Şəhid oğlunun tabutu gəldi, ayağa dura bilmədi... - FOTO/VİDEO
Məmmədovlar ailəsinin ağır keçən həyatına bir də ötən ay erməni təxribatının qarşısını alarkən Səfiyarın şəhid olması zərbə vurur. Şəhidimizin üçrəngli bayrağa bükülmüş tabutu Goranboya, Qızılhacılı kəndinə göndərilir. Səfiyarın anası oğlunun cənazəsini qarşılamaq üçün yataqdan ayağa dura, onu son mənzilə yola sala bilmir. Narıngül xanımın sağlamlıq durumu ailənin vəziyyətindən də ağırdır, onkoloji xəstədir.
Hər nə qədər çətin də olsa, kəndin ən kasıb evində, birotaqlı daxmada Narıngül xanımla söhbətləşirik. Məlum olur ki, Səfiyar Məmmədov ailənin maddi sıxıntılardan xilas olması üçün MAXE kimi hərbi xidmətini davam etdirirmiş. Şəhid olmamışdan öncə anası ilə danışıb, deyib, əməliyyatdan sağ-salamat gəl, qurban kəsəcəm.
"İki gün sonra oğlum özü qurban gəldi" deyir Narıngül ana...
Xüsusi Təyinatlı Qüvvələrin qəhrəman mənsubu Səfiyarın heç də böyük arzuları olmayıb. Yeganə istəyi o olub ki, ailənin maddi sıxıntılardan xilas etsin, heç kimə möhtac qalmasınlar. Onun arzularını düşmən snayperindən çıxan güllə ürəyində qoyub...
Səfiyarın qardaşı Orxanla, daha sonra Şəhriyarla da söhbətləşirik. Orxan kamera qarşısında danışmaqda çətinlik çəkir. Onun deyəcəyi sözləri, duyğuları, hissləri göz yaşları əvəzləyir. Şəhriyar da onun kimi...
"Bizim 20 qəpiyə möhtac qaldığımız günlər olub. Amma qardaşım şəhid olandan sonra 15 il görmədiyim əmilərim, nənəm qapıdan içəri girdi" deyir Şəhriyar.
Şəhriyarın ürəyindəki üsyan təkcə uzun müddət ata himayəsindən məhrum qalmasına görə deyil. O da yaxşı fərqindədir və bunu da təsdiqləyir ki, maddi imkanları yaxşı olsaydı, anasının müalicəsinin üzərinə vaxtında düşə bilərdilər. Düzdür, indi dövlət Narıngül xanımın müalicəsi ilə məşğul olur. Ümid də bunadır ki, ana ayağa qalxıb heç olmasa, oğlunun məzarını ziyarət edə biləcək...





BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1373 Tarix: 14 oktyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İran XİN: Hörmüz boğazından keçid minalara görə məhdudlaşdırıla bilər
Hörmüz boğazı ticarət gəmilərinin keçidi üçün açıqdır, lakin minalar səbəbindən texniki məhdudiyyətlər ola bilər. "Report" xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Səid Xətibzadə Antalya Diplomatiya Forumu çərçivəsində NTV telekanalına müsahibəsində bəyan edib. "Bu məsələd
18:30 164 XƏBƏRDARLIQ! İnstensiv yağış yağacaq, dolu düşəcək - BU TARİXDƏ
Aprelin 19-da Azərbaycanın dağlıq və dağətəyi rayonlarında, 20-dən 21-i gündüzədək isə bəzi yerlərində hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir. Bu barədə BİG.AZ-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşə
16:59 315 Bakıda "Land Rover" yandı
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytaxtın Yasamal rayonu, Kənar Dairəvi yolda avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub. xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənləri
19:50 151 Latın Amerikasında gərginlik artır - Kolumbiya prezidentindən ABŞ-yə MESAJ
"Əgər Birləşmiş Ştatlar regionla əlaqələrinə yenidən baxmasa, Latın Amerikasında üsyanla üzləşəcək". xəbər verir ki, bu xəbərdarlığı rəsmi Vaşinqtona "El Pais" nəşrinə müsahibəsində Kolumbiya Prezidenti Qustavo Petro edib. O, müsahibəsində ABŞ-nin narkotik alveri ilə mübarizədən siyas
20:15 119 2000 manatlıq əşyaları oğurlayan şəxs tutuldu
Gəncə şəhərində yerləşən dəri sexlərindən birinə naməlum şəxs və ya şəxslərin daxil olaraq oradakı elektrik mühərriklərinin mis sarğılarını, ümumi dəyəri 200 manat olan əşyaları oğurlaması barədə polisə məlumat daxil olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan BİG.AZ-
21:15 27 Paytaxtda növbəti daxili iməclik keçirilib
Yaz mövsümü ilə əlaqədar səhərin sanitar-təmizlik səviyyəsinin daha da yüksəldilməsi məqsədilə aprelin 18-də Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təmizliklə bağlı paytaxtda növbəti daxili iməclik keçirilib. Keçirilən iməclik zamanı həm şəhər mərkəzində, həm də paytaxt qəsəbələrindəki prospekt və küçələr
14:21 159 Almaniya ABŞ ilə münasibətlərin pozulmasından ehtiyat edir?
Almaniyanın Kansleri Fridrix Merts qeyd edib ki, İrandakı münaqişə Amerika Birləşmiş Ştatları ilə münasibətləri risk altına atmamalı və stres-testə çevrilməməlidir. xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb. "Bu müharibə transatlantik səviyyədə stres-test olmamalıdır. Biz hazırda b
19:10 139 Britaniyalıların yarıdan çoxu Brexit səsverməsindən 10 il sonra Avropa Birliyinə qayıtmağı dəstəkləyir
Ekspertlər deyirlər ki, Leyboristlərin "yarı yol" yanaşması mütərəqqi və "qırmızı divar" seçicilərinin dəstəyini itirmək riskini daşıyır. BİG.AZ The Guardian-a istinadən xəbər verir ki, Brexit referendumundan 10 il sonra aparılan araşdırmaya görə, sadəcə vahid bazara qayıtmaq əvəzinə
12:03 190 İran hərbi komandanlığı ABŞ blokadası səbəbindən Hörmüzü yenidən bağladığını bildirir
İran ABŞ-ı Hörmüz boğazının yenidən açılması ilə bağlı razılaşmanı pozmaqda ittiham edərək, ona yenidən məhdudiyyətlər tətbiq edib. BİG.AZ Associated Press-ə istinadən xəbər verir ki, İran hazırda Hörmüz boğazını tam olaraq bağlayıb. Müəllif: İlkin Məmmədkərimov [hh4-unikal]
13:56 183