Azərbaycan və Qırğızıstan arasında dostluq münasibətlərini gücləndirəcək səfər

Azərbaycan və Qırğızıstan arasında dostluq münasibətlərini gücləndirəcək səfərTürkdilli dövlətlərlə münasibətlərin qurulması və inkişaf etdirilməsi ölkəmizin xarici siyasətinin strateji xəttini təşkil edir. Dövlətimizin banisi Ulu Öndər Heydər Əliyev müasir Azərbaycan qurub yaradarkən Türk dövlətləri ilə əlaqələrə xüsusi önəm verir, bu istiqamətdə səylə çalışırdı. Məhz onun müəyyənləşdirdiyi təməllər üzərində inkişaf etdirilən bu əlaqələr hazırda özünün ən yüksək səviyyəsindədir. Eyni soy-kökə, dilə, dinə, ortaq mədəniyyətə malik olan Türk dövlətlərinin bir-birinə yaxınlaşmasında, əlaqələrin qurulmasında, bir sözlə, qardaşlaşmasında Heydər Əliyevin xidmətləri danılmazdır. Hər zaman qardaş ölkələr Ulu Öndərin Türk dünyasındakı rolunu yüksək qiymətləndirirlər. Qeyd etmək yerinə düşər ki, Azərbaycan ilk gündən türkdilli dövlətlərin keçirilən bütün Zirvə görüşlərində yaxından iştirak edib, ölkələr arasında birliyin yaradılmasında əhəmiyyətli təşəbbüslərlə çıxış edib. Heç də təsadüfi deyil ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası 2009-cu ildə məhz Naxçıvan şəhərində keçirilən toplantıda imzalanan Sazişlə yaradılıb. Türk Şurasının sıralarının genişlənməsində və təşkilata çevrilməsində dövlətimizin başçısı cənab İlham Əliyevin təşəbbüsləri mühüm əhəmiyyət kəsb edib.
Bu gün Azərbaycanın türk dövlətləri ilə əlaqələri intensiv şəkildə inkişaf etməkdədir. Təkcə bu il reallaşan Qırğızıstan və Qazaxıstan prezidentlərinin Azərbaycana, Prezident İlham Əliyevin Özbəkistana, Türkmənistana və Qırğızıstana səfərləri, imazalanan sənədlər və əldə olunan razılaşmalar bu istiqamətdə görülən işlərin miqyasını əks etdirir. Bu baxımdan dost və qardaş Qırğız Respublikası ilə Azərbaycan arasında münasibətləri yüksək dəyərləndirmək olar. Bu il aprelin 20-də Qırğızıstan Prezidenti Sadır Japarovun ölkəmizə rəsmi səfəri zamanı imzalanan "Azərbaycan Respublikası və Qırğız Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə" iki ölkə arasında əlaqələrin strateji xarakterini göstərir. Dövlətimizin başçısı cənab İlham Əliyevin Qırğız Respublikasına səfərini iki ölkə arasında münasibətlərin inkişafı baxımdan səmərəli hesab edirəm. İnanırıq ki, burada keçirilən görüşlər, imzalanan sənədlər ikitərəfli əlaqələrin daha da dərinləşməsinə və şaxələnməsinə əhəmiyyətli töhfələr verəcək, ikitərəfli münasibətləri yeni mərhələyə daşıyacaq.
Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun yaradılmasını xüsusi olaraq qeyd etmək lazımdır. Fond iki ölkə arasında iqtisadi əlaqələrin genişlənməsində, iqtisadiyyatın modernləşdirilməsində mühüm rol oynayacaq, həmçinin investisiya sahəsində əməkdaşlığın aktivləşməsinə böyük təkan verəcək. Həmçinin əldə olunan razılaşmalar, imzalanan digər sənədlər bütün sahələrin - təhsil, mədəniyyət, texnologiya, nəqliyyat və digər sahələrin inkişafı üçün də səmərəli olacaq. Son zamanlar dünyada baş verən hadisələr zəmnində ölkəmizin tranzit imkanları daha da genişlənib, Şərqlə Qərb arasında etibarlı nəqliyyat qovşağına çevrilib. Bu baxımdan Qırğızıstanla əməkdaşlıq ölkələrimiz arasında ticarət əlaqələrini güclədirə bilər.
Bişkekdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adını daşıyan 20 saylı Məktəb-Gimnaziya təhsil-tərbiyə kompleksinin açılması bu dahi şəxsiyyətə olan ali ehtiramın göstəricisidir. Heydər Əliyev türk dünyası tarixində müstəsna xidmətləri olan dahi şəxsiyyətdir və ideyaları hər zaman yaşayacaq. Eyni zamanda onun siyasi irsi gələcək nəsillər üçün zəngin xəzinə, tükənməz sərvətdir. Bundan başqa, Bişkekdə Qırğızıstan-Azərbaycan Dostluq Parkının, Nizami Gəncəvi adına 103 saylı məktəbin açılması iki dövlət arasında döstluq münasibətlərini gücləndirəcək, xalqlarımızı bir-birinə daha da yaxınlaşdıracaq.

Təranə Zeynalova – BDU-nin professoru, Tarix elmləri doktoru


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 725   Tarix: 13 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.