.

Türkiyədə partlayışda ölənlərin sayı 40-a çatdı: Ərdoğan hadisə yerinə yollanır – YENİLƏNİB + FOTO/VİDEOTürkiyədə partlayışda ölənlərin sayı 40-a çatdı: Ərdoğan hadisə yerinə yollanır – YENİLƏNİB + FOTO/VİDEOTürkiyədə partlayışda ölənlərin sayı 40-a çatdı: Ərdoğan hadisə yerinə yollanır – YENİLƏNİB + FOTO/VİDEO01:28

Bartının Amasra rayonundakı mədəndə partlayışında ölənlərin sayı artıb.

Türkiyənin səhiyyə naziri Fahrettin Koca partlayışda həyatını itirənlərin sayının 22-yə çatdığını açıqlayıb.

"Bartında mədəndə baş verən partlayışda 22 vətəndaşımızı itirdik. Hər birinə Allahdan rəhmət diləyirəm. Millətimizə başsağlığı verirəm. Yaralıların ən qısa zamanda sağlamlıqlarına qovuşmaları üçün əlimizdən gələni edirik", - deyə o bildirib.

00:19

Türkiyənin daxili işlər naziri Süleyman Soylu mədəndə baş vermiş partlayış nəticəsində azı 14 nəfərin öldüyünü bildirib.

"Bu növbədə 110 işçi çalışıb, onlardan 49-u risk altında olub. Hazırda 28 nəfər xəsarət alıb, 14 nəfər ölüb", - Soylu jurnalistlərə bildirib.

Hazırda mədəndə qalan əməkdaşların xilas edilməsi əməliyyatı davam edir.

14 oktyabr, 23:12

Bartındakı mədəndə baş vermiş partlayış nəticəsində ən azı iki nəfər ölüb, 20 nəfər yaralanıb.

Bunu Türkiyənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

İlkin məlumatlara görə, partlayış təxminən 300 metr dərinlikdə baş verib.

Amasra şəhərinin meri Recai Çakırın sözlərinə görə, mədəndə metan partlayışı olduğuna dair şübhələr var.

21:35

Türkiyənin Bartın vilayətindəki daş kömür mədənində baş verən partlayışdan sonra yerin altında qalan mədənçilərin bir qısmi xilas edilib.

Bu barədə Bartın valisi Nurtaç Arslan məlumat verib. O, xilas edilənlərin vəziyyətinin normal olduğunu bildirib.

Valinin sözlərinə görə, hazırda 49 nəfər yeraltı mədəndə qalır.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə enerji və təbii ehtiyatlar naziri Fatih Dönməz və daxili işlər naziri Süleyman Soylu bölgədə hadisələri yaxından araşdırmaq üçün Bartına yollanıb.

Həmçinin, hadisə ilə bağlı artıq bölgə prokurorluğu tərəfindən istintaq başladılıb və işə nəzarət üç prokurora tapşırılıb.

21:24

Türkiyənin şimalında daş kömür mədənində partlayış baş verib. Hadisə Bartın vilayətinin Amasra bölgəsində qeydə alınıb.

Məlumata görə, partlayış nəticəsində 87 mədənçi yerin altında qalıb.

Hazırda onların xilas edilməsi üçün əməliyyat aparılır.

İnsidentin səbəbləri araşdırılır./oxu.az


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2531   Tarix: 15 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Ərdoğan: "Qarabağda bərpa edilən tarixi irs Azərbaycan xalqının gələcəyə olan inamını göstərir" - Foto

"Qarabağ Zəfərinin 6-cı ildönümünü Azərbaycan Prezidenti, əziz qardaşım İlham Əliyevlə birlikdə tarix, təbiət və mədəniyyət şəhəri olan gözəl Şuşada qeyd etməkdən məmnunluq duydum". xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sosial şəbəkə hesabındakı paylaşımında bildirib

08.11.2026 177
.

Ukraynanın şəhəri işıqsız qala bilər - Əhali xəbərdar edildi

Rusiya ordusunun pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumlar nəticəsində Ukraynanın Jitomir vilayətində yerləşən Ovruc elektrik yarımstansiyası tamamilə sıradan çıxıb. UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ovruc şəhərinin meri İvan Korud məlumat verib. Merin sözlərinə görə, elektri

08.11.2026 149
.

Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı Azərbaycan Prezidenti İlha

08.11.2026 178
.

İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan və ailə üzvləri Vətən Müharibəsi Qəhrəmanları ilə görüşdülər

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğanla birlikdə hərbi qulluqçularla görüşüblər. xəbər verir ki, görüşdə Vətən Müharibəsi Qəhrəmanları, eləcə də "Qarabağ" və "Zəfər" ordenlər

08.11.2026 172
.

Muxtar Babayev: Azərbaycan COP31-i dəstəkləmək üçün əməkdaşlığa hazırdır

Azərbaycan COP29-un irsini qorumağa və Bakıda qəbul edilmiş qərarların icrasını irəlilətməyə dair öhdəliyi COP31-də iştirakla təsdiqləyib. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev "X" sosial şəbəkə hesabında yazıb

08.11.2026 147
.

Paraqvayın sabiq prezidenti ev dustaqlığına məhkum edildi

Paraqvayın sabiq prezidenti Santyaqo Penya impiçment qərarından dərhal sonra Asunson şəhərindəki şəxsi iqamətgahında saxlanılıb. xəbər verir ki, bu barədə ABC məlumat yayıb. Bildirilib ki, Penyanın tutulması noyabrın 6-da axşam saatlarında - Senat tərəfindən vəzifədən uzaqlaşdırılmasından sonra onu əvə

08.11.2026 177
.

Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - Foto/Video+YENİLƏNİB

Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada mətbuata bəyanatlarla çıxış ediblər. BİG.AZ AZƏRTAC-a istinadla xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti bəyanatla çıxış edib. Prezident İlham Əliyevin bəyanatı. - Hörmətl

08.11.2026 221
.

Ərdoğan: "Gələn il Ağdamda İlham qardaşımla birlikdə məktəbin açılışını edəcəyik" - Video

"Ən son Cəbrayılda "Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi" və "Ağıllı Tingçilik" Müəssisəsini yaratmağın qürurunu yaşadıq. Kənd təsərrüfatı və Meşəçilik Nazirliyimizin töhfələri ilə qurulan bu müəssisə Türkiyə-Azərbaycan əməkdaşlığının yeni bir göstəricisi olmuşdur"

08.11.2026 138
.

Azərbaycan və Türkiyə prezidentləri Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Xankəndi şəhərində Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar. BİG.AZ xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb

08.11.2026 183
.