"Məktəbli kitabçası"nda şagirdlərə qiymət yazılmır? - AÇIQLAMA + FOTO

"Məktəbli kitabçası"nda şagirdlərə qiymət yazılmır? - AÇIQLAMA + FOTOSosial şəbəkələrdə şagirdlərin qiymətləndirməsi ilə bağlı məlumatlar yayılıb.

Bildirilib ki, şagirdin aldığı qiymətlə bağlı "Məktəbli kitabçası"nda müvafiq yazılı qeydlər aparılmayacaq.

Məsələ barədə Elm və Təhsil Nazirliyi ilə əlaqə saxladıq.

Nazirlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sosial şəbəkələrdə yayılan məlumat işçi görüşdə səslənmiş mövcud qaydanın təhrif olunmuş formasıdır:

"Bildiririk ki, təhsilalanların məktəbdaxili qiymətləndirilməsi "Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılması Qaydası"nın təsdiq edilməsi barədə Elm və Təhsil Nazirliyinin 2018-ci il 8/1 nömrəli qərarına əsasən aparılır. Həmin qərara istinadən aşağıda qeyd olunmuş hallarda "Məktəbli kitabçası"nda qeydlər aparılır.

Formativ qiymətləndirmənin nəticəsi ilə bağlı "Müəllimin formativ qiymətləndirmə dəftəri"ndə və "Məktəbli kitabçası"nda müvafiq yazılı qeydlər aparılır. Formativ qiymətləndirmə zamanı rəqəmlərdən istifadə olunması yolverilməzdir. Bu, "Məktəbli kitabçası"nda qiymət yazılmır mənasına gəlmir.

Müəllim mütəmadi olaraq formativ qiymətləndirmənin nəticəsini sözlə şagirdin gündəliyinə, yəni "Məktəbli kitabçası"na qeyd edə bilər. Təhsilalanın summativ qiymətləndirmədə topladığı ballar və onların uyğunlaşdırıldığı qiymət (rəqəmlərlə) summativ qiymətləndirmənin aparıldığı tarixdə sinif jurnalında və "Məktəbli kitabçası"nda yazılır.

Təhsilalanın yarımillik və illik balları sinif jurnalı və "Məktəbli kitabçası"nda rəqəmlərlə yazılır".

Təhsil eksperti Nadir İsrafilovun sözlərinə görə, məktəbdaxili qiymətləndirmə milli kurikulumun məzmun standartlarına əsaslanır:

"Şagird nailiyyətlərinin və irəliləyişlərinin monitorinqinə, şagirdin fəaliyyətinin təhsil standartlarına uyğunluğunun müəyyənləşdirilməsinə və ümumtəhsil pillələri üzrə buraxılış imtahanlarının aparılmasına xidmət edir. Şagird nailiyyətlərinin qiymətləndirilməsi standartları gözlənilməklə tədrisin təkmilləşdirilməsi üçün qarşıya məqsədlər qoyur, onlara nailolma istiqamətində əldə edilən irəliləyişləri qiymətləndirir, məktəblərin, qrupların və fərdlərin fəaliyyətlərinin monitorinqini həyata keçirərək nəticələr arasında müqayisələr aparır.
"Məktəbli kitabçası"nda şagirdlərə qiymət yazılmır? - AÇIQLAMA + FOTOHazırda ümumi təhsil müəssisələrində şagirdlərin bilik və bacarıqlarının qiymətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 13 yanvar tarixli 9 nömrəli qərarı ilə təsdiq edilmiş "Ümumi Təhsildə Qiymətləndirmə Konsepsiyası", Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 iyun 2010-cu il tarixli, 103 nömrəli qərarı ilə təsdiq olunmuş "Ümumi təhsilin dövlət standartları və proqramları (kurikulumları)" və Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 2018-ci il 28 dekabr tarixli 8/1 nömrəli qərarı ilə təsdiq edilmiş "Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılması Qaydası" əsasında həyata keçirilir.

Bununla belə ümumtəhsil pilləsində təhsilalanların attestasiyasının aparılması qaydaları dəfələrlə dəyişib. Əsas dəyişiklik summativ qiymətləndirmədə olub. Dəyişiklikləri nəzərdə tutan yeni qaydalara əsasən, bütün qiymətləndirmələr, əməliyyatlar məhz 100 bal üzrə hesablanır. Məktəb jurnallarında bir sütunda bal, digər sütunda isə qiymət yazılır. 0-30 bal "2", 30-60 bal "3", 60-80 bal "4" və 80-100 bal isə "5"-dir. Şagirdlərin illik yekun qiyməti məhz onun il ərzində topladığı ballar əsasında çıxarılır.

Dəyişikliklərin şagird gündəliklərində də öz əksini tapmalı olduğu bildirilib. Belə hesab olunur ki, bu dəyişikliklər şagirdlərin psixoloji gərginliyini azaltmağa, müəllimlərin də yükünün azaldılmasına və vaxtlarına qənaət etməsinə xidmət edir".

"Nazirlər Kabinetinin 2020-ci il 29 sentyabr tarixli 361 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları" mövcud qiymətləndirmə sənədi qəbul olunub ki, bunun da birdəfəlik və ciddi şəkildə təkmilləşdirilməsinə böyük ehtiyac var. Yalnız qiymətləndirmə mexanizmini sadələşdirmək yolu ilə təkmilləşdirmək sayəsində şagirdləri psixoloji gərginlikdən, müəllimləri isə ağır yükdən azad etmək olar", - deyə o qeyd edib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1594   Tarix: 13 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.