Füzulinin işğaldan azad olunmasından 2 il ötdü

Füzulinin işğaldan azad olunmasından 2 il ötdü23 avqust 1993-cü il tarixində Erməni silahlalı qüvvələri tərəfindən işğal olunan Füzuli rayonu, bir çox ətraf kənd və qəsəbələrinin bir hissəsi 5 yanvar 1994 cü ildə Ümummilli Lider Heydər Əliyevin əmri ilə başlamış hərbi əməliyyatlar zamanı azad olunsa da, rayon mərkəzi də daxil olmaqla rayon ərazisinin böyük bir hissəsi artıq 27 il idi ki, işğal altında idi. Birinci Qarabağ Müharibəsində yüzlərlə şəhid verən Füzuli sakinlərinin böyük əksəriyyəti uzun illər boyu respublikanın müxtəlif regionlarında ağır şəraitdə köçkünlük həyatı yaşamağa məcbur oldular.
27 sentyabr 2020-ci il də Ali Baş Komandanın əmri ilə başlanan Azərbaycan Ordusunun uğurlu əks-hücüm əməliyyatları nəticəsində işğal altında olan bir neçə yaşayış məntəqələrinin düşmən tapdağından azad olunması xalqımızın qəlbində qələbəyə olan inamı artırdı. Bütün xalq bir yumruq kimi Ali Baş Komandanın ətrafında six birləşərək ordumuza dəstək oldu.
27 il işğal altında olan Füzuli rayonu ərazisində olan düşmən ordusu təmas xətdində uzun illər boyu çox güclü müdafiə sistemləri qurmuş, beton konstruksiyalı bir neçə müdafiə səngərləri çəkmişdi. İşğal müddətində mənfür düşmən rayon ərazisində olan bütün yaşayış məskənlərini, tarixi-dini abidələri, mədəniyyət, təhsil, səhiyyə ocaqlarını yerlə yeksan etmiş, bütün infrastrukturu məhf etmişdi.
Şanlı ordumuzun Vətən Müharibəsində qarşısında duran əsas missiyalardan biri də Füzuli şəhərini və onun ətraf ərazilərini düşməndən azad etmək idi. Erməni təxribatlarına çavab olaraq başlayan İkinci Qarabağ müharibəsində Füzuli rayonu və onun ətraf ərazilərinin işğaldan azad edilməsi xüsusi əhəmiyyətə malik idi. Azərbaycan ordusunun gücü, Azərbaycan əsgərinin qəhrəmanlığı və şücaəti qarşısında düşmən duruş gətirə bilmədi. 17 oktyabr 2020 –ci il tarixində Füzuli rayonu və onun bir çox yaşayış məntəqələri düşmən tapdağından azad olundu. Füzulidə daşı-daş üstündə qoymayan düşmən ağır itkilər verərək geri çəkilməyə məcbur oldu. Bu torpağın əsil sahibləri qanları, canları bahasına azad etdikləri doğma torpaqlarımızda üç rəngli bayrağımızı dalğalandırdılar. On minlərlə soydaşımızın vətən həsrətinə son qoyuldu.
Bütünlüklə, yerlə yeksan edilən Füzulidə şanlı qələbəmizdən az sonra yeni infrastruktur layihələrinin icrasına başlanıldı. Zəfər yolunun çəkilişləri başlanıldı, yeni hava limanının təməli qoyuldu. Artıq bu işlər yekunlaşır və Füzulinin bərpası, yenidən qurulması və daimi sakinlərinin yenidən oz yurd- yuvalarına qayıda bilmələri üşün Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında dovlətimiz əməli addımlar atır. İnanıram ki, yaxın gələcəkdə bütün azad olunmuş rayonlarımız, kəndlərimiz, qəsəbələrimiz kimi Füzulidə də yenidən həyat canlanacaq və vətən uğrunda canından keçən şəhidlərimizin, vətən həsrəti ilə dünyasını dəyişən soydaşlarımızın ruhları şad və rahat olacaq.

İlqar Əliyev Dövlət İdarəçilik Akademiyası


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 874   Tarix: 14 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

ABŞ Kanadanın İranla əlaqəli səkkiz qurumuna sanksiyalar tətbiq edib

ABŞ İranla əlaqəli sanksiyalar siyahısına Kanadada qeydiyyatdan keçmiş səkkiz qurumu əlavə edib. "Report" xəbər verir ki, müvafiq məlumat ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) saytında dərc edilib. Məlumata görə, məhdudiyyətlər valyuta mübadiləsi xidmətləri, pu

08.11.2026 165
.

Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub - Video

8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub. xəbər verir ki, atəşfəşanlıq Dənizkənarı Bulvarda, Saat qülləsinin yaxınlığında baş tutub. Sözügedən görüntüləri təqdim edirik:

08.11.2026 185
.

Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - Foto/Video+YENİLƏNİB

Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada mətbuata bəyanatlarla çıxış ediblər. BİG.AZ AZƏRTAC-a istinadla xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti bəyanatla çıxış edib. Prezident İlham Əliyevin bəyanatı. - Hörmətl

08.11.2026 222
.

Azərbaycan 9 ayda təxminən 33 milyon dollarlıq xurma ixrac edib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 41 min 414,5 ton xurma ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə xurmanın dəyəri 32,7 milyon ABŞ dolları olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 6 min 311,9 ton (13,2 , dəyər baxımında

08.11.2026 172
.

Rəcəb Tayyib Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər" - Video

"Azərbaycanın 44 günlük müharibədə qazandığı şanlı Qələbə bütün Türk dünyasında sevinc doğurmaqda davam edir və tarixi ədalətin bərpasının göstəricisidir". BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada Azərbaycan Prezidenti İlham Əliyevl

08.11.2026 157
.

Leyla Əliyeva Rəcəb Tayyib Ərdoğanla görüşündən paylaşım edib - Foto

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva 8 noyabr tarixində Azərbaycan Respublikasına rəsmi səfərə gələn Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündən paylaşım edib. paylaşımı təqdim edir:

08.11.2026 190
.

Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar

Xankəndidə Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib. "Qafqazinfo" xəbər verir ki, ziyafətdə konsert proqramı təqdim olunub. Sonra Azərbaycan Prezidenti İlham Əliyev, birinc

08.11.2026 190
.

Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video

"Azərbaycan və Türkiyə arasındakı əlaqələri zəhərləmək üçün göstərilən səylər bu gün Şuşada puça çıxdı". xəbər verir ki, bunu "Haber Global" telekanalına Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım deyib. Onun sözlərinə görə, Azərbaycan və Türkiy

08.11.2026 201
.

40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü

"Azər-Türk Bank" ASC-nin 40 yaşlı əməkdaşı Yasən Məmmədov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, Y.Məmmədov futbol oyunu zamanı ürəktutmadan dünyasını dəyişib. Məlumata görə, o, Şuşa şəhərindən məcburi köçkün olub və Bakıda müvəqqəti məskunlaşıb. Mərhumun atası Tərxan Məmmədov Birinc

08.11.2026 126
.